hacklink Adalet.az | GÖZƏLLƏŞƏN AZƏRBAYCAN - 1 Adalet.az | GÖZƏLLƏŞƏN AZƏRBAYCAN - 1 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

GÖZƏLLƏŞƏN AZƏRBAYCAN - 1

54595    |   2014-08-09 01:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycan deyiləndə ayağa dur ki
Füzulinin ürəyinə toxuna bilər"
Məmməd Araz

Avropanı hardasa bir başdan bir başa gəzdim və heç bir yerdə Azərbaycan qədər füsunkar, gözəl ölkə, Azərbaycan türkləri qədər gözəl xalq görə bilmədim. Azərbaycan gözəl olduğuna görə də tarix boyu başı bəlalı olub, həmişə zorbaların axınına uğrayıb.
Həm Azərbaycan Yazıçılar Birliyinin qurultayında, həm də istəkli dostum Rəşid Hüseynovun oğlu Rəşadın toyunda iştirak etmək üçün həyat yoldaşım Fatma xanımla doğma yurdumuza üz tutduq. Üç il qabaq da öz maşınımızla Azərbaycana getmişdik və düzünü deyim o səfərin dadı damağımızda qalmışdı. Yenə həmin yolu izləmək və öz maşınımızla getmək qərarına gəldik. Bir səhər durub ertədən yola düşdük, ağşamçağı Sarp sərhəd qapısında idik. Gecəni Kamalpaşa qəsəbəsində keçirib səhər-səhər sərhədi ötərək Gürcüstanın dolama yollarıyla Azərbaycana üz tutduq. Sərhəd qapısını keçər-keçməz başlayan yağış Gürcüstan boyu davam etdi. Üç il qabaqkına nisbətlə Gürcüstanda da bir xeyli dəyişiklik müşahidə olunurdu, yeni çəkilən yollar, yollarda aparılan işlər, yeni tikililər Gürcüstanın simasını əvəz etməsindən xəbər verirdi. Bir il qabaq təyyarə ilə Bakıya getmiş, ancaq Azərbaycanın digər yerlərini görməmişdim, lakin Bakıdakı dəyişiklik Tiflisə baxanda necə deyərlər, işıq sürətində getmişdi. Axşamçağı Gəncədə idik və maşının üzünü Xanlara çevirib ailəvi dostumuz Nəsrəddin İsmayılovların qapısını döydük. Qapını hörmətli həyat yoldaşı Gülnarə xanım açdı. Keçən dəfə də gələndə bu müqəddəs Türk ocağında qalmış, qardaşım əli Şamil ilə Nəsrəddin bəy bizi hətta Nəsrəddin bəyin bacısının yaşadığı kəndə də aparmış, orada unudulmaz anlar yaşamışdıq.
Nəsrəddin Bəy də üzdəniraq qonşumuz ermənilər tərəfindən deportasiyaya məruz qalmış bir ailə başçısıdı. Ermənilər, 19-cu əsrin ikinci hissəsindən başlayaraq ingilislərin planı və Rusların da əyani dəstəyi ilə Qərbi Azərbaycana yerləşdirildilər, sonra vətən (???) sahibi oldular. Buralarda rusların sayəsində ayaqlarını bərkidəndən sonra da tədrici olaraq bu coğrafiyaların yerli xalqını qırğınlar törədərək çıxarmağa başladılar. Azərbaycan türklərinin axırıncı qalıqlarını da 1988-ci ildən başlayıb qısa müddətdə ata-baba ocaqlarından sürüb-çıxararaq monoetnik bir dövlət yaratdılar. Nəsrəddin Bəy və ailəsi həmin dövrdən sonra öz dədə-baba ocağını tərk edələrdəndir.
Atalar, su gələn arxa bir daha gələr deyib, dövran dönəcək və biz bir gün öz ata-baba ocaqlarımıza hökmən dönəcəyik. Bəlkə o tarixi anları mən görə bilmərəm, bilməyəcəyəm, ancaq nəvələrim mütləq görəcəklər. Gün gələcək Rusun ayağı Qafqazdan birdəfəlik çəkiləcəkdi, bu o qədər də uzun çəkməyəcəkdi, o vaxt bu mazarrat xalq Qafqazda qalabiləcək, ya qala bilməyəcək, onda görəcəyik..
Budəfəki gedişimiz də eynilə birinci səfərdəki kimi oldu. Bunu da bəri başdan deməliyəm ki, Nəsrəddin bəy də hörmətli həyat yoldaşı Gülnarə xanım da, digər dostlarımız kimi dünyada dostluğun rəmzi olan şəxsiyyətlərdilər. Deməli, Tanrı onlara bu cür bir missiya biçib. Ümumiyyətlə Azərbaycanı dolansanız qonaq-qarasız, qonaqpərvər olmayan ailəni tapmaq məncə çətindir, çünki kənd-kənd dolandığım bu doğma diyarımızı, doğma xalqımı yaxşı tanıyıram.
Yazıçılar Birliyinin qurultayında Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu da iştirak edirdi. Qardaşım Aqil Abbas bəyin dəvətiylə həyat yoldaşını qızını və oğlunu da gətirmişdi. Aqil bəy və hörmətli həyat yoldaşı İradə xanım Tuncay (ocağımızın əmisi, milli şairimiz Məmməd Arazın ziyalı yadigarı) bizi qurultaydan sonra İsmayıllıya apardılar. Öncə Şamaxı yolu üstündə əbədi istirahətgahında yatan zabitimizin qəbrini ziyarət etdik, ruhuna dua oxuduq. 1988-ci ildə də həmin qəbri yoldaşımla ziyarət etmişdik və o tarixdən sonra hər yolum düşdüyündə mütləq gedib qəbrin baş ucunda dayanıb bu qəhrəmanımızın ruhuna fatihə oxuyardım. Abidənin bir tərəfində Atatürkün, digər tərəfində Heydər Əliyevin sözləri daşa həkk olunub. Onların sözləri hər iki xalqın yeni nəsillərinə yol göstərən qütb ulduzuna oxşayır. Hər ikisinə Allah nəhayətsiz rəhmət eləsin.
Məqbərəni ziyarət edərkən gözümün qabağında Gəlibolu yarımadası, 1915-16-cı illər arasında orda yaranan, 77 min ziyalımızı, 253 min igidimizi əlimizdən alan qanlı Çanaqqala döyüşlərinin getdiyi və iki səngər arasında bəzi tərəflərdə cəmisi 8 metrlik məsafə olan yerlər canlandı. O vaxtlar Azərbaycandan pay-piyada yola düşüb özünü Çanaqqalaya çatdıran və Türkiyəli Məmmədçiklərlə çiyin çiyinə döyüşən Azərbaycanlı Məmmədçiklərin yatdığı qəbirlər bir sinəma pərdəsi kimi gəlib gözümün qabağından axıb keçdi. Çanaqqala döyüşlərində 19 yaşında, hələ sevib-sevilmək çağında olan və qardaşları ilə çiyin-çiyinə yağı düşmənə qarşı döyüşən əziz ilə Azərbaycanı rus-erməni quldurlarından təmizləmək uğrunda döyüşərək qəhrəmancasına Şamaxıda şəhid düşən bu Türkiyəli zabiti heç kəs canından keçməyə məcbur etməmişdi. Onlar, öz qardaşlarını darda görüb dadına çatmaq üçün var qüvvələri ilə yüyürüb qəhrəmancasına döyüşə girmiş və öz arzularına çatmış, doğma qardaşlarının ölkəsini düşmənlərin murdar çəkmələrindən təmizləmişdilər.
Mənə görə dünyada bacı-qardaşın ölkəsində yad çəkməsinin dolanmasına dözə bilməməkdən də üstün heç bir duyğu yoxdur; bu duyğunun üstündə yalnızca Ulu Tanrıya duyulan sevgi dayanır. Azərbaycanda şəhid düşən Türkiyəli, Türkiyədə şəhid düşən Azərbaycanlı igidlərə Ulu Tanrı nəhayətsiz rəhmət eləsin. Onlar bizlərin firavan və azad yaşamağımız üçün müqəddəs canlarından keçdilər, biz də vətənlərimizi gözümüzün giləsi kimi qorumalı və qardaşlığımızı günü-gündən möhkəmləndirməliyik. Vətəni və xalqı lazımi qaydada qorumağın yolu da elmdə və texnolojidə müasir səviyyəyə çatmaqdan keçir.
Tanrı Azərbaycanımızı və digər Türk cümhuriyyətləri ilə birlikdə Türkiyəmizi qorusun.

Seyfəddin Altaylı,
Ankara
altaylı_s@yahoo.com


İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK