nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | "Qara plyonka" məsələsi Adalet.az | "Qara plyonka" məsələsi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Qara plyonka" məsələsi

29318    |   2007-11-03 04:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Yol Polisinə bir işarə də bəsdi. lkə başçısının müşavirədəki sərt çıxışı bəs etdi ki, DYP əməkdaşları Bakıdakı avtomobilləri soyundursunlar. Türkün sözü, baş kəndimizdə qara plyonkalı nə qədər maşın vardısa hamısı yenə türkün sözü, lüt qaldı. Rəqəmləri yadımda saxlaya bilmirəm, haradasa oxudum ki, cəmi iki-üç gün ərzində yol polisləri 20 mindən çox maşını qara plyonkadan azad etdi. Düşmənlərə göz dağı olan büdcəmiz bir xeyli sürücünün hesabına bir xeyli qazandı. Türkün sözü, büdcəmizin cibi, yenə türkün sözü, doldu.
   
   İlin-günün bu vaxtında bahalı və bərk gedən maşınların bəzi bahalı və bərk gedən müğənnilərimiz kimi soyunması yaman dərddi. Soyunan bəzi müğənnilərimizin istəyi məlumdu. Sponsor, növbəti və müvəqqəti ər, reklam-filan... Amma avtomobilin lütdənməsi əvvəlcə mənə qəribə gəldi. Maşının ki, içini hamı gördü, daha onun nə ləzzəti? "QAZel"lə bahalı xarici maşının nə fərqi oldu... Sən demə, avtomobil qara plyonkasız daha gözəl görünür. Görürsən içərisində kim gedir, kimi aparır, hara aparır.
   
   Yol polisləri işlərini vicdanla gördülər, indi Bakı boyda şəhərdə dərman üçün bircə dənə də qara plyonkalı avtomobil tapa bilməzsən. Amma bununla iş bitmir. Mən biləni qara plyonkadan azad etməli o qədər işlərimiz var ki...
   
   Oğul istəyirəm, ATƏT-in Minsk Qrupunda həmsədrlik edənlərin qara plyonkalarını sökə. Maşınlarının yox ha, özlərinin. Metyu Brayza, Bernard Fasye və Yuri Merzlyakov, qısaca desəm, üç cüvəllağı bizimlə əməlli-başlı məzələnirlər. Gah deyirlər ki, Qarabağ problemi həll olunmağa yaxındır, gah da deyirlər ki, məsələnin həllinə hələ çox var. Bir gün deyirlər tərəflər sülhə doğru addım atıblar, həmin günün günorta vaxtı dediklərini danırlar. Durub deyirlər ki, tərəflər heç bir addım atmaq istəmirlər, yenə yerlərində sayırlar. Qara plyonkalı cüvəllağılar elə bilirlər Qarabağı öz evlərindən gətiriblər. Onların qara plyonkalarını söksək, BMT bizə bir söz deməz? Deməsəydi...
   
   Qarabağ dərdindən geri qalmayan təhsilimiz də qara plyonkadadı.Rəhbərlik gündə üç dəfə deyir ki, məktəblərdə heç kimdən pul yığılmır. Amma valideynlər də dillərini dinc qoymurlar. Kimi dindirirsən, deyir məktəblərdə uşaqlardan pul yığırlar. Qara plyonkaları sökən olsaydı, pulların kimin cibinə getdiyini görərdik.
   
   İş o yerə çatıb ki, çörəyimizi də qara plyonkaya salıblar. Çəkisi gündən günə azalır, keyfiyyətindən isə adamın nə danışmağa dili, nə də yazmağa əli gəlir. Mən biləni bu məsələyə ən azı 4-5 nazırlik, bir o qədər dövlət komitəsi, elə bir o qədər də agentlik məsuldu. Amma onlardan heç biri yaxasını ələ vermək istəmir. zlərini elə aparırlar ki, elə bil heç çörək yemirlər. z aramızdı, birləşib problemi qara plyonkaya salıblar.
   
   Dərd təkcə keyfiyyətsiz çörək dərdi olsaydı, nə vardı ki... Suyumuz belə, havamız belə, yolumuz belə. Hələ mən zibilimizi demirəm, çünki zibilli məsələdi, dərinə getdikcə zibili çıxır. Belə baxanda Dövlət Yol Polisi əməkdaşları yaxşı qurtardılar. Maşınların qara plyonkalarını soyundurmaqla məsələni həll etdilər. İndi qalıb başqa işlərimiz. Əgər onların da qara plyonkalarını sökə bilsək, daha bizə zaval yoxdu.
   
   Görəsən bir də müşavirə nə zaman olacaq...
   
   


YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK