PAYIZ NOTLARI

ƏBÜLFƏT MƏDƏTOĞLU
37851 | 2007-10-19 11:15
Payız... Əslində bu bir söz olaraq çoxçalarlıdır. İstənilən səmtə, istənilən ünvana yozmaq mümkündür. Hətta bu sözü iki yerə böləndə birinci hissəsi - yəni "pay" adama daha şirin gəlir. Baxma burda söhbət ömür payından, sevgi payından, həsrət payından, vüsal payından, hətta hədiyyə oluna biləcək, göndərilə biləcək paylardan da gedə bilər. Deməli, pay almaq, pay vermək nə qədər şirindir bunu hər kəs bilir. Və ona görə də payızın "pay" kökünə heç kim şübhə etmir. Axı, payız həm də barın-bərəkətin süfrələrə üz tutduğu ən bərəkətli məqamdı, fəsildi...
   
   
   
   ***
   
   Ömrün payızı... Bu bir az qürubu xatırladır. Sanki günəş dağların arxasına doğru gedir və mənzilin sonuna yaxınlaşır... ömür mənzilinin... Bu da payızdır...
   
   
   
   ***
   
   ...Yarpaqlar saralır... xəzəl tökülür... ağacların budaqlarında al-qırmızı meyvələr, ən çox da qırmızımtıl xurmalar kənardan hər kəsi özünə doğru səsləyir. Bu da payızdır... Əslində bu, qüssə və sevincin kəsişdiyi nöqtənin payızıdı...
   
   
   
   ***
   
   Siyasətdə payız...

TƏQVİM / ARXİV