warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | NƏ GÜNDƏSƏN, A DÜNYA... Adalet.az | NƏ GÜNDƏSƏN, A DÜNYA... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

NƏ GÜNDƏSƏN, A DÜNYA...

19794    |   2007-11-09 02:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nə qədər istəyirəm ki, baş verən hadisələrə, ətrafımda cərəyan edən olaylara, eşitdiklərimə, gördüklərimə, bir sözlə, bu dünya deyilən xarabaya öz münasibətimi bildirməyim, ancaq mümkün olmur. Elə bil o atalar sözü var e, "İlanın zəhləsi yarpızdan gedir, o da gəlib yuvasının ağzında bitir", bax onun kimi bu dünyanında bütün qarmaqarışıq işləri, qara-qura xəbərləri tək səbir kimi addımbaşı kəsir qarşımı, alır başımın üstünü. Onda...
   
   Bax, onda məcbur oluram içimdə boğduğumu, dilimə gətirmədiyimi kağıza köçürüm. Nə cür alınıb-alınmadığından asılı olmayaraq, duyduğumu, dərk etdiyimi, hətta mülahizələrimi də köçürürəm vərəqlərə, daha doğrusu, diqtə edirəm kompüterə. Beləcə baxıb görürəm ki, mənim dediklərim, mənim yazdıqlarım hansı həcmdə olmasından asılı olmayaraq heç bu dünyanın tükünü də tərpətmir. Sanki elə belə də olmalıymış...
   
   Doğrudan da deyəsən, elə belə də olmalıdır. Belə deyəndə ki, bu dünyanı nə mən kəşf etmişəm, nə də məndən öncəkilər. Dünya bizdən öncə də olub, bizdən sonra da olacaq. Biz də uzaq başı ərkəsöyün qonaqlarıq. Sonda ən yaxşı münasibət o ola bilər ki, kimsə təmtəraqlı, üzüsulu ayrıla bilər, kimlərisə də əcəl-mayallaq aparar. Nə isə...
   
   Qayıdaq dünyaya. Yer üzünün su və quru hissəsinin ölçüləri bəllidi. Onda belə çıxır ki, dünyanın eni, boyu ölçülüb, biçilib. Bax bu ölçüsü bəlli olan dünyanın bu gün yaman çox sahibi çıxıbdı. Pis çıxmasın, elə bil ki, bu dünyaya sahiblik etmək istəyənlər bir para insanlar kimi haranı istəyirlər, necə istəyirlər çəpərləyirlər. Eləyirlər özlərinin obyekti və yaxud villası, daha nə bilim nəyi. Biz əvvəllər elə bilirdik ki, dünyanın iki yiyəsi var - biri ABŞ-dı, biri SSRİ. Yəni biri o vaxtı Reyqan idi, biri də Qorbaçov. Sonra Qorbaçova tamahı güc gəldi, ya da arvad fitvasına getdi-yəni Raisanın. Və nəticədə dünyanın bir yiyəsi qaldı. Bunu mən özlüyümdə belə düşünürdüm, amma bu gün baxıb düşünürəm ki, deyəsən, dünyanın sahibləri artıb. Bax, bu yerdə mütləq bir not yazmalıyam, yəni haşiyə...
   
   HAŞİYƏ: Əgər xatırlayırsınzsa cəbhə hakimiyyətinin son illərində millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı icra başçılarını balaca padşahlar adlandırmışdı. Və belə başa düşmüşdüm ki, Azərbaycan adlanan məmləkətin böyük padşahı baş kənddə oturur, balaca padşahlar da tutaq ki, Yardımlıda, Lerikdə və yaxud Xızıda, Dəvəçidə və sair.
   
   Hə, bu haşiyəni ona görə yadıma saldım ki, təkcə dünənki qəzetlərə nəzər salsaq, dünyanın nə qədər balaca sahibi (oxu-padşahı) olduğunu bir göz qırpımına öyrənmək olar. örünür elə bu səbəbdəndir ki, şapalaq boyda olan Ermənistan və onun şapalaqdan bir az böyük prezidenti elə iddialı danışıb ki, adam dünyaya tüpürüb getmək istəyir. Robert Köçəryan deyir ki, "Dağlıq Qarabağın müstəqilliyi məsələsi bizim üçün heç vaxt sövdələşmə predmeti olmayıb və ola da bilməz"(??!!!) Bax belə, qısa və konkret. Onda məəttəl qalırsan, bəs bu neçə illərdi ki, biz nə barədə danışıqlar aparmışıq, ümumiyyətlə, nədən danışmışıq. Əgər Dağlıq Qarabağdan, işğal olunmuş torpaqlardan söhbət aparılıbsa, bu şapalaq boyda olan dövlətin şapalaqdan bir az böyük prezidenti nə sayaqlayır. Onda bizim Elmar Məmmədyarovun və yaxud da Araz Əzimovun, lap elə Xəzər İbrahimlinin televizordan dediklərini necə başa düşək, hara yazaq... Nə isə...
   
   Qəzetlər yazır ki, Finlandiyada səfərdə olan Köçəryan problemin həllində paket variantını önə çəkib. Bu "paket" sözü biz tərəflərdə müxtəlif cür yozulur, yəni yazdığın məktubu içərisinə qoyub göndərdiyin zərf. Düzdür, bəziləri məni qınayacaq, amma "paket"in həm də başqa önəmdə, başqa bir mənada işlədildiyini anlayıram, lakin bir şeyi başa düşə bilmirəm. Əgər müstəqillik məsələsində Köçəryan başqa bir fikir söyləyib, ardınca da "paket"dən danışırsa, onda ümumiyyətlə, bu nə deyən şeydi, bu fikirlərin altında nə yatıb. Ümumiyyətlə, kimin dilinin altında çöp var - ATƏT-in, Köçəryanın, yoxsa Araz Əzimovun. Hər halda qəliz sualdı.
   
   Hər gün ermənilər atəşkəsi pozur. Hər gün də ATƏT-in Minsk Qrupu, eləcə də ATƏT sədrinin şəxsi nümayəndəsi bizim problemlərimizlə məşğul olur (Onlar özləri belə deyirlər, babalı öz boyunlarına). İndi adam fikirləşir ki, 15 ildən artıqdır ki, bax, həmin bizim problemlə məşğul olanların gözü qarşısında atəşkəs pozulur, torpaqlarımız yandırılır, tarixi abidələrimiz məhv edilir. Amma... Yəni amması odur ki, həmin o yuxarıda dediklərim (adlarını bir də çəkib sizi dilxor eləmək istəmirəm) bizim problemimizlə məşğuldurlar?!
   
   Fazil Qəzənfəroğlu çox sərt şəkildə bildirib ki, ABŞ səfiri müxalifəti parçalayır. Hətta çox hörmət bəslədiyim, şəxsiyyətini və ziyalılığını dəyərləndirdiyim Fazil bəy əsəbləşdiyindən STOP edə bilməyib və deyib ki, lazım gəlsə , mən ABŞ səfirinə dərs də deyə bilərəm. Təbii ki, mən öz payıma Fazil bəyin savadına inanıram və deyəcəyi dərsin də az-çox təsiri olacağına şübhəm yoxdur. Lakin görək xanım Ann Dersi həmin o dərsə gələcək, yoxsa yox?..
   
   Sərdar Cəlaloğlu da baş verənlərlə bağlı müsahibəsində belə bir fikir dilə gətirib: "Biz öz iqtidarımızla daha ciddi nailiyyətlər əldə edə bilərik". Bu fikir şəxsən mənim ürəyimcə oldu. Axır ki, müxalifətdə kimlərsə özündə cəsarət tapıb bəyan etdi ki, bugünkü iqtidar hamınındı, sadəcə, mübahisəli, anlaşılmaz məsələləri bir araya gəlib çözmək lazımdır. Bunun üçün də heç bir xarici dövlətdən, heç bir xarici təşkilatdan, heç bir səfirdən nə məsləhət, nə də qrant ummaq lazım deyil. Eləcə papkanı vurub qoltuğuna, gəlib üzbəüz oturmaq kifayət edər. Təki ortada şirinçay olsun...
   
   Bəli, əvvəldə dedim ki, dünya getdikcə balaca sahiblər arasında güləş meydanına, nə bilim rinqə çevrilir. Hətta futbol oynamaq, daha doğrusu, top-top oynamaq istəyənlər də tapılıb. Onlardan biri də hələ ki, biz tərəfə hər cür top vuran Robert Köçəryandı. Dünyadı də...
   
   P.S. Bir rəvayət eşitmişəm. Deyirlər bir məmləkətin padşahı çiyninə şahlıq quşu qonandan sonra fərman verir ki, məmləkətin harasında ölməyindən asılı olmayaraq bütün ölüləri gətirməlisiniz, mən onun qulağına bir kəlmə söz deməliyəm, sonra aparıb dəfn etməlisiniz. Camaat da neynəsin, fərman şah fərmanıdı. Məcbur əməl edirlər, nəticədə böyük narazılıq yaranır. Həmin padşahın başqa bir məmləkətdə olan yaxın dostu təsadüfdən gəlib bu mənzərənin şahidi olur və padşah dostundan soruşur ki, sən o ölünün qulağına nə deyirsən, padşah da müdrik bir görkəm alıb deyir:
   
   - Ölüyə deyirəm ki, o biri dünyada deyərsən ki, gör bu dünya nə günə qalıb ki, mən padşahlıq edirəm.
   
   P.P.S. Son məlumatlara görə, bizim gücümüz artacaq. Daha doğrusu, güc nazirlikləri əməkdaşlarının əmək haqqı. Yəqin bundan sonra gözü onun-bunun əlində, cibində olan bəzi güc nazirliklərinin əməkdaşları tamah dişlərini çəkib atarlar. Dünyadı da, hər şey ola bilər. Bu da belə...


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
SON XƏBƏRLƏR
2019-05-24
2019-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK