viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Ən yaxşı "düşmənin" yubileyi Adalet.az | Ən yaxşı "düşmənin" yubileyi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Ən yaxşı "düşmənin" yubileyi

Və ya yaxşı ki, filmlərimizə erməni aktyorları dəvət etmirik

19659    |   2014-07-05 05:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Düşmənə yubiley keçirərlərmi? Cavab birmənalıdı. Amma 50 yaşını qeyd edən Əjdər Zeynalova görə bu addımı atmağa dəyər. Əslində Əjdər mənim ən yaxın dostlarımdandı, sadəcə, onu bizə "düşmən" edənlər var. Bütün günahlar da rejissorlarımızdadı, Elxan Cəfərov "Dolu" filmində, Yaşar Əhmədov "Toy gecəsi" teleserialında istedadlı aktyora mənfi obrazları tapşırıblar. "Dolu"dakı Levonu, "Toy gecəsi"ndəki Aslanı məharətlə yaradan Əjdər Zeynalov tamaşaçıların və tənqidçilərin diqqətini cəlb edə bilib.

"Taleyimiz belədir"

Uzun müddətdir İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışan, səhnədə bir-birindən maraqlı rollar oynayan Əjdər Zeynalov filmdəki Levon obrazı ilə tanınmasına təbii baxır: "Həyatını teatra həsr edən aktyorların taleyi belədir. Teatrın auditoriyası kino kimi geniş deyil, səhnədə illərlə can qoyursan, lakin o qədər də tanına bilmirsən, kinoda çəkildiyin epizodik bir rol isə səni anındaca məşhurlaşdıra bilər. Bu tək mənim başıma gəlməyib ki, narahat olum, sıxılım və ya özümə dərd edim..."
İstedadlı aktyor terrorçu erməni rolunda çəkilməsini də peşəsinin spesifikası ilə bağlayır: "Aktyor təkcə müsbət qəhrəman obrazları yaratmamalı, səhnədə və ekranda mənfi tipləri də yaxşı oynamağı bacarmalıdır. Tutaq ki, "Dolu" filmində Levon və onun dəstəsində döyüşən ermənilər var. Həmin rollara hansısa aktyorlarımız çəkilməlidir də, indi gedib erməniləri dəvət edəsi deyilik ki? Quruluşçu rejissor Elxan Cəfərov "Dolu" filmini çəkməyə başlayanda məni də dəvət etdi. Sözün açığı, mən də istəyirdim həmin ekran əsərində torpaqlarımız uğrunda döyüşən, bu yolda ölməyə belə hazır olan döyüşçülərimizdən birinin obrazını canlandırım, lakin Elxan bəy mənə erməni terrorçusu Levonu həvalə etdi. Elxan Cəfərovu kinonu dərindən bilən bir mütəxəssis kimi tanıdığımdan seçiminə hörmətlə yanaşdım. Ssenarini oxuyandan, quruluşçu rejissorla söhbət edəndən sonra bir daha əmin oldum ki, quruluşçu rejissorla bir-birimizə inanmaqda səhv etməmişik. İstedadlı yazıçı Aqil Abbasın "Dolu" əsərinin özü və onun əsasında çəkilən eyniadlı bədii filmi haqqında çox müsbət fikirlər deyilib. Həqiqətən də həm romanda, həm də filmdə obrazlar çox dolğun verilib, uydurma rol yoxdu. Bütün obrazlar kimi, erməni terrorçusu Levonun da həyatda prototipi olub. Çəkiliş prosesi başlayan andan Levonu inandırıcı yaratmağa çalışdım. Sən də bilirsən ki, mən indi Ermənistan ərazisində qalan qədim torpaqlarımızda dünyaya gəlmişəm. Erməni millətçilərinin xalqımıza qarşı hansı vəhşiliklər törətdiyindən xəbərim var. Onlara qarşı nifrətimi Levon obrazında cəmləşdirməyə, əsl erməni qəddarlığını göstərməyə çalışdım. Sonda da tək mənim yox, bütün yaradıcı qrupun zəhməti boşuna getmədi, baxımlı bir bədii film ərsəyə gəldi. "Dolu" mənim üçün həm də ona görə dəyərlidir ki, Qarabağ uğrunda savaşın tarixini göstərməklə yanaşı, insanda vətənpərvərlik ruhu oyadır. Bu baxımdan Aqil Abbas həqiqətən də çox böyük və vacib bir iş görüb. Romanı oxuyan, filmə baxan hər bir gəncə aydın olur ki, torpağı Komandir, Drakon, Pələng, Rəis, Katib kimi sevmək lazımdı. Və onlar qaniçən, körpəyə belə rəhmi gəlməyən Levon kimi terrorçulara qarşı döyüşüblər, ermənilərin ən təhlükəli, qəddar və hiyləgər zabitini məhv ediblər. Bu gün insanlara təslimçilik ruhu aşılamaq olmaz. Biz əvvəl-axır Qarabağı işğaldan azad etməyə nail olacağıq. Dövlətimizin gücü, orduya qayğısı, əsgər və zabitlərimizin döyüş hazırlığı bunu bir daha sübut edir. Düşmənlə döyüşə gedən əsgərlərə Komandir, Drakon, Pələng kimi örnəklər həmişə lazımdı".
"Dolu" ekranlara çıxan gündən təkcə paytaxtda deyil, bütün şəhər və rayonlarımızda nümayiş etdirilib, həm Azərbaycanda, həm də bəzi xarici ölkələrdə yaradıcı heyətin üzvləri ilə görüşlər keçirilib. Əjdər Zeynalov da belə tədbirlərin bir neçəsində iştirak edib: "Bütün görüşlərdə tamaşaçılar "Dolu"nu maraqla qarşılayıblar, xoş sözlər deyiblər. Levonu yaxşı oynadığıma görə hərdən məni də qeyd ediblər. Görünür "düşməni" tərifləmək o qədər də asan deyil. Aqil Abbas həmişə deyir ki, Əjdər, bu rola görə sənə Əməkdar artist adı verəcəklər. Mən də gözləyirəm, Aqil bəyin ürəyinə daman inşallah, bir gün gerçək olar".

"Toy gecəsi"nin Aslanı...

Əjdər Zeynalov "Dolu" filmindəki Levondan sonra daha bir mənfi qəhrəmanı canlandırıb. Bu telemövsümdə ATV kanalının yayımladığı "Toy gecəsi" teleserialında tamaşaçılar onu Aslan rolunda gördülər. Böyük reytinq qazanan "Toy gecəsi"ndə Aslan əsas obrazlardan biridi. Aktyor deyir ki, Aslan da həyatdan götürlüb: "Həyatımız elədir ki, orada yaxşılıqlar olduğu kimi, pisliklər də var. Ətrafımız yalnız müsbət insanlarla dolu olsaydı nə vardı ki? Aslan kimi düşünən adamlarla hər an üz-üzə gəlirik. Ona görə də hər birimiz belələrini yaxşı tanımalıyıq. Quruluşçu rejissor Yaşar Əhmədovdan təklif alanda dərhal razılaşdım, gördüm ki, bu obraz barədə onunla fikirlərimiz üst-üstə düşür. Sözün açığı, maddi məsələləri danışmağa belə lüzum olmadı. Başa vurduğumuz telemövsümdə "Toy gecəsi" Azərbaycan məkanında ən baxımlı serial kimi yadda qaldı. Ssenari müəllifi dostumuz Samir Sədaqətoğlu sağ olsun, elə "Ədalət" qəzetindəki müsahibəsində də qeyd edib ki, Aslan "Toy gecəsi"ndə ən uğurlu obrazlardan biri oldu.
Tamaşaçılarla görüşəndə, sosial şəbəkələrdə yazışanda Aslan barəsində çox söz-söhbət olur, oyunumu bəyəndiklərini bildirirlər".

"50 yaşımdan sonra sevgimi dəyişə bilmərəm"

Son illər kinoda uğur qazanan, müxtəlif teleseriallara dəvət alan həmsöhbətim teatrdan uzaq düşməyib, səhnəni həmişəki kimi özünə doğma sayır: "Düzdür, yalnız teatrda aldığın maaşla dolanmaq mümkün deyil, kinoya, teleseriala çəkiləndə adam daha çox qazanır.
Dövlət başçısına minnətdaram ki, milli teleserialların çəkilməsinə vəsait ayırır, bu da bizim dolanışığımıza müsbət təsirini göstərir. Bu öz yerində, amma səhnənin verdiyi mənəvi zövq olmadan da yaşamaq çətindir. 1989-cu ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıram, buranı özümə doğma ocaq, kollektivi əziz adamlarım bilirəm. Teatrımız çox çətinliklərdən keçərək bu yerlərə gəlib. Türkiyədə, Gürcüstanda dəfələrlə qastrollarda olmuşuq və həmişə də yaxşı qarşılanmışıq. Teatrımızın direktoru İftixar Piriyevin hazırladığı "Soyqırımı abidəsinin dastanı" tamaşası xalqımızın tarixən qarşılaşdığı ağrı-acını göstərir. Bu əsəri qonşu ölkələrdə təqdim edəndə tamaşaçılar böyük maraqla baxıblar. Teatrımızda hazırlanan əksər tamaşalarda rol alıram və həvəslə də çalışıram, çünki səhnəyə böyük sevgim var. 50 yaşımdan sonra sevgimi dəyişə bilmərəm".
50 yaşını qeyd edən sənətçi dostumuz illərin tez ötdüyündən şikayətlənir: "50 yaşın belə tez gələcəyini bilməzdim, çünki özümü 30 yaşımda olduğum kimi hiss edirəm. Səhnədə, kinoda dolğun obrazlar oynamaq istəyirəm. Lap mənfi obraz olsun, nə fərqi? Taleyimiz elədir ki, bizim üçün rolun nə böyüyü, nə kiçiyi, nə mənfisi, nə müsbəti? Sənətinə sevgin tükənməyibsə hökmən uğur qazanacaqsan".
Yubilyarın sözünə heç bir əlavəm yoxdu...

Etibar CƏBRAYILOĞLU


İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-07-24
2019-07-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK