Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "İMTİNA ETMƏK ÜÇÜN ƏVVƏLCƏ NƏSƏ YARATMAQ LAZIMDIR" Adalet.az | "İMTİNA ETMƏK ÜÇÜN ƏVVƏLCƏ NƏSƏ YARATMAQ LAZIMDIR" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"İMTİNA ETMƏK ÜÇÜN ƏVVƏLCƏ NƏSƏ YARATMAQ LAZIMDIR"

Həmsöhbətimiz millət vəkili Aydın MİRZƏZADƏDİ

24861    |   2007-09-12 05:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

- Aydın müəllim, son vaxtlar ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı mətbuatda bir-biri ilə uzlaşmayan sərt münasibətlər dərc edilir. Hətta bir vaxtlar Minsk qrupunun rəhbərlərindən biri olmuş həmsədrin də açıqlaması və sizin bu məsələyə münasibətiniz də birmənalı qarşılanmayıb. Bütün bunlardan sonra sizcə ATƏT-in Minsk qrupuna ehtiyac var, yoxsa yox?
   
   - Əvvəla qeyd edim ki, "Ədalət" mənim üçün sevilən qəzetdi və hər gün də onu izləyirəm. Bu qəzetin də mənə həmişə böyük diqqətini hiss etmişəm. Onu da deyim ki, hər hansı bir ideal mövqe, yanaşma mümkün deyil. İstənilən mövqeyi təqdir də, tənqid də mümkündür. Mən bunu normal qəbul edirəm və açığı, həm də sevinirəm ki, bir fikir müzakirə mövzusuna çevrilə bilər. O ki qaldı konkret suala, gəlin bu məsələyə bir az dərindən yanaşaq. Uzun illərdi ki, Dağlıq Qarabağ deyilən bir problem yaşayırıq. Bəlkə də bu, Ermənistanla Azərbaycan arasında və yaxud da özümüzün kiçicik bir problemimiz olsaydı, bunu çoxdan həll etmək mümkün olardı. Ancaq bütün araşdırmalar göstərir ki, bu problemin kökü çox dərinliklərə gedir və Azərbaycandan kənarda müəyyən qüvvələrin bu regiondakı böyük maraqları ilə bağlıdır. İndi həmin problemin həllində təkcə bizim gördüyümüz işlər kifayət etmir. Baxmayaraq ki, biz bu işi ardıcıl aparırıq. əlin etiraf edək ki, dünya bu gün bir-biri ilə bağlı olan münasibətlər sistemidir. Odur ki, heç bir dövlət öz məsələlərini öz sərhədləri çərçivəsində və yaxud da qonşuların münasibətləri çərçivəsində həll edə bilmir. Ermənistanın işğalçı siyasəti və bizə meydan oxumasının arxasında müəyyən səbəblər durur. Bildiyimiz kimi, Minsk qrupu da məhz iki ölkə arasındakı münasibətləri tezliklə nizama salmaq üçün yaradılmışdır. Öncə qrupa həmsədrliyi ora daxil olan 11 ölkənin hər biri 6 ay sədr olmaqla həyata keçirirdi. Sonradan isə daha effektli olan 3 həmsədrlik institutu yaradıldı. Bu sədrlik daimidir və bura daxil olan dövlətlərin də regiona təsiri və problemin çözümündə rolu nəzərə alındı. Təbii ki, Türkiyənin buraya daxil olmasına Ermənistan etiraz etdi. Ona görə də Minsk qrupunun olub-olmamasına birtərəfli yanaşmaq, məsələni qəti qoymaq mümkün deyil. Bu gün Azərbaycan prezidentinin davam etdirdiyi kursun nəticəsidir ki, indi problemə böyük dövlətlər, o cümlədən Minsk qrupu daha yaxından yanaşır və obyekativlik getdikcə artır. Doğrudu, biz hələ də Minsk qrupundan qəti addımlar gözləyirik, lakin indi onu əvəzləyəcək digər mexanizim yoxdur. Biz ondan narazı qalmaqda da haqlıyıq və çox şeylər tələb etmək də haqqımızdır. Ancaq ümumiyyətlə, onun üstündən xətt çəkmək də olmaz. Bu addımı atmaq Azərbaycanın özü üçün əlavə, böyük problemlər yaratması deməkdir. Bəllidir ki, problemin Minsk qrupu çərçivəsində həllinə erməni lobbisi və Ermənistan hökuməti həmişə maneələr yaradıb. Bizim bu qrumdan imtina etməyimiz onlar üçün göydəndüşmə olar. Və biz ermənilərlə üz-üzə qalarıq və sabah da heç kim Ermənistana nə tələb qoya bilər, nə də təsir edə bilər. Məhz buna görədir ki, gah ermənilərin, gah da problemdə maraqlı olan üçüncü tərəfin təsiri ilə Minsk qrupu barəsində müxtəlif məsələlər ortaya atılır. Bu çağırışlar Minsk qrpunu əvəzləyəcək variantın olmadığı bir vaxtda səslənirsə, bunu düşmən dəyirmanına su tökmək olduğunu başa düşmək heç də çətin deyil. Odur ki, mən Minsk qrupu ilə bağlı səslənən fikirlərin bu gün üçün tərəfdarı deyiləm. Çünki onda Azərbaycan problemlə bağlı böyük dövlətlərdən heç nə tələb edə bilməyəcək. Minsk qrupunun fəaliyyətindəki nöqsanlara baxmayaraq, onun fəaliyyətindən imtina etmək bizim üçün səhv addım ola bilər. Məhz bu qrupun iştirakı ilə keçirilən ardıcıl görüşlər, aparılan danışıqlar getdikcə daha intensiv olur, təkliflər paketləri yeniləşir. Ortaya konkret təkliflər qoyulur. Təbii ki, biz Minsk qrpundan o vaxt razı qalacağıq ki, o, problemi tam həll edəcək.
   
   - Aydın müəllim, bu günlərdə qaçqınların məişət problemləri ilə bağlı keçirilən müşavirədə ölkə başçısı, Ali Baş Komandan bir daha sərt şəkildə bildirdi ki, danışıqlar nəticə verməsə Azərbaycanın hərbi yolla torpaqlarımızı azad etməyə gücü də, qüdrəti də çatır. Sizcə bu sərt bəyanatın səbəbi nədir?
   
   - İlk növbədə bu, Azərbaycan prezidentinin davam etdirdiyi siyasi kursun konkret nəticələrə söykənməsidir. Yəni bu gün aparılan daxili-xarici siyasət, həm Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, həm iqtisadi qüdrəti öz növbəsində ordunun da yenidən qurulmasına, müasir NATO standartları səviyyəsində formalaşmasına ən yeni silahlarla təhciz edilməsinə imkan verib. Azərbaycan artıq kimlərinsə yardımına göz dikmir. İndi Azərbaycan təkcə bölgədə deyil, həm də dünyada öz yeri, öz sözü olan dövlətə çevrilib. Bu da dövlət başçımıza daha sərt, daha qətiyyətli mövqe nümayiş etdirmək imkanı verir. Ermənistanın yalançı sülh çağırışları özü-özlüyündə sabun köpüyüdür. Ona görə də heç bir əhəmiyyət kəsb etmir. Birmənalı qəbul etmək lazımdır ki, biz torpaqlarımızı heç kimə bağışlamaq fikrində deyilik. Tarixə nəzər salsaq 1918-ci ildə Ermənistanda 10 min kvadrat kilometr ərazi var idisə, bu, 91-ci ildə 29 min kvadrat kilometrə çatdırılıb. Özü də Azərbaycan torpaqlarının hesabına. Biz artıq bu torpaqmənimsəmə xəstəliyinə qəti nöqtə qoymalıyıq və prezidentimizin də apardığı siyasət məhz torpaqlarımızın qaytarılmasına xidmət edir. Bunun da iki yolu var - Müharibə və Sülh. Biz hər ikisinin üzərində işləyirik və paralel də aparılır. Ona görə də ordumuzu da qüvvətləndiririk, danışığımızın da effektliyini artırırıq. Ona görə də prezidentimiz bildirdi ki, biz 12 ildir danışıqlar aparırıq, daha 12 il də gözləyəsi deyilik.
   
   - Sonda bir sual da vermək istərdim. Siz millət vəkilisiniz, iqtidar partiyasının nümayədəsisiniz. Çox istərdim ki, səmimi deyəsiniz, dediklərinizlə müşahidə etdikləriniz, eşitdikləriniz üst-üstə düşürmü. Ümumiyyətlə, sizin daxilinizdə bütün bunlara inam var?
   
   - Mən sizə deyim ki, həqiqətən mən real həyatda gördüklərimi, müşahidə etdiklərimi sizinlə, öz seçicilərimlə tam səmimiyyətlə bölüşürəm. İstənilən məsələyə münasibəti bildirəndə, fikirlərimi bölüşəndə auditoriyanın mənimlə razılaşdığını müşahidə etmişəm. Etiraf edək ki, bu gün Azərbaycan cəmiyyəti bir çox ümummilli məsələlərdə eyni mövqedən çıxış edir. Bu ilk növbədə müstəqilliyimizin əbədi olması və qorunması, iqtisadi inkişaf, müdafiə qüdrətinin artırılması və Heydər Əliyev kursunun dönmədən davam etdirilməsidir. Və Azərbaycan prezidentinin bugünkü fəaliyyəti də məhz bu dediklərimin bir təzahürüdür. Bunu hər birimiz öz həyatımızda hiss edirik. Mən də hamı kimi inanıram ki, biz Qarabağ problemini də həll edəcəyik, öz qüvvətimizi də durmadan artıracağıq. Bircə faktı deyim ki, bizim bugünkü durumumuz çoxlarında Azərbaycan vətəndaşı olmaq istəyi doğurur. Hətta bu istəkli müəyyən qruplar da meydana gəlib. Onların arasında daimi işləmək istəyənlər də var. Çünki Azərbaycan böyük perspektivi olan dövlətə çevrilib.
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK