warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | AİLƏ SƏADƏTİ?.. O VARMI?! Adalet.az | AİLƏ SƏADƏTİ?.. O VARMI?! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AİLƏ SƏADƏTİ?.. O VARMI?!

(2-ci yazı)

15516    |   2007-11-17 04:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   Anam xoşbəxt deyildi. Mən də xoşbəxt olmadım. Qızım da xoşbəxt deyil. Anam əllinci illərin əvvəlində ailə qurmuşdu, mən yetmişinci illərin axırında, qızımsa XXI əsrdə... Təxminən yarım əsrin içində üç oxşar qadın taleyi... Doğrudanmı, heç nə dəyişməyib?! Bu qədər eynilik haradandı?! Çoxlarının düşündüyü kimi, bəlkə alın yazısı, talesizlikdi bu? Uğursuzluq da irsidi, yoxsa? İndiyəcən bu mətləb üstə çox baş sındırmışam, hələ ki bir qənaətim yoxdu...
   
   Əslində heç kəs evlənəndə xoşbəxt olmaq, ailə səadəti deyilən bəxtəvər dünyanın sakini olmaq barədə düşünmür. Bu, sadəcə adətdimi, borcdumu, bilmirəm. Məncə, sevdiyin adamın yanında olmaq,ağlı-qaralı dünyanın bütün şıltaqlıqlarına birlikdə dözmək, acılarını, şirinlərini qoşa dadmaq istəyidi bu.. Əgər hamıya qismət olsa...
   
   
   
   ***
   
   
   
   Qanunlarımız işə qarışdı. Qızlar üçün nikah yaşı 17 yaş müəyyənləşdi. Adamları bu da qane etmədi.Həmişə olduğu kimi bu qanunda da ayaq yeri qoyulub, yerli hakimiyyət orqanlarına qızların nikah yaşını azaltmaq barədə sərəncam vermək səlahiyyəti verilib. Nişanlı qız, atası, qayınanası və ya qayınatası ərizə ilə müraciət edirlər. Məzmun da əsasən bundan ibarət olur ki, oğlanın anası xəstədir, evin kişilərinə qulluq edəcək qadın yoxdu. Və ya oğlanın valideynlərindən biri sağalmaz xəstədi, övladının toyunu görmək istəyir. Sənədlərə qızın cinsi yetişkənliyi barədə tibbi arayış da əlavə olunur. Hər şey qaydasındadı. Hər durumda istisna halları var. Məsələnin hüquqi tərəfi bir yana dursun, kağız üzərindəki əməliyyatlardan məlum olur ki, gəlin bu gün də ər evində qulluqçu, kəniz funksiyasını yerinə yetirir...
   
   Hə... "Arşın mal alan"dakı Telli demişkən, qızı allah-allahnan gətirirlər oğlan evinə. Bundan sonra nə olur?! Elə səhəri gün qayınananın şıltaqlıqları başlanır. " Gəlin tez yatdı, gec durdu, qabları təmiz yumadı, paltarları təmiz yaxalamadı, çayı gec gətirdi, adam yanında bərkdən danışıb-güldü" və s. və i.a. Sanki 30-40 il bundan qabaq özü gəlin olanda nə yatırmış, nə dincəlirmiş- qolu bağlı qul kimi həmişə əmrə müntəzirmiş. Üstəlik, nə yuduğuna, nə bişirdiyinə söz ola bilməzmiş. Həm də lal-karmış... Bəlkə yüz il bundan qabaq beləydi. Amma bu gün gəlinini incidənlər həmişə ərlərinin başında qoz sındırıblar, nəticədə bu gün ağsaqqal qayınata evdə heç bir nüfuza malik deyil...
   
   Qəribə burasıdır ki, bu gəlin-qayınana problemi təkcə türk xalqlarındadı. Amma bizim ailələrdə başqa millətdən olan gəlini nə əri, nə də qayınanası incitmir. Bunun səbəbi nədir? Başa düşə bilmirəm. Açığını deyim ki, bu mövzunu qələmə aldığıma görə xəcalət çəkirəm. Axı, daha sivil mövzulardan yazmaq olardı. O qədər problemlərimiz var ki... Deyəcəksiniz ki, bu mövzu artıq köhnəlib. Bədbəxtlikdən köhnəlməyib! Birinci yazıda qeyd eləmişdim, axı, biz geriyə gedirik...
   
   
   
   ***
   
   
   
   Bu işdə ərlərin günahı daha böyükdür. Xalq arasında nahaq demirlər ki, əri tutanı el tutar, əri atanı el atar. Belə məqamda həmişə " Yad Qızı" tamaşasını xatırlayıram. Türk xalqları ədəbiyyatında ər-gəlin-qayınana üçbucağı heç bir əsərdə bu romandakı qədər real əks olunmayıb. zünü müasir sayan ər ismətli, abırlı arvadını restorana aparır, onu da buradakılar kimi araq içməyə məcbur edir. Utandığından əli titrəyən gəlin içkini dağıdanda bundan faciə düzəldir, deyinə-deyinə, danlaya-danlaya onu evə gətirir və bir daha özü ilə heç yana aparmayacağını bildirir. Qayınananın da əməlləri bir tərəfdən. Saf, məsum gəlini uşağından da ayırıb evdən uzaqlaşdırırlar. "Müasir" ər fahişəxanadan tanıdığı qadını evə gətirib onunla evlənir... Romanda unuda bilmədiyim bir cümlə var: " Qardaşı ləyaqətli qadın kimi alənin alnından öpdü"g Bəli, budur həyat... İstəsən mənə yaxşı deyərsən, istəsən pis. Hər şey sənin kefinə, məramına bağlıdı...
   
   Bir məsələni də anlamaqda çətinlik çəkirəm. Nədən müsəlman kişisi öz millətindən evlənəndə ona mikroskopla baxır, qeyri-müsəlmanın vağzalda yatanını da alanda onu duru suya çəkib şəkərə bələyir, öpüb gözünün üstünə qoyur?! z qızlarımıza kiminsə on il bundan qabaq yazdığı sevgi məktubu ailə faciəsinə səbəb ola bilir, amma başqa millətin nümayəndəsindən heç soruşmurlar ki, ən azı keçən gecə hardaydın... Və ümumiyyətlə, nədən həmişə saf, hiyləsiz qadınlar inamsızlıq, qınaq obyekti olurlar?!.
   
   
   
   ***
   
   
   
   Ataların bir məsəli də var: ərlə arvadın torpağı bir yerdən götürülər. Fikir vermişəm, sağlıqlarında nə qədər dava-dalaş etsələr də bir-birlərindən ayrı çox yaşamırlar. Bir filmdə deyildiyi kimi, iki göyərçin bir yerdə çox yaşar, elə ki, ayrıldılar, çox yaşamazlar, ölüb gedərlər... Kişilər bilməlidirlər ki, evlənəndən sonra valideynini itirən yox, ömür-gün yoldaşını itirən yetim sayılır. Rəhmətlik Sərdar Əsədin şeirində bir fikir vardı: Qadınsız kişi də yetimdir, ev də yetimdir. Bunu onun arvadı, tanınmış jurnalist Tükəzban Əsədovanın dilindən eşitmişdim.
   
   Qadın onsuz da başının çarəsini qılmağı bacarır. Atılmaqdan, unudulmaqdan tutmuş müharibələrədək həyat məşəqqətlərinin verdiyi ağrı-acılara dözməyin yolunu tapır. İçində ağlasa da, sızlasa da ayaqda durmağı bacarır. Kişi üçün qadınsız, doğrudan da, çətindi...
   
   Bu millət qadın azadlığı yolunda mübarizələrdən keçib, qurbanlar verib. İndi bunların üstündənmi keçək?! Nə qazanacağıq?! Onsuz da indiyədək yaşadıqlarımızın çoxu forma, görüntü idi. Kişilərlə bərabər iş, təhsil hüququ əsl azadlıq deyil, axı... Onsuz da məktəbdən, xəstəxanadan, redaksiyadan, fabrik-zavoddan dönən kimi əynimizi dəyişir, döşlüyü taxıb mətbəxə keçirik. Ancaq səhər yuxudan oyananda ərləri podnosda yatağına yemək gətirənlər deyirlər ki, biz hüquqsuzuq. Gender proqramını ortaya atırlar...
   
   Görün, biz hələ nə qədər iş görməliyik?!
   
   P.S. Kişilər despotluqlarından əl çəkməlidirlər. Yoxsa... Əllərinə podnos vermək niyyətimiz olmasa da, onları tək qoya bilərik...
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-05-20
2019-05-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK