Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İŞIQSIZ DÜNYA Adalet.az | İŞIQSIZ DÜNYA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İŞIQSIZ DÜNYA

18890    |   2007-11-24 07:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Uşaqlıqda nağıllara çox inanırdım. İnanırdım ki, Ağ atlı oğlan adlanan birisi çətin Günlərdə dada yetir, hansı padşahınsa bağında şəfaverici almalar yetişir, hardasa Gecələr su pəriləri qayalara çıxıb Ay işığında qızılı saçlarını darayırlar. Qaranlıq dünyaların, adamları belində işıqlı dünyaya çıxaran Ağ qoçun varlığına inanırdım. Böyüdükcə yaşadığım aləmin də iki rənGdə olduğunu anladım.Dindarlardan eşitdim ki, hələ yaşadığımız dünyadan ayrı " o biri dünya" da varmış. Bu dünyaların arasında çaş-baş qalanda böyüklərin bir sözü daha çox ağlıma batdı: "Cənnət də, cəhənnəm də bu dünyadadı". Behiştin dünyamızın harasında olduğunu deyə bilmərəm, amma mən cəhənnəmi lap çoxdan özüm üçün kəşf eləmişəm...
   
   Adamlar düşünüb-daşınmağı öyrənən Gündən ən ağıllıları ədalətli qanunlar yaratdılar. Yaratdılar ki, nahaq haqqı, əyri düzü üstələməsin, Güclü Gücsüzü əzməsin. Əyriləri, oğruları, başkəsənləri, qantökənləri sakit adamların başından eləmək üçün dustaqxanalar yaratdılar. Ancaq qanunların icrası naşı əllərə tapşırılmışdı. Nəticədə dustaqxanalar haqq-nahaq ağzına kimi dolduruldu...
   
   Mənə Görə dustaqxanalar yer üzünün cəhənnəmidi...
   
   Dedektiv ədəbiyyatı sevmirəm. Orta məktəbdə "Brilyant məsələsi", "Qara volqa" romanlarını oxuyanda nə qədər əzab çəkdiyimi indi də xatırlayıram. O zaman mənə aydın olmuşdu ki, bu dünyada oğrulardan və canilərdən ibarət bir dünya da var. Romanı oxuyanda sanki o "qaranlıq" dünyaya düşürdüm. Kitabı örtəndə elə bilirdim işıqlı dünyaya çıxdım; ətrafdakılar mənə mələk kimi Görünürdülər. Zövqlə oxuduğum yeGanə dedektiv əsər "Baskervillərin iti" romanıdı. Əsərdəki Gözəl xəfiyyə obrazına Görə xoşlamışdım o əsəri. Bu Gün də kriminal yazıları oxumur, verilişlərə baxmıram. Ovqatımı korlayır...
   
   İnsanın dustaq olmasına dözə bilmirəm. Tələbəlikdə Şirvanşahlar sarayına Getmişdik. Orada ilk dəfə zindan Gördüm və bu zindanda dayanıb divarın lap yuxarısındakı kiçik nəfəslikdən Görünən bir parça tərtəmiz Göyə xeyli baxdım. İşıqlı dünyaya... Adamı bu zindandan işıqlı dünyaya çıxarmağa heç bir Ağ qoçun hünəri çatmazdı məncə...
   
   
   
   ***
   
   
   
   ...Televizoru Gec yandırmışdım. Saçları tamam ağarmış kişi sazın müşayiəti ilə muğamat oxuyurdu. Yanıqlı səsində peşəkarlıqdan başqa hər şey vardı: kədər, həsrət, peşmançılıq... Sonuncunu onun dustaq olduğunu biləndən sonra anladım. Elə bil demək istəyirdi ki, biz yaşadığımız işıqlı, təmiz havalı, ətirli dünyanın qədrini bilmədik, əyri yollara baş qoşduq. İndi budur, cəzamızı çəkirik. İstədiyimiz yerə Gedə bilmir, doğmalarımızın, əzizlərimizin üzünü Görmürük. Amandır, bizim səhvlərimizi təkrar eləməyin, nə qədər azadlıqdasınız, bunun qədrini bilin. Bu azadlığın şirinliyini indi bizim qədər bilən yoxdu... zü kimi Geyinmiş onlar, yüzlər onu dinləyirdi. Dustaqların qonaqları vardı: Musa Yaqub, Aqil Abbas... Mən ancaq Vaqif Bəhmənlinin çıxışını eşidə bildim. Şair dustaqları bir-biri ilə mehriban olmağa çağırdı. Və şeir oxudu: "Anam yuxuma Girmir"... Şeir oxunduqca ekranda Görünən dustaq sifətlərə baxırdım. Bu cizGilərin arxasında nələr Gizləndiyini Görmək, anlamaq istəyirdim. Görəsən, onlar yuxuda nə Görürlər?! Yuxu Gözlərini qapayanda ruhları dəmir barmaqlıqları aşıb haraları dolaşır, kimlərin yanına tələsir?! Analarınmı, balalarınmı, sevGililərinmi...
   
   İctimai televiziyanın "Gözlə məni" verilişi mənim də ruhumu bədənimdən ayırdı, xəyalımı çox-çox illər Geriyə apardı...
   
   Mən də dustaq yolu Gözləmişəm...
   
   
   
   ***
   
   Beşinci kursda dövlət imtahanlarına hazırlaşanda 20 yaşlı qardaşım maşın qəzasına düşdü. zü sağ-salamat qalsa da yanındakı oğlan öldü. Həlak olan qohumumuzdu. Ananın Gözünün ağı-qarası bircə övladıydı... Təzəcə nişanlanmışdı... Mən işə başlayandan 15-20 Gün sonra qardaşımın məhkəməsi oldu. İş verib Bayıla ötürdülər, sonra Saratova, oradan da İrkutska Göndərdilər. Əzablı Günlərim başlandı. Mənə Görə o, hələ uşaqdı. zü də qardaşlarımın ən istiqanlısı, ən yaraşıqlısıydı. Həyat dolu, sevGi dolu bir oğlandı. Kəndimizdə nə musiqi məktəbi, nə də bir çalğıçı olmamasına baxmayaraq, özü tarda, qarmonda, nağarada çalmağı öyrənmişdi. Mütaliə eləməyi, fotoaparatla şəkil çəkməyi çox xoşlayırdı. O, Geri dönənəcən çox ağrılar, acılar yaşadım. Sanki onunla birlikdə mən də dustaqlıq çəkirdim. Həmin vaxtlarda "Azərbaycan" jurnalında Nodar Dumbadzenin "Ağ bayraqlar" romanı dərc olunmuşdu. Oxuyandan sonra bağlama düzəldib jurnalları ona da Göndərdim. Çox bəyənmişdi. Sonralar da deyirdi ki, yazıçı dustaqxana həyatını çox real, dürüst əks elətdirib...
   
   Bir tərəfdən də işlədiyim redaksiyada incidirdilər məni. Hər addımbaşı qardaşımın dustaq olduğunu irad tuturdular. Halbuki o zaman redaktorun öz qardaşı da dustaqxanadaydı.Maşın qəzası təsadüfi hadisə sayılır, hamının başına Gələ bilər. Bir də ki, dustaqxanaya həmişəmi cinayətkarlar salınır? O zaman Qəbələdən tələbə yoldaşım Adil Hacıyev yazmışdı: "Darıxma, Vəsilə, dustaqxana kişilərçindi..." Yadımdadı, qəzetimizin fotomüxbirini dustaqların şəklini çəkməkdən ötrü şöbəyə aparmışdılar. Qayıdanda danışırdı: "Orada yaxşı oğlanlar da çoxdu, amma elələri var ki, onun yeri elə dustaqxanadı..."
   
   Məni partiyaya keçməyə qoymadılar. Pambıqçını, suçunu tarladan, sağıcını, malabaxanı fermadan Gətirib Sov.İKP üzvlüyünə qəbul edirdilər. İş yerimdə sağımdakını, solumdakını, əllərinin mazutunu yuduzdurub mətbəənin fəhlələrini raykoma aparır, ərizə yazdırıb kommunist edirdilər, mənə çatanda "qardaşı dustaqdır" deyirdilər. Partiyaya keçməkdən ötrü ürəyim Getmirdi, amma münasibət ağrıdıcı idi. Bilirdim ki, süni qadağalar hər addımda məni izləyəcək. Onu da bilirdim ki, indi qardaşımın dustaqlığını qaxınc edirlərsə, sabah kommunist olmamağımı irad tutacaqlar.
   
   Taleyin qəribə oyunları, həyatın min bir üzü var. İndi mən icra hakimiyyətində, yəni keçmiş raykomda işləyirəm. Bir dəfə işlə əlaqədar köhnə kağız-kuğuzlara baxanda əlimə bir siyahı keçdi. Vaxtilə nomenklaturada duran işçilərin Mərkəzi Komitəyə hazırlanmış siyahısında adımın qarşısında (o zaman mən redaksiyada kənd təsərrüfatı şöbəsinin müdiri işləyirdim) "Sov.İKP üzvü" sözləri yazılmışdı... Mən elə bilirdim "pripiska" təkcə pambıqçılıqda olur...
   
   İllər ötdü, qardaşım Geri döndü... O Gecə evimiz adamla dolmuşdu. Hamı bizə Gözaydınlığı verir, yeyib-içir, deyib-Gülürdülər. Birdən Gözüm ona sataşdı... Çarpayının qırağında böyrü adamlara tərəf oturub tavana baxırdı. Dərin fikrə Getmişdi.Elə bil neçə il həsrətini çəkdiyi adamların arasında deyildi. Başımdan ağrılı bir fikir keçdi: "O, bir də əvvəlki adam olmayacaq..."
   
   Olmadı da. O alaGöz, yaraşıqlı, həyat dolu oğlan bir də özü olmadı. Nə tarı, nə qarmonu əlinə Götürmədi, şəkil çəkmədi. Heç kəsə inanmadı, etibar eləmədi, hər şeyə şübhə ilə baxdı. Evləndi, dörd övlad atası oldu. Çox keçmədi xərçənG xəstəliyinə tutuldu. İlk uşağının belə orta məktəbi bitirməsini Görmədi...
   
   Bu dustaqxanalarda adamlara neynirlər, Görəsən?!
   
   O hansı ölkədir ki, dustaqxanalarının qapısından qızıl qıfıl asılıb?! Bəxtəvər millət...
   
   
   
   ***
   
   Mən xəyaldan ayrılanda veriliş qurtarırdı. Elə bilirdim sonda ekranda ağ bayraqlar Görəcəyəm. Ancaq iki polisin apardığı dustağı Gördüm, könül pıçıltılarını eşitdim: "Bizi Gözləyin..."
   
   Gözləməyə nə var ki, ...Biz Gözləyəcəyik. Bəs, siz Geriyə necə dönəcəksiniz?! Əvvəlki adam ola biləcəksinizmi?!.
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-10-19
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK