Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | DÜŞÜNMƏYƏ ÇAĞIRAN ZƏN? Adalet.az | DÜŞÜNMƏYƏ ÇAĞIRAN ZƏN? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DÜŞÜNMƏYƏ ÇAĞIRAN ZƏN?

14504    |   2007-06-02 05:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Elə bil ki, yeni il dünən qapımızı döymüşdü. Artıq may ayı da gəldi, məktəblərdə son zəng də çalındı. Bir azdan ali məktəblərə qəbul marafonu başlayacaq. Abituriyentlər bir yandan, valideynlər də o bir yandan qarşıdakı test imtahanlarına hazırlaşırlar. Bir tanışım var, deyir ki, belə olan halda bilirsən kim udur, imtahan götürən müəllimlər. Mən çox istərdim ki, udan, imtahandan uman müəllimlər yox, bu çətin zamanda imtahan verən elmə, maarifə həvəsli gənclərimiz olsun. Mən çox istərdim ki, gənclərimiz öncə mükəmməl ailə tərbiyəsi, sonra ali təhsil alsın, cəmiyyətdə ziyalı kimi, mütəxəssis kimi yetişsin, vətəndaş kimi formalaşsın. Haqqını bilmək istəyirsə, öncə həddini bilsin. Nəyəsə sahib olmaq istəyirsə, malik olduqlarının qədrini bilsin. Torpağı itirmək istəmiriksə, anaya hörmət qoyan oğul böyütməliyik. Ahıl çağında abır-həya itirmək istəmiriksə, atanı dost-düşmən yanında gözükölgəli qoymayan oğul tərbiyə etməyi bacarmalıyıq.
   
   Bəlkə siz də müşahidə etmisiniz? Qəbiristanlığa gedəndə, məzarların əhatəsində olanda hamı günlük qayğılardan, pis fikirlərdən, şər niyyətdən uzaqlaşıb xeyirxahlıq, yaxşılıq barədə düşünür, daxildən bir təmizlənmə, saflaşma prosesi keçirir. Deyirəm bəlkə hər gün yolumuzu qəbiristanlıqdan salaq? Tarixdə bunu məsləhət görən müdrik adamlar az olmayıb. Bəzən hər birimizin son mənzilinin mütləq axirət dünyasında olması kimi adi həqiqət bu fani dünyada yaşayan bizlərə daha təsirli ədəb-ərkan, əxlaq dərsi verir. Amma bu dərsin ibrətamiz təsiri çox tez keçir. Yoxsa, rəhmətə gedənlərə ayrılan son mənzili növbədənkənar da olsa rüşvətlə verməzdilər. Kədərli anlar yaşayan cənazə sahibləri əllərini ciblərinə salmasalar, qəbir evinə order ala bilmirlər. Bu nə qədər ayıb, acınacaqlı və təhqiramiz olsa da danılmaz həqiqətdir. Allah sizə rəhmət eləsin, ölülər. Dirilərin sizdən sonra nə çəkdiklərindən yaxşı ki, xəbəriniz yoxdu. Yoxsa...
   
   Azərbaycanın nefti, pambığı, başqa qiymətli təbii sərvətləri də var. Dünyada zəngin təbii sərvətləri olan məmləkətlər çoxdur. Azərbaycanın qədim və zəngin ədəbiyyatı, mədəniyyəti, elmi, incəsənəti var. Dünyada bu cür tarixi keçmişə malik xalqlar azdır. Bizim ən böyük sərvətimiz xalqımızdır! Allah əsrarəngiz təbiəti, zəngin təbii nemətləri də bu xalqı haqq etdiyi kimi saxlamaq, yaşatmaq üçün bu məmləkətə veribdir.
   
   Dünyada azərbaycanlılar kimi bir əsrdə bir neçə dəfə adı, əlifbası, dövlət quruluşu dəyişən ikinci xalq tanıyırsınızmı? Ərəb, latın, kiril, sonra yenə latın əlifbası ilə yazdıq. Nəticədə baba oxuyan kitabı ata, ata oxuyanı oğul, oğul oxuyanı nəvə başa düşmədi. Fərqli əlifba ilə çap edilən zəngin mədəniyyət və elm xəzinəsi olan kitablarımızla nəticələrimiz nə vaxtsa maraqlanacaqlarmı? Yoxsa, ərəb, kiril əlifbası ilə yazılanlara muzey malı kimi baxacaqlar?
   
   Mən bir ailə tanıyıram. 20-ci illərdə müsavatçı babalarını "xalq düşməni" elan edib güllələmişdilər.Atasını Orta Asiya çöllərinə sürgün etdilər. Zəngin, ziyalı babanın oğlu təhsil ala bilmədi, fəhləliklə birtəhər başını saxladı. Sonradan "xalq düşmənlərindən" birinin qızıyla ailə qurdu. Yarı ac, yarı tox yaşamışdılar. ?ecə-gündüz işləyib bir qədər pul yığmışdılar. Oğullarına ali təhsil vermək üçün Bakıdakı ali rüşvətxorlardan birinin qapısında palaz kimi yerə sərilməli oldular. "Sağ olsun, kömək etdi"- deyə hətta sevindilər. "Bizə qismət olmadı, qoy o öz ata-baba yurdunda təhsil alsın, ailə qursun. Ağır illər getsin, bir də gəlməsin"- dedilər. Bir gün də əcələ yol yoldaşı olub bu dünyadan köçdülər. Ali təhsilli oğlu müsavatçı babasının adını rəhmətlik atasının vəsiyyəti ilə öz oğluna qoydu. Onun məktəb yaşı məmləkətin müstəqillik dövrü ilə bir vaxta düşdü. Müstəqil olduq, yeni inkişaf yoluna çıxdıq. Amma nədənsə məktəblər dəbdən, müəllimlər hörmətdən düşdü. Televiziya ekranlarında yüksək mənəviyyat təqdim edən filmlərin yerini yüngül həyat tərzinə, fövqəlgücə malik, toxunulmazlıq həddinə çatan mafiya babaları, narkobaronlar, adam öldürməkdən, insana işgəncə verməkdən zövq alan, cəzasız qalan kino qəhrəmanları tutdu. Nəticədə yeniyetmə tamaşaçıların tərbiyəsi xeyli pozuldu, əxlaqi dəyərləri dəyişdi. Haqqında bəhs etdiyim oğul gördü ki, atasının ali təhsili, yüksək ixtisası artıq kimsəyə lazım deyil. Anası elmlər namizədi olsa da, ailənin ehtiyacını ödəməkdən ötrü bir əcnəbinin mənzilində yemək hazırlamaqla məşğuldur.
   
   İndi gəl bu oğlu başa sal ki, insanı ucaldan elmdi, təhsildi, əməkdi. Ay inandı ha! Hələ bir az da babasından, bir qədər də atasından danışsan deyəcək ki, onlar fanatik olublar, mən belə yaşamaq istəmirəm. Yaşamağı bacaranlardan olmaq istəyirəm. Daha deməyəcək ki, indi yaşamağı bacaranların çoxu Yaradanın yolunu unudanlardır. Yolsuzların ardınca gedilməz. ?özlərinə hər dəfə əlavə bir daş atılan, sabit vəziyyətdə qərar tutmayan tərəzidə heç nəyin və heç kimin həqiqi çəkisi bəlli olmaz. Ekranlarda görünən film qəhrəmanları yeniyetmələrə müəllimdən çox təsir edir. Onlar isə çox vaxt deyir: "Yaşamaq istəyirsənsə, sən də get canavar ol, əlinə fürsət düşən kimi parçala, dağıt, çap, tala. Yoxsa, yaxşı paltarları yalnız vitrinlərdə, xoş gün-güzəranı isə filmlərdə görəcəksən". Belə cavanlara baxanda hərdən məni vahimə bürüyür. Bəzən həmyaşıdlarımın harınlığına, ətrafdakı haqsızlıqlara, sosial eybəcərliklərə, yaxşının yox, pisin təbliğinə yönələn bəzi təbliğat maşınlarına, missionerlərin çox vaxt cəzasız qalan dağıdıcı fəaliyyətə dözməyə məhkum, gələcəyini dumanı görən bir nəsil yetişib. Bu günah deyilmi? Narkomaniya bəlası çox ailələrin ocağını söndürüb. Mətbuatda tez-tez yazırlar ki, keçirilən əməliyyat nəticəsində narkotik maddə satanlar tutuldu. Həkimlər elan verirlər ki, anonim müalicə kabinetlərimiz fəaliyyət göstərir. Kimlərsə də "Narkomaniyaya yox" deyək devizi ilə konsertlər təşkil edib əylənirlər. Amma statistikaya görə, narkomanların sayı azalmaqdansa artır. Son vaxtlar bu bəla yeniyetmələr arasında daha çox yayılır. Milli genefonu məhv etmək üçün bundan kəsərli silah ola bilərmi? Axı bu mərəzə bir nəfərin yoluxması bir ailənin məhvidir. Bu günahsız qurbanların dərdinə hansı təbib, hansı loğman çarə qılacaq? Niyə bir dəfə də olsun narkomaniyadan sağalanları efirdə göstərmirik? Niyə xəstəyə cinayətkar kimi baxırıq? Onu həbs etməklə, cəzalandırmaqla "sağaltmağa" çalışırıq. Bəlkə Murad Dadaşov əlini maşından çəkməyən müğənnilərə avtomobil hədiyyə edincə, əlini narkotikdən çəkəni, sağlam həyata qayıdan gəncləri növbəti yarışmaya dəvət etsin? Bu bəladan qurtulmağın mümkün olduğuna inam yaratmasaq, xəstə cavanlara ümid verməsək narkotik maddələr dövriyyədə artacaq, neçə-neçə ailənin ümid çırağı sönəcək. Cavanları canavara döndərməmək üçün onların problemləri ilə ciddi şəkildə kim məşğul olacaq? Bir əsrdə üç dəfə adı, əlifbası, dövlət quruluşu dəyişən xalq öz gələcəyi naminə bu suala özü cavab tapmalıdır. Təkcə bir-iki nazirlik, bir neçə gənclər təşkilatı yox, cəmiyyət bütövlükdə bu işə səfərbər olmalıdır.
   
   O zaman Azərbaycan azadlığın, müstəqilliyin qədrini-qiymətini bilən, sərbəst düşünən, həvəslə çalışan, qurub-yaradan, yalnız Tanrıya və Anaya baş əyən cavanların məskəni olar. Onda Azərbaycan həqiqətən haqqın, ədalətin zəfər çaldığı bir məmləkət kimi bütün dünyada şöhrət tapar. Bərəkətli torpaqları azad, ləyaqətli insanları həqiqətən xoşbəxt olar.


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK