ANA SƏHİFƏ / YAZARLAR

BİR ƏTƏK DAŞ

Onlar necə də bir-birinə bənzəyir...

51458    |   2014-11-08 01:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır





Heç bilmirəm bu mövzu hardan girib ağlıma. Neçə gündü ki, dilimin ucunda "daş" sözü bitibdi. Bir cavan həmkarım var, o da ağlına gələn bir mahnını gün ərzində zümzümə edirg çörək yeyəndə də, bilgisayarda işləyəndə də, hətta siqaret çəkəndə də. Özü də etiraf edir ki, mən də beləyəm də, hansısa bir mahnı ağlıma gəldisə, bir gün axşamacan onu zümzümə etməliyəm. Hərdən özümü unudub marşrutda da oxuyuram. Ətrafdakılar elə bilir ki, müsabiqəyə hazırlaşıram, televizora çıxacam. Amma belə deyil, bu sadəcə mənim hobbimdi. Dünən də oxuyurdu: "Səhər saat yeddidə, qırmızı nol yeddidə". O oxuyurdu, mən də dilimin ucundakı daş sözünü sağa-sola fırlada-fırlada onu harasa atmaq istəyirdim. Amma bir yer tapmaq müşkül işə çevrilmişdi. Məcbur olub özümü gücə saldım. Daha doğrusu, o daşı qaldırmaq qərarına gəldim və əlimi daşa doğru, daha dəqiq desəm, bilgisayara tərəf uzatdım. Sağ olsun bilgisayar yazarımızı razı olmadı, özü başladı söylədiklərimi rəvan bir ahənglə yazmağa...
Yadıma rəhmətlik Əli Kərim düşdü. Onun "Daş" şeirini xatırladım. Gözümün qabağına ilk insanı gətirdim. Onun nə qədər bizlərdən fərqli olmasına baxmayaraq, gözlərində bir paklık, bir səmimiyyət, bir məsumluq gördüm. Ona baxdığımı hiss edib o paklığı, o səmimiyyəti, o məsumluğu yavaş-yavaş qəzəbə, ədaya, iddiaya və bir az da hərisliyə çevirdi. Bu çevrilmə elə sürətlə baş verdi ki, bir də onda gördüm ki, yerdən üzü göyə bir ətək daş atıldı - ulduzlara tərəf, Günəşə, Aya tərəf. Doğrudu, Ramiz Rövşən deyir ki, "göy üzü daş saxlamaz". Amma nə Ramiz müəllim məndən incisin, nə də siz. Əgər göy də daş saxlamırsa, onda biz niyə qarğışlarımızda bu ifadəni hələ də yaşadırıq: "başına daş düşsün". Deməli, göydə daş var. Sadəcə o, hara düşəcəyini, nə vaxt düşəcəyini çox gözəl bilir və o daş məndən də, səndən də və bütövlükdə çoxlarımızdan da dözümlü və səbrlidi. Öz yerində daş kimi oturub daş sambalını saxlayır, xırdalanıb, əzilib qum olmurg
Yeri gəlmişkən, bunu mütləq deməliyəm, yoxsa məni kəmsavadlıqda qınayarlar. Bilgili oxucularımız, xüsusilə alim dost-qardaşlar elə zənn edərlər ki, göydən, yəni müxtəlif planetlərdən qopub gələn astroidlərdən, meteroidlərdən xəbərim yoxdu. Mən də onlar barəsində bilirəm. Amma düşünmürəm ki, bax, indiki məqamda mənim dilimin ucunda gəzdirdiyim daşla onların hansısa bir əlaqəsi olsun. Odur ki, bu kiçik arayışdan sonra gedirəm öz yolumla, yəni o daş məsələsini davam etdirirəm. Beləcə, özüm üçün qətiləşdirirəm ki, daş saxlamayan göy üzünə həmin o ilk insanın atdığı daş elə ordaca ilişib qalıb, törəyib artıb, ən azı bir ətək daşa çevrilib. Loru dildə desəm, balalamış daş ordan düşəcəyi məqamı, yeri gözləyir. Amma ola bilsin ki, o daş həm də bütövlükdə Yer kürəsinin qoruyucusuna da çevrilibdi. Yəni kəsib hansısa bir yolu imkan vermir ki, göy üzündən nələrsə qopub üzüaşağı gəlsin. Təbii ki, bu sadəlöhv düşüncədi. Amma hər halda bu da bir fikirdi, bu da bir məntiqdi. Və mən də həmin o fikrə, o məntiqə bir balaca rəng qatıb bədiiləşdirməyə çalışıram. Bilmirəm alınır, yoxsa yox. Lakin hiss edirəm ki, deyəsən göy üzündəki həmin o daş "bu dünyanın göyərməyən qara daşıdı. Hər halda, bunu təkcə mən fikirləşmirəm. Bunu məndən öncə çox böyük bir şairimiz deyib ki, "bu dünyanın qara daşı göyərməz!"..
Hə, neçə gündü mənə rahatlıq verməyən o daş yazını diktə etdikcə dilimdən ürəyimə tərəf bir hörümçək torundan yapışıb üzü aşağı ürəyimə tərəf sallanır. Hiss edirəm ki, ürəyimdə bir balaca sızıltı baş qaldırır, göynəyir. Özü də elə şirin-şirin göynəyir ki, adama bir az xumarlanmaq da gətirir. Bir məstlik hiss edirəm. Görəsən bütün bunlar nədəndi? Kaş biləydim. Bəlkə ürəyim də daşlaşmağa başlayır...bəlkə daşlaşandan sonra onu da kiminsə götürüb göy üzünə atacağı istəyi hakim olur ürəyimə. Amma yanılır ürəyim. Ona qalsa qoparılıb göy üzünə atmağa o qədər ürəklər var ki - özü də təkcə daş kimi yox, elə beləcə bir parça ət kimi. Bir anlıq təsəvvür edin - göy üzündən yumruq boyda ət parçaları, ürək tökülür və bütün qurdlar, quşlar, itlər, pişiklər hamısı cumur göydən tökülən bu ət parçalarının üstünə. Bir-birini didə-didə çeynəyirlər, parçalayırlar ürəkləri...Mənzərə həm acınacaqlıdı, həm də gülməli...Ən dəhşətlisi odur ki, bəzən qoparılıb göy üzünə atılmayan ürəkləri də beləcə didib parçalayırlar, özü də gözlərinin içinə baxa-baxa...başını sığallayıb qulağına xoş sözlər pıçıldaya-pıçıldaya. Necə deyərlər, "sevə-sevə" əzirlər, məhv edirlər ürəyi, ürəksiz olanlar, ürəyin nə olduğunu bilməyənlər... ürəyə qənim kəsilənlər...Bu da bir həyat gerçəkliyidi, bunu məndən də yaxşı bilirsiniz. Amma adam bəzən bildiklərinin hamısın danışmaq, yazmaq, bağıra-bağıra səsləndirmək istəmir. Nə bunu özünə sığışdırmır, əxlaqına uyğun görmür, ya səmərəsiz hesab edir, ya da sadəcə, etinasızlıq göstərir. Nə isəg
İndi daş dövrü deyil. Sadəcə, biz bu əsrdə bir daş dövrü yaşadıq, o da Qarabağ savaşının daş dövrü idi. Şükürlər olsun ki, o dövr də tarixə çevrildi. Bizdən neçə nəsil sonra bu tarixə baş vuranlar bəlkə də inanmayacaqlar ki, biz də daş dövrü yaşamışıq, bizə də daş atıblar. Hə, onlar inanmasa da, tarix tarixdi - üzü də soyuqdu, faktı da danılmazdı və ən dəqiq ifadəsi də budur ki, o, təkrar olunur. Necə ki, bu gün də təkrar olunmaqdadı. Adam hərdən ətrafına göz gəzdirib Cəlil Məmmədquluzadəni, Mirzə Ələkbəri, Üzeyir Hacıbəylinin və həmişə sevə-sevə oxuduğum "Xortdanın cəhənnəm məktubları"nın müəllifi Əbdürrəhim bəyi görmək istəyir. İlahi, bu adamlara, bu böyük şəxsiyyətlərə nə boyda ehtiyac var! Yəqin mənimlə razılaşarsınız, biz nədənsə kimliyimizdən yaman tez-tez uzaqlaşırıq. Ona görə də böyüklərimizin yanımızda olması hava və su kimi gərəklidi. Nə isə...
Hə, mən ürəyimi sızlatmağa başlayan daşın təsiri altında deyəsən çox var-gəl etdim. Bir nöqtə tapıb oranı dayaq mərkəzi kimi seçə bilmədim. Çünki göy üzündəki daşın hansı nöqtədə durduğunu da bilmədiyimdən mən də tərəddüd içindəyəm. Və ona görə də ruhumun indi belə bir sızıltılı anında daha çox poetik fikrə ehtiyac duyuram, misralar üçün ürəyim təşnədi.

Elə istəyirəm ki,
buludsuz
şimşəksiz
günəşin
yandırdığı vaxt
qəfil bir yağış yağa -
odla su qovuşa!..
günəş də çaşa
yağış da çaşa
və hər ikisi
bir-birinə
baxa-baxa
səssiz
sözsüz ayrılag
Bir də
nə vaxtsa
görüşmək
ümidiylə...
Bilmirəm
niyə içimdən
keçir
bu istək
Amma
doğrudan da
belə istəyirəm, belə...

***

Həmişə söz-sənət adamlarının əllərini qoynuna qoyub, yəni sinələri üstündə bir-birini dolaşdırıb hansısa bir ağaca, bir daşa söykənib şəkil çəkdirmələri maraqla seyr etmişəm. Xüsusilə daşa, qayaya söykənib bu fonda əli qoynunda şəkil çəkdirənlərin nələr düşündüyünü, niyə belə etdiklərini anlamağa çalışmışam. Öncə elə bilmişəm ki, bu hardasa möhkəm, yerindən tərpənməyəcək bir dayağa söykənməyin, arxalı olmağın, güvəncli olmağın ifadəsidi. Sonra ağlıma gəlir bəlkə də sərtliyin, dözümün göstəricisidi. Amma bugünlərdə bir şair dostumun əlləri qoynunda çox nəhəng bir daşa söykənmiş şəkilini gördüm. Sonra özünə telefon açdım. Dedi ki, şimal bölgəmizdə çəkdirib, özü də söykəndiyi daş deyil. Sən demə o, böyük bir qayanın kiçik bir hissəsidi. Hətta o qayanın üstündən şəlalə də tökülür. Bu arayışı sözgəlişi xatırladım. O gündən bəri mənim də içimdən keçir bir daşa söykənib şəkil çəkdirmək, sonra da "Dədə Qorqud" filmində göstərildiyi kimi...Əgər xatırlayırsınızsa, o filmin sonunda qəhrəmanlar hamısı daşlaşır. Hə, bax mən də eləcə daşlaşmaq istəyirəm. Amma deyəsən bu arzu da ürəyimdə qalacaq. Çünki yazımın əvvəlində dediyim kimi, dünyanın ilk adamı dünyanın ən pak və ən gərəkli, ən samballı daşını götürüb atıb göy üzünə. Yerdə elə bir oxşamalı, çevrilmə daş qalmayıb. Elə özümüz kimi bütün daşlar da bir-birinə oxşayır. Sanki bir almadı neçə milyon yerə, hissəciklərə bölünüb. Deməli, istər daşlara, qaylara söykənib şəkil çəkdirən həmvətənlərim, istər elə mənim özüm nə qədər cəhd etsək də, nə qədər fotopozalar göstərsək də, bizdən necə deyərlər, daş olmayacaq. Bu istəkdən, bu arzudan vaxtında əl çəkmək daha məsləhətlidi. Odur ki, ziyanın yarısından qayıtmaq deyiminə əməl edərək mən də həmin o arzuma göy üzünə gedib çata biləcək bir nida işarəsi qoyuram. Vəg
Doğurdan da nə qədər ələk-vələk eləsəm də, bir gerçəyi görməyə bilmirəm. O da gərəkli olmaq gerçəyidi. Bu mənada daşın gərəkliyi hər kəsə məlumdu. Tikintidə, selə, suya bənd atmaqda, lap elə əzib çınqıl, qum etməkdə, nəhayət itə, quşa, harasa atmaqda. Hə, bir məqam yadımdan çıxdı. O da axar suların içərisinə bir-birindən aralı düzüb bir növü körpü kimi istifadə etmək və bir də üstündə əyləşib xəyallara dalmaqdıg
Yox, yenə yadımdan çıxan məqam oldu. Axı qaval daşı da var...su süzən daş da var...Görün daş nə qədər gərəklidi. Bax, bunu düşünə-düşünə ağlımın ucundan gəlib keçir: görəsən, mən də, sən də bu qədər gərəkliyikmi?! Ümumiyyətlə, bizim hardasa yerimiz görünür? Bu suala özüm barəsində cavab vermək mənə çətindi. Ancaq gərəkli, yeri görünən adamların olduğuna inanıram və bunun dəfələrlə şahidi də olmuşam. Hətta bayaq adını çəkdiyim böyük insanların hər biri fikrimə əyani bir sübutdu və bu sübuta, inanmıram ki, kimsə etiraz edə bilsin!..
Hərdən yadıma dəyirman daşı da düşür - kirkirə də. Onlar da daşdandı...onların işi lap müsibətdi...onlar üyüdürlər, əzirlər, məhv edirlər. Təbii ki, özləri belə istəmir, biz onları məcbur edirik. Onlar da bizim istəklərimizi gerçəkləşdirirlər. Elə o gerçəkləşən istəyin içərisində hərdən bir qəribə uyğunsuzluq diqqətimi çəkir. Nədənsə bəzən kimlərəsə üst-başına görə dəyirmançı deyirik. Elə mənim özümə də belə deyiblər. Laking

Gözümü qırpıram
dan sökülmür
üstümü çırpıram
un tökülmür
amma
dəyirmançı deyirlər
qarşılaşanda mənəg
Dərd üyüdüb
qəm kiritdiyim,
vüsal axtarıb
həsrət böyütdüyüm -
açıqca görünür
hər kəsə,
həm də sənə!..
heç kimdən incimirəm
heç səndən də!
incimərəm
çəkinmədən
sən də mənə
dəyirmançı desənə!..

Hə, bu daş çox ağır oldu. Dilimdən ürəyimə qədər yol gəldi, amma aparıb onu istədiyim yerə qoya bilmədim, qaldı ürəyimdə. Kaş göy üzündəki bir ətək daş da elə öz yerində qalsın, zamanına, vaxtına qədər...




YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-04-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

70-ci illərdə İranın bir «Qeysər» filmi vardı. Qısa, 3 nəfər Qeysərin bacısını zorlayır, özləri isə Qeysəri tutdururlar. Vaxt keçir, Qeysər həbsxanadan çıxır. Onun da bir adəti olur, ayaqqabısının dabanlarını tapdayıb geyinir. Elə ki barmağını salıb ayaqqabının dalını düzəltdi, deməli, kimisə, yəni daha dəqiq desək, bacısını zorlayanlardan kimisə öldürəcək. Beləliklə, Qeysər ayaqqabılarının dabanını düzəldə-düzəldə bacısının qisasını alır.

Həmin vaxt dəbə düşmüşdü. Şəhərdə və eləcə də rayonlarda özlərini Qeysərə oxşadan oğlanlar peyda olmuşdular, ayaqqabılarının dabanını tapdayıb geyinirdilər.

Deməli, Ağdamda 4-5 cavan küçədə «Qarabağ»ın məşhur futbolçusu və «Qarabağ»ın Lobanovskisi Adil Nadirovla rastlaşırlar. Adil görür ki, cavanların içində özündən razılarından biri ayaqqabılarının dabanını tapdayıb geyinib, onu saxlayır və deyir:

- Ə, qaqa, ayaqqabılarının dabanını niyə tapdamısan, sənin də bacını…





digər lətifələr
ARXİV
FACEBOOK