adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Baxan yoxdur...

15824 | 2007-10-06 04:29
Zaman ötdükcə, dünya kiçildikcə, bizə elə gəlir ki,qayğılar bir az da artır, böyüyür. Vaxtımız çatmır, hövsələmiz daralır, hər yerə tələsirik, amma heç yerə zamanında yetişmirik. Səbəb? Məsələ o qədər də bəsit deyil ki, biriki cümləylə fikrimi ifadə edim. Açıqlama qalsın başqa vaxta. Bu yazıda tanışlarımın qarşılaşdığı və dərdlərini mənimlə bölüşdüyü bir neçə adi məişət problemlərindən danışmaq istəyirəm. Mənim adi dediyim bu problemlər çoxalanda, vaxtında həll olmayanda bəzən altından asanlıqla çıxmaq olmur. Onlara vaxtında baxan, azacıq da olsa diqqət ayıran tapılsaydı, gileylənənlərin, narazıların sayı görün nə qədər azalardı...
   
   Bir neçə il əvvəl yaxın dostlarımdan biri Naxçıvanı küçəsində yerləşən 19 mərtəbəli binada yeni mənzil aldı. Neçəyə almışdı? Hamı necə, o da elə. Yəni verdiyi pulun məbləğini bir özü bilirdi, bir də tikinti sahibi. Onunla bağlanan müqavilədə bu haqda belə yazılmışdı: "mənzil tikintisi üçün ödəniləcək pulu 100% ödəyib. Kooperativə borcu yoxdur". İndi bu 100% dediyin rəqəm nə qədərdir, daha açıqlanmırdı.
   
   Avqust ayının 17-də həmin binada qısaqapanma üzündən yanğın baş verdi. Bir blokun iki lifti sıradan çıxdı. Elektrik, telefon, peyk anten xətləri göz qırpımında alışıb yandı. Elektrik olmadığından blokda havalandırma sistemi, yanğın barədə xəbərdarlıq qurğusu işə düşmədi. Yaxşı ki, o məqamda liftin içində kimsə olmayıb. Yuxarı mərtəbələrdə yaşayan sakinlər tüstü dolu pilləkənlərlə birtəhər enib boğulmaqdan qurtulublar. Onların arasında əcnəbi kirayəşinlər də var imiş. Hadisə vaxtı iki yanğınsöndürən hətta ağır xəsarət alıb. Mütəxəssislərin apardıqları araşdırmalardan məlum olub ki, yanğın birinci mərtəbəylə zirzəmınin arasındakı naqillərdə qısaqapanma nəticəsində baş verib. Bu hadisədən sonra şok vəziyyətinə düşən zərərçəkənlər işıq, su, qaz təminatı olmadığından yaşadıqları mənzilləri tərk etmək məcburiyyətində qalıblar. Az sonra, daha dəqiq desək, avqustun 29-da həmin binanın qonşuluğunda yerləşən 16 mərtəbəli bina uçdu.

TƏQVİM / ARXİV