ANA SƏHİFƏ / YAZARLAR

Kimsə yoxdu...

Sona Vəliyevanın yeddi il bundan öncə çap olunmuş "Çəhrayı rəngli dünyam" barəsində bugünün sözü

50109    |   2014-07-18 15:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir tərəfdən havanın bürkülü keçməsi, necə deyərlər, adamın özünü özündən bezdirməsi... ikinci bir tərəfdən həyat qayğıları... üçüncüsü də gündəlik qəzetdə işləmək... lap üstəlik də yaşın bu çağında güzəran üçün bəzən zorən yazı yazmaq həqiqətən adamın əhvalını alt-üst edir. Elə bil qəfildən kefinə ya soğan doğranır, ya da üstünə bomba atılır. Ona görə canını qoymağa bir yer axtarırsan. Yer tapmaq da o qədər asan deyil. Birincisi onu haqq eləməlisən, ikincisi də bu yerin özü olmalıdı... Nə isə...

Bax, belə bir durumda canımla əlbə-yaxa idim. Bilmirdim bu ovqatı özümdən, özümü bu ovqatdan necə çıxarım. Köməyimə sağ olmuş şeir çatdı, poeziya əlimdən tutdu. Yazı stolumun üstündəki kitablardan birinə əlimi uzatdım və açıb oxudum. Daha doğrusu, açıb diqqət yetirəndə şeirin başlığı məni özünə çəkdi. Köhnə tanış kimi üzümə gülümsədi. Hardasa yadıma tələbəlik illərində yazdığım universitet qəzetində, sonra ilk kitabında işıq üzü görən bir şeirim düşdü. O şeirin də adı demək olar ki, indi diqqətimi çəkən şeir başlığına çox yaxın idi. Onda mən yazmışdım ki, "kimsəm yox oturub dərdimi çəkə". Amma bu kitabda oxuduğum şeir başlığı bir fərdin dərdini yox, bir kəndin dərdini ifadə edirdi. Bu başlıq da belə idi: "Kimsə yoxdur ağı desin bu kəndə".
Bəli, şeirin başlığı əlindən tutub məni çox-çox uzaqlara apardı. Doğulduğum kəndə gedib çıxdım. Uşaqlığım keçən həyət-bacanı, məhəlləni, məktəb yollarını, bulaq başını, çay kənarını, bir sözlə. bu kəndin hər bir qarışını addım-addım, tələsmədən, kirpiklərimin ucunda yaş, ürək ağrısı ilə dolaşdım. Bilmədim nə axtarıram, kimi axtarıram. Çünki bilmək gücündə deyildim. Əgər nəyisə axtardığımı bilsəydim də belə, o ümumi dərdin içində fərdi dərdi tapa bilməyəcəkdim. Çünki bu dərdlərin hamısı artıq birləşib bir olmuşdu. Və mən də bu bir dərdin qarşısında ancaq bu misralara sığınıb dayana bildim.

Ana köçüb, bacı köçüb bu kənddən,
Şərbət köçüb, acı köçüb bu kənddən.
Oğulların tacı köçüb bu kənddən,
Kimsə yoxdu ağı desin bu kəndə.

Sükut burda büsat qurur, toy qurur,
Qapısını yağış döyür, qar vurur.
Ruzisini qara yellər sovurur,
Kimsə yoxdu ağı desin bu kəndə.

Bəli, mən bu şeiri oxuduqca gəzib dolaşdığım və gözlərimin önündə odlara qalanmış bu kəndin tüstüsü canımdan çıxmağa başladı. Həmin o tüstünün içində bugünlərin bir hadisəsinin görüntüsü də mənimlə üz-üzə dayandı. Kəlbəcərə, doğma kəndinə gedən iki vətəndaşımızın girov götürülməsi faktı mənim bu şeirə olan münasibətimi bir az da sevgi və ciddiyyətlə yüklədi. Doğrudan da öz evinə, öz ocağına, öz kəndinə tamarzı qalmaq nə qədər zülümdüsə, bu kəndi ziyarət etməyə, bu ocağı öpməyə gedəndə əsir düşmək daha dəhşətlidi. Ona görə ki, heç nə etmədən, bir düşmən burnu da qanatmadan əsir düşmək mənim düşüncəmə görə, heç də yaxşı hal deyil. Düşməni öldürüb özün şəhid olmaq, bu tamam başqa bir aləmdi. Nə isə...
Bəli, bu qarışıq fikirlərin içərisində çəhrayı rəngli dünyanın bəmbəyaz rəngli qu tükü qədər yumuşaq, amma sərtliyi ilə ürəyi, düşüncəni dəlib keçən misraların içində mən yavaş-yavaş fərqli bir ovqat qazanırdım. Elə bir ovqat ki, oun ifadə etmək, onu sözə çevirmək çox çətin idi. Ona görə də həzin bir şeir oxumağa üstünlük verdim.

Bu da bir fürsətdi ələ düşməyən,
Sözlərin mələklər göydən gətirən.
Min ildir heç kimə söylənilməyən,
Gəl, sənə bir həzin şeir oxuyum.

Səhra istisində kölgə gəzəntək,
Xəstənin umduğu quzey qarı tək,
Üzüm giləsi tək, nar giləsi tək,
Gəl, sənə bir həzin şeir oxuyum.

Həmin o həzin şeirin ruhuma səpdiyi həzinlik də məni sanki rahat bir yola tərəf yönəltdi. Özümdən asılı olmadan həmin o yolun ucundan tutub üzü sevgiyə tərəf getməyə başladım. Bu sevginin haqdan gəldiyini, mələklərin pıçıltısıyla qanıma hopduğu yaşadığım ovqatdan aydın görünürdü. Həmin ovqatı isə çəhrayı rəngli dünyanın əvvəldə xatırlatdığım bəmbəyaz misraları yaratmışdılar. Yəni həmin misralar elə bil ki, yol-yoldaşım idilər... Elə bil ki, həmdəmim idilər... Elə bil ki, onlar məhz mənim üçün yazılmışdılar ki, bu ömür yolunda tək qalmayım.
Ruh adamlarının, sözə könül verənlərin və bir də duyğusalların köməyinə həmişə poeziya çələngi gəlir. Bax, indi də məni kökləyən, məni özümə tanıdan həmin o poeziya çələnginin tər çiçəkləri idi.

Vallah gözəl gəldi, bu ilahi eşiq,
Biz məcnun timsallı bir eşq yaşadıq.
Dünya girdədirsə yolu dolanbac,
Kül altda gizlənən közə bənzərik,
Rastlaşsaq bəlkə də bir də alışdıq.

Doğurdan da dağ dağa rast gəlməsə də, insan insanla qarşılaşır deyirlər. Amma nədənsə biz itirdiyimiz, qədrini bilmədiyimiz, əhəmiyyət verməyib yanından keçdiyimiz sevgilərə təkrar rast gəlmirik, qarşılaşmırıq. Görünür, bizi məhz həmin o saydığım günahlarımıza görə, cəzalandırır Tanrı. Ancaq burada bir məqam da var: o da bəzən sevginin, kədərin dilini bilməməyimizdi. Həmin dili bilmədiyimiz üçün də anlaşa bilmirik. Bunu da mən çəhrayı rəngli dünyanın bəmbəyaz misralarından yaddaşıma köçürdüm.

Nə ürək dərd çəkər, kədər yeyər,
Bir az sevinc ilə yaşaya bilsən.
Eh, dərdi yazmağa nə vardı axı,
Dərdin öz dilində danışa bilsən.

Hə, mən misraların yaxasından yapışıb özümü baş aça bilmədiyim durumdan çıxardım. Sizi deyə bilmərəm, amma bircə onu demək istəyirəm ki, bu misraların hər birində yozulası, yazılası sətiraltı, sətirüstü kifayət qədər dünyalar, daha doğrusu, o dünyaları nişan verən rənglər var. Kim hansı rəngi sevirsə, həmin rəng daha gözəldi. Çəhrayı rəngin gözəlliyini məndən daha yaxşı misraları ilə məni özümə qaytaran müəllif bilir. Mənim axtardığım rəng isə Qarabağda qalıb. Qaytarıb qovuşanda adını deyəcəm.

Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-16
2018-06-15
2018-06-14
15:04 ACLIQ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (33.33%)
Argentina (16.67%)
İspaniya (0%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK