ANA SƏHİFƏ / YAZARLAR

BİZİ QORUYAN DA POLİS, SÖYÜLƏN DƏ POLİS

62454    |   2014-09-13 02:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avropa və Ermənistanın Azərbaycanda emissarı olan Leyla Yunus Azərbaycan dövlətini, polisini, həm də məni və mənim nəslimi təhqir etdi. Həmin dövr onun təhqirinə öz dili ilə cavab verdim. Çox təəssüf ki, həmin vaxt məni dəstəkləyən olmadı. Əksinə, Yeyla Yunusu müdafiə edən komitələr yarandı. Bir yox, bir neçə dənə. Nəinki məni kimsə dinləmədi, hətta məni sosial şəbəkələrdə və saytlarda qınayanlar oldu. Məni qınayanların arasında övladları, qohumları polisdə işləyənlər də vardı. Güldüm... Əslində həmin vaxt polis və polis təşkilatları Leyla Yunusu məhkəməyə verməli idi. Bu keçdi...
Bu gün ziyalı, kinossenarist Eldəniz Quliyev özünə yaraşmayan sözlərlə polisi təhqir elədi. Yenə də susdular. Onu müdafiə etməyə başladılar. Amma Azərbaycan polisi onlara qarşı hücumlara baxmayaraq öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir. Fikirləşin ki, polis sizin fikirləşdiyiniz kimi işləyir... Əvvəllər yazdığım bir yazını kiçik redaktə ilə yenidən dərc edirəm. Hər kəs məni qınayacaqsa, qoy qınasın.
Mətbuatda ən çox gözümçıxdıya salınan, haqlı-haqsız tənqid olunan qurumlardan biri Polis təşkilatıdır. Yeri gəldi-gəlmədi, mətbuat Azərbaycan Polisini hədəfə götürür. Hansısa yerində olmayan bir polisin günahı, səhvi bütün Polis təşkilatının adına yazılır. Bir sözlə, Polisi gözdən salmaq üçün bir yarış gedir.
Və maraqlıdır ki, ölkədə hamının, hər bir təşkilatın, hətta dağın-dərənin hüquqlarını qoruyan qurumlar olsa da, Polisin hüquqlarını qoruya biləcək nə bir qeyri-hökumət təşkilatı var, nə də hər hansı bir qurum.
Halbuki polislərin hüquqları heç də bizlərin hüququndan az pozulmur. Və Polis hərbi təşkilat olduğundan atılan şər-böhtana bəzən cavab verə bilmir. Və bütün yük düşür Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin üzərinə. Əgər mətbuat xidməti də yazılanların hamısına cavab verməyə çalışsa, gərək işini-gücünü ata.
Polis bizi qoruyur, bu dövləti qoruyur. Bizlərin və bu dövlətin yolunda özünü güllə qabağına atıb həlak olur. Əgər cinayətkarlara qarşı mübarizədə həlak olan və yaxud yaralanıb ömürlük şikəst olan polislərin siyahısını çıxarsaq, çox uzun bir siyahı alınar.
Qarabağ savaşında da ön cəbhədə polislər idi. Və ən çox şəhid verən də Polis təşkilatı idi. Ən çox Milli Qəhrəman da Polis təşkilatındandı. Özü də onların çoxu rahat ev-eşiklərini qoyub cəbhəyə könüllü getmişdi.
Polis onsuz da həmişə savaşın içindədi. Hər gün savaşın içindədi.
Ölkədəki əmin-amanlığa görə, sabitliyə görə təbii ki, Polisimizə borcluyuq.
Polis yeganə təşkilatdır ki, onun 8 saatlıq iş müddəti yoxdu. Onun gecəsi, gündüzü yoxdu. Hətta istirahət elədiyi zamanda polisdi və hər an vəzifə borcunu yerinə yetirməyə hazırdı. Sabitliyimiz üçün, əmin-amanlığımız üçün ən ağır yük polisin üzərinə düşür. Və bu da bir faktdır ki, Azərbaycan Polisi öz vəzifəsini şərəflə yerinə yetirir. Statistikaya diqqət eləsəz görərsiz ki, keçmiş MDB məkanında ən az cinayət hadisəsi Azərbaycanda törədilib, cinayətkarlığa qarşı mübarizə də Azərbaycanda daha yüksək səviyyədə təşkil edilib. Baş verən cinayət hadisələrinin açılma faktına görə də Azərbaycan keçmiş MDB məkanında birinci yerdə durur.
Ulu Öndər Heydər Əliyevin, onun siyasi varisi möhtərəm cənab Prezident İlham Əliyevin daxili siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda qanunsuz silahlı qruplar yoxdur, reketçilik tamamilə aradan qaldırılıb. Moskvadakı və Rusiyadakı kimi ölkə ayrı-ayrı cinayətkar qrupların əlində deyil. Və təbii ki, bu siyasəti həyata keçirən güc strukturlarıdır, xüsusi xidmət orqanlarıdır və özülündə də Azərbaycan Polisi dayanır.
Görünür, ölkədəki əmin-amanlıq, sabitlik hansısa gözəgörünməz və gözəgörünən qüvvələri narahat edir, ona görə də güc strukturlarını, xüsusi xidmət orqanlarını və ən başlıcası da Azərbaycan Polisini xalqın gözündən salmağa çalışır. Və bir şeyi unudurlar ki, Polisin nüfuzdan düşməsi cinayətkarlığın artması deməkdi və bir gün həmin cinayətkarlıq Polisi nüfuzdan salmaq istəyənlərin özlərinin də başında partlaya bilər.
Yaxşı yadımdadı, Məhəmməd Əsədov daxili işlər naziri olan dövr idi. Jurnalistlər mətbuatda tez-tez məsələ qaldırırdılar ki, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi ləğv olunmalıdır. Onda mən "Ədalət" qəzetində belə bir replika yazmışdım ki, ay yoldaş jurnalist, səni küçədə döysələr, ya gecə evinə quldurlar hücum eləsə, onda kimə müraciət edəcəksən, Hacı müəllimə?! Onda rəhmətlik Hacı müəllim Jurnalistlər İttifaqının sədri idi.
Qanunsuz mitinq və ya küçə yürüşü keçirilirsə ictimai asayişi qorumaq Polisin vəzifə borcudur və bunun qarşısını almalıdır. Və bunun qarşısı alınanda təbii ki, xoşagəlməz hallar olur, Polis zora da əl atır. Kimlərəsə xətər də toxunur, o cümlədən polislərin özləri də xətər alır.
Dünyanın ən sivil ölkələri olan Fransada, Almaniyada, ya İngiltərədəki kimi polis zora əl atsa, su şırnaqlarından, qaz bombalarından, atlardan, zopalardan istifadə eləsə görən nə olar? Amma Azərbaycan Polisi qanunsuz hərəkətlərin qarşısını daha sivil yollarla almağa çalışır. Amma yenə mətbuat Polisimiz haqqında nələr yazmır?!
Polisdə işgəncə faktları ilə bağlı da çox deyilir, çox yazılır. Demirəm ki, belə bir fakt yoxdu, amma bir az Allahla danışın. Polis cinayətkarı yaxalayarkən cinayətkar öz xoşuna təslim olmur ki? Polisə zor göstərir, güllə atır. Elə inişil gərək ki, Maştağa qəsəbəsində cinayətkarlar yaxalanarkən iki polis işçisini öldürmüşdülər, birini də yaralamışdılar. O ölən polislər də yaşamaq istəyirdi. Onların da övladları vardı, anaları vardı, bacıları vardı. Onları da axşam evdə gözləyirdilər. Amma gedə bilmədilər. Bizləri xilas eləmək üçün özlərini ölümə atdılar.
Bəli, cinayətkarlar yaxalanarkən polisə müqavimət göstərir, zor göstərir. Və təbii ki, polis də adekvat addım atmalıdır. Cinayətkar tutulur, məhkəmənin hökmü ilə gedib düşür həbsxanaya, həbsxanadan da polisdən heyfini çıxmaq üçün həm dövlət qurumlarına, həm də digər təşkilatlara, QHT-lərə məktublar göndərir. Buyur, vay dədəm vay, yoxlama yoxlama dalınca, izahat izahat dalınca... Bəs nə var-nə var sizi bıçaqlayan cinayətkarı yaxalayarkən ona bir şapalaq vurmusuz. Di gəl cavab ver.
Dünyanın ən sivil ölkəsi Amerikada yol polisinə tabe olmayan sürücünü yaxalayarkən polislərin həmin sürücüyə tətbiq elədiyi zoru demək olar ki, hər gün televiziya kanallarında görürsünüz. Görəsən, sivil Amerika həmin polisləri məhşər ayağına çəkirmi?
Bu yaxınlarda bir hadisə olmuşdu. Mən bunu Parlamentdə də dedim, amma hadisə baş verən rayonun adını çəkmək istəmirəm. Üç nəfər onlardan asayişi pozmamağı, xuliqanlıq etməməyi tələb edən iki polisi döymüşdü. Və təbii ki, onları həbs eləmişdilər. Amma qəribədir ki, hakim dövlətə əl qaldıranları elə dövlətin adından məhkəmə zalından açıb buraxdı. Görəsən, həmin iki polis bir də asayişi qorumaq üçün özünü yumruğun altına atarmı? Şəxsən mən inanmıram. Görəsən, həmin adamlar hakimi döymək yox ey, adicə təhqir etsəydilər hakim onları məhkəmə zalından buraxardımı?! Buna da inanmıram.
Polis böyük təşkilatdı. Burda çalışanlar da bu millətin övladlarıdı. Millətin hamısı Allahın bacısı oğlu olmadığı kimi, Polisin də içində Allahın bacısı oğlu olmayanlar var. Millətin hamısı aydan arı, sudan duru olmadığı kimi, Polisin də içində aydan arı, sudan duru olmayanlar var. Və belələri aşkarlanıb üzə çıxan kimi dərhal polisə yaraşmayan hərəkətlərinə görə Daxili İşlər Orqanlarından xaric edilirlər. Sözümün canı odur ki, beş-on, olsun otuz, əlli ləyaqətsiz polisin hərəkətini bütöv bir təşkilatın adına yazmaq insafsızlıq yox, günahdı.
Polis bizi, bu milləti, bu dövləti canı bahasına qoruyur. Gəlin biz də Polisimizi qoruyaq. Özümüzün, millətimizin və dövlətimizin xətrinə!


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-17
2018-11-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK