hacklink Adalet.az | ZAMANA ÇİYİN VERƏN SƏNƏTKAR Adalet.az | ZAMANA ÇİYİN VERƏN SƏNƏTKAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ZAMANA ÇİYİN VERƏN SƏNƏTKAR

25792    |   2007-10-11 03:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Öncə etiraf etmək lazımdır ki, hər bir söz adamına söz ömrü, yaşamaq, sözün fövqündə durmaq, sözü özü ilə həmahəng etmək nəsib olmur. Çünki bu elə bir missiyadır ki, onu daşımaq, onunla nəfəs almaq, hətta ona nəfəs verməyin özü də böyük zəhmətlə yanaşı, Tanrı dərgahından gələn, Tanrı hədiyyəsi olan istedad da tələb edir. Elə bir zəhmət və elə bir istedad ki, onlar biri-biri ilə qovuşanda həqiqətən insanı, yəni oxucunu tərpədə bilən, düşündürə bilən, öz dairəsinə, əhatəsinə cəlb edə bilən, bir sözlə, oxucunu özününkü, sözünü oxucununku edə bilən bir mükəmməlliyə, bir tamlığa çevrilə bilsin. Bax, bu məqamda söz və sözün sahibi, sənətkar və oxucu bütövlüyü yaranır. Təsadüfi deyil ki, hər söz yazana, hər qələm tutana Sənətkar, Ustad deyilmir. Xoşbəxt o söz sahibi, o qələm sahibidir ki, onun adının qarşısında özünün heç bir təmənnası, istəyi olmadan, ismarıcı olmadan oxucu, xalq, bütövlükdə cəmiyyət ona Ustad deyir, ona Sözün Xiridarı, Sözün Sahibi, Sözün Şahı da deyir.
   
   Bütün bunlar bizim kəşfimiz və yaxud da söz xatirinə işlətdiyimiz epitetlər deyil. Çünki indi adını xatırladacağımız qələm sahibi bu haqqı öz sözü ilə, öz ustadlığı ilə qazanıb. Yəni bu ad onun üçün elə-belə hansısa bir sinidə hədiyyə edilməyib, gətirilməyib. Böyük zəhmətin, böyük və şirin barını xalq yazıçısı İlyas Əfəndiyev xalqından və dövlətindən alıbdı. Onu buna xalqı və dövləti veribdi. Bu mənada İlyas Əfəndiyevin adı ilə yanaşı, Böyük Yazıçı, Ustad Yazıçı, Böyük Söz Xiridarı və digər titullar bütün hallarda qoşa çəkilmək hüququ qazanıb, möhürlənib bu hüquq onun adının, soyadının yanında...
   
   Bizim nəsil ədəbi mühitdə böyük söz adamlarının, böyük söz sahiblərinin qələmindən dərs ala-ala, öyrənə-öyrənə, oxuya-oxuya auditoriyalardan kənarda, hər kəs öz içində bir məktəb keçib. Bu elə bir məktəb olub ki, bizi öyrədib və biz ondan öyrənməyə özümüz də daxilən bir ehtiyac hiss etmişik. Bu mənada ötən əsrin 50-70-cı illərinin insanları az qala İlyas Əfəndiyevin, Süleyman Rəhimovun, Əli Vəliyevin, Mehdi Hüseynin, Rəsul Rzanın, Səməd Vurğunun, Məmməd Arazın və digərlərinin əsərlərini bir böyük sevgi ilə, böyük maraqla, hətta az qala əlimyandıda axtarıb-arayırdı. Çünki həmin dövrün insanları ədəbiyyatda özünü axtarırdı, özünü tapmağa çalışırdı. Biz ədəbiyyata sığınırdıq, ədəbiyyatdan həyata addım atmaq istəyirdik. Hər birimizin ədəbi qəhrəmanlar silsiləsində ideallarımız var idi. Maraqlı cəhət budur ki, adını xatırlatdığımız və hələ bir çoxlarını da xatırlamaq imkanı olduğumuz Azərbaycan ədəbiyyatının nəhəng simaları məhz oxucu dünyasını görürdü, oxucu tələbatını hiss edirdi, oxucu ilə yaşayırdı. Bəlkə də burada yerinə düşər, deyək ki, Azərbaycan ədəbiyyatının tanınan simaları özlərini yazmaqla yanaşı, həm də oxucu üçün, xalq üçün yazırdılar. Bu sırada İlyas Əfəndiyevin yeri daha əzəmətli, daha diqqət çəkən idi.
   
   İnanmırıq ki, həmin dövrdə kimsə "Söyüdlü arx"ı oxumamış olsun. Bu roman, eləcə də "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı", "eriyə baxma, qoca", "Üçatılan", "Xan çinar", "Körpü salanlar" və digər İlyas Əfəndiyev qələminin bəhrəsi olan ədəbi nümunələr ədəbiyyatda elə-belə sükutla, izsiz-tozsuz gəlib-getməyibdi. Bu əsərlərin hər biri böyük diskussiyaların, fikir mübadilələrinin, o cümlədən də ədəbi tənqidin həmişə diqqət mərkəzində olmaqla bir hadisəyə çevrilibdi. Təsəvvür edin ki, onda daha çox əyalət sayılan kəndlərimizdə bu romanları kitabxanalarda, kitab mağazalarında tapmaq az qala qeyri-mümkün idi. Hətta kənd kitabxanalarında bu romanları oxumaq üçün oxucu növbələrini də xatırlamaq mümkündü. Bilirsiniz bunun səbəbi nə idi? Təbii ki, müəllifin böyük istedadı, böyük söz dünyası və nəhayət, oxucunun dilində, oxucunun görmək istədiyi və yaxud da oxucunun görüb etiraf edə bilmədiklərini onun özünə çatdırmaq, təqdim etmək idi. Məhz İlyas Əfəndiyev qüdrəti oxucu ilə yazıçını birləşdirib onların vəhdətini yaratmış, onları bütövləşdirmişdi.
   
   İlyas Əfəndiyevin "Üçatılan" və "eriyə baxma, qoca" romanları əyalətlərdə xüsusi bir sevgiyə səbəb olmuşdu. Bu romanların dili, təhhhkiyəsi, onun yazı manerası o qədər sadə, amma o qədər də orijinal idi ki, adamlar sanki müəlliflə həmsöhbət olurdular. Romanları oxuduqca elə bir təsəvvür yaranırdı ki, müəllif səninlə birlikdə hansısa bir məclisdə, hansısa bir söyüd kölgəsində, hansısa bir yığnaq yerində üz-üzə dayanıb yazdığı əsərin ilk sözünü dilə gətirir və bununla da əsərdə obrazları yaradılmış insanlar özləri başlayır oxucu ilə söhbət etməyə. Arada bir müəllif bir sözlə, bir işarə ilə söhbəti bir az da canlandırır, bir az da şirinləşdirir. Yaddaşa söykənib həmin o romanlardakı elat adamlarını, tərəkəmələri, Haramı düzünü, Araz boyunu göz önünə gətirəndə şəxsən indinin özündə də özümüzü həmin o romanların qəhrəmanları ilə bir yerdə sayırıq. Zənnimizcə, söz adamı üçün bundan böyük uğur, bundan böyük qələbə ola bilməz.
   
   İlyas Əfəndiyevin əsərlərində dövrlə, zamanla barışmamaq, sovet cəmiyyətinin içərisində yaşayıb müxtəlif fikirlərlə, müxtəlif qəhrəmanların dili ilə cəmiyyətə mesaj göndərmək, etiraz səsini ucaltmaq da var. Bir anlıq "Üçatılan" romanındakı məqamların bəzilərini xatırlayaq, təbii ki, yaddaşın gücünə. Əsərin qəhrəmanı Ərşaddan soruşanda bildirir ki, "biz də kolxoz olmuşuq. Amma... Naçannik Veysəl, "nə amma?" deyə soruşur. Olmazdır ki, kolxoz olmayaq? Yox, olmazdı. Niyə axı? Çünki kolxoz istismarı ortadan götürür" - bu xatırlamada əslində quruluşa bir etiraz var, amma bu etirazın ardınca gələn etiraz isə artıq sərt formada quruluşu qamçılamaqdı. Ərşad deyir ki, "Elə indi də naçannik naçannikdi, milisəner, milisəner..."
   
   Buyurun, xatırladağımız və sizə təqdim etdiyimiz bu qısa dialoqda hər şey göz qabağındadı. Cəmiyyətdəki quruluşdan asılı olmayaraq, səlahiyyət, imkan sahibləri həmişə daha yüksək ranqda, yüksək elitarlıqda olublar. Fəhlə, qara camaat öz güzəranını, öz gününü torpaqla, ağır zəhmətlə yola verib. Elə həmin əsərdə Ərşad onu da vurğulayıb ki, "Allah versin ala yaylaqlara". Bəlkə də bu, İlyas Əfəndiyevin uzaqgörənliyinin daha bir məqamıdı. Bu gün elat camaatı tərəkəmə dediklərimiz məhz həmin o yaylaqların niskilini bizlərdən daha çox çəkir. Çünki həmin o yaylaqlar düşmən tapdağı altındadır.
   
   Eləcə də "eriyə baxma, qoca" romanında bir müəllif obrazı da bütün əsər boyu oxucuyla yol yoldaşlığı edir. İlyas Əfəndiyev özü oxucusunun əlindən tutub bir nəslin, bir səcərənin keçdiyi yolu addım-addım, qarış-qarış keçib gəlir və romanın hər yarımbaşlığında bir yeni səhnə açılır, bir yeni dünyadan xəbər verilir. Yenə bu da qələmin qüdrətdir, yenə bu da İlyas Əfəndiyev yaradıcılığının böyük imkanlarının bariz nümunəsidi. Bir məqama da toxunmaq lazımdır ki, Xalq yazıçısı İlyas Əfəndiyevin həqiqətən xalq dilindən, xalq məişətindən, mətbəxindən, bütövlükdə xalq dünyasından böyük məlumatları, böyük bilgiləri var idi. Ona görə də müəllif hər obrazı mənsub olduğu bölgənin, əyalətin, şəhərin dilində, hətta ləhcəsində belə danışdıra bilirdi. Bu da böyük ədəbi bir kompozisiya yaradırdı. Oxucu özünü ədəbi qəhrəmanın yanında, doğulduğu ünvanda görürdü.
   
   İlyas Əfəndiyev öz əsərlərində sözün ciddiliyi ilə yanaşı, onun yumşaq çalarlarını da, hətta yumorlarını da, ironiyasını da elə ustalıqla ortaya qoyurdu ki, bir bütövlük yaranırdı. Təsəvvür edin ki, ucqar bir dağ kəndinə yenicə təyinat alıb gəlmiş zootexnik qız ("Dağlar arxasında üç dost") özünün biliyini, dünya görüşünü, kənd adamına, ömrü-günü mal-heyvan saxlamaqla keçən insanlara kitabdan öyrəndiklərini diqtə etməyə çalışır. Buradakı obrazlardan biri həm bu yeniliyi qəbul edir, həm də öz kəndli psixologiyasına sadiq qalaraq sadəlöv şəkildə olsa da bu şəhərli qızı sancmaqdan da çəkinmir. Onu fermaya gətirən oğlana deyir ki, "bu qəşəng qızın dediklərini eşitdik, bu heç. Sən mana de görüm, bu qəşəng qızı necə rahatlamısan, narazılığı-zadı yoxdur ki?"
   
   Burada çox mətləblər var. Bir psixoloji səhnədən tutmuş, kənddən şəhərə gələnlərin bəzən gülünc yeri olmasının qarşılığı kimi, şəhərdən kəndə gələnə də "öz dilin"də sancmağa qədər... Ümumiyyətlə, İlyas Əfəndiyevin istər romanlarında, istər "Kənddən məktublar", "Aydınlıq gecələr", "Qaçaq Süleymanın ölümü", "Sadıqcanın nağılı", "Torpağın sahibi" və digər povestlərində, həmçinin, çoxsaylı səhnə əsərlərində Azərbaycanın bütün mənzərəsi öz əksini tapır. Xalq yazıçısı nədən yazır yazsın, orada mütləq milli dəyərləri xüsusi bir sevgi ilə təqdim edir. Onun yaradıcılığında xalqa, klassik ədəbiyyatımıza, folklora bağlılıq birmənalıdı. Dünyanın harasında nəşr olunmağından asılı olmayaraq İlyas Əfəndiyevin qələmindən bir azərbaycançılıq, bir türkçülük tökülür.
   
   Xalq yazıçısı İlyas Əfəndiyevin çoxsaylı səhnə əsərlərində də gecə və gündüz, mənfi və müsbət, xeyir və şər bütün əsər boyu qarşı-qarşıya gəlir. Həmişə də ədalət, işıq zəfər çalır. Digər tərəfdən bu pyeslərdə istər "Mahnı dağlarda qaldı", "Sən həmişə mənimləsən", "Məhv olan gündəliklər", "Xurşidbanu Natavan", "Hökmdar və qızı", "Atayevlər ailəsi", "Sevgililərin cəhənnəmdə vüsalı", "Unuda bilmirəm", "Tənha iydə ağacı", "Şeyx Xiyabani" və digər əsərlərində həmin o əvvəldə vurğuladığımız Azərbaycan mentalitetimizə, tariximizə, böyük şəxsiyyətlərimizə, xüsusi bir sevgi, diqqət var. Bütün bunlar isə onu göstərir ki qələminin və sözünün qüdrətinə güvənən, kökü bütünlüklə xalqına, torpağına bağlı olan İlyas Əfəndiyev bütün zamanlar üçün ədəbiyyata çiyin verməyi bacaran və bu haqqı qazanan yazıçıdır.
   
   Sonda bir məqamı da xatırlatmaq yerinə düşər. Etiraf etmək lazımdır ki, Azərbycan səhnəsi məhz İlyas Əfəndiyevin pyesləri ilə daha böyük tamaşaçı auditoriyası qazanmışdı. Məhz həmin tamaşaçılar İlyas Əfəndiyevin pyesləri ilə özü-özünü tərbiyə məktəbi keçmişdi, zəngiləşmişdi. Yaxşı ki, bu gün də rejissorlarımız həmin o həmişə bizimlə olan, bizi düşündürən, zamanla səsləşən pyesləri ara-sıra xatırlayır, yenidən bizlərə yeni təqdimatda çatdırırlar. Bu həm böyük yazıçıya ölməz sevginin, həm də bizcə səhnəmizin dəyərli əsərlərə ehtiyacının nəticəsidir. Birmənalı olaraq etiraf etmək lazımdır ki, Xalq yazıçısı İlyas Əfəndiyev Azərbaycan sovet ədəbiyyatı məktəbinin nümayəndəsi olsa da o, bütün quruluşlar, bütün zamanlar üçün yazmağı bacarmış və yazmış yazıçıdı. Onun üçün, onun yaradıcılığı üçün sərhəd yoxdur.
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
SON XƏBƏRLƏR
2019-11-11
2019-11-09
2019-11-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (92.31%)
Pullsuz (7.69%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qazaxda Aslanbəyli kəndinin camaatı sünnüdür, Ürkməzli kəndinin camaatı isə şiədir. Həmin kəndlərə 10 dəqiqə intervalnan iki avtobus işləyir.

Bir dilənçi Aslanbəyli kəndinə gedən avtobusa minib əl açıb yolboyu camaatdan sədəqə istəməyə başlayır:

- Siz Həzrəti Əli xatrinə mənə kömək eləyin!

Bir-bir hamıya yaxınlaşır, amma heç kim pul vermir.

Şair Elnur Aslanbəyli də oturubmuş arxada. Üzünü dilənçiyə tutub deyir:

- Ay dayı, bu Ömərin avtobusudur, sən düş arxadan gələn Əlinin avtobusuna min!




digər lətifələr
ARXİV
FACEBOOK