Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ORALARDA KİMLƏR VAR: Adalet.az | ORALARDA KİMLƏR VAR: Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ORALARDA KİMLƏR VAR:

ƏRDƏM BƏYAZİD-2

18052    |   2008-07-30 00:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ÖLÜM BİZƏ NƏ UZAQ...

Ölüm bizə nə uzaq
   
    bizə nə yaxın ölüm
   
    Ölümsüzlüyü daddıq
   
    bizə neyləsin ölüm...
   
   
   
   misralarını qələmə alan şair Ərdəm Bəyazid 1970-ci illərdə yazar Rasim Özdənörən, mərhum Cahid Zarifoğlu və Akif İnan kimi şair və yazarlarla "Mavera" dərgisini çıxarmışdı. Bəyazid bir müddət öncə canlı türk poeziyasından ayrılıb əbədi yaşayacaq dünyaya köçdü. Şairin cənazəsi Türkiyənin məşhur Eyüp Sultan Camisindən qaldırıldı.
   
   
   
   Ömər Çeres və Nevbahar Kabaklıdan uyğulama
   
   Ömürlüyündən:
   
   1939-cu ildə Maraşda doğuldu. İbtidai və orta məktəbi Qəhrəmanmaraşda bitirdi. Ali təhsilinə 1959-cu ildə İstanbul Universiteti Hüquq Fakültəsində başladı. Dolanışıq ucbatından 1961-ci ildə azad təhsil imkanı olan Ankara Universiteti Hüquq Fakültəsinə keçərək əsgərə getdi. Əsgərlikdən qayıtdıqdan sonra fakültəsini dəyişərək ali təhsilini Ankara Universiteti DTCF Türk Dili və Ədəbiyyatı Bölümündə tamamladı. Ədəbiyyat müəllimi işlədi, kitabxana müdiri oldu. İstanbul Türk Musiqisi Dövlət Konservatoriyasının yaranması sırasında məsul katib olaraq çalışdı. Daha sonra Sənaye Bakanlığı Təhsil Dairəsi müdir müavini ikən bu vəzifəsindən istefa edərək "Akabe" Nəşriyyatının və "Mavera" dərgisinin çapına başçılıq etdi. 1984-cü ildə "Akabe A.Ş."-nin İstanbula köçməsi qərarı ilə bu vəzifəsindən çıxdı, yenidən məmurluğa qayıtdı. 1987-ci ildə millət vəkili seçimlərində Ana Vətən Partiyasından namizəd oldu. Qəhrəmanmaraşdan millət vəkili seçildi. TBMM-in 18-ci dönəm dövründə Milli Təhsil və Çevrə (ekologiya) Komissiyalarında çalışdı. 1991-ci il seçimlərində namizədliyini irəli sürmədi. İstanbula köçdü.
   Evli və dörd uşaq atasıydı. Dastansayağı bir üslubda söylənmiş şeirlərində incə duyğular ifadə olunur. İslami ton bir "leytmotiv" halında bütün şeirlərinə yayılmışdır.
   Əsərləri:
   "Səbəb Ey" ilk şeir kitabı (1972) - Ədəbiyyat Dərgisi Yayınları;
   "Risalələr" "Akabe" Nəşriyyatında 1987-ci ildə çıxdı
   Şeirlər ( "Səbəb Ey" və "Risalələr" iki kitab bir yerdə) "İz" Nəşriyyatı tərəfindən 1992-ci ildə çap olundu
   İpək Yolundan Əfqanıstana: 1981-ci ildə İran, Pakistan, Əfqanıstan və Hindistanı əhatə edən iki aylıq səfəri nəticəsində xatirələri kitab halında çıxdı.
   Gələcək Zaman Risaləsi - 1998. İz Yayınları. Şeirlər
   ***
   KİMLƏR NƏ DEDİ:
   
   
   NAZİF GÜNDOܭAN:
   Düşüncəni əyləmə, əyləmi düşüncəyə çevirən bir şairdi. O biri arkadaşlar kimi mən də onu "Mavera" dərgisindən tanıyırdım. Prof.Nazif Gündoğan da Bəyazidin "düşüncəni əyləmə, əyləmi düşüncəyə dönüşdürən" bir şəxsiyyət olduğunu anlatdı. Gündoğan Bəyazidin düşüncə və əyləm yüklü şeirlərinin Azərbaycan, Macarıstan, Bosniya, Çeçenistan, Pakistan, Vyetnam, Əlcəzairdə və bütün dünyada "Şamil rüzgarları" əsdirdiyini ifadə edərək "Özü Yunus gönüllüydü. Amma şeirləriylə haqsızlıqlara baş qaldıran bir şairdi" - deyib. Türkiyənin olduğu qədər bütün İslam dünyasının da səsi olan Bəyazidin şeirlərini oxuyan hər kəsin böyük həvəslə bütün insanlığı qucaqlayacaq bir sevgiylə dolduğunu dilə gətirən Gündoğan şeirləriylə hərkəsə ümid və müjdə verən Bəyazidin misralarında ümidsizliyə yer olmadığını vurğuladı.
   Bəyazidin Mehmet Akif Ersoy, Necip Fazıl Kısakürek və Sezai Karakoçun şeirlərini əzbər bildiyini, bunun yanında Füzuli, Baki, Nabi kimi divan şairlərini də çox sevdiyini bildirən Gündoğan Bəyazidin hər zaman hər söhbətində ətrafında daima bir şeir halqasının olduğunu bildirdi. Gündoğan Ərdəm Bəyazidin hər kəsin qayğılarıyla maraqlanan "heyrətamiz dərəcədə" comərd bir insan olduğunu anladaraq "Könlü kimi əli də açıqdı" - fikirlərini sözlərinə əlavə etmişdir.
   D. MEHMET DOܭAN:
   Türkiyənin ən maraqlı şairlərindən biri olan Türkiyə Yazarlar Birliyi Vəqfi Şərəf Başqanı Mehmet Doğan da birliyin qurucularından olan Ərdəm Bəyazidin şeirlərinin oxunmağa yatan, düşüncə yönündən zəngin bir özgünlüyə sahib olduğunu dilə gətirərək bunları söylədi: "Ərdəm bəy Cümhuriyyətdən sonra yetişən öncül nəsil şairlərimizdəndir. Şeirlərində eyni zamanda çağdaş bir düşüncə varlığı var. 60-cı illərdən yazmağa başladı, 70-ci illərdə tanınan bir şairimiz oldu. Eyni zamanda "Mavera" dərgisini də çap etdi. Bu dərgiylə gənc şair və yazarların yetişməsi üçün çox çalışdı, bir mədəniyyət ortamı yaratmağa çalışdı. Bu baxımdan yalnız şeirləri deyil, bu xasiyyətləri də daima xatirələrdə qalacaqdır. Onu itirməyimiz çox üzücüdür..."
   Strasburqda 5-ci Uluslararası Şeir Bayramında Yəhya Kamal Böyük Ödülünün Bəyazidə verildiyini xatırladan Doğan "Ödülü aldığında Ərdəm bəy böyük bir mutluluq və həyəcan duydu. Onun bu halı gözlərimin önündən getmir" - deyib.
   Üsküdar haqqında bir Risalə yazmağı düşünürdü, xəstəliyi ona mane oldu. Bir kərə dedi: İndi xəstəliklə əlləşirəm. Əlimi bəzən telefona belə uzada bilmirəm. Ağır müalicələr keçirirəm. Onlar mənim bütün enerjimi alıb götürür. Doktorlar işlər yolunda deyirlər". Bəyazid qələmə aldığı "Eşq", "Təbiət" və "Savaş" risalələrindan sonra bir də "Üsküdar Risaləsi" yazaraq Üsküdarı anlatmaq istədiyini bildirmişdi. Mərhum şair yazmağı qarşısına məqsəd qoyduğu, ancaq ömrünün vəfa etmədiyi "Üsküdar Risaləsi" ilə bağlı demişdi: "Sağlığım əl verirsə bir də Üsküdar Risaləsi yazmaq istəyirəm. Bizim etiqadımıza görə Qüds Üsküdardan başlar. Osmanlı dönəmində səfərlər Avropaya olsa da Üsküdardan başlardı. Qüdsə gedən yollar mütləq Üsküdardan keçər. Bunları işləyə bilirsək orada yaşayan xalqı, təkkələri, azanları anlata bilsək, bax, o zaman Üsküdar Risaləsi olacaq".
   Cümhurbaşqanı adından Cümhurbaşqanlığı Genel Sekreterliyi Mustafa İsanın oxuduğu notda yazılmışdı: "Həyatda belə şeylər olur. Önəmli olan arxada xoş sədalar buraxmaqdır. Həsən Doğan da, Ərdəm Bəyazid də arxalarında həqiqətən xoş sədalar buraxan çox dəyərli insanlardı" - dedi.
   
   ƏRTOܭRUL GÜNAY:
   Dəyərli əsərlər qazandırdı
   Kültür və Turizm Bakanı Günay vəfat edən şair Ərdəm Bəyazidin Türk ədəbiyyatına dəyərli əsərlər verdiyini bildirdi. Bakanlığdan verilən açıqlamaya görə, Günay Bəyazidin vəfatıyla bağlı bir mesaj çap etdirib. Günay bunları deyib: "Şair, yazar və düşüncə adamı Ərdəm Bəyazidin vəfatını üzüntüylə öyrəndim. Çağdaş türk şeirinin təmsilçilərindən olan Ərdəm Bəyazid uzun illər önəmli vəzifələrdə olmuş və türk ədəbiyyatına dəyərli əsərlər qazandırmışdır.
   
   ƏRDƏM BƏYAZİDİN şeirlərindən
   
   XƏBƏR VERİRƏM
   
   Altımızda sürüşən bu ölü şəhəri durdursana
   Ey gücü torpaq qədər əski
   Ey gücü yer qədər ağır çocuk
   
   Böyüyən əlimin üstünə qoy əlini
   Sənə bir ürək çarpıltısı kimi tanış
   Gələn zamanı xəbər verirəm
   
   QARANLIQ DİVARLAR
   
   1.
   
   Qarşısıın kəsə bilmirəm bu kor gedişlərin yollarda
   Hər kəs bir yerə gedir qarşısını kəsə bilmirəm
   Çarəsiz dirənirəm bu dönüm nöqtələrində kimsə
   əlini uzatmır
   Bir gurulutu yaşamağa gedir dünya boşalan
   bir dəniz kimi
   Bu səslər ormanında qeyb olan bir çağ bu
   Haraya getsəm elə binalar çıxır qarşıma
   Alıb başımı divara çırpır bu yollar
   Gedib gəlmələrim bu dar dalanlarda
   İnsanların qaçıb girdiyi bu dar otaqlarda
   Bir qısır dalana girmək üçün bütün bu vurhavur
   Biz bunun üçünmü gəldik?
   
   11.
   
   Qara ağac kimi bağlıyam qatı bir çağ bu
   Hər şey bir maşın kimi gedir
   - düzən deyirlər məni çağırırlar -
   İrmaqlara sığınıram əsəbi bir çağ bu
   Baxdığımız hər şeydə bir yalan qabığı
   Bir aynaya bağlanır gözlərimiz.
   111.
   
   Bu zaman çıxmazında alıb məni bir altımış yaşa bağlayırsınız
   Doğmadan ölümə yönəldik gerisi yox deyənlər var
   İllərin oyunlarına inananlar var
   Sizin güvəniniz bir günəş düzənində
   Mən məzarların qaranlıq çağına dözərəm
   Bir ağacı böyüdürəm hər yerimlə
   Bir ağacı calaq edirəm - hər şey bir ağac düzənində -
   Yerdə, göydə və hər hər yerdə
   Budaqlarında, incəcik köklərində
   Boğuluram - bağlanıram -
   Mən məzarların qaranlıq çağına dözərəm.
   
   1V.
   
   Bu dar otağın qatı yalnızlığında
   Və hər şeyin çılpaqlığında
   Durub bir pəncərəni yoxlayıram
   Gizliliyin içindən çıxıram
   maşınların
   insanların
   Şəhərin və meydanların və tünlüyün və hər şeyin
   İçimdə yalnız və yarpaqsız
   Bir boranı tağı qalxır
   - Çılpaq və göyə doğru -
   Amma küskün amma yalnız amma yarpaqsız və uzun
   bir ağlaşma divarı bu.
   Yataq və yorğanın quru yalnızlığında
   Və ağlın dar yalnızlığında
   Şəhərin və hər şeyin
   Və tünlüyün yorğunluğunda
   Saçların və barmaqların
   Və gözlərin və gecənin bu bulanıq çağında
   Və aynaların qarışıq görünümündə
   Darıxıram.
   
   V.
   
   Susmanın qalasına sığınıram
   Önümdə qaranlıq divarlar
   Kürəyimdə insan yüklü bir Göy var.
   
   


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK