ANA SƏHİFƏ / YAZARLAR

SUMQAYITDAKI YANACAQDOLDURMA MƏNTƏQƏLƏRİ TƏHLÜKƏ MƏNBƏYİDİR

111588    |   2007-09-13 00:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yanacaqdoldurma məntəqələrini, necə deyərlər, lap burnumuzun ucunda - evimizin qonşuluğunda, əhalinin sıx yaşadığı yerlərdə görəndə istər-istəməz ağlımıza xoşagəlməz hadisələrin ola biləcəyi ehtimalı gəlir. Bu məntəqələrin həyat üçün hər an təhlükəli olması danılmazdır.
   
   Hazırda Sumqayıt şəhərində 50-dən çox müxtəlif növ yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrdə qaz və benzinin müxtəlif növləri əhaliyə satılır.
   
   Faktlara müraciət edək. Sumqayıtda 5-6 və 9-cu mikrorayonların kəsişdiyi ərazidə, 10-cu mikrorayonla 13-cü mikrorayon arasındakı Propan qazdoldurma məntəqəsi, 17 və 18-ci mikrorayonların birləşdiyi ərazidə, 47 və 48-ci məhəllənin yaxınlığında olan nəhəng qazdoldurma məntəqələri, Saray qəsəbəsinə gedən yolun hər iki tərəfində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri böyük bir təhlükə mənbəyidir.
   
   tən il Sumqayıtda baş vermiş dəhşətli hadisə şəhər sakinlərini şok vəziyyətinə saldı. Belə ki, şəhərin 18-ci mikrorayonunda yerləşən qazdoldurma məntəqəsində qazın sızması nəticəsində 4 nəfər zəhərlənərək ağır vəziyyətdə xəstəxanaya düşdü. Zəhərlənən vətəndaşlardan 2 nəfərini xilas etmək mümkün olmadı. 2 nəfər isə ömürlük şikəst oldu.
   
   Daha bir bədbəxt hadisə bu yaxınlarda Bərdədəki qazdoldurma məntəqələrinin birində baş vermişdir. Belə ki, məntəqədə ehtiyatsızlıq üzündən baş vermiş güclü partlayış 4 nəfərin ölümünə və 2 nəfərin ağır yaralanmasına səbəb olmuşdur.
   
   Əhalinin sıx yaşadığı yerlərdə tikilmiş yanacaqdoldurma məntəqələri bu baxımdan daha qorxuludur.
   
   Odur ki, yanacaqdoldurma məntəqələrinin tikilməsi üçün ərazi seçərkən daha diqqətli olmaq lazımdır. Elə yerləri seçmək lazımdır ki, həmin məntəqələr həyat üçün təhlükəsiz olsun. Həmçinin, tələb olunan normativlərə uyğun gəlsin.
   
   Çox təəssüf ki, hazırda Sumqayıt şəhərində həyat üçün təhlükəli olan məntəqələr əhalinin ən sıx yaşadığı ərazilərdə fəaliyyət göstərir. Həmin məntəqələrin əksəriyyəti şadlıq saraylarına, restoranlara və parklara daha yaxındır.
   
   Şəhərin mərkəzi yerlərindən sayılan Heydər parkının 20 metrliyində çox böyük ərazini tutan Azpetrol benzindoldurma məntəqəsi gecə-gündüz fəaliyyət göstərir. Şübhəsiz ki, əhalinin belə sıx olduğu yerdə - parkın lap yaxınlığında benzindoldurma məntəqəsi inşa etmək tam məsuliyyətsizlikdir.
   
   Görəsən, şəhərin cavabdeh şəxsləri - İcra Hakimiyyəti, bələdiyyə, Memarlıq və Şəhərsalma İdarəsinin rəhbərləri hara baxırlar. Axı, baş vermiş hər bədbəxt hadisədən ibrət götürməliyik və buraxdığımız səhvləri çalışmalıyıq ki, bir daha təkrar etməyək.
   
   


YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-03-27
2017-03-26


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Qışdan üzüağ çıxa bildinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ana həbsxanada yatan oğluna məktub yazır: "Ay oğul, sən tutulandan sonra bostanı qazan yoxdu, heç kartof da əkə bilmirəm".
Oğlu cavab yazır: "Ana, nəbadə həyətdəki bostanı qazasan, özünü də zibilə salarsan, məni də".
Bir neçə gündən sonra ana oğluna yazır: "Sənin məktubunu alandan sonra 10-15 nəfər polis gəlib həyəti qazıb sonra da söyə-söyə getdilər".
Oğlu: "Ana, bax gördün, mən həyəti qazdırdım, indi kartofu da özün əkərsən".




digər lətifələr
ARXİV
FACEBOOK