PARALEL

ƏBÜLFƏT MƏDƏTOĞLU
34164 | 2007-08-11 03:00
Əslində bu riyazi termindi. Amma bütövlükdə məsələyə nüfuz edəndə məlum olur ki, elə həyatımız da bir növü riyaziyyatdır. İnsan hüceyrələrinin sayından tutmuş, ömrünün anlarına qədər hamısında rəqəmlər yerləşir. Yəni rəqəmlər var, say göstərilir. Bundan başqa bizim həyatımızın ən diqqət çəkən bir cəhəti də söz sahibi olmağımızdı. Yəni insan nitqi, dili, səsi, sözü ilə həm özünün varlığını, kamilliyini, düşüncələrini, fikirlərini ortaya qoyur, həm də səslə, sözlə yeni səs, söz yaradır. Təbii ki, burda söhbətin ədəbiyyatdan getdiyi özü-özlüyündə ortaya çıxır. Biz bütövlükdə ədəbiyyatın sözdən, söz yaradıcılığından ibarət olduğunu birmənalı qəbul etmişik. Və...
   
   Deməli, söz də rəqəmlərlə ifadə olunur. Belə ki, söz hərflərə, səslərə, hecalara bölünür. Bu da riyazi baxımdan rəqəmlər deməkdi. Neçə hecalı sözdü, neçə hərfdən, səsdən ibarətdi. Ümumiyyətlə, daxili bölgü necədi, indiki terminlərlə ifadə etsək neçə min işarədən ibarətdi və s. Bütün bunlar yenidən onu deməyə imkan verir ki, həqiqətən də riyaziyyatın, eləcə də onun rəqəmlərinin, düsturlarının üzərində öz istəklərimizi istər yaradıcılıq baxımından, istər həyat baxımından yerləşdirib idarə edir, cilalayır, uyğunlaşdırırıq.
   
   Riyaziyyatda müxtəlif terminlər var. Onlardan biri də paraleldi. Mən bu termini elə-belə seçməmişəm. Çünki indi barəsində danışacağım üç müəllifin şerlərini son günlər bir neçə dəfə oxudum. Və mənə elə gəldi ki, bu üç fikir sahibi həyatın müxtəlif mərhələlərində, müxtəlif iqtisadi-siyasi durumunda, müxtəlif coğrafi məkanlarda yerləşmələrindən asılı olmayaraq poeziyada paralel addımlayırlar. Onların fikirləri bir-birini təkrarlamır. Sadəcə gah irəli keçir, gah arxada qalır, gah qoşalaşırlar. Yəni paraleldilər. Bu müəlliflər Adil Şirin, Elçin İsgəndərzadə və Vahid Əlifoğludu. Dediklərimizin sübutunu elə şer nümunələrində də görmək olar. Məsələn, götürək Elçin İsgəndərzadənin yaradıcılığını.
   
   
   
   "Qaçqının sözü" şerində Elçin yazır:
   
   Xahiş etmə bu məmura,
   
   Eşitməz, dayı, eşitməz.
   
   Allaha yetməyən ünün,
   
   Allahsıza vallah yetməz.
   
   
   
   Vahid Əlifoğlu isə yazır:
   
   
   
   Yoxdur qoluma qol tutan,
   
   Dərdimi hal-əhval tutan.
   
   Barmaq yalayar, bal tutan,
   
   Qənddən, noğuldan axsadıq.
   
   
   
   Adil Şirin isə başqa bir tərzdə həmin problemi qabardır:
   
   
   
   Ey qərib yolçu,
   
   Ey mənim dəli könlüm.
   
   Nə ölümdən qaça bildim,
   
   Nə ayrılıqdan.
   
   
   
   Müxtəlif şerlərdən və məsələyə üç müxtəlif yanaşması olan müəllifdən gətirdiyim bu nümunələr əslində hamımızın içərisində olduğumuz bir dərdin paralel ifadə formasıdır. Söhbət qaçqınlıqdan, Qarabağsız qalmaqdan, adamlara etinasızlıqdan və nəhayət əzəli və əbədi olan olum-ölümdən gedir. Yəni mövzu birmənalı olaraq bəlli, ifadələr fərqli. Başqa bir şerdə Elçin İsgəndərzadə yazır:
   
   
   
   Baxma hər yetənə,
   
   baxışların itirər hərarətini.
   
   

TƏQVİM / ARXİV