Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | HÖKM Adalet.az | HÖKM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

HÖKM

"Hökm onun hökmüdür, fərman onun fərmanı"

25825    |   2007-09-22 04:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yazının başlığını oxuyanda yəqin düşünəcəksiniz ki, hansısa cinayət işindən, hansısa məhkəmə zalından ya reportaj, ya açıqlama, ya da çox epizodlu ardı varla davam edən hansısa bir oçerk oxuyacaqsınız. Xeyr, kim belə düşünürsə yanılır. Mənim məqsədim tamamilə başqadır. Əslində bu, məqsəd deyil, sadəcə özəl dünyamı tərpədən, məni narahat edən, hərdən hətta əlimdən tutub çox-çox uzaqlara aparan bir duyğudu, bir düşüncədi, daha nə bilim adını bilmədiyim nədisə...
   
   İnsan bütün ömrü boyu, təbii ki, söhbət özünü dərk edən, özünü duyan, özünü tanıyan insandan gedir, həmişə çalışır ki, ürəyinin səsinə, ağlının hökmünə qulaq assın. Bilirsiniz, zənnimcə, dünyada ən dəhşətli şey ağılla ürəyin arasında yerlə-göy qədər məsafənin olmasıdır. Mən bundan böyük faciə tanımıram və tanımaq da istəmirəm. Çünki onda ömür budanır, ömür baltalanır, ürək bir yana çəkir, ağıl bir yana, qalırsan yol ayrıcında, bilmirsən sağa gedəsən, yoxsa sola, bilmirsən işığa üz tutasan, yoxsa it hürənə. Ümumiyyətlə, tərəddüd o qədər böyük, o qədər ölçüsüz, o qədər qərarsız olur ki, bəzən özünü də, kimliyini də, məqsəd və məramını da unudursan. Ya olursan heç kimə, heç nəyə yaramayan, eləcə də heç kimdən, heç nədən yarımıyan birisi... Bu, faciə deyilmi?
   
   Mən tanıdığım insanların özəl həyatlarına daxil olmaq hüququ əldə edəndə daha çox onların ağılları ilə ürəkləri arasındakı məsafəni öyrənməyə çalışıram. İlk baxışdan bu çətin olur, amma, hətta sənin üçün açılan süfrədə belə səmimiyyətin, yəni ürəkdən qarşılanmanın şahidi olduğun kimi səninlə edilən söhbətdə, sənə ünvanlanan suallarda da sənin kimliyinə, şəxsiyyətinə, düşüncələrinə sayğının, dərk olunmanın, təzahürünü də görürsən. Onda hiss edirsən ki, sən burda artıq deyilsən, sənə burda süfrə, çörək, salaməleyküm xətrinə etik münasibətlər göstərilmir, sən burda arzulanan və arzulandığın kimi dəyərləndirilən insansan - bu isə xoşbəxtlikdir. Elə deyilmi?
   
   Hərdən qələm adamları ilə də mübahisəm düşür. Yazılan yazıda, illahda ki, şerdə ürəyi və ağlı görməyəndə onun necə yazıldığına inana bilmirəm və bu ürəksiz və ağıldan işartı görünməyən misralarda mən olsa-olsa qurumuş çaylaq yerində küləyin özünü necə sərbəst hiss etdiyini, necə ora-bura çırpdığını, necə at oynatdığını təsəvvürümə gətirməyə çalışıram. Bəzən heç bu da alınmır, bilmirəm niyə?
   
   Onda düşünürəm ki, ya mən hamıdan ən azı bir əsr geridəyəm və yaxud da hamı məndən bir əsr öndədir. Mən isə xatirələrin, tapdanmış cığırların, hətta özünü yox, kölgəsinimi, ilğınınımı axtaranlardan biriyəm. Bu bənzətmənin də nə qədər uğurlu olduğunu deyə bilməyəcəm. Çünki mən ürəklə ağıl arasında çaşıb qalanların böyük faciələrinin az-çox şahidi olmuşam və ona görə də nəsihət vermək, yol göstərmək və yaxud da tutaq ki, nümunə kimi özəl həyatımı dilə gətirmək haqqım yoxdur. Ən azı ona görə ki, mən nə yaş, nə baş, nə də digər hansısa bir şərtəmi deyim, məqamamı deyim, bir sözlə, nəyəsə görə heç kimdən fərqli bir üstünlük əldə etmişəm. Kəsəsi, imtiyazlı deyiləm. Mən də sıradan biriyəm, mən də ağlın və ürəyin mənə dediklərinin ətəyindən ikiəlli yapışmışam, hətta bəzən ağıl və ürəyin birgə dediyini Tanrı sədası kimi də qəbul etmişəm. İşimdə də, evimdə də, şermdə də, sevgimdə də...
   
   Qəzetlərə baxanda açığı çox dilxor oluram. Yaşını, düşüncə səviyyəsini, ən azı tərbiyəsini az-çox bildiyim bir qarış boyu olan oğlan və yaxud qız millətə, oxucuya, lap elə biri mənim özümə hökm şəklində elə nəsihət verib, elə yol göstərir ki, dünyanın bütün yolları gözümdən düşür, bütün nəsihətlərim məndə allergiya yaradır. ücüm "Allah-Allah, dünyanın sonudurmu?" deməyə çatır. Düşünməyin ki, bu da mənim hökmümdü. Xeyr, sadəcə bu mənim sorğumdu, öyrənmək istəyimdi. Cavabı hökm olacaq, yoxsa yox, onu isə zaman göstərər.
   
   "Sevgi pıçıltıları" adlı son kitabımın siqnal nüsxələrini vərəqləyəndə istər-istəməz özüm-özümlə tək, necə deyərlər, tamam yalqız bir şəkildə oxucumla həmsöhbət oldum. Çalışdım ki, yazdıqlarımın ürək və ağıl hökmü olduğunu izah edim. Bilmirəm buna nə qədər müyəssər oldum, ancaq bir şeyə əminlik içimə hakim kəsildi. Hiss etdim ki, ən azı özümü inandıra bildim, özüm-özümə hökm verdim, hökm çıxardım. Bəlkə də inanmayacaqsınız, mənim üçün özünün-özünə hökm verən adamdan dözümlü ikinci bir kimsəni tanımıram. Ona görə ki, ən böyük hökm sahibi zaman olduğu kimi, ən böyük hökmün icraçısı da zamanın hissəcikləri olan insanlardı...
   
   Elə bir vaxta, elə bir dövrana gəlib çatmışıq ki, hər gün onlarla, yüzlərlə hökmlərin şahidi oluruq. Bəzən heç fərqinə də varmırıq, çünki bu hökmlər bizim barəmizdə çıxarılmayıb, amma təəssüf... Təəssüf ki, bütün hökmlərin bizim hər birimizə aid olduğunu unuduruq. İstər məhkəmə zalında, istər elə-belə sadəcə həyatın gedişində. Axı, məhkəmə zalında əyləşənlərin də taleyində bizlərin hər birinin iynə ucu boyda da olsa "xidməti" var. Birimiz rüşvət vermişik, birimiz rüşvətə şərait yaratmışıq, birimiz rüşvətə göz yummuşuq, birimiz... birimiz... bax beləcə. Onda niyə kənarda qalmalıyıq? Niyə hökmlərdən qaçmalıyıq? Ümumiyyətlə, hara və nə qədər qaçacağıq? Qaçmağa başqa dünyamız varmı?
   
   
   
   P.S. Oqtay Salamovla nahar süfrəsində üz-üzə əyləşmişdik. Bir dostumuzu da dəvət etdik. Bəlli oldu ki, Yusif oruc tutur. Hər ikimiz ayrı-ayrılıqda günaha batmağımız barədə hökm verdik və təəssüfləndik. Yusif isə çox sakit bir şəkildə "mənim indiki halda süfrədə heç bir nəfsim yoxdu, halal xoşunuz olsun, narahat olmayın" - dedi. Ayrı-ayrı hökmlər verildi, bir süfrənin başında, amma unutduq ki, ən böyük hökmün sahibi dərgahına əl açdığımızdı. Hökm onun hökmüdü...


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK