viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "QARABAĞDAN XƏBƏR VAR..." Adalet.az | "QARABAĞDAN XƏBƏR VAR..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / Layihə

"QARABAĞDAN XƏBƏR VAR..."

Bu kitab məni ötən illərə apardı

13048    |   2014-11-05 02:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Öncə bir neçə gün bundan qabaq mənə bağışlanmış və çox səmimi bir aftoqraf yazılmış kitabın müəllifi barəsində bir neçə kəlmə "Ədalət"in dəyərli oxucuları yaddaşlarına bir balaca işıq salsalar, onu silkələsələr, yəqin ki, xatırlayacaqlar. Çünki bu müəllif "Ədalət"də öz imzasını qoyub getmiş, öz sözünü yaddaşlara köçürmüş jurnalistlərdən biridi. Bu gün də o, öz işiylə, öz peşəsiylə məşğuldu. Sadəcə indi o daha çox ölkənin birinci kanalında özünü ifadə edir, hadisələri tamaşaçılara çatdırır...
Məncə bu kiçik girişdən sonra söhbətin kimdən getdiyini müəyyən qədər təxmin etdiniz. Əgər kimdəsə bir balaca şübhə varsa və yaxud tərəddüd edirsə, onda siz dəyərli oxucuları filmdə deyildiyi kimi çox da intizarda qoymayacam və elə birbaşa söyləyəcəm ki, bu kitabın müəllifi mənim barəsində yazmaq qərarına gəldiyim sabiq "Ədalət"çi, həmkarımız, dostumuz Faiq Sadıqovdu. Bu həmin Faiqdi ki, Xocalının süqutunu ön xətdə ilk olaraq "Ədalət"ə çatdırdı və ilk olaraq o, ürəyi az qala köksündən çıxacaq halda kövrək, həm də ağrılı bir səslə redaksiyaya bu süqut xəbərini söylədi. Onun səsi, onun hıçqırtıları və o faciənini dairəsini ifadə edən hüzünü hələ də yaddaşında yaşayır.
Bəli, onda Faiq "Ədalət" qəzetinin cəbhə müxbiri idi. Hadisələri görür, izləyir və əynindəki hərbi geyimlə birlikdə o, canına-qanına yenicə yaranmaqda olan Azərbaycan ordusunun bütün qaytılarını da, bütün itkilərini də, bütün sevincini də, bir sözlə, ordu həyatını yaşayırdı, geyinirdi. Bax elə Faiqin mənə təqdim etdiyi "Qarabağdan xəbər varg"kitabı da məhz onun birmənalı şəkildə Qarabağ gündəliyi idi!
Xatırladım ki, Faiqin kitabına ön sözü yazıçı-publisist, millət vəkili Aqil Abbas yazıb. Və Aqil müəllim həmin ön sözündə onu da vurğulayıb ki, "Faiq Sadıqov həm də gözəl publisistdi. Onun qələmi jurnalistikanın bütün sahələrində özünü göstərib". Bəli, doğrudan da Faiq Sadıqov Azərbaycan jurnalistikasında öz sözünü deməyi bacaran, özünü təsdiq edən həmkarımızdı. Və onun "Qarabağdan xəbər var..." adlı kitabındakı bütün yazılar - istər xəbər olsun, istər məqalə, istər publisist qeydlər hamısında Faiq fikrini oxucuya tam, şübhə yeri qoymadan. Düşünməyə vadar edən bir şəkildə çatdırıb.
Kitabın tərtibatına fikir verəndə Faiqin bu sahədə də diqqətli olduğu üzə çıxır. Çünki onun müəllif sözündən də aydın olur ki, o, içində olduğu, canından-qanından keçdiyi müharibənin ilk illərinin bir növü xronikasını zaman ardıcıllığı ilə çeşidləyib və elə bu zaman ardıcıllığına fikir verəndə göz önündə bir tarix də canlanır - Müharibə tarixi! Bu tarix müharibənin daş dövründən başlayır. Faiq həmin o dövrdən üzü atəşkəsə doğru bir yol keçib gəlir. Yol boyu da gördüyü hər bir fakta, hər bir hadisəyə öz münasibətini bildirir, onu oxucunun məhsulu edir. Üstəlik kitabdakı xatirə fotolar da özü-özlüyündə birinci Qarabağ müharibəsinin dünənini göz önündə canlandırır.
Mən Faiqin bu kitabını oxuduqca məhz həmin tarixi, həmin ağrılı-acılı günləri yenidən yaşadım və etiraf edim ki, Faiqin keçdiyi yolu oxşar bir şəkildə keçmiş Qarabağ savaşını yaşamış, işğal acısını bu gün də varlığında hiss edən bir Allah bəndəsi kimi onun dünənini unutmadığına, qiymətləndirdiyinə görə daxilən bir rahatlıq hiss etdim. Yəni bir daha əmin oldum ki, Faiq kimi qələm adamlarının hər bir yazısı o tarixin şahidlərini və gələcək nəsilləri Qarabağı unutmamağa sözün bütün mənalarında məcbur edəcək və hər kəs Qarabağdan xəbər gözləyəcək.



SON XƏBƏRLƏR
2019-07-22
2019-07-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK