Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Möhtəşəm gün Adalet.az | Möhtəşəm gün Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Möhtəşəm gün

23033    |   2014-05-09 04:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

9 mayı sevdiyimi demişdim. Qələbə bayramıdı-Qələbənin bayram günüdü. İlahi, necə gözəl səslənir: Qələbənin bayram günü. İllərdi ağlaya-ağlaya, hay-küy sala-sala, ümidlə gözlədiyimiz həsrət qaldığımız QƏLƏBƏ. Tariximizə yazılan hər ağır, ağrılı, utancverici günü yaşadıqca, qeyd elədikcə bu həsrət getdikcə böyüyür, əzab verir... Amma bu utancın, əzabın içində düşünürsən ki, bəlkə Şuşanın işğal gününün 9 maydan-Qələbə bayramından bir gün öncə olması təsadüf deyil? Bəlkə içimizdəki, gözümüzdəki ümid, inam işığını "sönməyə qoymayın" deyir. Bəlkə "Güc birlikdədi"deyir". "Tarixin ən dəhşətli savaşında da qalib gəlmək olar" deyir. Təki qələbə əzminiz olsun. Təki "Ancaq QƏLƏBƏ üçün" yaşamaq amacınız olsun! Təki olsun! Təki Azərbaycanımızı bir gün sapasağlam-AZƏRBAYCAN boyda görək! Təki bütün bu qaranlıq işğal günlərini bircə günün işığında itirək! Ən möhtəşəm bir günü-QƏLƏBƏnin bayram gününü yaşayaq, ömrümüzə-vətənin ömrünə yazaq. Və bir -birimizə, AZƏRBAYCANA "Bayramın mübarək" deyək.

Uşaqlıqdan çox sevərdim doqquz mayı,
Sevinc ilə gözləyərdim mən bu günü,
mən bu ayı.
9 mayda hər bir tərəf
gül-çiçəyə bürünərdi,
9 mayda hamı xoşbəxt görünərdi.
9 mayda təzə paltar geyinərdim,
bəzənərdim, düzənərdim,
böyüklərlə birgə mən də sevinərdim.
Uşaq idim, doqquzu may mənim üçün
sadəcə bir bayram idi, bir də adı"
qələbə"ydi.
İllər ötdü... anladım mən, anladım ki,
Qələbənin bayram günü-zəfər günü-
Min əzabdan, min ağrıdan doğulan gün
Kədər dolu ürəklərin
sevinc dolu göz yaşında
boğulan gün necə, necə möhtəşəmdi,
Çünki adı "QƏLƏBƏ"di.
Qələbənin bayram günü,
Sevinc ilə gözləyirəm mən bu günü.
Zəfər günü, möhtəşəmdi həqiqətin,
möhtəşəmdi səadətin.
Nə olaydı, bu möhtəşəm həqiqəti,
Bu möhtəşəm səadəti
ana yurdum yaşayaydı,
Bu torpaqda qələbənin bayram günü
kaş olaydı.

23... 26... faciəli fevral günü, 8-i may,
30 aprel... Daha neçə işğal günü...
Bu günləri sevmirəm mən."Məğlub",
"İşğal", "Faciə"di,
Fərqi nədi bu günlərin adı nədi.
Nə olaydı bu günləri
yad etməyə dözməyəydik,
dözümdən üz döndərəydik.
"məğlub, işğal" sözlərini
döyə-döyə, söyə-söyə
Çatmaq üçün qələbəyə
biz dözümün özünü də
Məğlub edib mat qoyaydıq.
Öldürəydik, öləydik biz.
Bu günləri yaddaşlardan siləydik biz.
Bu günlərə qələbənin gözləriylə
güləydik biz.
Şəhidlərin məzarından
doğum-ölüm tarixini pozaydıq kaş.
əvəzində tək bircə gün-
qələbənin tarixini yazaydıq kaş.
Qələbənin bayram günü - Zəfər günü,
Yətən üçün, torpaq üçün ölənlərin
bayramısan,
şad günüsən - Şəhidlərin ad günüsən.
Nə böyükdü həqiqətin,
nə gözəldi səadətin!
Necə, necə möhtəşəmsən!
Bacarsaydım sənə
heykəl qoyardım mən.
Sonra hər gün qürur ilə önündəcə
diz çökərdim,
baş əyərdim, əyildikcə ucalardım!
Ucaldıqca öyünərdim.
Hamı ilə birgə mən də sevinərdim.
Qələbənin bayram günü!
Uşaqlıqdan çox sevirəm mən bu günü.
Həqiqəti müqəddəsdi!
Səadəti müqəddəsdi!
Çünki adı "Qələbə"di.
Həsrət ilə gözləyirəm mən bu günü,
mən bu anı-Qələbənin bayramını.
Deməyin ki, ömrümüzdə bayram çoxdu,
Qələbənin bayramının tayı yoxdu.
Nə qədər bayram eləsək,
hansı günə bayram desək
puçdu, vallah,
qələbənin bayram günü yoxsa əgər
ömrümüzdə
bu bayramlar heçdi, vallah.
Qələbənin bayram günü-Zəfər günüm,
nə gözəldi həqiqətin,
nə gözəldi səadətin.
Nə olaydı bu həqiqət,
bu səadət torpağımda yaşayaydı.
Çadırlarda ana olan gəlinlərim övladına
deməyə bir söz tapaydı.
"məğlub", "işğal, faciə"di fərqi nədi
hansı ayın neçəsidi,
bu günlərin adı nədi?
Bu günləri unudaydı.
Çadırlarda ayaq açan körpələrim
bu günlərdən heç xəbər də tutmayaydı.
Nə olaydı bu körpələr
Qələbənin bayram günü
bəzənəydi, düzənəydi,
hamı xoşbəxt görünəydi.
Odlar yurdum, ulu torpaq,
od-alova dönəcəyik, qisasını alacayıq.
Lap tarixin özünü də mat qoyaraq
Bu günləri yaddaşından siləcəyik.
Ana yurdum, ulu torpaq bir gün sən də
rahat-rahat nəfəs alıb öyünərsən,
sevinərsən,
Sənin ilə birgə mən də sevinərəm.

Kəmalə ABİYEVA


İmza:

YAZARIN ARXİVİ

2015-02-21 : BEZDİM
2014-12-13 : CAN BORCU
2014-07-19 : ELƏ SEVİNİRƏM
2014-07-05 : CEYHUN olmasaydı
2014-05-09 : Möhtəşəm gün
2014-04-19 : Eyibdi axı
2014-02-22 : ALİK-ALEKO-ƏLİ
2014-02-08 : NƏ DEYİRSİZ
SON XƏBƏRLƏR
2019-10-13
2019-10-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK