ANA SƏHİFƏ / YAZARLAR

YÜK

13856    |   2014-11-08 01:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır




Qadın əlindəki iki ağır çanta ilə tələsik gedirdi. Axşamçağı hər kəs işdən evə tələsdiyindən yollar tıxac idi. 20 yanvar ətrafında insan və maşın sıxlığından tərpənmək mümkün deyildi. Təmiz hava çatışmazlığından adam boğulurdu. Qadın isə bunların heç birinin fərqində deyildi, fikri ancaq evə tez çatmaq idi. Bu gün Yasamal ərazisindəki yarmarkadan "axşam bazarı"na getdiyindən evə gecikmişdi. Tərslikdən nəşriyyatdakı təmir işləri onun işini bir az da çətinləşdirmişdi. Xadimə işlədiyi qəzet-jurnalların işçiləri sabah işə gələndə otaqlar təmiz olmalı idi. Onun buna imkanı, istəyi, həvəsi kimsəyə maraqlı deyildi. İşdən çıxanda isə 96 nömrəli avtobus marşrutundan düşüb birbaşa Respublika Klinik xəstəxanasının yaxınlığında yerləşdirilmiş yarmarkaya üz tutmuşdu. Həftədə iki gün fəaliyyət göstərən yarmarkaya bu gün getməsəydi, başqa yerdən meyvə-tərəvəzi baha qiymətə alası olacaqdı.
Qiymətləri aşağı salmağa nail olduğundan çok məmnun halda bazar çantalarını doldursa da, daşımaq çətin idi. Əvvəl hər addımdan bir yerə qoyurdu çantaları, sonra var gücünü toplayıb yeriməyə başladı. Ağırlıqdan barmaqları göyərib qançır olmuşdu. Dayanacağa isə hələ çox qalırdı. Bu vaxt telefonu zəng çaldı. Azərsunun baş idarəsinə tərəf olan yolu tıxacdan güclə keçdi, telefonsa susmurdu. Gün ərzində ilk dəfə telefonunun səsini eşidirdi. Onu kimsə aramazdı. Nəhayət yolu keçib dayanacaqda yükünü yerə qoydu. Pencəyinin cibindən nimdaş telefonu çıxardı. Oğlu idi. Qadın bir anlıq sevindi. Gecikdiyimdən narahat olublar, deyə düşündü. Telefonun o başından oğlunun acıqlı səsi gəldi: ana mənim boz köynəyim hanı, tapmıram?- qadının sevinci gözündə qaldı: Şkafındadı, a bala, səhər ütüləyib asmışam. Ərinin səsini də duydu: Harda qalıb ey bu, acından öldük ki?... Bayaqdan götürdüyü yük sanki əlində birdən-birə ağırlşadı. Beynindən, əlindəkilərin çəkisini hesablamaq keçdi. Təxminən öz çəkisindən bir az kəm olardı. Bayaq nəşriyyatda otağını təmizlədiyi, onu pintilikdə, əyin-başına fikir verməməkdə, qadın nə demək olduğunu anlamamaqda suçlayan sarışın saçlı, uzun dırnaqlı, dar şalvarlı, sinəsi yarıya qədər açıq koftalı, silikon dodaqlı, tatuaj qaşlı "qızın" sözlərini xatırladı. Bəlkə o qız doğrudan haqlı idi? Üst-başına gözucu nəzər saldı. Köhnə ətək, neçə ildir geyindiyini unutduğu pencək, rahat və isti olduğu üçün hər qışı onunla keçirdiyi yun kofta bir-biriylə tutuşmurdu. Ayağındakı çəkmələr su keçirirdi. Bir neçə gün əvvəl güclü yağışlar yağan zaman yeni, ucuz bir çəkmə alacağını düşünmüşdü. Amma imkanına baxıb almağa ürəyi gəlməmişdi. Eləcə xoşuna gələn 10 manatlıq çəkməyə baxıb, baxıb uzaqlaşmışdı. Başındakı, qonşusunun Məşhəd şəhərindən gətirib, ona hədiyyə etdiyi yaylığın altından azca görünən ağlı-qaralı saçlarını nə vaxt daradığını unutmuşdu... bu düşüncələrdən 96 nömrəli avtobusun yaxınlaşmasıyla bir-birini itələyərək minməyə çalışan adamların səs-küyüylə ayrıldı. Əllərinin ağrısı bir az sakitləşmişdi. Amma o, hələ Xırdalan yoluna keçməliydi. Yol ona ikiqat uzun göründü. Özünü gümrah tutaraq ağır yüklə addımlayan bu qadına kimsə kömək etmək fikrində deyildi. Hər kəs evinə tələsirdi...
Çətinliklə 119 nömrəli avtobusun dayanacağına gəlib çıxdı. Artıq barmaqlarını hiss etmirdi. Ən böyük təlaşı isə avtobus gecikdiyindən yolun ortasına qədər yığılmış adamların arasından keçib necə minəcəyi idi. Avtobus yaxınlaşdı. O, ümidsizliklə yükünü götürüb camaata qoşuldu. Kütlə onu basıb qapıya yaxınlaşdırdı. Bu zaman bir gənc onun çantasını qapıb avtobusa mindirdi. Sevincindən oğlana o qədər alqışlar etdi ki, oğlan təəccübləndi. Amma ayaq üstdə durmaq da müşkül idi. Ona yükünə görə irad tutanlar da oldu: zalım qızı, özümüz güclə minirik, Xırdalanda bazar yoxdu? Qadınsa susurdu. Avtobusun ortasındakı dəmir dirəyə tərəf onu o qədər sıxmışdılar ki, səsini çıxarmağa halı yoxdu. On beş, iyirmi dəqiqəlik Xırdalan yolu acı bağırsağa dönmüşdü, bitmək bilmirdi. Tıxacdan addım-addım gedən maşınların qazının iyi də nəfəs kəsirdi. Sərnişinlərin deyinməsi, sürücünün əsəbi cavabları hər gün təkrar olsa da, bu gərginliyə öyrəşmək çətin idi. Bir saata güclə mənzil başına çatdı. Bayaqkı oğlan yenə ona kömək edib yükünü avtobusdan endirdi. Yataqxananın həyətinə çatanda evdə çörəyin olmayacağını da yəqin edib həyətdəki mağazaya girdi. Çörək və kolbasa alıb yükünün üstünə qoydu. Gecikdiyindən və bayaq telefonda ərinin əsəbi səsindən yemək bişincə dözməyəcəklərini bilirdi. Əzabla öz çəkisi qədər yükü üçüncü mərtəbəyə qaldırdı. Qapını ayağı ilə itələyib içəri girdi. Nəfəsi təngimişdi, barmaqları çantanın qulpunun şəklini almışdı, qırmızı, sarı, göy rəng barmaqlarında birləşmişdi.
Televizor seyr edən əri: gəl çıx da, deməklə, kompüterdə yazışan oğlu başını qaldırıb salam verməklə kifayətləndilər. Ana tələsik mətbəxə keçdi. Arxadan ərinin kobud səsini eşitdi: Sən atovun goru, əllərini yu, sonra. Bu, nəşriyyatdakı ayaqyolunu təmizləyən qadına xatırlatma idi. Xlor iyi mətbəxi bürüdü.
Bir stəkan suyu tələsik başına çəkib çay qoydu. Kolbasanı, çörəyi doğradı, tərəvəz, göyərti təmizləyib siniyə yığıb gətirdi və ərini, oğlunu da süfrəyə dəvət etdi: yeyin, bir azdan yemək hazırlayacam.
Divanda oturub yeməyə girişmiş əzizlərinə tamaşa edərək bayaqkı qızın dediklərini düşünürdü. Ağrıdan sızıldayan bədəni, keyləşmiş əlləri, əzizlərinin bütün bunlara laqeydliyi və o "qızın" sözləri üst-üstə gəlmişdi. Çəkmək çox çətin idi. "Quran"da oxuduğu kəlamı xatırladı: Allah heç kimə çəkə biləcəyindən ağır yük vermir. Düşünürdü, daşıdığı yükmü ağır idi, yoxsa doğmalarının onun hər gün təkrar olunan əziyyətinə qiymət verməmələrinin, laqeydliyinin ağırlığımı? Özündən ixtiyarsız sızıldayan əllərini göyə qaldıraraq: Çəkə bilməyəcəyim yükü, vermə, Allahım! - deməsinə oğlu da, əri də eyni vaxtda dönüb baxdılar...





YAZARIN ARXİVİ

2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-01-19
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK