Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Dünyanı Barışdıran Adalet.az | Dünyanı Barışdıran Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Dünyanı Barışdıran

( əvvəli qəzetin 24 və 31 avqust sayında )

14217    |   2007-09-08 01:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda Novruz bayramı rəsmi və ya qeyri-rəsmi hər za-man qeyd olunub. Hər kəsin evində bayram süfrəsi açılıb, qapıya gə-lənə novruz sovqatından pay veirilib. Kecəl, Kosa yada düçüb, niyyət edilib, küsənlər barışıb. Bayram ərəfəsinıdə Barışı çəkilış qrupuyla Bakıya dəvət etdim. Necə deyərlər, həm ziyarət, həm ticarət. Yəni, həm görsün ki, Azərbaycanda Novruz bayramı nə şəkildə keçirilir, qədim adət-ənənələr necə gözlənilir, həm də çəkilişlər aparıb Türk televiziyası ilə yayınlasın. Barış söz vermişdi ki, qələcək. 1996-cı ilin yazında sözünə sahib çıxıb gəldi.
   
   Bakı bayram libası geymişdi. Barışla şəhəri gəzib dolaşarkən onu ən cox heyrətləndirən heykəllər oldu. Nizaminin, Füzulinin, Sabirin, Natəvanın, Nəsiminin, Səməd Vurğunun, Hüseyn Cavidin, Üzeyir Hacıbəyovun, Cəfər Cabbarlının heykəlləri əzəmətinə, bədii-estetik səviyyəsinə görə onu valeh edərdi. "Türkiyəni boş ver, mən dünyanın hec bir yerində sənət adamlarına bu qədər hörmətlə yanaşıldığını, onların şərəfinə bu qədər abidə ucaldıldığını görmədim. Bu bir xarü-qədir, əhsən! "- deyərdi. Heykəllərin önündə çəkilişlər aparar,. Azərbaycanın mənəvi qüdrət sahibləri barədə öz tamaşaçılarına məlumat verərdi.
   
   Novruz bayramında əsas tədbir Qoşa qala qarşısındakı meydandan başlayaraq, İcəri Şəhərin Böyük qala küçəsində, Qız qalası önündə davam edəcəkdi. Meydanda geniş səhnə qurulmuşdu. Barış cəkiliş qrupuyla rəsmi tədbirlər başlamazdan öncə bu yerləri dolaşır, böyüklü-kiçikli hamıyla görüşür, söhbət edir, bayramla bağlı fikirlərini öyrənir, ən maraqlı məqamları lentə alırdı. Hamı ondan "Barış abi, xoş gəldiniz, konsertiniz olacaqmı?"- deyə soruşardı. Barış da deyərdi ki, mən bayrama gəldim. Sizinlə bərabər Novruzu qarşılamağa, çay içməyə, paxlava-şəkərbura yeməyə, bu bayram keyfini bütün tükr dünyasına çatdırmağa. Amma, bayram günü hec olmasa bir şarkı məndən dinləmək də sizin haqqınız və mənim vəzifəmdi. Xoş sözləri duyanlar müqənnini alqışlar, nəqmələrini zümzümə edərək, onunla yaxından təmasın sevincini paylaşardılar. Bir qədər sonra Barış Man-ço səhnəyə çıxıb bayram ürək sözlərini söylədi və "Əl salla, əl salla" adlı məşhur mahnısını ifa etdi.
   
   Yadıma bir əhvalat düşdü. Barış Sabir bağında çəkılış aparırdı. Heykəlin önündə şairin yazdıqlarından misallar gətirərək, onun nə qədər böyük bir fikir adamı olduğunu anlatmağa çalışırdı. Küçədə nəqliyyat vasitələrinin hərəkəti hələ tam kəsilməmişdı. Orta yaşlı sürücü Barış Mançonun çəkıliş apardığını görüb əyləcə basdı. Maşı-nı saxlayıb çəkilişin bitməsini gözlədi. Kameraya fasilə veriləndə ətra-fa toplaşanlar Barışı mühasirəyə aldılar. Kimi avtoqraf istəyir, kimi onunla şəkil çəkdiridi. Naməlum sürücü maqnitafona səs verdı, məşhur "Domates, bibər, patlıcan" mahnısı ucadan səsləndi. Sükan arxasında oturan kişi gözünü Barışa zilləmışdi. Barışın da diqqəti səs gələn səmtə yönəlmışdi. İlk dəfə gördüyü və bəlkə bir daha rastlaşmayacağı bu insan da rəğbət bəslədiyi türk müğənnisinə münasibətini beləcə ifadə etdi. O, dinməz - danışmaz sürücünün sözlü baxışlarında nə qədər sevinc, məhəbbət və minnətdarlıq gördüsə bilmirəm, amma yaman kövrəldi: "Bu adamların səmimi hisslərinin qarşılığını verə biməm üçün mənə ömür və ilham və imkan nəsib et, Allah",-dedi.
   
   x x x
   
   İmperiya siyasətinin yazılmayan qanunlarını, mərkəzi idarəetmənin islah olunmayan eybəcərliklərini, milli hissləri pərvazlandıran tədbirlərə qısqanc münasibətini Heydər Əliyev gözəl bilsə də, ölkəyə rəhbərlik etdiyi yetmiş-səksəninci illərdə, təkcə Novruza bayramına deyil, ümuniyyətlə milli adət-ənənələrə, gör-kəmli şəxsiyyətlərin yubileylərinin qeyd edilmısinə, peşə, məhsul bay-ralarının, keşirilməsinə diqqəti gücləndırdı. Təqvimdə bayram günlərinin sayı coxaldı. Bakıda və müxtəlif bölgələrdə iri miqyaslı el şənliklərində özünün bilavasitə iştirakı mərasimlərin səviyyəsini, ictimai-siyasi əhəmiyyətini yüksəldərdi. Müxtəlif beynalxalq tədbir-lərin, ədəbiyyat, incəsənət, mədəniyyət günlərinin keşırılməsi, tarixi hadisələrin qeyd edilməsi, tarixı şəxsiyyətlərin anılması bir yandan milli qürur hissini inkişaf etdirirdisə, digər tərəfdən də müxtəlif ölkələrdən gələn qonaqların Azərbaycan haqqında təsəvvürlərini genişləndirir, məlumatlarını artırır, millətin, xalqın ən gözəl keyfiy-yətlərini, qazandığı nailiyyətlərı, uğurları təbliğ edirdi. Hələ o dövrdə Heydər Əliyev aparıcı kütləvi informasiya vasitələri nümayənələrinin belə tədbirlərdə iştirakında cox maraqlı idi. Deyərdi ki, qoy gəlib öz gözləriylə görsünlər, yazsınlar, cəkib göstərsinlər. Bütün bunlar mil-ləti yaxşı mənada tanıtmağ, ona rəğbəti artırmaq üçün əlverişli vasitədir. 1993-cü ildə onun hakimiyyətə tarixi qayıdışından sonra bu məsələlərə diqqət daha da artmışdı. Dövr də başqaydı, şərait də dəyişmışdi. O, müstəqil dövlətin başçısı kimi hərəkətlərində və qə-rarlarında daha sərbəst olsa da, Qarabağ hadisələri, dünyavi güc qruplarının Azərbaycana sahib çıxma kimi məkrli niyyəti, regionlara parçalanma təhlükəsi, ordunun zəifliyi siyasət aləminin ən mahir bilicısı olan bu böyük şəxsiyyətin xilaskar fəaliyyətində ciddi maneə-lər yaradırdı. Problem bolluğunda kadr qıtlığı da yaşanılrdı. Bu mü-rəkkəb tarixi məqamda onu mübarizəyə ruhlandıran xalqın sonsuz etibarı, inamı idi. Həmişə özünün Azərbaycana məhsubluğu ilə iftixar edən Heydər Əliyev az bir zaman kəsiyində Azərbaycanı gələcəkdə ən qüdrətli dövlətlər sırasına çıxarmaq üçün müstəqil dövlətin möhtəşəm iqtisadi-siyasi təməlini qurdu. Artıq o işartılar özünü büruzə verirdi. Bunu Bakıya gələn əcnəbi qonaqlar da aydın görür, hiss edirdi. Barış 1992-ci ildə Azərbaycana ilk gəldiyində rastlaşdığı mənzərəylə müqayisədə baş verən müsbət dəyişiklikləri sevinclə qarşıladı. "Bu fədakarlıq üçün bir türk olaraq, prezident Heydər Əliyevin əlini sıxmaq istərdim, doğrusu,"-dedi. Barışa söylədik ki, Novruz şənliklərində Prezidentimiz adətən iştirak edir. Allah nəsib edərsə, bugün bəlkə onunla da görüşə bildik.
   
   xxx
   
   Hava çiskinli idi. Yağmurdan ehtiyat edənlər əllərində çətir tutmuş-dular. Prezident korteji İstiqlaliyyət küçəsiylə Gənclər meydanına yaxınlaşdı. İnsanlar sevimli liderini səngiməyən alqışlarla salamladı. Heydər Əliyev mikrafondan bayram təbrikiylə xalqa müraciət edəndə ətrafı sükut bürüdü. Sonra səhnə incəsənət ustalarının ixtiyarına verildı. Mahnılar, rəqslər bir-birini əvəz edirdi. O qələbəlikdə belə məşhur türk müqənnisi Heydər Əliyevin nəzərindən qaçmadı. Barışı Manşonu yanına dəvət etdi. Dedi ki, sizi burada görən kimi tanıdım. Barış həyacanla bildirdi ki, mən Sizi televizorda cox görmüşəm.Türk dünyasının böyüyü olaraq sizinlə qürur duyuruq. Türk xalqının salamlarını, sevgilərini sizə gətirmişəm. Sonra qısa şəkildə səfərinin məqsədini açıqladı. Görüş üçün bir daha təşəkkürünü bildirən Barış Manço, prezidentə bir xahişlə müraciət etdi:
   
   - Cənab Prezident! Bizi qəbul edərsizsə, sizinlə özəl proqram çəkmək istərdik. zü də ailə ortamında. Biz sizi və ailənizi Türk xalqına daha yaxından tanıtmaq istərdik.
   
   Heydər Əliyev:
   
   - Novruz bayramı bizim üçün cox əziz bayramdır. Sizin bura gəlışınizdən məmnunam. İnşaallah, bir daha görüşərik.
   
   xxx
   
   Az sonra bir bazar günü Heydər Əliyevlə bərabər unudulmaz saatlar yaşandı. Çəkiliş başlamazdan öncə onların arasında artıq cox səmimi münasibət yaranmışdı. Verilişə ən böyük uğuru da elə bu səmimiyyət gətirdi. Barışın məqsədi dünyaca ünlü olan ictimai-siyasi xadimi, qüdrətli dövlət rəhbərini bir ailə başçısı kimi yaxından tanıtmaq idi. Bu fikir cənab prezidentin də cox xoşuna gəlmişdi. O dedi ki, indiyə kimi mənimlə müsahibələrdə həmişə siyasətlə baqlı suallar veriblər. İlk dəfədir ki, siz ailəylə bağlı söhbət aparırsız. Bunun özü də hesab edirəm ki, mənim həyatıma bir dəyişiklik gətirəcək. Sizin gördüyünüz işlər ailəni təbliğ etmək, ailə haqqında insanlara geniş məlumat vermək, ailənin cəmiyyət üçün, millət üçün, dövlət üçün nə qədər əhəmiyyətli olduğunu anlatmaq çox böyük işdir. Sizin bu işinizi mən alqışlayıram.
   
   Çəkiliş cox maraqlı alındı. Hazırlanan proqram Türk televiziyası ilə dəfələrlə yayınlandı və Barışın etiraf etdiyi kimi, tamaşacılar tərə-findən böyük rəğbətlə qarşılandı. Heydər Əliyev şəxsiyyətinin bu cəhətləri ilk dəfə Barış Mançonun özəl proqramında ekranlarda göründü. Həmin verilişdə Barış Mançonun səmimiyyətlə söylədiyi bir fikir mənim zənnimcə hamının diqqətini çəkmişdi:
   
   -1992-ci ildə Azərbaycana ilk gəlişimdə qardaş ölkəylə tanışlığımızı Şəhidlər xiyabanından başladıq. Çox acılı görüntülər çəkdik. Təbii ki, o günləri xatırlamaq istəmirik. Onlar keçmiş, onlar bəlli. İndi insanların üzündə istiqbala, güvənə dayanan bir ifadə gördüm. Onlar gərçək bir liderə qovuşmuş olmağın rahatlığını yaşayırlar. Çünki, siz bu gün Azərbaycan liderisiz. Mən inanıram ki, siz başqa bir ölkədə doğulmuş olsaydınız, mütləq oranın da lideri olacaqdınız. Amerikada olsay-dınız, indi Bəyaz Sarayda siz oturmuş olardınız. Və biz də sizi orda ziyarət edəcəkdik.
   
   
   
   xxx
   
   Bəzən məndən soruşurlar ki, Barışın ən yaxın dostlarından biri də sən olmusan. Xalq arasında Barış Mançonun bu qədər sevilməsinin, sənət dünyasında uzun illər ayaqda durmasının sirri nədir? Mən bunu belə izah edirəm. Xalq ona təmənnasız xidmət edənləri, ona doğru-ları, düzləri, həqiqəti söyləyənləri hər zaman yüksək qiymətləndirir və heç zaman unutmur. Axı, Barış həyatda olduüu kimi, sənətdə də hər
   
   cür riyadan, yalandan, saxtakarlıqdan uzaq adam idi. O sevdiyi şeylərdən, sevdiyi adamlardan sevərək danışar, bildikləri, gördükləri, öyrəndikləri ilə həvəslə, səxavətlə paylaşardı. Barış dünyada yaxşılıq axtarar, dörd bir yanı dərviş kimi ona görə dolaşardı. Hər qitədən yaxşılıq, xeyirxahlıq toxumu gətirərdi məmləkətinə. 7-dən 77-yə qədər hər kəsə insana ucalıq gətirən hisslər aşılayardı. Bu arada da türk xalqının ucalığını ta uzaqlara qədər aparıb çıxarardı. Barışın milyonlarla izləyici toplayan televiziya proqramları tükənməz zəhmət, büyük istedad, dərin bilik, yüksək professionallıq, insanlara sonsuz inam və inanc xəmiri ilə yoürulub hazırlanardı. Barış ifa etdiyi mahnıları da boğazında səsi var deyə oxumazdı, ürəyində sözü var deyə söyləyərdi.
   
   İstanbulda Avropanı və Asiyanı birləşdirən iki körpü var. Adına Boğaz körpüsü və Fateh Mehmet Sultan körpüsü deyərlər. İstanbulda bir adam da yaşayırdı. O, dünyanı Türkiyəyə, Türkiyəni dünyaya tanıdar, dünya ilə birləşdirər, bütövləşdirərdi. Adına Barış Manço deyərdilər.
   
   Heç yadımdan çıxmaz. Bir axşam Modadakı evində royal arxasına keçən Barış yeni əsərini ilk dəfə mənim üçün ifa etdi və bitirəndən sonra həyəcanla soruşdu":bəyəndinmi?" O zaman kim bilərdi ki, az sonra Barış Manço məhz bu əsəriylə özünün 40 illik yaradıcılığına son nöqtəni qoyacaq, 56 yaşında ikən türk xalqından ölümsüzlük pasportu alaraq əbədiyyətə qovuşacaq...
   
   xxx
   
   Bir ömrün pərdəsi qapandı. Pərdə arxasında büyük bir ustad, pərdə ünündə Barışdan xeyirxahlıq, vətəndaşlıq dərsi alan, artıq adam olmuş çocuqlar, gənclər, ixtiyarlar - 7-dən 77-yə qədər çox adam qaldı. Amma, İstanbulun Atatürk Kültür Mərkəzində düzən-lənən mərasimə gələn insanlar bənzərsiz nəğməkarla ağlayaraq vidalaşmadılar, gilə-gilə göz yaşları tökmədilər, onun şərəfinə alqış seli axıtdılar. Hər dəfə səhnədə, hər dəfə konsertdə olduüu kimi, böyük Türkiyə şərafətli oğlunu son mənzilə gurultulu alqışlarla yola saldı. Pərdə qapansa da, sonsuz təşəkkür və minnətdarlıq rəmzi olan alqış yağmuru hələ də davam edirdi. Bu yağmur sanki heç vaxt bitməyəcəkdi...
   
   Nədənsə, zaman ötdükcə mən onu daha cox əsatir qəhrəman-larına bənzədirəm, qəlbimdə özəl yeri olan bu İnsanı nağıl qəhrə-manı kimi yaşadıram. Nağıl qəhrəmanları isə heç vaxt ölmür... Nağılların sonunda adətən göydən üç alma düşür. "Barış Manço nağılı" nda səmadan alma deyil, nəğmələr gözləyin. Bu nəğmələr adi nağıllardakı almalar kimi sənin, mənim, onun olmayacaq. Bu nəğmə-lər bizim hamımızın - dünyaya səpələnən və Barışın sənət dünya-sından təkcə zövq deyil, həm də dərs alan insanların payına düşəcək. Ruhu göylərdə dolaşan Barış Mançodan hər zaman nəğmələr gözləyin. Sənə, mənə, ona deyil, hamımıza ünvanlanan, bizi mənən, ruhən birləşdirən, saflaşdıran, tükənməyən nəğmə sevinci payı.
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK