ANA SƏHİFƏ / YAZARLAR

İŞIĞA GEDƏN YOL

50586    |   2014-08-28 10:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyada elə insanlar, elə ziyalılar var ki, onlar təpədən-dırnağa qədər nurun, işığın içindədirlər. Nurun, işığın içində olan bu insanlar özləri üçün yaşamırlar. Onlar bu nuru, bu işığı öz xalqına, öz millətinə paylayırlar. Çünki belə ziyalılar tək bir ailənin, bir elin övladı deyil, bütün Azərbaycanın və türk dünyasının övladlarıdırlar.
Pedaqoq, şair-publisist və tədqiqatçı Səməndər Məmmədovun qələmə aldığı "El sevəni aləm sevər" kitabı bu mənada çox dəyərli və unikal bir kitabdır. Öncədən onu qeyd edək ki, bir neçə il bundan əvvəl bu kitabın 1-ci hissəsi çapdan çıxıb. Bu günlərdə isə "El sevəni aləm sevər" kitabının 2-ci hissəsi oxuculara təqdim olunub. Kitabın redaktoru Yazıçılar Birliyinin üzvü, tanınmış ziyalı Musa Nəbioğludur. Kitab "Elm və təhsil" nəşriyyatı tərəfindən 2014-cü ildə çap edilib və 184 səhifədən ibarətdir.
Kitabda şair-publisist, pedaqoq və tədqiqatçı Səməndər Məmmədov tərəfindən Borçalı mahalında, eləcə də Faxralı elində tanınmış mədəniyyət, incəsənət və elm adamlarının portretləri yaradılıb. Bu portretlər özünəməxsus, orijinal və bədii bir dillə öz əksinə tapıb. Həmin yazılara oçerk və zarisovka da demək mümkündür. Çünki hər tanınmış alim, şair, mədəniyyət xadimi və siyasətçi barəsində çox gözəl yazılar qələmə alınıb.
Onu da qeyd edək ki, kitabda pedaqoq və şair-publisist Səməndər Məmmədovun 60 illiyi münasibətilə ölkənin tanınmış ziyalılarının, şairlərinin, alimlərinin təbrikləri də toplanılıb. Həmin təbriklərin birini də xalq şairi Zəlimxan Yaqub Səməndər Məmmədova ünvanlayıb. Təbrikdə deyilir: "Səməndər Zəlimxanın gəzən kitabxanasıdır. Mən bununla fəxr edirəm. Belə adamların olması cəmiyyətin, xalqın, insanlığın xeyrinədir. İki adamın arasında bir balaca soyuqluq olanda məhz belə adamlara üz tutursan ki, gəl bunları bir yola gətir. Səməndər ağsaqqaldı, ağır oturub batman gələndi, öz yerini biləndi. Ona görə də hər yerdə onun adı çox yüksək səviyyədə çəkilir. Yalandan heç vaxt ad olmaz, yalandan şöhrət olmaz. Varsa, deməli, onun kökündə halallıq, yuxusuz gecələr və ziyalı mədəniyyəti durur. Mən qardaşımı bağrıma basıb öpürəm, həmişə adı uca olsun, eşqi sönməz olsun, Zəlimxan kimi dostları da heç vaxt onun ətrafından əksilməsin!"
İstedadlı adamlara və ziyalılara zamanından və məkanından asılı olmayaraq həmişə böyük dəyər verilib. Kitabda adları çəkilən və barələrində yazılar yazılan ziyalılara da zaman öz münasibətini, doğmalığını və ögeyliyini göstərib.
Ayrı-ayrı oçerklərə və zarisovkalara diqqət yetiririk. "El sevəni aləm sevər", "Kremlə sancılmış türk bayrağı", "Borçalının bülbülü", "Mən Nəbiyəm, aşıqların zəriyəm", "Aləm bilir möcüzədir Zəlimxan", "Mənəvi pəncərə", "Ölüm yalan sözdü, oğullar ölmür", "Torpağa qarışıb Vətən olurlar", "Dolu ziyalı", "Bilik can quşuna qanaddır", "Sədaqət günəşi birlikdən doğar", "Çeşməyə baxanda durulur insan", "Müdriklə çatır arzuya insan" yazıları doğrudan da öz orijinallığı, səmimiyyəti və ifadə forması ilə seçilir. Və təbii ki, bu da Səməndər Məmmədovun bədii təxəyyülünün zəngin olması və qələminin şirin bir dildə ifadə edilməsidir. O sözü, cümləni və fikri o qədər səmimi ifadə edir ki, oxucu onun səmimiyyətinə inanır və birnəfəsə həmin yazıları oxuyur.
Kitabda "Kremlə sancılmış türk bayrağı" oçerki Böyük Öndər Heydər Əliyevə həsr edilib. Müəllif Ulu Öndər Heydər Əliyevin dahiliyini və uzaqgörən siyasətini o qədər ustalıqla oxucuya təqdim edir ki, bir daha Heydər Əliyevin nə qədər böyük şəxsiyyət və dahi siyasətçi olmasına hər bir oxucu inanır və onu əbədi yaddaşına həkk edir. "Borçalının bülbülü" oçerki isə Azərbaycanı Avropada tanıdan səsin sahibi Şövkət Məmmədovaya həsr edilib. Bu səs, bu avaz ancaq Şövkət xanıma məxsus ola bilərdi. Çünku onun ifa etdiyi hər hansı musiqi və mahnı Avropa tamaşaçısını heyran edib, təəccübləndirib. Əlbəttə, bu cür sənətkarlar və dünya şöhrətli müğənnilər barəsində yazı yazmaq, oçerk hazırlamaq o qədər də asan deyil. Ən azından Şövkət Məmmədovanın yaradıcılığını bilməlisən, musiqidən başın çıxmalıdır və vokal sənətindən xəbərdar olmalısan. Səməndər Məmmədovun qələmə aldığı bu yazıda dediyimiz detalların hamısı öz əksini tapıb.
Daha bir gözəl oçerk isə xalq şairi Zəlimxan Yaquba həsr edilib. Oçerk belə adlanır: "Aləm bilir möcüzədir Zəlimxan". Səməndər müəllim onun barəsində yazdığı oçerkdə şairi "söz fatehi" adlandırır. Çünki Zəlimxan Yaqub öz poeziyası, öz şeiri və öz lirikası ilə həqiqi mənada Azərbaycan oxucusunu və o cümlədən bütün türk dünyasının ürəyini fəth edib. Oçerkdə Səməndər Məmmədov özünün yazdığı gözəl bir şeirdən də istifadə edib:

Borandımı, tufandımı, seldimi,
Kəlmələri incidimi, ləldimi?!
O tay deyən, bu tay deyən dildimi
Aləm bilir möcüzədir Zəlimxan!..

Eşq olsun bu misraların sahibinə! Ən azından ona görə ki, ürəyindəki atəşi, qəlbindəki sevgini Səməndər Məmmədov çox poetik və orijinal bir dildə ifadə edə bilib. Zəlimxan Yaqub kimi söz fatehini, şairi bu misralarla doğrudan da təəccübləndirir. Oxucu həmin misraları oxuyanda sanki özünü daha təmiz, daha saf və duru hiss edir.
Səməndər Eyvaz oğlu Məmmədov 1954-cü ildə Borçalıda - Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU-nun) filologiya fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm", "Abdulla Şaiq" və "Araz" ədəbi mükafatları laureatı, "Qabaqcıl təhsil işçisi"dir. İndiyədək "Faxralı", "Bir durna ayrıldı öz qatarından", "Payız çiçəyi", "Ümid qapısı", "Coşğun çay kimi", "Faxralı tək ağır elim var mənim", "Bir gəncin taleyi alt-üst olursa", "Nur çiləyənlər", "Ləkəsiz bir vicdan, böyük bir ürək", "Pedaqoji düşüncələr", 3 cildlik "Ağır elsən, Borçalıda adın var", "İşıq ömrü yaşadı..." və "El sevəni aləm sevər" 1-ci və 2-ci kitabları işıq üzü görüb.
Biz inanırıq ki, hər şeyə dəyər, qiymət verən oxucunun özüdür. Əgər oxucu Səməndər Məmmədovun "El sevəni aləm sevər" (2-ci kitab) oxusa və əlinə götürsə, heç vaxt peşman olmayacaq. Ən azından ona görə ki, bu kitabda heç kimin tanınmış ziyalılar haqqında demədiyi işıqlı və bədii fikirləri Səməndər müəllim deyib. Çünki onun yolu həmişə işıq olub. O işıq ki minlərlə insanların yolunu işıqlandırır. Qoy hamının yolu nurlu və işıqlı olsun!




YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-15
2018-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Xorvatiya (50%)
Fransa (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK