hacklink Adalet.az | QAZINA QAZ KƏSİM Adalet.az | QAZINA QAZ KƏSİM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QAZINA QAZ KƏSİM

"Qaz ağacı, qoz ağacı, kim hansının odunda istəyir qızınsın"Mənə məxsus atalar sözü

23349    |   2007-12-01 06:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Öncə onu deyim ki, yeyib-içən oğlanlar, yaxşı kişilər həmişə ağzının dadını bilir. Ağızlarının dadlarını bildiklərinə görə də dünyanın dadını çıxartmaqdan da geri qalmayıblar. Lap elə biri bizim rəhmətlik Nəcəf Bəy Vəzirov. Kişinin oğlu doğrudan bəy olub və elə bəy kimi də deyib ki, "Yeyəsən qaz ətini, görəsən ləzzətini".
   
   Hə, yadımdadır Qarabağ hadisələri başlamışdı, yəni Dağlıq Qarabağın sərhədləri daxilində "daş" müharibəsi gedirdi, yollar bağlanırdı, arada bir güllə səsləri də eşidilirdi. Adamların əhval-ruhiyyəsi günü-gündən çoxalır, narahaçılıqları artırdı. Belə bir məqamda Bakıda oturan hökumətin başbilənləri problemi çözməyin variantlarını işləyib axtarırdılar. Axtara-axtara da tapdılar və...
   
   Bizim Tuğ kəndinə ayda bir neçə maşın karvanı gəlirdi. Bu karvanlar özləri ilə müxtəlif ərzaq məhsullarından tutmuş, od və saman bağlamalarına qədər daşıyırdı. Hətta Kürdəmirdən bizim kəndimizə bir neçə maşın saman bağlaması da göndərmişdilər. Camaatın təsərrüfatına yardım üçün... Bunun ardınca hökumət bir az da işgüzarlıq nümayiş etdirib başladı kəndlərin sosial problemini çözməyə. Yollar asfaltlanır, işıq xətləri dəyişdirilir, gənc ailələrə yeni evlər tikilir, məktəb, xəstəxana bərpa olunur və yaxud da yenisi ilə əvəzlənirdi. Bir sözlə, ermənilər bizi daşlayır, güllə atır, biz də ki...
   
   Biz deyəndə ki, Bakıda oturan hökumətimiz tikinti-abadlıq işləri aparırdı. Hətta çox qısa bir müddət ərzində hardasa bir aya, ay yarıma indi Bakıda ehtiyacını duyduğum qazı gətirib çəkdilər Tuğa. 110 min əhalisi olan Füzuli rayonunun mərkəzində qaz yanmadığı halda, artıq Tuğda, eləcə də Dağlıq Qarabağın digər kəndlərində mavi qaz alovlanırdı. Vallah-billah, bu siyasətin kimin tərəfindən işlənildiyini, bunun kökündə kimlərin hansı marağının durduğunu bilmirəm, ancaq onda da, elə indi də şübhələrimə aydınlıq gətirəcək kimsəni də tapmamışam, məni başa salsın görüm onda bizə qaz lazım idi, yoxsa Dağlıq Qarabağ?
   
   Ola bilsin ki, bu sualın cavabını hərə bir tərəfə yozsun. Amma vallah, bugünkü hadisələrin inkişafına nəzər salanda görürəm ki, onda Tuğa lap qaz lazım olsa belə, biz qazdan qazla istifadə edə bilmədik. Yəni qaz adlanan enerjimiz, gücümüz loru dildə desəm, qazımız çatmadı ki, qazla baş kəsək. (Bu cümlələri yazdığım anda tələbə yoldaşım Vaqif mobil telefonuma zəng vurdu, amma danışmaq yadından çıxdı. örünür onun da qazında problem var).
   
   İndi düşünəcəksiniz ki, qazla da baş kəsmək olar? Amma yaxşı bir götür-qoy etsəniz, ən azı son illərin tarixini vərəqləsəniz, görərsiniz ki, dovşanı araba ilə tutan, pambıqla baş kəsən şimal qonşumuz qazla da baş kəsir. Elə ona görə də bu gün çox qazlı-qazlı danışır. Son iki-üç ildə Avropaya da, elə qulağımızın dibində olan ürcüstana da bir qaz zopası vurdu. Odur-budur Saakaşvilinin qazı düşüb aşağı. Qış gələndə də əlini açıb, gözün yumur üzü bizə tərəf. Doğrudur, ürcüstanda yaşayan azərbaycanlılar indi meşədən odun gətirmək üçün vertolyot almaq məcburiyyətindədilər, çünki ürcüstanın odun, enerji, nə bilim nə işləri ilə məşğul olan böyükləri soydaşlarımızın ağzını dağa dirəyiblər. Onlara yanacaq kimi odun kəsib gətirəcəkləri yeri o qədər əlçatmaz, ünyetməz ərazidə müəyyənləşdiriblər ki, ora ancaq vertolyotla gedib gəlmək olar. İndi fikirləşin də, görün ürcüstanın qazı yüksək olsaydı soydaşlarımızın günü onda necə olardı.
   
   Hə, Rusiya qazla oynayır, istəyəndə qiymətin qaldırır, istəyəndə qazın artırır, istəyəndə qazın alır. Çünki bu rus o qədər qazlıdır, o qədər qazı var ki, dəmi adamı boğur. İndi əleyhiqaz məsələsidə ki, qəlizdi də, özünüz bunu yaxşı bilirsiniz... Təbii ki, bu, son vaxtlar rus siyasətinin ən üzdə olan bir nüsxəsidir. Ona görə də bu qazın hamıya paz olduğu, yəni Avropadan tutmuş, bizə qədər, elə Amerikanın özünə də can rahatlığı vermədiyini hər kəs bilməmiş deyil. Amma nə fayda ki, bunun sonunun partlayış olacağını bilənlər susur, bilməyənlər də hələ ki, əllərini o qazda isidirlər. Olsun, bir də ki, atalar deyib ki, daha doğrusu ataların dediyini mən özümünküləşdirib deyirəm ki, "qaz ağacı, qoz ağacı, hansında istəyirsən əlini qızdır". Təbii ki, imkana və şəraitə görə.
   
   
   
   P.S. Hə, Qaz ətindən çəkilən kabab bir yana, amma onun çığırtmasına söz olmaz. Bir şərtlə ki, rus qazında rus qazın çığırtmayasan. Elə öz qoz ağacından çatılmış odun üstündə öz qazını çığırtasan. Sonuncunun səsini özün eşidərsən, dadını da özün bilərsən.


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
SON XƏBƏRLƏR
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK