ANA SƏHİFƏ / YAZARLAR

BÖYÜK DAYAQ

11816    |   2014-08-16 03:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Söhbət heç də Mirzə İbrahimovun "Böyük dayaq" romanından getmir. Nə biz burda Rüstəm kişidən söhbət açmaq istəyirik, nə Mayadan, nə də Yastı Salmandan. Ondan danışmaq istəyirik ki, bu ağır, bu çətin, bu keşməkeşli zəmanədə bir-birinə arxa duran, yıxılanın qolundan yapışan, suda boğulanı çıxarmaq istəyən adamlar çox azdır. İş də elə gətirib ki, bayaq dediyimiz kimi, çətinlik içində olanları saymaqla qurtarmaq mümkün deyil...
... Amma elə məqamlar da var ki, hər hansı yıxılana, büdrəyənə yüz dəfə əl tutursan və bir dəfə arxa durmayanda səndən küsür, inciyir və üz döndərir. Beləsinə barmağının beşinə də bala batırıb ağzına dürtsən yenə deyəcək ki, zəhərdi. Deməli, yaxşılığın qədrini bilməyən, onu qiymətləndirməyən və bəzən də min dəfə yaxşılıq eləyəndə bir dəfə söykək olmayanda ağzını büzür. Hələ üstəlik də deyir ki, filankəsin donuzu kəmdir, mənə əl tutmur.
Heç bu məsələnin üstündə o qədər də dayanmağa ehtiyac qalmır. Ən azından ona görə ki, yaxşılıq elədiyin və çörək verdiyin adam sənin qədrini bilməsə də Ulu Tanrı hər şeyi görür və qiymətləndirir. Əgər Allah hər şeyi görür və qiymətləndirirsə, deməli, yaxşılıq etməkdən və əl tutmaqdan usanmamalıyıq. Elə ki, bir kimsəsizə, bir yazığa, bir fağıra söykək olursa, bax onda həmin axşamı çox rahat yatırsan. Çünki sənin için, ruhun və qəlbin də dincəlir, durulur, sakitləşir.
Elə adam da var ki, əziz qardaşı, bacısı, hətta bacısı oğlu ehtiyac içində canıyla əlləşsə də üzünü çevirib gedir və soyuqqanlı halda öz işi ilə məşğul olur. Hansı ki, həmin adamın çox böyük imkanları var. Məsələn, öz "lyubovniki"nə villa və çox bahalı maşın bağışlayır, ancaq canı çıxır ki, bir yetimə-yesirə, kimsəsizə arxa dursun. Onlar bir yana, heç doğmalarına, əzizlərinə baş çəkmir. Onun başı ancaq pul qazanmağa və eyş-işrətə qarışır. Qoy qarışsın, yəqin ki, bir zaman gələcək onun içindəki vicdan oyanacaq, heç bəlkə də oyanmadı. Elə bu dünyaya daş ürəklə gəlib, daş ürəklə də Allahın dərgahına qayıdacaq...
...Göz yaşı içində boğulan, hıçqırığını bəzən də varlığında saxlayan, heç kimə bir söz deməyən, amma əzab-əziyyət içində yaşayan insana, təbii ki, arxa durmaq, kömək etmək və onu düşdüyü durumdan çıxarmaq çox savab işdir. Birinin çörəyi yoxsa, dərman almağa pul tapmırsa və canı ilə əlləşə-əlləşə qalırsa, ona durub baxmaq lazım deyil. Tanıyırsansa ki, bu, yazıq, fağır və ehtiyac içində olan adamdır, onu düşdüyü burulğandan çıxarmağa can atmalısan.
Bir dəfə xarici mətbuatda bir hadisə təsvir olunmuşdu. Ehtiyac içində olan beş yaşlı uşaq anasına dərman almaq istəyir, ancaq pul tapmır. Təsadüfən aptekin yanından keçən bir nəfər resepti əlinə götürür və 300 dollar verir dərmanı alır. Uşaq da sevincək evlərinə qayıdır, anası da dərmanları qəbul edəndən sonra sağalır və ayağa qalxır. ...Uzun illər keçir, uşaq böyüyür və Avropada tibbi təhsil alır və klinika açır. Bir dəfə eşidir ki, vaxtilə ona kömək göstərən adamın ürəyində əməliyyat aparılmalıdır. O gənc də xeyirxah insanı tanıyır və pulsuz olaraq o əməliyyatı aparır. Həmin kişi sağalıb ayağa qalxanda soruşur ki, mənim pulum yox idi, kim bunu ödədi. Oğlan isə gülür və deyir:
- Vaxtilə sən mənim anamı xilas eləmişdin. Əgər o üç yüz dollar olmasaydı mənim anam çoxdan rəhmətə getmişdi. Bir zamanlar sənin elədiyin yaxşılıq indi qabağına çıxır...
...Bax belə! Əgər kiməsə dayaq durursansa, kömək göstərirsənsə o adam sənin qədrini bilməsə də, nə vaxtsa elədiyin yaxşılıq ya özünün, ya da balalarının qarşısına çıxacaq. İnsanlara dayaq durun, kömək göstərin, yıxılanı ayağa qaldırın! Bundan heç vaxt peşman olmazsınız. Ən azından ona görə ki, elədiyiniz yaxşılıqdan mənən zövq alacaq, bir insanın taleyini dəyişdiyinizə görə Allah-Təala sizə öz mükafatını verəcək. Qorxmaq lazım deyil və yaxşılıqdan, əl tutmaqdan da yorulmamalıyıq. Çünki bu yaxşılıq, insanlara dayaq durmaq həmişə bizi nurlu, işıqlı bir aləmə qovuşdurur. O aləmə ki, bu yaxşılığı eləyəndə çiynimizdən ağır yük götürülür və rahat nəfəs alırıq....

Faiq QİSMƏTOĞLU
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-04-27
2018-04-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Arsenal”, yoxsa "Atletiko”?

"Arsenal” (25%)
"Atletiko” (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi satıcıdan soruşur:
- Deyin görüm, sizdə boksçu əlcəyi varmı?
- Yox!
- Bəs, üzmək üçün papaq varmı?
- O da yoxdur!
- Bəs, futbol topu necə, varmı?
- Cavan oğlan, bura spirtli içkilər dükanıdır.
- Onda mənə bir dənə ağından ver.
Satıcı araq dalınca gedir. Kişi öz-özünə:
- Allah özü şahiddir ki, mən idmanla məşğul olmaq istəyirdim!




digər lətifələr
ARXİV
FACEBOOK