Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Rəqsanənin itinin müəlliminə iş veriləcək Adalet.az | Rəqsanənin itinin müəlliminə iş veriləcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Rəqsanənin itinin müəlliminə iş veriləcək

24088    |   2007-10-20 08:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rəsmi mətbuata mənim kimi çətin inanan ola. Qəzetləri hələ gün çıxmamış alıram. Ayın tarixinə baxdımsa, hər şey mənə məlum olur. Bilirəm ki, yüz faiz dəqiq yazılıb. Həmin dövlət qəzetlərinin məlumatına görə, bizdə son illər xeyli yeni iş yerləri açılıb. lkənin hər yerində yeni müəssisələr fəaliyyətə başlayıb. Bu müəssisələrdə o qədər adam işlə təmin olunub ki, rəqəmləri yanaşı düzəndə çətin tələffüz olunan rəqəm alınır.
   
   Məni düşündürən başqa məsələdi. Bu yaxınlarda rəsmi qəzetlərdə kriminala bənzər xəbər dərc edildi. Məlum oldu ki, müğənni Rəqsanənin anası və bacısı qadın alveri ilə məşğul imiş. İnsafən, Rəqsanənin özü "təmiz çıxdı", qadın ticarətində əli olmadı. Gördülər ki, müğənni başqa işlərlə məşğuldu. Oxuyur, çalır.
   
   
   
   Mən səni görmək istəsəm hara gəlim,
   
   Könlümü zad eləmək istəsəm hara gəlim?
   
   
   
   və ya,
   
   
   
   Bivəfa, bivəfa,
   
   Salmısan odlara.
   
   Elə zad eləmisən,
   
   Sönmərəm bir daha.
   
   
   
   Axtarıb gördülər ki, müğənni belə mahnılar oxumaqla musiqi mədəniyyətindən başqa heç nəyə ziyan vurmur. Arvad məsələsi ilə arası yoxdu, onun işi daha çox kişilərlədi. Nə zaman dindirirsən, deyir ki, ərə gedirəm. zü də nə sirrdirsə, gələcək ərləri həmişə uzaq ellərdən çıxır. Gah İtaliyada yaşayana ərə gedir, gah Malayziyada yaşayana.
   
   Ana və bacısı hələ qadın məsələsində ilişməyən vaxtlarda Rəqsanə efirdən hamını şoka salan bir söz işlətdi. Dedi ki, itini müəllim yanına göndərir. Bu xəbərdən şoka düşənlərdən biri də mən idim, təzə çıxmışam şokdan. Gördüm ki, öz adını balaca hərflə yazan müğənni itinin təhsil alması üçün çalışır, bir xeyli para xərcləyir.
   
   Qadın ticarəti məsələsi gündəmə gələndən, ailə üzvləri polis sorğusuna tutulandan sonra Rəqsanə bir müddət görünmədi. İndi yenə ara-sıra efirlərdə, şou proqramlarda görünür. Bir az aşağı, bir az yuxarı hissələrini camaata göstərir. Baxmayaraq ki, yaxınları polisə düşəndən az sonra müğənni namaz qılacağını, üst-başını bağlayacağını demişdi. Nə isə, özü bilər, istər açıb çöldə qoyar, istər camaata göstərər. Tellərini deyirəm...
   
   Məni tamam özgə məsələ narahat edir. Yazının lap əvvəlində rəsmi qəzetləri təsadüfən yada salmadım. lkənin hər yerində təzə obyektlər açıldığı, minlərlə insanlara iş yerləri verildiyi bir məqamda Rəqsanənin itinin müəllimi işsiz qalıb. Başı özünə qarışan müğənni indi itinin təhsilinə nə vəsait ayıra bilir, nə də vaxt. Bizim şou-biznesin sərt qanunları var, müğənni savadsız ola bilər, amma onun iti bisavad oldu, heç nə, apar qaytar. Onu heç it yerinə qoymurlar. Bir yandan da itin müəllimi ilin-günün bu vaxtında işsiz qalıb oturur evdə.
   
   Görəsən, Rəqsanə itinin işsiz qalan müəllimi barədə İtaliyadan və ya Malayziyadan olan yeni sevgilisinə bir söz deyibmi? Müğənniyə sponsorluq edən həmin sevgililər onun itinə və itinin müəlliminə də görüm-baxım edəcəklərmi? Əgər əcnəbi sevgililər iti it yerinə qoymasalar, onda həqiqətən də vəziyyət ağır olacaq. İtin müəllimi işsiz qalacaq. İtin işi lap çətin ola bilər. Yazıq heç olmasa, savad alardı, təhsil görərdi. İndiki zamanda savadsız qalmaq zor işdi. Rəqsanə özü vaxtında təhsil almamışdı deyən nə qədər çətinliyə düşdü. Az qalmışdı adı qadın alverçisi kimi kriminal xəbərlərdə çəkilsin.
   
   Bilirəm ki, hamınızın başı qarışıqdı. Hərənin min bir problemi var. Sizi əlavə bir problemlə yükləmək istəməzdim. Amma Rəqsanənin itinin müəllimi barədə hamımız fikirləşsək yaxşı olar. İndiki vəziyyətdə onu işsiz qoymaq olmaz. İt müəllimi olanda nə olar, indi işsiz qalası deyil ki?
   
   Ürəyimə damıb ki, Rəqsanənin itinin müəllimi işsiz qalmayacaq, ona hökmən iş verəcəklər. Onun da adı yeni iş yeri tapanların siyahısına daxil olacaq.
   
   Səhər tezdən rəsmi qəzetləri oxuyanda görəcəyəm ki, rəqəmlərdə artım var...
   
   


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK