ANA SƏHİFƏ / YAZARLAR

BÖLÜNMÜŞ VƏTƏNİN BÖLÜŞƏ BİLMƏDİYİMİZ QƏHRƏMANLARI

38869    |   2014-11-01 01:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vətən dardadır, Qarabağımız talan olub, yurd yerlərimiz qisas gününü səbirsizliklə gözləyir, şəhidlərimizin qanlarının alınması gününə ümidi üzülüb, əsirlikdəki qız-gəlinlərimiz erməninimi, bizimmi haqlı olduğumuzu artıq ayırd edə bilmirlər. Qarabağsız qarabağlıların ailələrində dünyaya gələn körpələr Qarabağ haqqındakı söhbətləri nağıl billirlər...
Bir millət olaraq hər birimizin ayrı-ayrılıqda nə qədər yaxşı xüsusiyyətlərimiz olsa da, birləşərək bir hədəfə vurmaq bacarığımız heç vaxt baş tutmayıb. Hər kəs "birinci məng" həvəsindədir. Tarixən xanlıqlar, bəyliklər, qəzalar hər biri ayrılıqda irəli getməyə çalışıb və unudublar ki, "yalnız öküzü qurd yeyir". Bu gün də dədə-babadan miras qalmış bu şakərimiz davam etməkdədir.
Artıq Birinci Qarabağ savaşından 20 ilə yaxın vaxt keçməsinə baxmayaraq, o zaman qəhrəmanlıq, şöhrət haqqında, hətta canını belə, düşünmədən döyüşə atılan qəhrəman oğullarımızın bir terrorçunun məhv edilməsindəki xidmətlərini bölüşə bilməmələri çox təəssüf doğuran haldır. Qarabağ döyüşçüləri haqqında hər yazımda vurğulayıram ki, orda bircə gün də olsa döyüşmüş hər bir oğul qəhrəmandır. Ölümü dirigözlü qarşılayan həmin oğullar alqışa layiqdirlər. Ürəklə torpağımızın müdafiəsinə qalxan hər igidimizin boynumuzda haqqı var. Amma çox təəssüf edirəm ki, şöhrət, qəhrəmanlıq, birincilik həvəsindən, iddiasındanmı, ya xalqın sevimlisi olan birinin məqamına paxıllıqdanmı, ya özünü haqlı hesab edərək prinsipiallıq nümayiş etdirmələrindənmi onların bir-birini təhqir etməsi ağılasığmazdır. Dəfələrlə başqa-başqa mövqelərimizdə döyüşən keçmiş döyüşçülərdən o murdar terrorçunu öldürmələri barədə etiraflar oxudum. Hər biri də ancaq versiyalarla, ortaya dəqiq arqument qoymadan danışıblar. Maraqlıdır ki, erməni öz "başsız qəhrəman"larına baş qoyaraq rol oynadıqları halda bizim haqq işimiz uğründa o başı üzənin haqqı tapdanmaqdadır. Artıq neçənci versiyadır ki, Monte Melkunyanı öldürdüyünü səsləndirən döyüşçülərimizin xatirələrini dinləyirəm. Bir yazımda da yazmışdım, bəlkə bu Avo doğrudan ermənilərin şişirtdikləri kimi əjdaha imiş?! Başı çox olduğundan bizim oğullar da hamısı haqlıdır öz sözlərindəg
Kimdi Monte Melkumyan?
"Vikipediya"da yer alan məlumatlara görə, Monte Melkonyan 1957 -ci il noyabrın 25-də ABŞ-ın Kaliforniya ştatında anadan olub. Arxeologiya ixtisası üzrə Berkli Universitetini bitirib.1978-ci ildən Livanda gedən vətəndaş müharibəsində, sağ xristian qüvvələr tərəfində döyüşüb. Bundan sonra türk ordusuna qarşı PKK -nın həyata keçirdiyi əməliyyatlarda iştirak edib. 24 sentyabr 1981-ci ildə Melkonyan Parisdəki Türkiyə səfirliyinə hücum həyata keçirib. Həmin ilin noyabrında Fransa polisi onu həbs edib, həbsi zamanı üstündən saxta sənədlər aşkar olunub. Melkonyanın həbsinə cavab olaraq ASALA bir neçə terror aktı törədib və terrorçulara güzəştə gedən Fransa hökuməti onu Livana deportasiya edib. Lakin bir müddət sonra o, saxta sənədlərlə yenə də Fransaya qayıdıb. Bu müddət ərzində o, fələstinli terrorçu Əbu Nidal ilə sıx əlaqə saxlayıb. 1983-cü ildə Melkonyan Parisdəki Orli hava limanında, Türk Hava Yolları Şirkətinin kassaları qarşısında partlayış təşkil edib. Bu terror aktı nəticəsində 5 nəfər həlak olub, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 1985-ci ildə terrorçu Fransa polisi tərəfindən yenidən həbs olunub və 4 terror aktının təşkilində günahkar bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılıb və o, 1989-cu ildə azadlığa buraxılaraq Fransadan Yəmənə deportasiya edilib. Ancaq orada çox qalmayıb və saxta sənədlərlə yenidən Avropaya gələrək bir müddət orada yaşayıb. 1990-cı ildə Melkonyan Ermənistana gəlib və terror fəaliyyətini davam etdirmək üçün Dağlıq Qarabağ ərazisinə göndərilib. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistan ordusunun ön cəbhə dəstələrinin birinin komandiri olub. Xocalı soyqırımında qadınları, körpələri, qocaları, günahsız insanları ən ağlasığmaz vəhşiliklə qətlə yetirən ermənilər arasında yenə də xüsusilə fərqlənən məhz Melkonyan idi. Əsas sevimli məşğuliyyətlərindən biri də əsir götürülən azərbaycanlılara ən amansız yollarla işgəncələr vermək, onları xüsusi qəddarlıqla qətlə yetirmək olub.
Bu hərbi caninin məhv edilməsində ilk versiya 1993-cü il iyunun 12-də Azərbaycan ordusunun o vaxt cəmi 22 yaşı olan kəşfiyyatçısı, Qarabağ müharibəsinin ən şanlı qəhrəmanlarından olan İbad Hüseynovla üz-üzə gəlməsi olub. İ.Hüseynov qəddarlığı ilə ad çıxarmış "Avo"nu məhv etmək ümidi ilə düşmən nəzarətində olan doğma kəndi Muğanlıya kəşfiyyata gedib. İki gün kənddə qalan kəşfiyyat dəstəsi üçüncü gün uzaqdan "UAZ" markalı avtomobilin kəndə tərəf gəldiyini görüb. "Avo" piyada kəndə tərəf irəliləyir. Onun hərəkət istiqamətini dəqiq hesablayan kəşfiyyatçı İbad düşmənlə Muğanlı kənd məktəbinin həyətində üz-üzə gəlir. "Avo" günün günorta çağında, ermənilərin nəzarətində olan kənddə azərbaycanlı kəşfiyyatçı ilə üzləşəcəyini gözləmədiyindən özünü itirir. Göstərdiyi igidliklərə görə "Azərbaycan bayrağı" ordeninə layiq görülən İbad erməni cəlladının başını üzür, onun üstündən sənədlərini və şəxsi əşyalarını götürüb geri qayıdır. İ.Hüseynovun döyüş yoldaşı Sahib Şirinov da təsdiq edir ki, məşhur erməni cəlladının kəsilən başı və onun şəxsi əşyaları o vaxt hərbi qərargah tərəfindən sənədləşdirilib. Melkonyanın şəxsi əşyaları dəlil kimi hələ də durur.
Doğrusu, ilk dəfə İbadla həmsöhbət olarkən bu əşyaları mən də öz gözlərimlə görmüşəm. O zamanlar Avonu başqalarının öldürməsi haqda heç bir iddia yox idi. Sonradan müxtəlif versiyaların səslənməsi bəzi çaşqınlıqlar yaratmağa başladı. Əvvəla, həm əşyalar, həm İbadın terrorçunun başının onun əlində olan şəkli bu iflasın danılmaz sübutudur və hadisəni təfərrüatı ilə danışan İbad Hüseynovun yanında bu hadisəni təsdiq edən və bu gün də sağ olan döyüş dostları var. Sonar səslənən versiyalarda döyüşçülər onu uzaqdan vurduqlarını və həmin ərəfədə erməni rabitəsi ilə Avonun öldürülməsi haqda eşitdiklərini deyirlər. Hətta son vaxtlar bu haqda bir film də çəkilib. Rayonlara üz tutublar, o döyüşdə sağ qalanları, ölənlərin valideynlərini filmdə danışdırıblar. O filmdəki qəhrəmanlarımızı da tanımaqdan məmnun oldum. Bu danılmaz faktdır ki, o qəhrəmanların qanı bu torpaq üçün axıb və onları unutmamaq, onlara laqeyd qalmamaq hər birimizin vətəndaşlıq borcumuzdur. Amma olmazıdımı ki, o gözəl film sırf "Monte Melkumyanı İbad yox, mən öldürmüşəm" prinsipi ilə deyil, sadəcə vətənpərvərlik mövzusunda gənclərimizə örnək ola biləcək bir sənəd kimi ortaya qoyulaydı? Filmdə sübut kimi ermənilərin terrorçunun dəfni mərasimini paylaşmaları göstərilir. Yəni, siz hər sifətə düşə bilən erməni üçün başsıza "baş qoymağın" çətin bir iş oluğunumu düşünürsünüz! Melkonyanın öldürülməsi Ermənistanda və Qarabağdakı, eləcə də xaricdəki ermənilər üçün sarsıdıcı itki olub. Ermənistanda bununla bağlı 3 gün matəm elan edilib. Ermənilər əfsanəvi qəhrəman saydıqları bu terrorçunun öz nəzarətləri altında olan ərazidə öldürülməsini həzm edə bilmədiklərindən onun iyunun 12-də Ağdamın Mərzili kəndindəki döyüşdə "qəhrəmancasına həlak olduğu" barədə rəsmi versiya təqdim ediblər. Başqa bir yazıda isə israrla təsdiq edilir ki, 1993-cü il iyunun 12-də Mərzlidə heç bir döyüş olmayıb. Mərzili iyulun 9-da işğal olunub, deməli iyunun 12-də günün günorta çağında Monte dəstəsi ilə birlikdə azərbaycanlıların nəzarətində olan kəndə gələ bilməzdi". İnternetdə yer alan fotoşəkildən də görünür ki, dəfn mərasimi zamanı Melkonyanın cəsədi başla birlikdə olub, lakin başın ancaq sifət hissəsi görünür və gözləri bağlanıb. Sonradan vaxtaşırı olaraq bu erməni cəlladının necə ölməsi barədə Ermənistanda və Azərbaycanda müzakirələr açılıb. Ermənilər Melkonyanın Muğanlı kəndində başı kəsilərək öldürüldüyünü uzun müddət təkzib etməyə çalışıblar və onun necə öldüyünə dair saxta təfərrüatlar uydurublar. Keçmiş döyüşçülərdən biri deyir ki, Montenin cəsədini İrəvana ancaq dörd gün sonra göndəriblər. Xocavənd erməniləri isə fəxr etdikləri bu "qəhrəmanla" vidalaşa bilməyiblər. Belə görünür ki, "Avo"nun başsız dəfn olunmasının nə dərəcədə biabırçı hadisə olacağını dərk edən ermənilər ona ayrı baş dikiblər və tanınmamaq üçün gözlərini sarıyıblar. Tarixi faktları saxtalaşdırmaqda mahir olan ermənilər bu əməliyyatda da "qəhrəmanları" barədə də saxta imic düzəltmək üçün dəridən-qabıqdan çıxırlar. Ancaq deyəsən, Monte məsələsində erməni təbliğatı baş tutmur...
Bizimkilərin "təbliğatı" isə erməni dəyirmanına su tökməkdən başqa bir şey deyil. Odur ki, məhv edilmiş bir terrorçunun ətrafında silah dostlarının çəkişməsini yox, onların qarşıdakı müharibədə yenə bir səngərdə olması daha məntiqli və gərəkli olardı. Çünki vətən xilasını bu cür oğulların növbəti qəhrəmanlıqlarında görür. Bir-birinizə əl uzadın və o murdar başı tapdalayıb keçin.


YAZARIN ARXİVİ

2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-01-17
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK