Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Sakit İsveçrədə yaşanan narahat günlər Adalet.az | Sakit İsveçrədə yaşanan narahat günlər Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Sakit İsveçrədə yaşanan narahat günlər

16693    |   2007-09-29 07:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1993-cü ilin ilk ayları idi. Avropanın mərkəzində xeyli zamandır ki, torpağına mərmi düşməyən, əhalisi ov tüfənglərindən başqa hər hansı bir silah səsi eşitməyən, füsunkar təbiətilə hər kəsi məftun edən bir məmləkətdə erməni separatçılarının haqsız id-dialarının əsas ilhamvericilərindən biriylə görüşəcəkdik. Görüş yeri İsveçrə, görüşüləcək tərəflərsə azərbaycanlıların və ermənilərin ali dini rəhbərləri idi.
   
   Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Hidayət Orucov, Eldar Namazov, Hacı Sabir, Hacı Akif daxil idi. Görüşün əhəmiyyətini və Şeyxin xahişini nəzərə alaraq, mən də bir telejurnalist kimi öz çəkiliş qrupumla onları müşayiət edirdim. Həmin vaxtlar Turkiyənin KANAL-6 televiziyasında çalışırdım. İstanbuldan Cenevrəyə uçduq, oradan da maşınla Montre şəhərinə yollandıq. Məlum olduğu kimi, vaxilə bir sıra tarixi sənədlər bu şəhərdə imzalanıb. Din xadimlərinin görüşü burada keçiriləcəkdi.
   
   Mən Şeyximizi 1980-ci ildən tanıyıram.Onun ilahiyyat alimi ki-mi mükəmməl biliyinə, dini lider kimi yüksək təşkilatçılıq qabiliyyətinə, rəhbərlik bacarığına, ekstremal vəziyyətlərdə qətiyyətinə, eyni zamanda səbrinin böyüklüyünə, təmkininə, insan kimi sadəliyinə yaxşı bələdəm. Onunla bağlı çoxlarına məlum ol-mayan vaxtilə baş vermiş bir hadisəni xatırlamağım yerinə düşər.
   
   Hələ Sovet dövründə Şeyxülislam vəzifəsini yenı icra etməyə başlayan Allahşükür Paşazadə qonşu ölkələrin birinə rəsmi səfər etmişdi. Stadionda keçirilən rəsmi tədbirdə vətəndaşı olduğu SSRİ dövlətinin bayrağının Amerika bayrağı ilə bərabər gözlənilmədən bir qrup iştirakçı tərəfindən ayaqlar altına atılıb tapdandığının şahidi olur. Bu vandalizmi seyr edən heç bir yüksək dövlət məmuru, diplomat, o cümlədən SSRİ - nin fövqəladə səfiri yerində belə qımıldanmır. zündə cəsarət tapan Şeyx bu aksiyaya etiraz əlaməti olaraq nümayişkəranə şəkildə ayağa qalxıb tədbiri tərk etməklə mövqeyini bildirir. Onun bu hərəkəti hamının diqqətini çəkir. Vəziyyətin mürəkkəbləşəcəyindən ehtiyatlanan ev sahibləri pozucu aksiya iştirakçılarının hərəkətlərinin qarşısını alır. Baş verən xoşagəlməz hadisə bu gərgin vəziyyətdə Allahşükür Paşazadənin heç nədən çəkinmədən etirazını nümayiş etdirməsi haqda az sonra SSRİ rəhbərləyinə də mə-ruzə olunmuşdu. Şeyxülislamın iş həyatında buna bənzər misallar az deyil. Heç kimə sirr deyil ki, Şeyx həzrətləri dövlət başçıları, dünyəvi dini qurum və ictimai təşkilat rəhbərləri arasında böyük hörmət, xüsusi etibar və etimad sahibidir. O, bunu illər boyu apardığı məqsədyönlü fəaliyyətinin, fədakar zəhmətinin, yüksək insanı keyfiyyətlərinin nəticəsində qazana bilib. Xalqımızın həyatında baş verən bir çox taleyüklü məqamlarda dini lider kimi dövlətçılik və milli maraqları, İslami dəyərləri hər şeydən uca tutduğunu əməliylə nümayiş etdirib.
   
   ...Montre güllər və yaşıllıqlar qoynunda yerləşən bir şəhərdir. Havası son dərəcə təmiz, əhalisi səssiz-səmirsiz, haysız-küysüz yaşamağı xoşlayandır. Sanki bu yerlərdə adam yaşamır, maşınların hərəkəti yoxdur. Bəzən elə fikir yaranır ki, burada istəsən belə əsəbləşməyə səbəb tapmazsan. Amma dediklərim bizim nümayəndə heyəti üzvlərinə aid deyildi. Bu şəhərə gəldiyimizdən bir gün sonra Azərbaycana qarşı elan olunmamış müharibədə qarşı tərəf kimi tanıdığımız Ermənistan dövlətinin nümayəndələri ilə danışıqlar masası arxasında oturacaq, onlarla eyni mehmanxanada qaldığımız, eyni salonda qəhvəaltı etdiyimiz üçün dəfələrlə üz-üzə gələcəkdik.
   
   Dağüstü parkın ağacları hər gün şəhidlərin qanıyla sulanırsa, elçi qapısı döyməyə hazırlaşan analar başını şəhid balalarının baş daşına vurursa, alovlanan torpağın, yanan ana ürəklərinin fəryadı ərşə qalxırsa, necə sakit olub, emosiyanı gizlədib danışıqlar aparmaq, işğalçıyla ortaq məxrəcə gəlmək üçün yollar axtarmaq olar? Bu, ümumiyyətlə mümkünmü? Axı, indi Bahadırın Sonanı istəməsi, Şeyx Sənanın Xumara aşiq olması, Kərəmlə Əslinin məhəbbət dastanı yada düşmür. Yaddaşlarda həkk olan tamam başqa mənzərədir. Bu qaranlıq mənzərənin fonunda hissləri, emosiyaları cilovlayıb aydın başla danışıqlar aparmaq siyasi istedada malik, həyat çeşməsindən müdriklik suyu içmiş adamlara məxsusdur. Bunu yalnız onlar edə bilər. Mənim tanıdığım Hacı Allahşükür Paşazadə kimi.
   
   Vazgen haqqında çox eşitmişdim. Xaricdəki diaspora ilə Sovet Ermənistanında yaşayan ermənilər arasında onun iqamətgahı olan Eçmedzin bir körpü rolunu oynayırıdı. Qəribə və qaranlıq keçmişi olan Vazgen gənclərdə vətənpərvərlik adıyla qatı millətçilik hisslərinin aşılanmasında xeyli əmək və vəsait sərf etmişdi. Qarabağ hadisələrinin ilk mərhələlərindən onun tutduğu mövqe hamıya bəlli idi. Şeyxlə Vazgen əvvəllər də gö-rüşmüşdülər. Birincı görüş 1988-ci il may ayının 5-də (Sovet dövründə mayın 5-i məbtuat günü kimi bayram edilərdi) Rostov şəhərində baş tutmuşdu. İkinci görüşün vasitəçələri Ümumdünya Kilsələr Şurası idi.
   
   Elə bu faktın özü də münaqişənin Azərbaycanla Ermənistan arasında baş verdiyini, Kilsələr Şurası tərəfindən anlayışla qəbul edildiyini sübut edirdi. Onlar Qarabağın din xadimlərini görüşə dəvət etməmişdilər.Bu da Şuranın baş katibi Konrad Rayzerlə gedən danışıqların müsbət nəticəsi idi.
   
   "Montre palas" otelinin konfrans salonunda keçirilən görüş hardasa bir qədər məxfi xarakter daşıyırdı. Hər halda kütləvi informasiya vasitələri nümayəndələri əvvəlcədən bura dəvət olunmamışdı. Mətbuat konfransı yalnız danışıqlar başa çatdıqdan sonra keçirildi. Mən bu danışıqlarda Şeyxi özüm üçün yenidən kəşf etdim. Adamda nə qədər səbr, hövsələ olarmış. Erməni nümayəndə heyəti də bu görüşə əliboş gəlməmişdi. Deyəcək sözləri, göstərəcək materialları kifayət qədər idi. Onların məntiqinin kəsərinə, niyyətinin məkrliyinə, təbliğat ma-şınının dəqiq işləməsinə kimsənin şübhəsi olmasın. Həmin gün-lərdə nəinki İsveçrədəki ermənilər, hətta Fransada, Almaniyada, İtaliyada yaşayan katalikosun imkanlı həmvətənləri Vazgenin ziyarətinə gəlir, öz xidmətlərini ona təklif edirdilər.
   
   Danışıqlar hər gün bir neçə saat davam edirdi. Axşamlar Şeyx nümayəndə heyətini otağına yığıb nəticələri təhlil edirdi.Hər kəsin mülahizələrini dinləyir, məsləhətləri, təklifləri nəzərə alırdı. Ertəsi gün yenə danışıqların növbəti mərhələsi davam edirdi. Son iclasda birgə bəyanat imzalanmalıydı. Kommünike mətninin layihəsi hazırlanmışdı. Erməni tərəfi mətnlə tanışlıqdan sonra bir bəndin çıxarılmasını istədi. Görən, həmin bənddə nə yazılmışdı ki, qarşı tərəf bu məsələnin üzərində israrla dayanmışdı. Əsas fikir bundan ibarət idi: "Biz, din xadimləri müharibəni, təcavüzü, hər cür zorakılığı pisləyirik". Bu sözlər nədənsə onları rahatsız etmişdi. Şeyx dedi ki, bu bəndin çıxarılmasını təkidlə istəmənizi mən anlaya bilmirəm. Məgər erməni-qriqoryan kilsəsi yer üzündə müharibələri, qan tökülməsini, təcavüzkarlıq siyasətini dəstək-ləyir? Biz belə siyasətin həmişə əleyhinə olmuşuq və belə halları pislədiyimizi bir daha bəyan edirik. Əgər siz buna əks mövqedən yanaşırsınızsa, öz mövqeyinizi istədiyiniz şəkildə yazılı olaraq mətnə əlavə edin.
   
   Şeyxin məsələni belə kəskin şəkildə qoyacağını onlar gözlə-mirdilər. Məsələyə münasibət bildirən Ümumdünya Kilsələr Şura-sının baş katibi Konrad Rayzer də ermənilərin etirazını təəccüblə qarşıladı. O dedi:
   
   -Məgər siz müharibə tərəfdarı olduğunuzu dünyaya bəyan etmək istəyirsiniz?
   
   Ermənilər bu məsələdə yanlışlığa yol verdiklərini dərk edib inadlarından daşındılar.
   
   Şeyxin irəli sürdüyü təkliflərdən biri də humanitar fondun yaradılması məsələsi idi. Məqsəd Qarabağ münaqişəsində yaralananlara, zərər çəkənlərə, həlak olanların ailələrinə yardım göstərmək idi.
   
   Qırmızı Xaç Cəmiyyətinin Cenevrədə yerləşən mənzil qərargahında cənab Soxmaqura ilə Şeyxin görüşü da yaxşı xatirimdədir. Görüşdə Qarabağda yaşayan azərbaycanlıların faciəsi barədə ətraflı danışıldı. Erməni faşizmini ifşa edən sənədlər, foto şəkillər təqdim olundu. Elə təsəvvür yaranmasın ki, Şeyx kimlərəsə hesabat verirdi, xeyr. O əslində hesab istəyirdi. Dünya ictimaiyyətindən, nüfuzlu beynəlxalq təşkilatlardan hesab istəyirdi. Danışılan məsələlərin təfərrüatına varmadan bircə onu deyim ki, Qırmızı Xaç Şeyxlə olan səmimi görüşdən sonra Azərbaycana humanitar yardım kimi bir milyon dollar dəyərində dava-dərman göndərilməsinə qərar verdi.
   
   Montre görüşündə diqqət cəlb edən daha bir məqam vardı. Şeyx deyirdi ki, Vazgen mənimlə təklikdə söhbət zamanı bir cür danışır, hətta tez-tez "inşallah" kəlməsini işlədir, salonda masa arxasına keçəndə mövqeyində dəyişiklik hiss olunur. Vazgen qeyri-rəsmi görüşlərdə deyirdi ki, bu yaxınlara kimi ermənilər heç yerdə Azərbaycandakı qədər sərbəst, rahat, firavan yaşamırdılar. Amma mətbuat konfransında bəzi çıxışlarda ermənilərin Azərbaycanda sıxışdırılmasından danışılanda, Qarabağın sosial-iqtisadi inkişafının başqa bölgələrlə müqayisədə xeylı geridə qalması barədə əsassız fikirlər səslənəndə ağzına su alıb otururdu. İclasın gedişində bizə rəsmən təqdim olunmayan şəxs arabir ona yaxınlaşıb qulağına nəsə deyirdi. Kim bilir, bəlkə Vazgenin danışığına da kənardan nəarət edən, müəyyən istiqamət verən qüvvələr vardı. Belə çıxır ki, ermənilərin güclü təbliğat maşınında katalikos Vazgen də öz payına düşən vəzifəni yerinə yetirirdi.
   
   Ali din xadimlərinin Montredə imzaladığı sənəddə əsas məqam əsirlərin dəyişdirilməsi ilə bağlı oldu. Bakıya dönəndən sonra Allahşükür Paşazadə yaralı erməni əsirlərinin müalıcə olunduğu xəstəxanaya baş çəkdi. Aldığı güllə yarasından ayağı kəsilmiş iki əsgərin əsirlikdən azad olmasına nail oldu.
   
   Vazgen də İsveçrədən Yerevana qayıtdı. Şeyxin bu nəcib hərəkətindən də xəbərdar oldu. Amma imzaladığı sənədə hörmətlə yanaşmadı. Əsirlikdə olan soydaşlarımızdan heç bir nəfərin də qaytarılmasını təmin etmədi.
   
   Montre görüşləri barədə dünya mediasına ilk xəbəri biz yaydıq. Danışıqlar başlayan andan etibarən hər gün Montredən Cenevrəyə gəlib çəkdiyimiz videomaterialı peyk vasitəsi ilə Türkiyəyə ötürürdüm. "KANAL-6"da yayınlanan bu xəbərlərə Avropanın bir çox ölkəsində maraqla baxırdılar. Azərbaycana qayıdandan sonra səfərlə bağlı materiallar mətbuatda dərc olunsa da televiziya ilə göstərilmədi. Dövlət televiziyasının o vaxtkı rəhbərlliyində bu görüş xəbər olaraq maraq doğurmadı. Montredən xüsusi hazırlanan materialları da efirə vermədilər, hətta onun pozulması, it-bat olması üçün əllərindən gələni əsirgəməyənlər də tapıldı. Bunu "bizimkilər" etdilər. Erməni tərəfsə ümumiyyətlə, Montre görüşü barədə KİV vasitələrində söz açmadılar. Görünür, Şeyximizlə ikili görüşlərində Vazgenın birincilik qazanmaması kimlərisə pərişan etmişdi.
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK