viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | ÇÖKHAÇÖK Adalet.az | ÇÖKHAÇÖK Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÇÖKHAÇÖK

Gəlmişəm ayağına diz çöküb ümid istəməyə...

27678    |   2007-11-23 06:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deməli belə, payız özünü əməlli-başlı göstərir. Havadan bir ümidsizlik, bir ağrı-acı, bir niskil tökülür. Elə bil hər şeyin sonudu... zaman indi dayanacaq, həyat donacaq və... Və bu yerdə nədənsə yadıma həzin bir musiqinin, daha doğrusu, məşhur "Qaragilə" mahnısının sözlərindən bir misra düşür:
   
   - Gəlmişəm otağına oyadam səni...
   
   Hə, bu mahnını çoxları sevirdi, sevir və sevəcək də. Çünki adamı çox uzaqlara çəkib aparır bu mahnıdakı romantika... Nə isə. Heç bilmirəm hardan yadıma düşdü... Yox, xatırladım. Dünənki "Şərq" qəzetini vərəqləyirdim. Diqqətimi bir başlıq çəkdi. Həmkarlarım yazmışdı ki, "Bayıl yamacı çökmə təhlükəsi qarşısındadı". Dünyanın işinə bax ey... Türk qardaşlarımız demiş, qos-qoca Bayıl yamaca da çökür. Amma öz aramızdı, bu yamac nələrin şahidi olmayıb... Ordan boylanıb baxanda adamın yadına o qədər də uzaq olmayan Stepan Razin, bolşeviklər, dənizdən üzüb gələn məşhur Koba (yəqin ki, Stalini xatırladınız), Xanlar Səfərəliyev, eləcə də Bakı qırğını -"20 Yanvar" faciəsi və daha nələr, nələr düşür... Hələ mən bu yamacdakı ağaclar arasında yaşanan digər məqamları demirəm. Nə isə... Çökdü Bayıl yamacı, yaman çökdü. Amma öz aramızdı dibini az oymadıq ha, bu yamacın...
   
   
   
   ***
   
   
   
   İran da deyəsən çökür. Özü də elə-belə yox, pərdələnmiş şəkildə. Pərdələnmiş deyəndə ki, sağ əlini uzadıb sağ qulağını tutmur, bir balaca özünə zəhmət verib sol qulağını tutur. Bunu məcazi mənada deyirəm. Əsl həqiqətdə isə İranın xarici işlər naziri mətbuata açıqlamasında bildirib ki, ABŞ-dan onlara İsveçrə səfirliyi vasitəsi ilə bir ismarıc gəlib, loru dildə desəm, Tehrandakı İsveç səfiri söz aparıb, söz gətirib, yəni xəbərçilik edib. İranın xarici işlər nazirinə deyib ki, bəs Buş müəllimin, Kondaliza xanımın adamları sizə elçi gəlmək istəyir. Yəni rəsmi şəkildə sizlə yenidən danışıqlara başlamaq arzusundadılar. Qızı evdə qalmış bir para adamlar kimi İranın xarici işlər naziri də o dəqiqə deyib ki, buyursunlar. Onlarla danışıqlara (oxu, yəni elçilərnən çay süfrəsi arxasında oturmağa hazırıq. Çayın tərkibini sonra fikirləşərik) getməyə razıyıq. Bu yerdə adam əlini dizinə çırpmayıb neyləsin. O boyda söz-söhbətdən, o boyda dartışmadan sonra belə yumuşalmaq bir az ayrı cür səslənir, ayrı cür görünür. Nə isə...
   
   Təbii ki, bu İranın öz daxili işidir. İstər danışıqlara gedər, istər barışıqlara, istər savaşa. Hansı xeyirlidir Allah ona calasın. Şəxsən mən istəmərəm ki, qonşumda dava-dalaş, qalmaqal olsun. Ən azı ona görə ki, onun barıt qoxusundan biz də udmalı olacağıq. Deməli, bütün bunlardan sonra təkcə təəssüf etdiyim odur ki, hə, deməli İran da "çökdü".
   
   
   
   ***
   
   
   
   Atalar yaxşı deyib: "Hər aşığın öz dövranı var". Hətta dünyasını dəyişmiş şairlərimizdən birinin - Məmməd Rahimin sözləridir, mahnıda oxuyurlar.
   
   
   
   Hər aşiqin dövranı var,
   
   Hər bir bağın bağbanı var.
   
   Hər bağçanın reyhanı var-
   
   Rahimin öz calalı, öz calalı var,
   
   O bənzəməz gülə bülbül, gülə bülbül.
   
   
   
   Allah rəhmət eləsin. İndi söz sözü çəkir. Rəhmətlik Sabit Rəhman da yada düşür. Onun da məşhur bir komediyası var, "Əliqulu evlənir". Xatırlayın bir anlıq, orda (Ağasadıq əraybəylinin ifasında) vəzifəynən, kresloynan, telefonnan, hələ katibəynən bağlı nələr deyilmir...
   
   Öz aramızdı, amma dağılmalı dünyadı ha. O boyda ak Şirak prezident oldu, gözün üstə qaşın var deyən olmadı. İndi gündə on dəfə halını soruşan, beş dəfə dəsmalını gəzdirən və daha nə bilim nəyini neyləyən adamlar çəkiblər onu məhşər ayağına. Yəni ak Şirak məhkəmə qarşısında durub...
   
   Heç baş açılası dünya deyil. Deyirlər ki, guya ak Şirak saxtakarlıq eləyib. Öz partiyasını Paris Bələdiyyəsinin hesabına maliyyələşdirib. Vallah gülməlidir... Eləyib eləyib də. O boyda prezident bu boyda bir partiyanı da maliyyələşdirib özünün gələcək iş yeri kimi saxlaya bilməyəcəkdisə, daha nəyə gərək idi onun prezidentliyi?... Nətəri olur, bizdə adi EK müdiri özünə obyekt alır, ailəsini, gələcəyini düşünüb, özünün təsbeh çevirib mırt vura biləcəyi yerin gününü indidən ağlayır və heç kim də ona heç nə demir? Amma o boyda Fransanın o boyda sabiq prezidentini çəkib gətirirlər hakim ayağına. Bir yana baxanda lap yaxşı da eləyiblər. Elə mən özüm yüz dəfə yazdım ki, bu prezidentlik sənə də qalmayacaq, az ermənilərin tərəfində dur! Eşitmədi, indi çəksin cəzasını. Necə deyərlər, "öz cəzandı, çək, Balaş!".
   
   Hə, ak Şirak da belə çökdü. örək özü ilə kimləri çəkib aparacaq. Hər halda bu, Fransanın problemidir. Bizimki kənardan seyr etməkdir.
   
   
   
   ***
   
   Bizim qəzetin ən azı hər iki-üç sayından bir əməkdaşlarımızın seriallarla bağlı müxtəlif yazıları, mövqeləri dərc edilir. Hər kəs də telekanallarımızın bu və ya digər vasitələrlə bizə sırıdığı milli mentalitetimizə, mənəvi dəyərlərimizə, ümumiyyətlə, əxlaqımıza zidd olan seriallara qarşı daha çox kəskin münasibət bildirir, etiraz edir. Elə mən özüm də həmişə üçüncü dərəcəli dövlətlərdən hansı yollarlasa əldə edilib yayımlanan seriallardan rəncidə olmuşam. Hətta işdən bir az tez qayıdıb evə gələndə seriallara baxa bilməyəcəklərini hiss edən ailə üzvlərim də dilxor olublar. Bu öz yerində. Məni daha çox narahat edən şəxsiyyətinə, əqidəsinə, sənətinə və istedadına böyük hörmət etdiyim Əbdül Mahmudbəyovun son açıqlamasıdı. APA-ya verdiyi açıqlamada Əbdül müəllim bildirib ki, "o adamlara həsəd aparıram ki, vaxtlarını seriallara baxmaqla keçirirlər".
   
   Hə, Əbdül müəllim, heç gözləməzdim. Siz də çökərsiniz. Kim desə də inanardım, amma sizin seriallar qarşısında çökəcəyinizə inanmazdım və indi də içimdə hələ ki, bir şübhə qalıb. Tay siz də çökəndən sonra seriallara yaşıl işıq yox ey, yaşıl çil-çıraqlar yandırılacaq. Bütün günü evimizdə serialların məşhur qəhrəmanları at oynadacaq, yallı gedəcək. Kef olacaq ey, kef!.. (Bu yerdə dilimin ucunda bir söz var: "aclıq olsun, kef olsun").
   
   Hə, bir də hə... Deməli, çökhaçökdü. örək hara qədər, nəyə qədər və nə qədər çökəcəyin... Və yaxud da çökmələri seyr edəcəyik.
   
   
   
    P.S. Məşhur deyim təkrar olmasın. Dostum-qardaşım Oqtay Salamovun da hər gün nahara yaxın özündə hiss etmədən ovurdları çökür... Bir az onu tanımayan adam olsa elə bilər ki, görünüşü belədir. Amma yox, nahar qabağı belə olur. Əlac qalır tələm-tələsik axırıncı cümlənin nöqtəsini qoyub nəşriyyatın dördüncü mərtəbəsinə - Malikin qəbuluna getməyə... Malik də işinin ustasıdı. Satılmayan, pula getməyən nəyi varsa sırıyır. Oqtayı bəhanə edib biz də mədəmizi və ovurdlarımızı doldurub qayıdırıq işimizin üstünə... Hərəmiz öz havamızla. Şükür ki, biz hələlik tam çökməmişik...


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
SON XƏBƏRLƏR
2019-07-22
2019-07-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK