ANA SƏHİFƏ / YAZARLAR

ÇRƏK BOL OLARSA...

74978    |   2007-08-29 01:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çörəyin əhali üçün nə demək olduğunu xatırlatmağa yəqin ki, o qədər də ehtiyac yoxdur. "Çörək bol olarsa, basılmaz Vətən!" deyən böyük şairimiz Səməd Vurğunun sözlərində həqiqət var. Əslində çörək vətəndir, torpaqdır, bir qədər də dəqiq desək, həyat mənbəyidir. Atalarımız "Allah heç kəsi çörəklə imtahana çəkməsin" hikmətini elə-belə yaratmayıb.İnsanlar çörəklə imtahana çəkiləndə əllərini qaldırıb Tanrıya yalvarıblar ki, onlara çörək, ruzi göndərsin.
   
   İstənilən ölkədə dövlət həmişə çörəyin qiymətini normal vəziyyətdə saxlamağa çalışır. Ən çox da iqtisadi cəhətdən o qədər güclü olmayan dövlətlərdə bu məsələ bir qədər çox əhəmiyyət daşıyır. Son vaxtlar görürük ki, bizdə də bəzi işbazlar, səlahiyyət sahibləri şəxsi mənfəətləri naminə əhalini çörəklə imtahana çəkmək istəyirlər. Hələ bir müddət bundan əvvəl bəzi mətbuat orqanlarında çörəyin qiymətinin qaldırılacağı barədə məlumatlar yazılsa da dövlət məmurları əhalini əmin edirdi ki, yaxın vaxtlarda belə bir şey gözlənilmir.
   
   Çox keçmədən deyilənlər doğru çıxdı. Cəmi bir neçə ay bundan əvvəl 20 qəpiyə olan çörəyi mağazalarda indi 30 qəpiyə satırlar. 30 qəpiklik çörəklər isə 40 qəpik olub.
   
   Təəssüf ki, çörəyin qiymətinin qaldırılmasına baxmayaraq, çəkisi də əhəmiyyətli dərəcədə aşağı düşüb. Ailəsində 5 nəfər olan insanlar əgər əvvəllər gündə 2 çörəklə kifayətlənirdisə, indi 5 çörək almağa məcburdur. Beləliklə, ailə gündə 1 manat 50 qəpik çörəyə xərcləməyə məcburdur. Belə çıxır ki, ayda cəmi yüz otuz manat maaş alan ailə başçısı qazancının çox böyük bir hissəsini ancaq çörəyə xərcləməlidir. Kommunal xərclərin kifayət qədər yüksək, maaşların isə normal vəziyyətdə olmadığı bir məmləkətdə çörəyin qiymətinin vaxtaşırı qaldırılması ailələr üçün böyük problemlər yaradır.
   
   Heç kəsə sirr deyil ki, ölkədə istehsal olunan çörəyin böyük bir qismini kasıblar istehlak edir. Bahalı ərzaqa, meyvə-tərəvəzə həftələrlə, aylarla həsrət qalan həmin adamların qida rasionunun əsasını quru çörək təşkil edir. İndi bunu da camaata çox görürlər. Qiymətlərin qaldırılması, çəkisinin azaldılması təkcə problemin bir tərəfidir. lkədə istehsal olunan çörəyin keyfiyətində də ciddi nöqsanlar var. Bir gündən sonra çörək saqqız kimi adamın əlinə yapışır. Çörəyi iki yerə böləndə içindən su çıxır. Xəmirə nə qatırlarsa çörəyi yeyəndən sonra insanın mədəsində daşa dönür, həzm eləmək mümkün olmur. Bu cür yararsız çörəkləri yeyəndən sonra əhalinin bir qismində kartof və göbələk xəstəlikləri meydana çıxır.
   
   lkədə fəaliyyət göstərən özəl çörək sexləri üzərində heç bir nəzarət yoxdur. Sex sahibləri keyfiyyət haqqında yox, ancaq qazanc və kəmiyyət haqqında fikirləşir. Qiymətləri isə kim necə istəyir, o cür də təyin edir. İndi paytaxtın müxtəlif sexlərində istehsal olunan eyni növdə, eyni çəkidəki çörəklərin qiymət fərqini hiss etməmək mümkün deyil. Demək olar ki, çörək sexlərinin çox böyük bir qisminin fəaliyyəti standartlara uyğun deyil.
   
   Sovet dövründə respublikamızın paytaxtında xeyli sayda böyük çörək zavodları vardı. Sonralar həmin zavodlar özəlləşdirildi. Acınacaqlıdır ki, sahibkarlar bütün var-yoxunu qoyub müəssisəni alsalar da onu işlətməyə imkan tapmadılar. Bir sıra maraqlı qüvvələr çörək zavodlarının fəaliyyətini iflic halına saldı. Büdcədən maliyyələşən dövlət idarələri, nazirliklər, komitələr çörək zavodlarından götürdüklər məhsulun illərlə pulunu qaytarmadılar. Milyardlarla manat borclarını ala bilməyən sahibkarlar istər-istəməz müəssislərini bağlamalı oldular. İflic vəziyyətinə düşən böyük zavodların çörək bişirməyə yararlı olan avadanlıqları dağıdıldı və yaxud özəl çörək sexlərinə daşındı.
   
   Əgər bu gün həmin çörək zavodları işləsəydi, rəqabət şəraitində xırda çörək sexləri də öz məhsullarının keyfiyyətini yaxşılaşdırmağa çalışardı. Çünki çörək zavodlarında keyfiyyətli çörək bişirmək üçün hər cür texnologiya var idi. Çörəyin bişmə prosesi 30-40 dəqiqə çəkirdi. Buna görə də həm çörək keyfiyyətli çıxır, həm də unda olan bir sıra qorxulu xəstəliklər bu prosesdə məhv olurdu.
   
   Sexlərdə bişən çörəklərsə tamam başqa cür başa gəlir. Xəmiri iki-üç dəfə odda fırladıqdan sonra çıxarırlar. Bir-iki saatdan sonra isə həmin şəraitdə bişən çörəklər daşa dönür. İndi keçmiş çörək zavodlarını böyük nostalgiya ilə xatırlayırıq. Heç nəyi geri qaytarmaq mümkün deyil. İmkanlı çörək zavodlarını söküb yerində göydələnlər tikiblər. Yeni çörək zavodları tikmək isə heç kəsi maraqlandırmır. Yeganə çıxış yolu özəl çörək sexlərinin istehsal prosesini və şəraitini yaxşılaşdırmağa qalır. Bu isə müvafiq qurumların vəzifə məsuliyyətindən və insafından asılıdır.
   
   


YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-04-30
2017-04-29


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Mart çıxdı, dərt çıxd?

Hə (33.33%)
Yox (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki satıcı öz fırıldaqlarından məharətlə danışır:
- Bilirsən, mən bir axmağa kivi adı ilə kartof satmışam.
- Eh, bu nədi ki, mən birinə doğurçu adı ilə oyuncaq tutuquşu satmışam.
- Bunun nəyi qəribədi ki?
-Mən sonra ona quş üçün yemək də satmışam.




digər lətifələr
ARXİV
FACEBOOK