Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Bir dəfə İlham pərisindən küsdüm..." Adalet.az | "Bir dəfə İlham pərisindən küsdüm..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Bir dəfə İlham pərisindən küsdüm..."

Elçin Mirzəbəylinin fikrincə, ədəbiyyat adamları siyasətçilərə nisbətən bir-birilərinə qarşı daha aqressivdirlər

11774    |   2014-11-01 01:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sovet dövründəki təqvimlərin bayramları ilə hesablayanda yaşıdım Elçin Mirzəbəyli məndən cəmi bir-iki bayram böyük olar. Aralarında kəskin mübarizə gedən qonşu məktəblərdə təhsil almışıq. Bu mübarizə futbol yarışlarında o qədər kəskinləşirdi ki, biz hətta qohum olmağımızı da bir kənara qoyurduq.
Bu gün Elçin Mirzəbəyli aktiv siyasətin içindədi, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavinidi. Elçin mətbuatımızın aparıcı simalarından biridi, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, "Baymedia" İnformasiya Agentliyinin Baş redaktoru, nüfuzlu Ali Media Mükafatı laureatıdı.
Elçin Mirzəbəyli istedadlı şairidi. İlk şeirlərindən bu günə kimi izlədiyim dostumun "Bir gecənin tənhalığı", "İtirilmiş vaxtın adamı", "Poz bu sükutu", "Sevgi məktubları" kitablarının uğuru məni qətiyyən təəccübləndirmir, üstəlik xeyli sevindirir.
Siyasətçi, jurnalist və şair Elçin Mirzəbəyli ilə söhbətləşib ötən günləri xatırladıq. Söhbətimizin bir hissəsi yəqin oxucularımız üçün də maraqlı olar.

- Elçin, orta məktəbdə oxuyanda o qədər dalaşmışdıq ki, sənə qarşı olan hirsim soyumaq bilmirdi. Uzun illərdən sonra bütün cığallıqları, mübahisələri unudub kabinetin qapısını döydüm...
- Allah səndən razı olsun, ötən günləri yada saldıq. Yaşımız artıq 50-yə yaxınlaşır, hərdən belə söhbətlərə ehtiyac yaranır.
- İş günün sonunda görüşdük. Gündəlik nəşr olunan qəzetlərin redaksiyasında işin ən qızğın vaxtıdı. Köhnə dostuna qapını geniş açdın, çay qonaqlığı verdin. Bu vaxtlarda gələn İlham pərisinə qarşı da belə səxavətli olursan?
- İlham pərisini heç qapıdan qaytarmaq olar? Onunla centlmen sazişi imzalamışıq, nə zaman gəlsə, diqqətimi və vaxtımı əsirgəmirəm. Bundan redaksiyadakı əməkdaşlar bir balaca əziyyət çəkirlər. Elə an olur ki, maşın sürəndə gəlib nəsə pıçıldayır.
- Bəs belə vəziyyətdə nə edirsən?
- Belə anlarda texnika köməyimə yetir, avtomobili verirəm yolun kənarına, ilkin qeydləri mobil telefonun yaddaşına köçürürəm. İlham pərisinin könlünə dəyməmək üçün nə lazımdırsa edirəm.
- Küsüb getməyindən belə qorxursan ki?
- Qorxub eləmirəm. Özü də küsüb getmək lazım gələndə ilk addımı mən atıram. Yəqin sənin də yadındadı, bir dəfə küsüb getdim və bir də uzun müddətdən sonra qayıtdım.
- Bu gün məmləkətimizdə siyasətçi də boldur, baş redaktor da, şair də. Belə bir ortamda fərqlənmək üçün nə etmək lazımdı?
- Fərqlənmək haqqında düşünməmək, yalnız öz işinlə məşğul olmaq lazımdı. Mənim düşüncəmə görə ən doğru yol budur. Əgər bütün günü oturub "filankəsi üstələməliyəm" - deyə düşünməklə heç nəyə nail olmaq mümkün deyil. Nə siyasətdə, nə baş redaktorluqda, nə də poeziyada özümü gözə soxmağa çalışıram. Gündəlik öz işi ilə məşğul olan insanlardan biriyəm.
- Siyasət meydanında, mətbuatda və poeziya aləmində iddiasız da keçinmək olmur...
- Bu məsələdə bir neçə vacib nüans var. İddianın da bir sərhədi, ölçüsü olmalıdı, iddia həmin insanın bacarığına, istedadına və imkanına uyğun gəlməlidi. Bu göstəricilərin uyğun gələndə yaranan vəziyyət özü səni irəli çəkir, bəzən sənin bundan heç xəbərin də olmur.
- Sədr müavini olduğun partiyadakı hədəflərin təşkilatın nizamnaməsi ilə tənzimlənir. Şair Elçin Mirzəbəylinin hədəfləri nədir?
- Tam səmimi deyim ki, özüm üçün yazıram, çünki buna ehtiyacım var. Ona görə də nə yaradıcılıqdakı uzun müddətli fasilə, nə də göz qabağında olmamaq məni narahat edib. Əlimdə geniş imkanlar olmasına baxmayaraq özümü heç zaman təbliğ etməyə çalışmamışam. İndi ilkin-günün bu vaxtında düşüb özümə zorla oxucu toplayası deyiləm ki... Son illər şeirlərim İtaliyada, Özbəkistanda çap olunub. Bütün bu prosesin heç birində mən xüsusi iştirak etməmişəm, daha çox dostların təşəbbüsü olub.
- Azərbaycanda Şairlər Partiyası yaratmaq olar?
- Yox, əşi, sən nə danışırsan. Şairləri bir araya gətirmək olar? Əslində heç bu lazım da deyil, çünki yaradıcılıq fərdi məsələdir. Ədəbiyyat adamı bir araya toplananda o, artıq ədəbiyyat adamı olmur. Qələm adamları Yazıçılar Birliyində toplanıblar, elə bu bəs edir. Yeri gəlmişkən, sənə bir hadisə danışım. 2002-ci ildə partiyamızın qurultayı çox gərgin keçirdi, müxtəlif fikirlər, qarşılıqlı ittihamlar səslənirdi. Sözün açığı, narahat olmaya başlamışdım. Sədrliyə namizədlərdən biri olan Mikayıl Rəhimov mənə dedi ki, bu sənin üçün Yazıçılar Birliyinin qurultayı deyil e sakitcə keçsin. Mən də ona dedim ki, sən hələ Yazıçılar Birliyinin qurultayını görməmisən. Partiya qurultayından fərqli olaraq, Yazıçılar Birliyinin qurultaylarında səs-küy tədbirin özündən xeyli əvvəldən başlayır. Sonuncu qurultay bunu bir daha sübut elədi. Və sonda nə necə olmalı idisə, o elə də oldu. Onsuz da yaradıcı təşkilat heç kimi nə şair edib, nə yazıçı. Bundan sonra da edən deyil. Kimlərsə bu qurumdan nəsə umur, umduğunu tapa bilməyəndə də başlayır səs-küy salmağa. Mən Yazıçılar Birliyinə dostlarımla görüş yeri, hansısa bir tədbirin keçirildiyi, müzakirə aparılan məkan kimi baxıram. Yolum o tərəflərə düşəndə Rəşad Məcid, Qulu Ağsəs kimi dostlarla görüşürəm.
Sən də deyirsən Şairlər Partiyası yaradaq, bilirsən sədr olmaq üstündə bir-birilərini necə qıracaqlar? Ədəbiyyat adamları siyasətçilərdən fərqli olaraq bir-birilərinə qarşı daha aqressivdirlər. Şairlərin hamısını siyasətə yaxın buraxsan, Azərbaycan siyasətinin durumu indikindən qat-qat pis olar.
Etibar, olar bir sual da mən sənə verim?
- Buyur.
- Yadına gəlir, telekanallardan birində mətbuatla bağlı apardığım müəllif proqramına səni qonaq çağırdım və çox maraqlı bir veriliş alındı?
- Əlbəttə yadıma gəlir, veriliş gecə saat 12-də yayımlandı və həmin gün efirdəki sonuncu veriliş idi. Səhər tezdən eşitdik ki, telekanal bağlandı. İkimizin söhbət etdiyi həmin proqram telekanalın sonuncu verilişi oldu.
Amma narahat olma, bu müsahibəmizin taleyi uğurlu olacaq.





YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK