Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | GÜNAHSIZ Adalet.az | GÜNAHSIZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

GÜNAHSIZ

Hekayə

18885    |   2014-05-09 05:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əvvəli ötən şənbə saylarımızda)

Bu dəfə səsi elə ötkəm, qətiyyətli çıxdı ki, oğlan bir söz deyə bilmədi. Qapını örtməmiş o biri otaqdan balış gətirdi, qonaq yerini rahatlayıb dirsəkləndi. Bir dəqiqə keçməmiş qalxıb oturdu, balışı qırağa itələdi:
-Yox, yox... Mənim hekayətimi pərqu balışa dirsəklənib can rahatlığıynan danışmaq olmaz. Mənim alçaqlığımın tarixçəsini gərək dizi üstə danışasan. Arada da sinəni yumruqlayasan. Bəlkə bu yolnan odun-alovun səngiyə. Ya da bir adam ola, əlində qırmanc dura başımın üstündə. Mən danışdıqca, hər kəlmədən sonra kürəyim uzunu çəkə. İndiyəcən çox gözləmişəm mənə cəza verəcək adamı. Lap çarmıxa çəkələr, şaqqalayıb qurda-quşa yem eliyələr. Buları eləmirlər, heç olmasa, qayıdıb dik üzümə baxalar, gözümün içinə bir kəlmə söz deyələr. Görmədim, atam-qardaşım, görmədim. Elə onu gördüm ki, hər yerdə cəza verməyə günahkarı yox, günahsızı axtarırlar...
Dayanıb bayırı dinlədi. Elə bil arxayın olmaq istəyirdi, onları rahatsız edən, söhbəti yarımçıq kəsən olacaq, ya yox... Külək əsirdi. Boş sərnic dirəkdə yellənirdi, yelləndikcə qurd ulartısına bənzər səs çıxarırdı. Elə bil lap yaxında, qamış çəpərin böyründə ac yalquzaq şöngüyüb ağzını Aya, ulduza tutaraq ulayırdı... Xeyli qulaq asdı. Qulaq asdıqca büzüşürdü-elə bil bu ulartı onun öz içindən gəlirdi. Qoca, acgöz qurd onun içində oturmuşdu, tükürpərdici səsiynən dərdli-dərdli ulayırdı... Ev yiyəsinə baxıb acı-acı gülümsədi, - Gör, bu dünyanın haqq-ədalətini tərəziyə kim qoyur?! Mənim kimi əbləh, anasının əmcəyini kəsən ...
Susdu... Ev yiyəsinə baxdı. Sözlərinin bu cavan oğlana necə təsir elədiyini bilmək istəyirdi. O da sakitcə qulaq asırdı. Üzündə elə təmiz, günahsız ifadə vardı ki... Bir anlığa, cəmi bircə anlığa onun yerinə olmaq üçün qalan bütün ömrünü verməyə hazırdı... Nə zəhlətökən adamam mən. Ayağım dəyən yerə bədlik gətirirəm. Nə istəyirəm bu cavan oğlannan? Çibin kimi vızıldayıb darıxdırıram onu. Mən olmasaydım, indi cavan, gözəl-göyçək arvadının qoynunda şirin-şirin yatırdı. Üzünə baxan kimi bilinir ki, bu dünyanın kirli, dolaşıq işlərinnən xəbərsizdi. Bəxtəvər adamdı... Ölənəcən belə yaşamağa qoysalar...Günün birində mənim kimisinin biri böyürdən çıxmasa...Keşkə, indi onun yaşda olaydım. Bu duzu üzünə çıxmış şoran torpaqda, bax, elə bu bəndin döşündə qamışdan daxma tikərdim. İçində də gözümə, könlümə yatan arvadım, böyür-başımda da bir sürü uşaq. Əcəb şeylər gəlir ağlıma. Mənim kimisinə deyiblər ey, köpək canının dərdindən gah hürər, gah...
Hə, indi neynəsin? Danışsın, danışmasın? Birdən-birə ürəkləndi. Özü də bilmədi bu təpər ona hardan gəldi. Yox, bu cavan oğlan bu soyuq payız gecəsində onu evdən bayıra atsa da danışacaqdı... Yenə coşdu, bayaqkı kimi sağ yumruğunu havada fırlayıb sinəsinə çırpdı:
- Bu yerlərin yiyəsi olmuşam mən...

***
... gedirdilər. Yolçular cığırla, Ay da göyün üzündə, başlarının üstündə. Kişilər Ayı unutmuşdular. Onun süd kimi aydınlığında öz qaranlıq içlərinə qapanıb qarışıq fikirlərnən əlbəyaxadaydılar. Nə gözləri görür, nə qulaqları eşidirdi. Gecənin bu çağında üçüncü bir canlının beş-on addımlıqda onları qarabaqara izlədiyini ağıllarına da gətirmirdilər. Bunu təkcə Ay bilirdi. İşığını düz bu canlının gözünə salmışdı. Bir cüt parıldayan halqanın necə marıtdadığını, sahibinin çır-çırpının üstüynən necə səssiz, üsulluca yeridiyini görürdü. Göylərin bələdçisi bu canlının da çox işdəklərinə şahiddi. Aydan yuxarıydı kəndə dadandığı. Mərəsi də bu yulğunluğun ortasıydı. Sıx kolların arasında neçə quzunun zəhrini yarmışdı, neçə dayçanın, qoduğun budunu qopartmışdı. Hər sabah tezdən naxıra mal ötürən uşaqlı-böyüklü, arvaddı-kişili kənd adamı onun gecəki ziyankarlığından vaysına-vaysına danışır, bu acgözdən yaxa qurtarmağın çarəsini bir-birlərindən soruşurdular. Qəti qərara gələ bilməyib, deyinə-deyinə dağılışırdılar. Hər gün də elə bilirdilər ki, ötən gecəki bir də təkrar olunmayacaq. Hamı öz dam-daşını etibarlı sayırdı, yalquzağın girinə keçən qoyun-quzunun, dana-buzovun yiyəsini başısoyuqluqda qınayırdı. Hər axşam mal-heyvanı farağatdıyıb, damın, tövlənin ağzını bağlayıb ora-burasını bərkidəndən sonra başlarını atıb arın-arxayın yatırdılar.... Sabah-sabah qapılara əl atanda neçəsinin matı-mutu quruyurdu...Bu piri yanmış ağ elədi ki,... Belə getsə, kəndin naxırı, sürüsü yarıyaqat olacaq. Bir dədəsinin oğlu da yoxdu ki, bu gödənbılın qarnını yırtıb tökə bayıra. Elə hamı başqasını qınayır, özünü ağıllı, tədbirli bilir.Yox, kəndin kişiləri nəsə eləməlidilər; tüfəngi olan pusquda durmalı, tələsi olan tələ qurmalıdı. Yoxsa, bu abırsız fağır, dilsiz-ağızsız heyvanları qırıb axırına çıxacaq, damları, tövlələri boş qoyacaq...
Ay da hər gecə bu yerlərdən ötəndə dördayaqlı talançını ya cəmdək eşən, ya da doyub ağız-burnunu yalaya--yalaya, tox-tox uzanıb yatan görürdü. Bu gecə o da işindən qalmışdı. Dam, tövlə sökməyini buraxıb usul-usul cığırdakı yolçuları pusurdu. Ona nə düşmüşdü? Bu gecəki ovundan qalmağa onu nə vadar eləmişdi?! O əmlik quzuların, körpə buzovların pilə kimi yumşaq, dadlı tikələrini qoyub bu kişilərin tər iyi verən tüklü bədənlərinə yerikləmişdi, yosa?!...

***
Yenə sol döşünü xışmaladı...
- Elə bilirsən, bu həmişə belə olub? Yox...Yox... Heç bilmirdim o sinəmin hansı tərəfindədi. Nə döyünmək, nə ağrımaq?! Ancaq bir dəfə... Döyündü, özü də yaman döyündü, qardaş. Mən həmişə ürəksiz yaşamışam. Qandı-qundu bilməmişəm. Dədəm-babam bu yerlərin yiyəsi olub deyə, əlim-ayağım yerə dəyməyib. İyirmi yaşım yoxdu, üç arvad almışdım. Bəsdi, demirdim. Gözüm xalxın arvad-uşağındaydı. Su gətirən, quzu qaytaran, dərz bağlayan qız-gəlinin məni sarıdan bir ayağı qaçaq olurdu həmişə. Tuğayda, yulğunluqda, bağ-bostanda-harda gəldi, fürsət düşən kimi çox zinakarlıq eləmişəm. İkinci arvadımı ərindən boşatdırıb almışdım. Üçüncü qız başdı qızdı, sudan gələndə yulğunluqda zorlamışdım. Qabağıma duran yoxdu. Bilənlər özünü bilməzliyə vurur, görənlər üzünü yana çevirirdi. Bilirsən, nöşün? İndi deyəcəm sənə,-nardan bir-ikisini dənələyib ağzına atdı,- Kəndimizdə bir kişi vardı. Körpə küçüklərin qulağını ona kəsdirirdilər. Bu küçüklər böyüyüb nə qədər bəd, tutağan it olsalar da, kişinin qaraltısını da görəndə qaçıb özlərini kola-kosa vururdular. İt qulağını kəsənnən qorxar. Nahaq deməyiblər bunu. Mənim dədəm-babam da bu camaatın qulağını siftədən kəsmişdi...
Nəfəsini dərdi... Sönmüş papirosunu təzədən yandırdı.
-Elə indi də belədi. Onda biz idik, indi də... indikilər. Adam nə qədər uzaqlarda olsa da, qulağı öz el-obasına şəklənir. Az qalırsan, uçan quşlardan da hal-əhval sorasan. Yerin deşiyindən də olsa, xəbər çatır sənə. Müharibədən qabaq eşitdim ki, rayonun enkavedisi arvadı ola-ola kəndimizdən bir qızı məngirriyibmiş. Girinə keçirə bilməyəndə qızın atasını da, qardaşlarını da dolaşdırıb atdırıb içəri. Bir də ki, belə şeylər tək bizdə görünmüyüb ki,... Bu dünyada ilk qanı da arvad üstündə töküblər. Qardaş qardaşı öldürüb. Bir qadın qucağınnan ötrü ... Dünya əzəldən belə qurulub, belə də qalacaq...
Hə... Yayın ortalarında kənddə az adam olurdu. Qalanlar da zəmiyə, bostana görə qalırdı. Taxıl biçilib, bostan ur olannan sonra çıxıb gedirdilər yaylağa. Mənim də bir ayağım aranda, bir ayağım dağda olurdu. İkisində də darıxırdım... Aranda təntiyəndə atı çapırdım dağa. Elə ki, sərinnədim, Küdrüdə at çapmaqdan ötrü içim əsirdi...
Bir papiros da yandırdı, sümürüb acışan gözlərini oğlana zillədi.
- Bayaq bəndin üstüynən gələ-gələ fikir vermişəm; onda axmaz belə döyürdü. Kür hər daşanda suyu təzələnirdi. Qırağında həmişə adam olurdu. Kişilər balıq tuturdu, arvad-uşaq xalça-palaz yuyurdu. Ocaq çatıb elə orada mis qazanlarda paltar qaynadırdılar. Qoyun qırxınında yunu yuyub yulğunun, söksöyülün başına sərib qurudurdular. İsti havalarda hər gün əl-ayaq yığışannan sonra axmazda çimirdim. Suyu şorlaşmışdı, səpkiyə, qaşınmaya xeyir eliyirdi. Camış kimi iki-üç saat sudan çıxmırdım...

***
- Həmin gün dağdan arana birnəfəsə at sürmüşdüm. Tərdən can köynəyim sinəmə, kürəyimə yapışmışdı. Axmazın qırağında sakitlikdi. Atı bir kola bağladım. Tərimin soyumasını gözləməyib köynəyimi başımnan aşıranda burnuma ocaq iyi dəydi. Ətrafda hənirti yoxdu. Nə yanırdı, kim ocaq çatmışdı? Nəfəsimi qısıb qulaq verdim. Nəsə çatırtıynan yanır, arada şappıltı gəlirdi. Elə bil kimsə əlnən balıq tuturdu. Ayağımın ucunda yaxınlaşdım...
Qara hisli qazanı üç daşın üstünə qoyub altını odlamışdılar, içində paltar qaynadırdılar...Gəlin böyrü mənə tərəf bir qıçını yığıb, o birisini uzadaraq oturmuşdu. İri mis ləyəndə yuduğu paltarları bir-bir sıxıb qazana atırdı... Sənə onun əyin-başınnan danışmaq istəyirəm. Boyama bezdən tikilmiş tuman-köynəyi neçə yerdən yamanmışdı. Rəngi solmuş göy cunayını alnından aparıb boynunun ardında düyünləmişdi. Şabalıdı saçlarını dörd hörüb kürəyinə atmışdı, tərpənəndə ucları yerə dəyib külə bulaşırdı...
Sir-sifətini yandan görürdüm. Boyun-boğazı, çırmanmış qolları, açıqda qalmış baldırı gün işığı görmürdü elə bil. Əyin-başı çox nimdaşdı, bir-iki yerdən çüzülmüşdü. Qoltuğundan bir az aşağıda köynəyinin didilmiş yerindən bədəninin əti görünürdü...
Körpə uşaq səsi eşitməsəydim, kim bilir, haçan özümə gələcəkdim. Yulğun kolundan asılmış kəndir yüyürüyü indi gördüm. Gəlin işini atıb cəld yerindən qalxdı, körpəni götürüb, bu dəfə üzü mənə tərəf torpağın üstündə bardaş qurdu. Tumanının ətəyini dizlərinin üstünə çəkib sinəsini açdı... Uşaq o saat kiridi. Ovcunun içiynən uşağın alnının tərini sildi, dodağının altında şirin-şirin pıçıldadı...
Bayaq dedim... Çox əliuzunluq eləmişəm. Allahın da yanında, bəndələrinin də yanında günahım çoxdu. Axar Kürə bağlasalar da təmizə çıxan deyiləm. İndi gördüyüm... əl uzadılası şey deyildi. Əl-qol tərpədən, addım atan halım da yoxdu. Bu boyda cəmdəyin yiyəsi ağırlığını itirmişdi, böyür-başında uçuşan arıdan, kəpənəkdən geri qalmırdı. Bir cüt göz olub atılmışdım bu kolluğa. Baxırdım... Vəssəlam...
Bu yerin xanımları, elə mənim arvadlarım, qohum-əqrəbamdakı qız-gəlinlər nələr geymir, nələr taxmırdılar. Atlas, qumaş, hind ipəyi, İran şalı... Ətəklikdən tutmuş alınlığacan qızıl-gümüş bər-bəzək içində olurdular. Gəl ki, aralarında belə göz oxşayanı, can alanı yoxdu. Qurban olduğum ovqatının duru vaxtında xəlq eləmişdi zalımın qızını. Bədənim gizildədi. Görəsən, təkdi burda? Tək olsaydı, nə baş verəcəkdi ki?... Sənin mənə andın yoxdu, mən də and içməyəcəm. Elə haldaydım ki, bu dəqiqə bütün el-oba köçüb getsəydi, axmazından, yulğunluğundan, qamış evlərindən başqa heç nəyi olmayan bu yerdə ikimiz qalsaydıq belə, yerimdən tərpənməyə taqətim yoxdu. Mənə nə olmuşdu? Özümü tanıya bilirdim...

(ardı var)

Vəsilə USUBOVA
vasila-usubova@mail.ru


İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK