ANA SƏHİFƏ / YAZARLAR

Guya biz də məktəb oxumuşuq...

21289    |   2007-10-06 04:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məktəbə gedəndə müəllimlər əhədimizi kəsirdilər. Nə gecəmiz vardı, nə gündüzümüz. Guya alim olasıydıq. Həndəsəni on barmağımız kimi əzbər bilirdik, Mendeleyev cədvəlini söküb təzədən yığırdıq. Qədim dünya tarixi barədə hər şeyi bilirdik, dərsi elə canlı danışırdıq ki, elə bil özümüz həmin hadisələr vaxtı oralarda olmuşduq. Yazı lövhəsinin qarşısına çıxıb "Puşkinin ölümünə Şərq poeması"nı əzbər deyəndə gözümüzdən gildir-gildir yaş tökülürdü. Sinə döyən, üz cıran kim... Ən bərk gedən mərsiyaxanlar belə bizimlə ayaqlaşa bilmirdilər.
   
   Qlobusda tanımadığımız kənd-kəsək qalmamışdı. Dinozavrın əzələ sümüklərini gendən tanıyırdıq. Hansımızın məktəbli çantasını axtaran olsaydı, oradan "Varşava Müqaviləsi"nin surətini tapardı. Hələ mən idmanı demirəm. 100 metrəni Oleq Bloxindən də sürətli qaçırdıq. Futbol oynayanda bizim göstərdiyimiz fəndlərə Dieqo Maradona özü həsəd apara bilərdi.
   
   Küçədə-bazarda müəllim görəndə gözümüz qaralır, nəfəsimiz daralırdı. Hamımız onlara möcüzə kimi baxırdıq. Bizə elə gəlirdi ki, müəllimlər yemək yemir, yataq otağına girmirlər.
   
   O zamanlar məktəbli uşağın hünəri nə idi pul adı çəkəydi? Zəhrimar pulu bizə ildə iki dəfə verirdilər. 1 May və 7 Noyabr bayramlarında paraddan keçən kimi gedib göz dolusu karuseldə fırlanırdıq. İndiki dillə desək, dadını çıxarırdıq. İlin qalan günləri pula nifrət edirdik. Brejnev Amerikaya nifrət edən kimi... Axırı nə oldu? Heç nə, aydın görünmür ki? Dostumuz Əbülfət Mədətoğlu demişkən,
   
   
   
   Amma... əl cibdən küsülü,
   
    cib əllə vuruşda.
   
   
   
   Üzüm ayağınızın altında, bizim balacalar məktəb yaşına çatanda fikir məni götürmüşdü. Deyirdim görən indiki uşaqlar necə oxuyacaqlar, onlar da bizim kimipula nifrət edib elm dalınca qaçacaqlar?
   
   Sağ olsun indiki müəllimləri, hər şey əla oldu. Hətta mən gözlədiyimdən də. İşdən evə yorğun gəlirsən, ayağın qapıdan içəri keçən kimi balalar qaçır qabağına. Ləzzətdi...
   
   - Ata, 4 manat süpürgə pulu ver!
   
   - Ata, 5 manat əhəng pulu ver!
   
   Bir dəfə olmur ki... Ən azı hər gün bu "ləzzətli" mənzərə təkrarlanır.
   
   - Ata, direktorun quluqçusu özünə ad günü keçirir. 6 manat verməlisən!
   
   - Ata, ata, can ata. Müəllimənin oğlu saxladığı qadının mobil telefonunu təzələməlidi, 7 manat ver!
   
   - Gəlsin gözəl atamız gəlsin, bir şax 5 manat versin gəlsin! İcra başçısı şadlıq evi tikdirir. Sementi bizim məktəb almalıdı. Bizim sinfə plan qoyublar.
   
   - Ata, bu dəfə səndən çox şey istəmirəm. Müəllimlər günüdür, heç nə, cəmi 10 manat pul lazım olacaq.
   
   Məktəb başlayandan beləcə hər gün kefə baxırıq.
   
   - Bizim gözəl atamız, səhər mənə 3 manat ver! Nazirin itinə kolbasa alacağıq.
   
   - Ata, səndən bir dənədir! Sabah məktəbə 4 manat aparmalıyam. Nazirin pişiyinə iynə vuran veterinara pul çatdırmaq lazımdır!
   
   Şənbə-bazar olanda yaman darıxıram. Uşaqlar məktəbə getmir, pul istəmirlər. Gün darıxdırıcı keçir. Nə evdə, nə çöldə özümə yer tapa bilmirəm.
   
   Elə ki bazar ertəsi, çərşənbə axşamı, cümə gəlir, toy-bayram yenə başlayır.
   
   -Ata, 3 manat tərləməklə necəsən? Bilirəm ki, "yox" deməzsən. Polis rəisi gözəllik salonunun ikinci mərtəbəsini təmir etdirir.
   
   Nə isə, kef boydandır. Məktəb belə olar da. Uşaqlar indidən pulu tanıyırlar, onun sehrli gücünə bələd olurlar. Yoxsa, qədim spartalılar belə gəldi, qaratorpaq zonalar belə getdi. Monqollar atı belə çapdı, qardaşı Məlikməmmədin kəndirini belə kəsdi. Nigar gəlib Koroğluya belə qoşuldu. Nəbi Həcəri də götürüb dağlara belə çəkildi.
   
   Biz də deyirik ki, məktəb oxumuşuq...
   
   


YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK