viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "ANAM YUXUMA ANCAQ DOĞULDUUM YURDDA GƏLİR" Adalet.az | "ANAM YUXUMA ANCAQ DOĞULDUUM YURDDA GƏLİR" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"ANAM YUXUMA ANCAQ DOĞULDUUM YURDDA GƏLİR"

"Sovet dövlətinin dağılmasına təəssüflənməyənin qəlbi, yenidən qurulmasını istəyənin isə ağlı yoxdur"

26205    |   2007-10-25 04:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Elə qələm sahibləri var ki, onları görmədən, şəxsən tanış olmadan yalnız sözləri, yazıları vasitəsi ilə kimliyini, daxili dünyasını tanımaq mümkündür. Hətta bəzən bu tanışlıq həmin o görmədiyin insanın zahiri təqdimatı ilə ziddiyyət təşkil etsə də könül dünyası həqiqətən yazılarda, sözlərdə, istər-istəməz, özünü əks etdirir. Bu mənada həmsöhbətim tanınmış şair-publisist, "Azərbaycan" qəzetinin şöbə müdiri Flora Xəlilzadədir. Onunla özümüzdən, sözümüzdən, günümüzdən-güzəranımızdan, bir sözlə, könül dünyamızdan danışıb bir az özümüzə təsəlli verdik, bir az da sözümüzə... və sonda istədim ki, bu təsəllini oxucularla da bölüşüm...
   
   
   
   -Flora xanım, xoş gördük, necəsiniz?
   
   -Çox sağ olun. Bir payız ovqatındayam. Necə deyərlər, bir az tutqun, bir az qayğılı, bir az da...
   
   -Mən sizin yaradıcılığınıza müəyyən qədər bələdəm. Və həmişə içimdə belə bir hiss olub ki, yaradıcılığın iki qanadını, poeziyanı və publisistikanı öz daxilində qovuşduran, özüylə yol yoldaşı edən Flora xanım həmin o kəsişmədə, yəni həmin o bir az təzadlı nöqtədə özünü necə hiss edir?
   
   -Bilirsən, qardaşım, mən sözün əsl mənasında jurnalistəm, publisistəm. Doğrudur, bu sözü indi o qədər qürurla, ürəklə deyə bilmirəm. Çünki bizim dırnaqarası həmkarlarımız jurnalistikanı, qələmi o qədər hörmətdən salıblar ki, bu sənətə xəcalət notları hopub. Amma buna baxmayaraq, mən özümü jurnalist, publisist sayıram. Şer isə mənim ürəyimin pıçıltılarıdı. Mən özümü heç vaxt şair saymamışam... Heç vaxt...
   
   -Mənim qənaətimə görə bu gün söz adamı olmaq cəhənnəm əzabı kimi bir şeydir...
   
   -Bu əzabın içində də bir ayrı şirinlik var... Biz əslində söz xəstəsiyik. Sözə vurulmuş xəstələrik. Söz mənim üçün dünyada bütün varlıqlardan qiymətli, dəyərlidir. Bütün varlıqlardan yuxarıda dayanır. Mən sözə elə-belə, adi baxa bilmirəm. Sözə cümlələrdən, fikirlərdən ibarət olan bir qurum kimi baxmıram. Ona varlıq kimi baxıram və onunla nəfəs alıram. Onunla yaşayıram. Bəzən bir söz mənə bütün dərdlərimi unutdurmaq gücünə malik olur. Hansı ki, həmin sözün çəkisində heç bir hədiyyə, heç bir dəyər yoxdur. Söz insanın içinin ətridir, qardaşım! İçin nədirsə sözlə ifadə olunur. İstər qəzəbini, istər nifrətini bir sözlə, bütün hisslərini. Söz sənin daxili dünyanın güzgüsüdür...
   
   -İstər sizin yazılarınızda, istərsə də üzbəüz söhbətlərimizdə bir niskil duymuşam. Sanki yazılarınızda müəllif oxucu ilə üz-üzə qalanda oxucu müəllifin kövrəldiyini, gözünün yaşını yenicə sildiyini hiss edir. Bu nədən irəli gəlir?
   
   -Mən təbiətən, bəlkə də zahirən sərt və hardasa daşürəkli adam təsiri bağışlaya bilərəm. Amma mən kövrək adamam. Buna səbəb nədir? Bilirsən insan ömrü boyu bütün itkilərə hazır olur. Bilir ki, qapısını nə vaxtsa ata, ana, yaxın adamın itkisi döyəcək. Yəni bu itkiyə hazırdır. İnsanın hazır olmadığı dəhşətli bir itki var. Vətən itkisi. Mən 20 ildir vətənimi itirmişəm. 20 ildir mənim geriyə dönməyə ünvanım yoxdur. Xüsusilə də yaz gələndə mənim dərdlərim tərpənir. Yəni bütün dərd-qəm mənim damarlarımda, qanımda elə lövbər salıb ki, o niskil məndə əks olunmalıdır. Mən özümü vətənsiz hiss eləyirəm, mən vətənin içində qəribəm. Bundan böyük dərd olarmı? Bu gün biz torpağından üzülüb şəkilə dönmüş insanlarıq ki, bizim kökümüz, soyumuz harda qaldı, bizim axirət dünyamız harda, babalarımızın qəbri harda qaldı. Geriyə dönməyə yolumuz yoxdur. Yollar elə bağlanıb ki, yəni bu niskil məni dirigözlü öldürür. Mənim bir misram var:
   
   
   
   -Daş da məndən vəfalı,
   
   Quş da məndən vəfalı.
   
   İldə bir yol vətəndə
   
   Qış da məndən vəfalı.
   
   
   
   -Sizin "Yuxular" kitabını mən bir neçə dəfə oxumuşam. Və mənə elə gəlir ki, siz təsəllini bəlkə də yuxularda tapırsınız?
   
   -Bilirsiniz, mən hərdən öz-özümə fikirləşirəm ki, Tanrı möcüzələrindən biri də yuxudur. Nə yaxşı bu yuxular varmış. Mən yuxuda tez-tez anamla görüşürəm. zü də qəribədir ki, mən anamı elə vətənimlə qoşa itirmişəm, onu da torpaq uğrunda şəhid olmuş sanıram. Çünki ermənilər onları gətirib qarın içinə tökdülər, arvad sitəmlərə dözməyərək dünyasını dəyişdi. Və mən hər gecə demək olar ki, anamı yuxuda görürəm və heç vaxt anamı Bakıda yuxuda görmürəm. Həmişə o torpaqda yuxuda görürəm, həmişə o vətəndə yuxuda görürəm. Ona görə yuxu mənim vüsal yerimdi, görüş yerimdi. Ən sarsıntılı vaxtımda, ən ağır kədərlə üz-üzə gəldiyim vaxda, ən çıxılmaz bir məqamla üzləşdiyim vaxtda anam yuxuma girir, mənə yol göstərir. Bilirsiniz, bu möcüzədi. Bəzən illərlə görmək istədiyim, amma heç vaxt rastlaşmadığım insanları yuxuda görürəm. Ən başlıcası, mən vətəni, doğulduğum yeri yuxuda görürəm.
   
   -Bu qədə kövrək notlardan sonra bir söz də soruşmaq istəyirəm. Bu gün Azərbaycan ədəbi mühiti bir kobud ifadə ilə desək, "talkuçkaya" bənzəyir. Hər şey alınır, hər şey satılır - dəyərli sözdən başqa. Siz də bunun içərisindəsiniz?
   
   -Bəli, ədəbi mühit deyəndə birinci olaraq rəhmətlik Qulu Xəlilovu xatırlayıram. Və ədəbi mühitdə baş verən bu hadisələrə baxdıqca, fikirləşdikcə, təhlil etdikcə mənə hər dəfə elə gəlir ki, Qulu müəllimin qəbri neçə yerdən çatlayır. Çünki o, çox nəhəng bir tənqidçi idi və ədəbiyyatda baş verən qüsurlu hallara, zəif misralara, zəif əsərlərə dözümsüz idi, çox sərt münasibət göstərirdi. O heç nədən çəkinməzdi, ən yaxın dostunun da, sirdaşının da əsəri zəifdisə o, dərhal tənqidi sözünü deyərdi. İndi Azərbaycan tənqidində bir "tost" ənənəsi davam edir. Mən ildə beş kitabı çıxan bir nəfərin yaradıcılığı ilə bağlı möhtərəm bir tənqidçidən soruşdum ki, niyə susursunuz? Mənə cavabı bu oldu ki, susmağım etiraz əlamətidir. Mən bununla razılaşmıram. Biz bunların qarşısını, ədəbiyyata dəxli olmayan kitabların qarşısını kəsməliydik. Bic nəşriyyatlar meydana gəlib. İfadəmə görə üzr istəyirəm. Nələr çap etmirlər, adam bəzən xəcalət çəkir. Doğrudur, bəzilərinə münasibətimi bildirirəm. Nəşriyyatlar indi bir bazar yolunu tutublar, nə gəldi çap edirlər. Nə bir nəzarət var, nə bir rəy bildirən var... Naşir də özləridir, redaktor da, korrektor da. Bu gün ədəbi tənqid ölü vəziyyətindədir, bu gün hər şey münasibətlər üstündə qurulub. İndi tənqidə münasibətlər bələdçilik edir. Dəhşət burasıdır.
   
   -Flora xanım, heç qəzetlərimizdə də hər şey yerində deyil. Sizin qəzetin baş redaktoru da bununla bağlı kəskin bir yazıyla çıxış etmişdi. Siz peşəkar jurnalist kimi mətbuatımızın durumunu necə qiymətləndirirsiniz və çıxış yolunu nədə görürsünüz?
   
   -Doğrudan da, bizim qəzetdə həm baş redaktorumuzun, həm də digər müəlliflərin boz mətbuatla bağlı ara-sıra kəskin yazıları dərc edilir. Biz bu hala qarşı sərt mövqeyimizi həmişə ortaya qoyuruq. Bilirsiniz, indi elə bir qatmaqarışıqlıq yaranıb ki, hər şeyi atırıq keçid dövrünün üstünə. Bu keçid dövrü isə qurtarmır. Yapışmışıq yaxasından onunla təsəlli tapırıq. Vəziyyətdən çıxış yolu... BDU-nun jurnalistika fakültəsi var. Buraya məhz jurnalistikaya sevgisi, yaradıcılıq qabiliyyəti olanlar qəbul edilməlidir. Yoxsa kimin balı uyğun gəldisə yox. Digər tərəfdən, həmin fakültəni qurtaran ixtisas sahiblərinə qəzetlərdə yer vermək, onları işlə təmin etmək lazımdır. İkincisi, qəzet açanların qarşısında sərt şərtlər qoyulmalıdır. Onların peşəsi, təhsili, yaradıcılıq imkanları araşdırılmalıdır. Yoxsa indi hansı sahənin insanını axtarsan qəzetlərdə tapa bilərsən. Hətta adını yaza bilməyənlər də qəzetə redaktorluq edir. Sovet dönəmində məhz bu sənətə sevgisi, yaradıcılıq imkanı olanlar jurnalistika fakültəsinə qəbul edilirdilər. Rusiya prezidenti Putinin çox maraqlı bir ifadəsi var: "Sovet dövlətinin dağılmasına təəssüflənməyənin qəlbi, yenidən qurulmasını istəyənin isə ağlı yoxdur". Yəni o cəmiyyət hər kəsə öz peşəsinə görə yanaşır, jurnalistin dəyərini, yerini bilirdi. İndi kim nə istəyir yazır, təhqir edir, tərif edir və insanlar da məhkəmələrə üz tutmalı olur. Məhkəmə çəkişmələri də o qədər uzanır ki, insanlar də bezirlər. Mütləq bu sahəyə ciddi yanaşmaq, qətiyyət göstərmək lazımdır.
   
   -Flora xanım, yaradıcılığınızda, şəxsi həyatınızda hansı yeniliklər var?
   
   -ncə onu deyim ki, nənə olmuşam. Dünyada bundan böyük sevinc yoxdur. Bütün dərdlərimi, qəmlərimi balaca Gülnuru sinəmə sıxanda unuduram. Allah hər kəsə qismət etsin. O ki qaldı yaradıcılığa, uzun illərdi ki, bir kitab üzərində işləyirdim. Bəlkə də bu, mənim yaradıcılığımın Qu nəğməsidir. Əslən Zəngəzurdanam, kitab da doğma yurda həsr olunub. Mən bütünlüklə doğulduğum yurda bağlı adamam. Zəngəzur çox qədim abidələrlə zəngin bir yurddur. 522 səhifəlik kitabı mən başa çatdırıb, artıq nəşr etdirmişəm və o yurdun adi poçtalyonundan başlamış, akademikinə qədər hər kəsi bu kitabda oxuculara təqdim etməyə çalışmışam. Çünki bu adamlar o yerlərin simvoludur. Həm də bu mənim üçün bir təsəllidir, axı yazmaqla, kitabla torpaq alınmır ki, sadəcə bizdən sonrakılar üçün bir tarixdir.
   
   -Siz jurnalist olmasaydınız duyğularınızı necə ifadə edərdiniz?
   
   -Düzü, Əbülfət, mən heç bu barədə düşünməmişəm. Uşaqlıqdan jurnalistlik ən böyük istəyim, arzum olub. Gözümü açanda evimizdə iki mənəvi işığın yandığını görmüşəm. Onun biri Məmməd Araz idi, bir Qulu Xəlilov. Allah hər ikisinə rəhmət eləsin. Mən sözə məhz onları sevdiyimə görə bağlanmışam. Odur ki, özümü başqa sənətdə təsəvvür edə bilmirəm.
   
   -Nə vaxtsa qələmi ata bilərsiniz?
   
   -Yox, mən qələmsiz yaşaya bilmərəm. Qələm mənim təkcə çörək ağacım deyil. O mənim mənəviyyatımın açarıdır. Mən ağır bir əməliyyat keçirdim. Görünür iynələrin təsirindəndir ki, mən əlimə qələm alanda ancaq şer yazıram. Publisist yazılarımı isə diktə edirəm.
   
   -Səmimi deyin, qələm sizi dolandırır, təkcə mənən yox ha?
   
   -Gileyi, şikayəti xoşlamıram. Niskilli olsam da bu, vətən dərdi ilə bağlıdır. Mən maddi çətinliklərə dözməyə bacaran adamam. Niyə şikayət edim ki, hər şeyi qələmlə qazanmışam. Amma o məni nə dərəcədə təmin edib bunu bir Allah bilir.
   
   -Ümumiyyətlə, bu gün qələmlə dolanmaq mümkündür?
   
   -Xeyr. Mümkün deyil. Sadəcə yenə təkrar edirəm ki, yazılarımızın sovet dönəmindəki kimi reaksiyası olmasa da mən hər bir yazımı oğul toyu kimi böyük sevinclə gözləyirəm. Yazıda bir sözümü dəyişəndə məna itir. Amma onun bəxş etdiyi sevinci heç nə ilə dəyişə bilmərəm. Bu mənə bir ömür bəsdir. Mən çətinliyi görə-görə yaşayan adamam. Rəhmətlik Mirvari Dilbazi deyirdi ki, "Mən çətin yaşadım, amma şərəfli yaşadım", əsl qələm sahibinin həyatı budur. zümüzü aldadıb yaşayırıq. Məmməd Araz demişkən, "zümə xoş gəlir bu qəbahətim".
   
   -Flora xanım, peşəmiz belədir ki, hamıya sual ünvanlayırıq. Bax sizin özünüzün-özünüzə ünvanlayıb amma cavabını tapmadığınız sual var?
   
   -Mən bu suala həmişə Bəxtiyar Vahabzadənin misralarıynan özüm öz içimdə cavab axtarmışam:
   
   
   
   Mən niyə beləyəm qara bəxtimdən,
   
   Biryolluq usanıb, üzülüşmədim.
   
   Hamını hiss edib başa düşən mən,
   
   Bir dəfə özümü başa düşmədim
   
   
   
   - mən ancaq bu misraları tez-tez işlədirəm. Bu misralar mənim yol yoldaşımdır.
   
   -Çox sağ olun.
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
SON XƏBƏRLƏR
2019-07-22
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK