warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Müşfiq insanlar ölkəsi... Adalet.az | Müşfiq insanlar ölkəsi... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Müşfiq insanlar ölkəsi...

Müşfiq Cəfərovun xatirəsinə

53343    |   2014-09-27 09:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səhər açılır və telefonun zəngindən narazı simayla ayılmaq var deyəsən qismətdə. Hələ üstəlik ekranda gördüyün ad da səni təəccübləndirir. Niyə, nə olub görən, nədən səhər tezdəndən? Sonra heç bilmirsən danışıq nə qədər çəkir... Bir dəqiqəmi, bir saatmı, ya heç bir zaman vahidinə sığmayacaq qədərmi?.. Sonra çökürsən... İzahı çətindi bu vəziyyətin... Ağlaya bilmirsən, amma çaşqınsan... Suallar var beynində... Həm də qarmaqarışıq suallar... Bunları yerbəyer eləmək də olmur... Bildiyin bircə həqiqət var, sona qədər inanmasan da ...Yoxdu bu insan artıq... Sənə dedilər ki, yoxdu... Və sən düşdüyün bu qırx arşın quyunun dibindən baxırsan yuxarı. Boğula-boğula baxırsan...

***
Yoxlar var həyatımızda, var. Yoxdan Var edən pay verib bizə. Var ola bilmək üçün yoxluğa öyrəşmək gərəkli. Nəyə lazım axı sərsəmlik... Vardı və... yoxdu... Öyrəşsən də budu, öyrəşməsən də...
Nə çətindi Allahım, hisslərinin rəngini çəkmək. Qara da deyil - bulanıqdı. Dərk eləmək, özünə yaxın qoymaq istəmirsən. Hər Yoxluğa hər dəfə öyrəşmək. Varlığın sirri yoxluqdamı? Və bir dostum bu fikirlərimə əlavə edir - birinin yoxluğunu qəbul etmək çox çətindi, qəbul edənə qədər varla yoxun arasında gedib-gəlirsən...

***
Amma hələ ki, çaşqınsan... Sözlərini xatırlayırsan, səsini xatırlayırsan, gözlərini, baxışlarını xatırlayırsan... Son gördüyündə sənin sual və məzəmmət dolu baxışlarına incik-incik "HƏ" deməyini xatırlayırsan... İndi lap yandırır o incik "HƏ"... Necə ola bilər deyə düşünürsən ...Var axı, O. Var... Var?! Yoxdu!!! İndi hamısı keçmişdə qaldı...
Allahım, nə çətindi sınaqlarına dözmək, imtahanlarına tab gətirmək...

***
Nekroloqlar daha çox insanların etmədiklərini ifadə edərlər. Bir abzasın içinə nə sığışdırmaq olar ki? Və əgər ölmüş dediyimiz biri cəmiyyətin də tanıdığı biri deyilsə? Onda nə yazacaqsan? Necə izah edəcəksən onun da bir planet olduğunu, ya da həyatına kometa kimi girdiyini? "Sabiq polis mayoru qəzada həlak oldu". Kim üçünsə adi xəbər, kim üçünsə ürəyinə sancılan bıçaq. Hər şey nə qədər nisbidi, İlahi?

***
Yazıram və görürəm ki, suallar axırıma çıxır... Axırsız suallar. Bu dünyanı kiçildən texnologiyalar həm də ağrıları virtuallaşdıra bilmir, niyə? Sevinəndə, güləndə, ağlayanda hər şey təbii olur... Lap ekrandan oxuyub uğunub gedərsən... Ya da dünən oxuyub güldüklərinə bu gün gözlərin dolar... Və bu sosial şəbəkələrə barmaqarası baxanlar da böyük səhv edirlər. Burda real həyatdan daha doğma olur insanlar. Birinin yoxluğunu dərhal hiss edirsən, hər kəs öz yerində olur. Burda qurduğun dünya daha ədalətli olur, özünü tapanlar da çox olur. Burda əməldən çox söz var, söz isə... (sözləri öz çirkin əməllərinə vasitə edənlər də var təbii) Başlanğıc... Və burda elə insanlar kəşf edərsən ki, real həyatda min il arasan bulamazsan. Bu ölkədə insanların ruh tezliklərin aşkar etmək daha rahatdı.
***
Görəsən niyə ölümündən (bu ölüm sözünü nə ağrıyla yazıram bir Allah bilir) sonra insanın rəsmləri də başqa cür baxır? Yazdığı sözlər də başqa cür oxunur? Niyə? Sözlər və şəkillər də enerji alırlar?
Nə alışa bilirsən, nə barışa bilirsən... İndi fikirləşirəm ki, həmişə çox mütəvazi qeyd etdiyimiz ad günü də bu dəfə çox təmtəraqlı və şad keçdi. Sonuncu idi ona görəmi? Və monitorun o üzündən hər insanın sevinci keçdi ekranın bu üzünə, paylandı hər kəsə... O, başqaları üçün bayram yarada bilirdi, sevindirə bilirdi insanları... Bu sonuncu onunçün oldu. Həmin vaxt yazdığım təbriki yenidən oxuyuram...
"Məsələ belədi. Hər hansı canlının mövcud olması üçün Yaradan münbit şərait yaradır. Və o mütləq həmin mühitdə yaşamalıdı. Məsələn, evkalipt ağacı günəşi sevir, uçurumların kənarında bitir, böyük çətirinin altında nə qədər canlını barındırır. Yarpaqları yaralara məlhəmdi, əsəb sistemini sakitləşdirir. Qədim yunan dilində EU -xoş, xeyirli , KALİPT - gizlətmək anlamın verir. Koala da bu ağacı seçib özü üçün.... O qədər maraqlı canlıdı ki... Koala da yerli dildə - su içməyən deməkdi. Boş əyləncələrə vaxt xərcləmir, bütün günü yatıb dincəlir, gecələr də ağaclarda gəzib evkalipt yarpaqlarını yeyir. Belə demək olar - Koalanın ictimai həyatı yoxdu. Amma qəzəblənəndə də üzünü görməyəsən, elə dalaşar ki... Bunlar niyə yadıma düşüb?))))))))))
Bıyyyy həəəəə.... Bizim Koalanın ad günüdü )))))) Günəşə boylanan, amma gecələr görünən, uçurumun kənarında oturub, çətiri altında nə qədər canlını yığıb birləşdirən, əsəblərinə məlhəm dostumuz - VİVAT!!!!!!! Müşfiq Cəfərovun ad gününə )))))))
Və qəribədi ki, həmin vaxt səhifəmdə paylaşdığım bu şeirin altında -

Baxıram bu aləm
öz aləmində,
Mən açan çiçəyəm,
Solan yarpağam.
Nə vaxtsa, dünyanın duru dəmində
Yenidən dünyaya qayıdacağam.... -

"Əgər qismət olsa" yazmışdı...
Koala deyirdim - yuxusuz idi, gecələr gəlirdi şəbəkədəki dostlarının yanına. Dostlarını bir araya yığıb toparlaya bilirdi... Komsorq deyirdim. Şeirlərini oxuyandan sonra - Laçın deyirdim...

***
Allah əlinizdən alıb, qəlbinizdən də alsın deyirlər adətən. Bir dəfə oğlunu itirmiş tanış bir qadına "Allah səbr versin" - dedim. Diqqətlə üzümə baxdı və "bunlar sözdü də" dedi... Nə rahat olardı, amma qəlbin düyməsi də insan əlində olsaydı... Həm də bunu düşünurəm ki, dünya dağılardı onda... Dağılıb deyə bilərsiz - yox!!!! Dağılsa heç nə olmazdı... O da olmazdı. Var axı... Eqoist varlıqdı insan. Sevdiklərini özünə görə sevir. "Sənsiz neylərəm" deyir? Özünü düşünür... Neyləyəcəksən? Sənə aid xatirələrin qalır qəlbinin mübhəm guşələrində.... Ya da başqası üçün ağlayanda bir pay da özümüzçün ağlayırıq. Özümüz gedəndə ağlaya bilməyəcəyik axı....

***
Burkina Fasonun müşfiq vətəndaşı. Sıldırımın lap kənarında dayanıb, baxanda üşənirsən... Burkina Faso - şərəfli insanlar ölkəsi. Və bu ölkənin şəfqətli, mərhəmətli sakini.
Bunlar virtual səhifənin verdiyi məlumatdı. Sonra tanıyırsan, qat-qat açılır səhifə. Sənin də bu səhifəyə öz redaktələrin əlavə olunur. Komsorq deyirsən, Koala deyirsən... Lap son vaxtlar da - Laçın... Onun da sənə verdiyi ismi hər kəs qəbullənir. Heç soruşmadım da mənə niyə elə deyirdi... İki ildə vaxt tapmadım... Lənətə gəlmiş zaman.

***
İnsanlar bölüşmək, paylaşmaq istəyirlər. Bəzən etiraflar eləmək istəyirlər. Dünyəvi dinlər bunu məqbul hesab edir. Katoliklər keşişin yanına gedib günah çıxarırlar, İslamda tövbə anlayışı var... Mənə görə, daha doğrusu İslamda olandı. Bəndəynən Allahın arasına kim girə bilər ki? Üzünü tutdun yuxarı və "Allahım, əfv elə" dedin... Günahları da özündən yaxşı kimsə bilməz... Elə etiraflar da var ki, onu heç özünə də edə bilmirsən.... Amma öz aralarında bölüşür insanlar, kimin bəxti gətirib də məhz anlayana rast gəlsə. İzharım dünya, dünya... Və ....

***
"Dirilmiş" ölüyə ağlamaq nə qədər mənalıdırsa... "Ölmüş" dirilərə ağlamamaq o qədər mənasızdır.
...Dağın hər tərəfini görmək ücün başına dolanmalısan...
Vaxtsız gələn, Əzrayıl, nə hörmətsiz olursan?
Birinə verdiyin hərarəti geri almayanda çox üşür insan... yaxın olsun, ya uzaq...
Nə fərq edər, ğöy üzündə gecədir, ya gündüzdür, aydınlıq olmayınca ...
Olan olur düzdü, keçən heç vaxt keçmir!
Bu da onun etirafları idi...

İçi boşluq dolu, izsiz - illəri .
Sevgisiz bir qəlbi, yaşatmaq cətin .
Tikana bürünmüş qızılgülləri,
Kökündən qoparıb qoxlamaq çətin...

***
Yüksəkdə ucammaz, naşı ovçunun
Qanadın qırdığı, lap tərlan ola.
Gözlərdən sədəqə yığan yolçunun
Gözlərin doydurub qapatmaq çətin.

***
Ayrı dünyalara düşdü mehrimiz,
Nə sən tutdurmadın, nə mən tutmadım.
Bir sirli dərgahda göruşərik biz,
Ayrı dünyaları paylaşmaq çətin...

***
Aya getməsən, kraterlərin görməsən Ayı necə təsəvvür edə bilərsən? Və başqalarına necə təsvir edə bilərsən? Naşı ovçunun qanadın qırdığı.... Qanadları nə qədər sağaltmaq olar... Bir gün qopacaq.... Əslində ruhu da, düşüncələri də şair idi. Çırpınıb öz yerini tapmaq istəyirdi. İndi şeirlərini yenidən oxuyub da niyə vaxtında toplamağa məcbur etmədiyimi düşünürəm. Özünə münasibətdə çox biganə idi. Bəlkə də üzdən hər şey sakit görünürdü. Amma insanların içində fırtınalar cövlan edir... Ünvan tapmır insan hissləri. Hərə özünü bir yerdə axtarmağa başlayır - biri içkidə, biri narkotikdə, birinə elə gəlir ki, gey olsa her şey düzələcək, biri gündə bir kişi dəyişərək özünə rahatlıq axtarır. Əslində bir böyük səbəb var - REALİZƏ OLUNMAMAQ... Və buna görə də özünlə barışıq yaşaya bilməmək...
Qəlbin axı dili yoxdur... Səsi yoxdur... Çığıra bilmir... O gərək səbr etsin, səbr etsin, səbr etsin... Hər kəs bacarmır bunu. Alınmır...

***
...Bəlkə o filmi görənlər xatırlayar - ruslar Paqanini haqqında çoxseriyali film çəkmişdilər... 30 ildən çoxdu... Maraqlı aktyor ve rejissor işi ilə diqqətçəkən bir film idi. Filmdə həmişə Paqanini ilə birlikdə səyahət edən bir obraz var - onun bioqrafı. Və onun bir daxili monoloqu indiyə qədər yadımdadı. Deyir ki, gələcək nəsillər heç vaxt tam anlamda Maestronun (Paqaninin) kim olduğunu bilməyəcəklər. Onun sehrli barmaqlarını, dinləyicini hipnoz edən musiqisini eşidə bilməyəcəklər və onlar bu məhrumiyyətə görə bədbəxtdilər...
Bəzən çox sehrli bir adamı kiməsə anlatmaq istəyəndə bu sözlər yadıma düşür... Hamının tanıdığı kəslərdən danışmağa nə var ki? Bir də var hamıya gizlin bir planeti tanıdasan, sənin kəşfini görsünlər, inansınlar...

***
Vallah, bizim axırımıza çıxır bu laqeydlik, biganəlik. Tükənirik, nəslimiz kəsilir. Hisslərimizdən, duyğularımızdan utanırıq... Kaprizlərimizə, təkəbbürümüzə qurban veririk könlümüzün bayramların. Amma o qədər azdı ki, bu insanlar həyatımızda... Varları özümüz yox edirik, sonra...
Sonra bir səhər telefon zəngi gəlir ...Əcəl zəngi ...Və alt-üst olursan... Bir ölkə itirirsən könül xəritəndən... Müşfiq insanlar ölkəsini...
Həsrət qalıb doğma yurdun nazlı, müşfiq qucağına; Gözlər yaşlı, boyun bükük vətənsizmi öləcəyəm?

***
Çoooooxdan heç nə yazmırdım.... Ağı yazdım dostum üçün... Əslində müşfiq insanlar ölkəsində yaşamağa məhkum hər kəsin ağısı...
Ay Laçın?!... Can Laçın...



YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-05-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK