Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | MƏN SƏNİN ÜÇÜN KİMƏM? Adalet.az | MƏN SƏNİN ÜÇÜN KİMƏM? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MƏN SƏNİN ÜÇÜN KİMƏM?

İşğal altındakı bir parça torpaq

73889    |   2014-04-05 06:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər dəfə keçdiyim həyat yolunu gözlərimin önünə gətirəndə qəribə hisslər keçrirəm. Təbii ki, bu hər kəsdə ola bilən haldı və mənim buna qəribə deməyimin özü də ola bilsin ki, sizlərə sözün yaxşı mənasında qəribə gələ bilər. Amma bütün bunlara baxmayaraq, keçirdiyim hisslərin o qədər fərqli nüansları olur ki, mən bəzən həmin o anları yaşadığıma şübhə edirm, inana bilmirəm. Ağlıma gəlir ki, bəlkə bütün bunlar mənim uydurmalarımdı, xəyallarımdı və yaxud arzularımdı. Lap bir az da dərinə getsəm, yuxuda gördüklərimdi?
Bax, belə bir durumda olduğum halda həmin o yaşadıqlarımı əyani şəkildə sübut edən şəkillər, ayrı-ayrı əşyalar və yaxud şahidlər köməyimə çatır. Məhz bundan sonra sizə qəribə dediyim o məqamlar mənim üçün həm inandırıcı olur, həm də bir az da doğmalaşır. Eləcə, bu günümdən qopub üzü o səmtlərə, o tərəflərə getmək istəyirəm. Elə bilirəm ki, ora gedib çata bilsəm, mütləq həyatım, hətta ola bilsin ki, bir elin, bir obanın da həyatı tamam dəyişə bilərg özü üçün fərqli bir yol seçərg fərqli qərarlar verər. Təəssüf ki, bax bu dediklərim də, yazdıqlarım da indi sizdə hansı hisslər yaratmasından asılı olmayaraq, mənim üçün çin olmayan yuxu, gerçəkləşməsi mümkünsüz olan istəkdi. Deməli, məhz həmin bu durumda, bu məqamda, bu yerdə nə istəməyimin özümdən başqa heç kimsəyə isti-soyuğu yoxdu. Özüm isə bir şam kimi həmin o xatırladığım anların içərisində əriyirəm. Bu məqamda yadıma böyük Bəxtiyar Vahabzadənin misraları düşür:

Yaşamaq yanmaqdı, yanasan gərək,
Həyatın mənası yalnız ondadı.
Şam əgər yanmırsa, yaşamır demək,
Onun da mənası yanmağındadı.

Bəli, həyatımdan, xatirələrimdən söz açmağım səbəbsiz deyil və böyük Bəxtiyarı xatırlatmağım da özümü diqqət mərkəzinə çıxarmaq üçün edilmir. Yəni hər bir kəs həyatı boyu nə üçünsə, kim üçünsə gizli-aşkar yanır, ömrünü şam edir. Və deməli, mənim də xatırlatdığım şeir parçası məhz hamının, hər kəsin biri kimi ömrümü şam etməkdən, həmin şamın şöləsində misralara, duyğulara, ağrılara, acılara, bir çimdik sevincə könül verməkdi.
İndi həmin o yanan şamı, ömrün əriyən günlərini bir təsbeh muncuqları kimi sapa düzürəm və baxıb görürəm ki, burda bir qəribə bağlılıq, ardıcıllıq var. Həmin o qəribəliyin MƏN SƏNİN ÜÇÜN KİMƏM?
içindəki nüans da mənim əvvəldə dediyim kimi, yaşanmış ömrümün oxşar və fərqli nüanslarını özündə ifadə edir, onu özü ilə birlikdə anbaan, günbəgün irəliyə, bugünlərə tərəf götürüb aparır. Edilən bu səfər, yəni keçilən bu yol bir yurd nisgilinin yanğısını daha çox qabardır. Çünki insan yaşa dolduqca torpaq onu daha çox çəkir. Doğulduğu ocaq - iməklədiyi, yeridiyi, yüyürdüyü o müqəddəs ünvan elə bir yenidən qollarını açır, elə bil yenidən gur səslə onu özünə doğru səsləyir. Təsəvvür edin ki, mən indi o kəndin, o dağların, o çayların, o bulaqların və hətta o kəndə yağan yağışların, qarın, eləcə də tapdalandıqca topuqdan yuxarı qalxan palçığın, gəzdikcə şalvarımın balaqlarını çimizdirən şehli çəmənlərin, səhərlər dinlədiyim quş səslərining daha nələrin mənə nə qədər doğma, mənə nə qədər əziz olduğunu anlayıram. Əlimi ürəyimin üstünə qoyub tam səmimiyyətimlə deyirəm ki, doğrudan da mən, eləcə də əksəriyyətimiz uşaqlığımızdan, gəncliyimizdən yaşadığımız bu yerlərin qədrini bilməmişik. Şəhərlər bizi özünə çəkib, kəndlərin saflığından uzaq düşüb özümüzü çalxalanan dəryalara atmışıq. Bilməmişik ki, bu dəryalar bizləri udacaq - necə ki, uddu, necə ki, udmaqda davam edirg Günahkarı isə özümüz guya axtarıb tapmışıq. Amma bu heç də gerçəklik deyil. Bizim günahkar hesab etdiyimiz dunya və zaman bəlkə də bizi nə görüb, nə də bizdən xəbəri var.

Bir az içimi ağlamaq
Çölümü didmək istədim.
Bir az zamanı saxlamaq
Bir az da getmək istədim -
Bu dünyadang

Bir az təbəssüm umuram
İki gilə də göz yaşıg
Ovcumda sıxıb, yumuram
Götürdüyüm qara daşı -
Bu dünyadang

Bircə çimdiklik ümidim
Bir damcı heyrətim qalsıng
İşdi, darıxanım olsa
İzimi soruşub alsın -
Bu dünyadan!

***

Bugünlərdə bir yazı oxudum. Etiraf edim ki, çox böyük səmimiyyətlə, yəni mənim bu günə qədər qarşılaşmadığım bir səmimiyyətlə bəyan edilmişdi ki, həyat yoldaşım mənim vətənimdi!!! Bu söz məni əməlli-başlı silkələdi. Təbii ki, bu silkələnmə də səbəbsiz deyildi. Adətən biz vətən deyəndə doğulduğumuz məmləkətin dağını, daşını, suyunu, ağacını, otunu, zəmisini, çəmənliklərini, bağlarını, yollarını, bütün canlılarını, suyunu, havasını bir sözlə, coğrafiyasını tanıyıb təbiətinə bələd olduğumuz və Yer kürəsinin bir parçası olan ərazini gözlərimizin qarşısına gətiririk. Az qala pafosla da deyirik ki, bura bizim vətənimizdi, biz bu vətənin övladıyıqg biz bu vətən üçün ölməyə hazırıqg bu vətən canımızdı, ciyərimizdi, həyatımızdı və s. və ilaxır.
Amma gəlin bir az səmimi olaq. Doğurdanmı bu dediklərimiz hamısı hər birimiz üçün əzizdi, müqəddəsdi? Doğurdanmı biz vətən deyib sığındığımız bu coğrafiyanı başımızın üzərində saxlamaq üçün çarpışırıq? Bizim məqsədimiz onu ucalardan uca görmək, onu qorumaq, onu yaşatmaq, onun üçün yaşamaqdıg Sizi deyə bilmərəm, mən şəxsən öz yaşımda, öz təcrübəmdə vətən adına yaxasını cıran çoxlu adamlar görmüşəm. Amma dar ayaqda, lazımlı məqamda o adamlar üçün pafosla bağıra-bağıra dediyi "canım sənə fəda Vətən!" yumuşaq ifadə etsəm, sabun köpüyündən də dəyərsiz olub. Çünki o sevgi məqsədli, maddiyyata söykənən və nəhayət, şəxsi təminat üçün bir vasitə olub. Elə ki, bu vasitə bir işə yaramadı, istək gerçəkləşmədi, ondag Hə, bax onda vəzyyət elə qarışır ki, onu nə gülməklə, nə də ağlamaqla düzəltmək olmurg
Oxuduğum yazının təsirindən elə havalanmışdım ki, mən də içimdə baş qaldıran bir arzuya, bir istəyə qanad vermək istədim. Onu cana gətirmək, onu real həyatda addımlayan, danışan görmək istədim. Və bir də gördüm ki, həmin o istəyin əlindən tutub dayanmışam qarşısında. Canımdan çox istədiyim, duyğularımın, ürəyimin, varlığımın, xəyallarımın, bir sözlə, mövcudluğumun sahibi və səbəbkarı olan ONA üz tutdum:
- Bir sualım var. Deyə bilərsənmi, mən sənin üçün kiməm?
Sualım mənim düşüncəmə görə gözlənilməz idi. Amma belə düşünməkdə yanıldığımı tezliklə anladım. Çünki o, heç bir təəccüb ifadə etməyən, əksinə, bu sualı gözləyirmiş kimi, heç səsinin tonunu da dəyişmədən dedi:
- Mən də oxumuşam. Ancaq sən mənim üçün işğal altındakı bir parça torpaqsan!!!
Hə, əslində bu cavabı da gözləyirdim. Amma cavab o qədər dəqiq və sərrast idi ki, əvvəlcə susdum, düşüncələrə qərq oldum. Sonra anladım ki, doğrudan da mən onun üçün işğal altındakı bir parça torpağam. Elə bir torpaq ki, ona təzyiq və təsir etmək onun gücündə deyil. O, arzularını bu torpaqda gerçəkləşdirə bilmir. Onun istəkləri elə öz ürəyində doğulub ölür. O yalnız baxmaqla təsəlli tapır, özü də uzaqdan-uzağa. Çünki mən işğal altındakı bir parça torpağamg
Bütün bunları düşünə-düşünə özüm də bilmədən yenə misralarıma doğru, daha doğrusu, sənə sənsiz söylədiyim şeirə doğru üz tuturam. Çünki söylədiyin və qəbul etdiyin "bir parça torpaq" fikrindəki gözlə görünməyən gerçəklik özü bunu istəyir, ən azı mənə təsəlli üçün.

İstəyim
Güc gəldi
İstəyimi gizlədə bilmədimg
İstəyim
Ürəyimi dindirdi
Ürəyimi
Gözlədə bilmədiim -
Bağışlag

Gözlərim
Alışdı gözlərindən
Gizlədə bilmədim
Gözlərim
Gözlərinlə danışdı
Anlaşdı
Və bir-birinə qarışdı
Gözlərimi gizlədə bilmədim -
Bağışlag

Əllərim
Yarpaq tək əsdi
Barmaqlarımı
Gizlədə bilmədim
Dözmək
Məni sıxdı,
Nəfəsimi kəsdi
Dözümsüzlüyümə
Söz deyə bilmədim -
Məni bağışla!


***

Hələ orta məktəb illərindən aldığım biliyə, oxuduğum kitablara görə, bilirəm ki, heç nə izsiz-tozsuz keçib getmirg heç nə təsirsiz qalmır. Və deməli, əgər bunlar gerçəkdisə, onda niyə biz ömrümüzə, günümüzə hopan, çevrilən və bəzən də balta çalan nələrəsə qarşı biganə qalırıq. Bir halda ki, hər şeyin izi var, hər şey bu və ya digər formada özünü göstərə bilirsə, onda nədən belə laqeydik, belə əsəbiyik, belə amansızıq. Belə barışmazıq və belə üsyankarıq?!
Axı hər birimizin etiraf edib-etməməyimizdən asılı olmayaraq bir alın yazısı, bir qədər var. Biz də öz alın yazımızı, öz qədərimizi yaşamağa mütləq şəkildə məhkumuq. Lap nə qədər üsyankar olub əl-qol atsaq, hay-küy salsaq belə, uzaq başı qədərimizdə iynə ucu boyda bir dəyişiklik edərik. Doğrudur, mən buna bütünlüklə inanmıram, ancaq müdriklərin, dahilərin və kimlərinsə belə bir imkanı var. Həmin o imkan da nə qədər böyük olur-olsun qədəri yenə bütünlüklə dəyişə bilmir. Son ucda, yəni son nöqtədə qalib gələn qədər olur, tale olur, alın yazısı olur. Odur ki, taleyimizi, qədərimizi, alın yazımızı oxşamaq, sevmək, onu mənalandırmaq məncə daha məqsədəuyğundur. Məhz belə bir durumda, yəni belə bir nöqtədə dayananda insan öz içindəki etirazları, hətta üsyanları belə taleyə, qədərə, alın yazısına uyğunlaşdırır, onunla könüllü şəkildə razılaşıb yolunu davam etdirir.
Bax, bütün bunları, yəni dar küçələri, qaranlıq zirzəmiləri, meşələri, çayları, dağları bir-birindən uca binaları, villaları, bahalı maşınları, böyük təmtəraqları, qaçqını, köçkünü, bir sözlə, bütün özəllikləri olan bu Vətən bizim üçün nə qədər doğmadırsa, bizim güvəndiklərimiz də, həyatımızı paylaşdıqlarımız da, talelərimizi birləşdirdiklərimiz də həqiqətən bizim üçün Vətəndi. Mən bunu oxuduğum o isti və son dərəcə səmimi fikirlərdən sonra bir daha özüm üçün anladım, dərk etdim. Amma onu da anladım ki, şəxsən mən həmin o gözəlim Vətəndə bir parça işğal altındakı torpağam! Ona görə də mən ilk öncə işğaldan qurtulmağa, sonra isə onun vətəni olmağa iddialı olmalıyam. Təbii ki, buna ömrün vəfa edib-etməyəcəyi yenə tale, qədər, alın yazısının əlindədi. Və son olaraq bu mövzuya azacıq dəxli olan misralarla yazıma nöqtə qoyuram.

Mən öz sözümün üstə
Çox çəkdim başağrısın
Ürəyimə tuşlanan
Neçə cür daş ağrısın.

Sığmayıb qəfəsimə
Od qatıb nəfəsimə
Qoymadın əvəzimə
Bircə yol daş ağrısın.

Yanılmadım seçimdə
Dunya boyda, biçimdə
Bol sevincin içində
Sirdaş, yoldaş ağrısın...

Əbülfət MƏDƏTOĞLU
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (79.8%)
"Arsenal" (20.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK