hacklink Adalet.az | QOYUN BƏXTİ... Adalet.az | QOYUN BƏXTİ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QOYUN BƏXTİ...

Əmi, sən Allah, öyrən gör, o qız ər tapdı?..

19303    |   2007-11-03 04:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yəqin ki, yarımbaşlığı oxudunuz və düşündünüz ki, bunun, yəni əmi ilə qardaş oğlunun arasında olan bu sorğunun oxuculara nə dəxli var. Amma diqqət yetirsəniz görərsiniz ki, bunun təkcə oxuculara yox, cəmi millətə, yəni hər birimizə çox-çox böyük, böyük olduğu qədər də birbaşa, özü də qeyri-şərtsiz dəxli də var, hələ bir az da artıq. Sadəcə bir balaca səbr göstərmək, yazını axıra kimi oxuyanda dişlərinlə dodaqlarını sıxmaq, lap bəd ayaqdan əllərini təkcə başına yox, dizinə, elə stolun üstünə də çırpmaq olar. Bu belə...
   
   ələk indi bu günümüzün son dərəcə ürəkbulandıran, qulaq deşən, can üzən "musiqi çələnglərinə". Şəhərimizin hansı küçəsindən, hansı tinindən keçirsən dəxli yoxdur, ən azı bir küçədə beş-altı yerdə audio, video kasetlər satılır, hamısının da qarşısında səs gücləndirici var. Afrika cəngəlliklərindən tutmuş, ta bizim hələ ki, şoumenlərimizin, müxtəlif yerləri açıqlarımızın gedib çıxa bilmədiyi ucqar obalarımıza qədər hər yeri özündə təmsil edən musiqilər, ritmlər, səslər, daha nə bilim nələr götürüb həmin o səsyazma, üzr istəyirəm, səs satma mağazalarının ətrafında, necə deyərlər, oğul istəyir 2-cə dəqiqə yarım həmin o çığır-bağırla oxuyanların, duzsuz ifalarına qulaq assın. Ən azı bu iki dəqiqə yarımda dəliliklə bağlı müəyyən simptomlar mütləq baş qaldıracaq. Ona görə çalışıb "asta keçən namərddi" (atalar sözünü təhrif etdiyimə görə üzr istəyirəm) - deyib həmin ərazidən uzaqlaşmaq lazımdı, yoxsa...
   
   Hə, dərd təkcə küçələrimizin, səs satılan yerlərin dərdi olsa idi nə olardı ki. İndi marşrutlarımız ondan da yaman gündəndi. Marşrut demişkən, bu əhaliyə xidmət etməli olan müxtəlif markalı maşınların müxtəlif yaxşı sürücüləri təkcə qəpik-quruş "ovunda deyil", sanki müxtəlif düşük mahnıları da sərnişinlərə sırımaqdan ötrü öz aralarında elan olunmamış bir yarışma aparırlar. Əyləşirsən marşruta, sürücü artıq yarı yaşını çoxdan keçib, amma elə bil səni gözləyir. Maşın yerindən tərpənən kimi düyməni basır və adamın təkcə ətini yox, həm də bütün duyğularını ayaq altına tökən bir səs dolur salona:
   
   
   
   Mən səni görmək istəsəm hara gəlim?
   
   
   
   - Hamı baxır bir-birinin üzünə. Arada çiyinləri, ayaqları özü-özünə rəqs edənlər də olur, amma heç kim bilmir ki, hara getsin, çünki hələ vədələşməyiblər. Bu mahnı bitməmiş onun ardınca başqa bir duzsuz sözlər qulaq deşir:
   
   
   
   Sən nə qəşəngsən, ay canı yanmış?
   
   
   
   Və bunun ardınca da getdik e, bu "canı yanmış"da bir sağ-salamat yer qalmır. ah ay olur, gah günəş olur, gah ceyran, gah cüyür, bir sözlə, bütün heyvanlar, bütün quşlar yığışır bir yerə. Əməlli-başlı təbiət mənzərəsi alınır. Qulaq asdıqca "əhsən!" (??) deməyə taqətin olmur.
   
   Hə, bu marşrutdan düşürsən və deyirsən ki, canım qurtardı. Amma qurtardı, ha. Mahnı birdi, ikidi... Bu sözləri yazmaq istədikcən, mahnı mətinlərini məcbur oluram ki, yaddaşımda təzələyim. Amma səmimi deyəcəm, doğrudan mənə çətindi. Elə bilirəm ki, o səslər yenidən dolur qulaqlarıma. Lakin neyləyim, yazını başlamışamsa mütləq o qeyri-adi sözləri sitat kimi oxucuların nəzərinə çatdırmalıyam.
   
   Lap istəsən sizə elçi göndərim, Amma anan bilməsin?!
   
   Bu yaxın günlərin söhbətidi. Hərbi qulluqda olan yaxın insanlardan birinin görüşündən qayıdan valideyni dedi ki, bəs səndən bir xahişim var, doğrusu təəccübləndim. Düşündüm ki, vay dədəm vay, ağır iş olsa indiki bu qayğıların bol vaxtı itib-batacam. Sonra da yalançı olacam, amma bir təhər özümdə güc tapıb üzümə, gözümə bir balaca təbəssüm yapışdırıb buyur - dedim. Və həmin o doğma insan da mənə nə desə yaxşıdı... Dedi ki:
   
   - Oğlum xahiş elədi ki, Əbülfət əmi öyrənsin görüm mən əsgər gedəndə marşrutda bir mahnı eşitmişdim, sözləri də təqribən belə idi:
   
   
   
   Qızım, səni şoferə verim,
   
   yox dədə qurbanın olum və s.
   
   
   
   İndi mən Bakıdan hərbi hissəyə çatana kimi o mahnıya qulaq asdım, qızı verməyə bir adam tapmadılar. Axırı kababla, lüləylə qurtardı mahnının. Mənə elə gəldi ki, söhbət qoyundan gedir. İndi Əbülfət əmi öyrənsin görüm, o qızı qoyuna veriblər, yoxsa hələ ərə getməyib?
   
   Elə bil üstümdən dağ götürüldü. Çünki ayrı xahiş olsaydı xeyli əziyyət çəkməli olacağdım. Amma bunu tapmağa nə var ki. Təbii ki, mən də elə düşündüm və ona görə də imkan tapan kimi əyləşdim şəhərimizin böyük dairəsində hərəkət edən 94 nömrəli marşruta. Elə bil sürücü ürəyimi oxudu. Salona ayaq basan kimi həmin mahnı başladı, nə başladı. Ancaq inanın ki, Dərnəgüldən Yeni Yasamala kimi gəldim, nə o mahnı bitib qurtardı, nə də o qızın kimə getdiyini və yaxud getmək istədiyini öyrənə bildim. Kor-peşman gəldim evə. Düşündüm ki, ertəsi günü yenə bir şəhər gəzintisinə çıxaram. Amma...
   
   Adamın işi gətirməyəndə, gətirmir də. Elə bil hər şey baş-ayaq düşmüşdü. Elə həmin axşam süfrə arxasında qızım da dedi ki, ata, səndən bir şey xahiş eləyəcəm. Könülsüz-könülsüz üzünə baxdım:
   
   - Ata canı qorxma, pul-zad istəmirəm. Elə şəhərdəki marşrutların birinə minəndə əttökən bir mahnı oxudurdular. Öyrən gör həmin o mahnıda barəsində söhbət gedən qız doğrudan doğruya kimə ərə gedir.
   
   Yazıq uşağın söz ağzından qurtarmamış əlimdəki qaşığı stola nə təhər çırpdımsa, günortadan bişirilib axşamdan mənə də pay saxlanılmış xörək dağıldı stolun üstünə. O qızı da, öz qızımı da, o mahnını yazanı da, oxuyanı da, gözümə görüküb, ağlıma nə gələn varsa hamısını birdən demək istədim. Lakin...
   
   Mən bir az biədəb sözlərdən az istifadə eləyirəm. Deyilənə görə, guya nisbətən tərbiyəliyəm, ona görə uşaqların yanında özümü birtəhər saxladım. Ancaq içimdə hər iki xahiş yekə bir suala çevrilib. Neçə gündü baş sındırıram, amma cavab tapa bilmirəm. Sürücüdən tutmuş üzü aşağı, yuxarı bütün sənət adamlarından imtina edən o qız axırda lülədən, kababdan danışır. Doğrudan o qoyuna getmək istəyir?
   
   
   
   P.S. Qoyun da var, qoyun də. Biri var başıqapazlı, biri var boynu qotazlı. örəsən, hansını bəyənir, o qız? Bilmirəm indi qoyunun bəxti açılıb, yoxsa qızın. Hər halda toy olacaq.
   
   Bu da belə...


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK