Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ORALARDA KİMLƏR VAR? MUSTAFA KARA Adalet.az | ORALARDA KİMLƏR VAR? MUSTAFA KARA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ORALARDA KİMLƏR VAR? MUSTAFA KARA

ƏZİZLƏRLƏ ƏZİZ OLUNUR Osman Toprakdan uyğulama

16675    |   2007-12-05 00:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Təsəvvüf və təsəvvüf tarixinə aid bir-birindən önəmli əsərlər müəllifi Prof. Dr. Mustafa Kara ilə bu günlərdə daha böyük dəyər kəsb edən bu dünyəvi elm haqqında danışdıq.
   
   
   
   Prof.Dr. MUSTAFA KARA kimdir?
   
   
   
   1951-ci ildə Rizədə doğulub. Kayseri Yüksək İslam İnstitutu məzunu. Şəbinkarahisar və İspir Lisesində müəllimlik eləyib.1977-ci ildən Bursa Yüksək İslam İnstitutu Təsəvvüf Tarixi araşdırmaları bölümündə asissent olub.1989-cu ildə dosent adını alıb, 1994-cü ildə professorluğa yüksəlib. İlk yazısı 1971-ci ildə "Harəkət" dərgisində çap olunub. Sonrasında "Dərgah", "Nəsil", "Yönəlişlər", "Mavera", "Türk Ədəbiyyatı", "Yeddi İklim" dərgilərində çıxış etməyə başlayıb. "Çağdaş Təsəvvüf Hərəkətləri" adlı əsəriylə 2002-ci ildə Türkiyə Yazarlar Birliyi araşdırma mükafatını alıb. Mustafa Karanın başlıca əsərləri bunlardır: "Din, Həyat, Sənət baxımından Təkkələr və Zəviyələr", "Təsəvvüf və Təriqətlər Tarixi", "Bursada Təriqətlər və Təkkələr", "Mətnlərlə Çağdaş Təsəvvüf Hərəkətləri", "Mətnlərlə Osmanlılarda Təsəvvüf və Təriqətlər", "Türk Təsəvvüf Tarixi Araşdırmaları", "Dərvişin Həyatı, SəfanIn Kəlamı"...
   
   
   
   Böyük insanların bir nəsihəti, bir xəbərdarlığı, bir söhbəti, hətta bir jest və mimikası belə önəmli rol oynaya bilər. Və bizim gözlərimizin önündəki pərdələri yırta bilər. Bu dəyişimin ola bilməsi üçün görüləcək ilk iş heç bir "hesabın" ardınca düşmədən könlümüzün qapılarını, ruhumuzun pəncərələrini sonuna qədər açmaqdır. Bunlar olduğu zaman yeniliklərin və səmimiyyətin bərəkəti bizim həyatımızı canlandıracaq, iç dünyamızı aydınladacaqdır. O zaman aradığımız hüzur və səadətin uzaqlarda olmadığını kəşf edəcəyik.
   
   Dinlər insanın inkişafı üçün yaranmışdır.Əsas hədəf "Allaha qulluq, qullara insanlıqca yanaşmaqdır". Bunun üçün "Quran-i Kərim"də sıralanan insan üçün zərərli fikirləri diqqətə alaraq, insan öz dünyagörüşünü inkişaf etdirməlidir.Həqiqi dini elm budur.Din təhsili bəzilərinin zənn etdiyi kimi bir şeyləri əzbərləmək deyildir.Din elmi bir şüur və iradə məsələsidir.Din elmi bir ruh və könül məsələsidir.Çünki dinin əsas təlimi imandır, imanın da yeri ürəkdir.Ürəyin tərbiyəsi, ağlın tərbiyəsi gerçəkləşmədən heç bir şey yaranmaz.
   
   ***
   
   Xocam, uzun illərdir siz təsəvvüf və təsəvvüf tarixi ilə məşğulsunuz.Bugünkü modern dünyada, dinin xüsusilə, insan ilə Allah arasındakı bir bağdan ibarət olduğunun söylənildiyi bir dünyada, təsəvvüfün insanlığa gətirə biləcəyi şeylər yeni bir çıxış ola bilərmi? Sizcə, məna və mənəviyyat qavramlarını-tarixi inkişafına da baxdıqca- təsəvvüf ilə dəyərləndirmək və izah etmək nə qədər mümkündür?
   
   -Tarix boyunca insanların bir qismi dindar olmuş, bir qismi ola bilməmişdir.Cəmiyyətlərin bir qismi mənəvi-ruhi dəyərləri baş tacı etmiş, bir bölümü də bunları inkar etmişdir.Fəqət insanlığın bu əsrdəki qədər danışdığımız dəyərlərdən uzaq qaldığı bir dövr olduğunu düşünə bilmirəm.Xüsusilə, qərb insanlarını bezdirən və sıxan kilsə təsiri üzündən ortaya çıxan acılar insani münasibətləri alt-üst etmişdir. Batı media gücü ilə bütün dünyanı təsirinə salaraq əlində saxladığı üçün bu materialist və kapitalist anlayışı ruhi-mənəvi dünyanı sıxışdırmış və və susdurmuşdur. Bununla birlikdə insanın genlərində mənanın və mənəviyyatın kökləri vardır,bunları yox etmək mümkün deyildir. İnsan oğlu gec-tez əslinə dönəcək, itirdiklərini axtarmaq sevdasına düşəcəkdir.
   
   Bax, elə buna görə də təsəvvüfi təcrübə işə yarayacaqdır. Qurtuluş axtaranlar üçün bu möhtəşəm təcrübə səbrlə gələcəyi gözləməkdir."Susuzlar suyu arar, su da susuzları arar, sorar" hikməti gerçəkləşəcəkdir. Çünki indiki gedişat insanın fitrətinə uyğun deyildir. Adı "sənaye cəmiyyəti", "bilgi cəmiyyəti" kimi məsum kəlmələr olsa da, bu gediş gediş deyildir.Dinə gələnlər təsəvvüfün canlı və təsirdici əlini hiss edəcəklər.
   
   Əmir Sultan, İsmayıl Hakkı Bursəvi, Üftadə, Yunus Əmrə, Mövlana, Niyazi-i Mısra, Əşrəfoğlu Rumi, İbn-i Arabi kimi təsəvvüf böyüklər yaxından tanınır, bu şəxsiyyətlərin həm dinə,həm də başqa yöndə cəmiyyətə olan münasibətlərini bilirsiniz. Dinimizin və millətimizin birliyində, dirliyində belə mənəvi böyüklərinin yardımı necə olmuşdur? Bu gün üçün eyni mənəviyatı, eyni təmiz həyatı yaşayan, eyni qaynaqlardan qidalanan və cağımızın insanları üçün aradığı "səadəti, hüzuru" göstərə biləcək məna əhli böyüklərə toplum olaraq, insanlıq olaraq ehtiyacımız varmı?
   
   -İnsan oğlu doğulduğu zaman bir şey bilmir. Bilməsi və var olması üçün uzun bir zamana və yorulmadan çalışmağa ehtiyac vardır. ncəkilərin təcrübəsini öyrənmədən, onların təcrübələrindən istifadə etmədən ağıl sahibi olmaq mümkün deyildir. Könül adamları bu dünyanın ən dəyərli təcrübəsini bizlərə minnətsiz olaraq buraxıb gedən yüksək əxlaqlı şəxsiyyətlərdir."Əzizlərlə əziz olunur" deyə biz söz var. Böyük insanların bir nəsihəti, bir xəbərdarlığı, bir söhbəti, hətta bir jest və mimikası belə önəmli bir rol oynaya bilər.Və bizim gözlərimizin önündəki pərdələri yırta bilər. Bu dəyişim və dəyişimin ola bilməsi üçün görüləcək ilk iş heç bir "hesabın" ardınca düşmədən könlümüzün qapılarını, ruhumuzun pəncərələrini sonuna qədər açmaqdır. Bunlar olduğu zaman yeniliyin və səmimiyyətin bərəkəti bizim həyatımızı canlandıracaq, iç dünyamızı aydınladacaqdır. O zaman aradığımız hüzur və səadətin uzaqlarda olmadığını kəşf edəcəyik.O zaman Allahın "bizə bizdən yaxın" olduğunu hiss edəcəyik.Artıq "yük"lərdən qurtularaq qanadlanıb uçacağıq. "Yaşama zövqü" dediyimiz xəyalın gərçək olduğunu anlayacağıq. O zaman Aziz Mahmut Hüdayinin misraları başqa şeylər söyləyəcək, Niyazi-i Mısranın beytləri başqa fikirlər diqtə edəcəkdir.Ərzurumlu İsmayıl Hakkının dördlükləri başqa qapıları aralayacaqdır.
   
   -"İnsan doyulmaz bir təbiətə sahibdir" (Məaric, 70/19). "İnsan haqsızlığa məyyaldır" (Ahzab, 33/72). "İnsan ağılsızlığa məyyaldır" (Ahzab, 33/72). "İnsan dartışmaya düşkündür" (Kəhf, 18/54), "İnsan çox nankordur" (İsra, 17/67), "İnsan tezcanlıdır" (İsra, 17/11), "İnsan zülmdə inadkardır" (İbrahim, 14/34), "İnsan nankorluğunda inadkardır" (İbrahim, 14/34), "İnsan zəif yaradılmışdır" (Nisa, 4/28), "İnsanı ən gözəl bir şəkildə yaratdıq" (Tin, 95/4).
   
   Bu cümlələr Quran-i Kərimdəndir və insanı yaradan Allah-ü Təala bizi bizə belə bildirir. Yenə buna qarşılıq insanı tərbiyə edəcək, insanı əxlaqlı və mənəvi baxımdan kamala çatdıracaq, ucaldacaq bir anlayışı, üsulu da içində saxlamırmı İslam dini? Din təhsilimiz necə olmalıdır?
   
   -Dinlər insanın öyrənməsi üçün vardır. Əsas məqsəd "Allaha qulluq,qullara insanlıq"dır. Bunun üçün Quran-i Kərimdə sıralanan zərərli moizələri diqqətə alaraq, insan özünün inkişafını gerçəkləşdirməlidir.Həqiqi dini elm budur?Din təhsili bəzilərin zənn etdiyi kimi bir şeyləri əzbərləmək deyildir. Din təhsili bir şüur və iradə məsələsidir,təhsilidir.Din təhsili bir ruh və könül işidir.Çünki dinin əsas amacı imandır, imanın da yeri qəlbdir. Qəlb təlimi, könül tərbiyəsi gerçəkləşmədən heç bir şey əldə etmək mümkün deyil.Bunun üçün bəzi sufilər təsəvvüfü tərif edərkən bir kəlmə ilə "Təsəvvüf əxlaqdır" demişlər. Əxlaq da iç çatışmazlıqların yox edilməsi, kinin, kəbirin, həsədin, göstərişin, cimriliyin təmizlənməsi deməkdir. İçin saflığı olmadan gerçək qulluq ola bilməz.Yəni kinli olan dindar ola bilməz.Küdurətin yerinə insafı qoymadan, göstərişi yeniliklərlə əvəz etmədən uzağa getmək olmaz. Getdiyini zənn edən insan yalnız özünü aldatmış olar.Qürur da zatən insanın özünü aldatması deməkdir.Quran-i Kərim xəstəliklərimizin adını tək-tək sayır.Bizim edəcəyimiz şey bu xəstəliklərin yox edilməsi üçün çarələr, tədbirlər axtarmaqdır.Ya tabibə"l-kulab-Ey könüllərin doktoru-deyə aramaqdır. "Aramaqla əldə etmək olmaz, amma tapanlar da ancaq və ancaq axtaranlardır".
   
   İslam dünyası və İslam hümməti olaraq Ramazanlara, Bayramlara, Qurbanlara həmişə böyük acılarla, böyük itkilərlə, böyük qırğınlarla,böyük işğallarla giririk. Siz ən çox, hümmət olmaq (ya da olmamaq) məsələsində Mehmet Akifdən misralarla bu acıları ifadə edirsiniz. Yüz ildir İslam dünyasında böyük hücumlara məruz qalaraq, böyük qardaşlıqlar, böyük birliklər yarada bilməmizi öz vətənimizdə, öz torpağımızda hümmət və qardaş ola bilməmizi nə ilə izah edirsiniz?
   
   -Kainatda olub bitən hadisələrə sufilər fərqli bir tərəfdən baxırlar. Onlara görə hadisələr ya üz gözəlliyinin təcəlli etməsilə, ya da təcəllinin gözəlliyi ilə ifadəsidir.Cəmali təcəllilər Onun-Allahın rəhmət və mərhəmətinin, cəlali təcəllilər isə Kahhar isminin nəticəsidir. İkisi də Onun təcəllisidir. Onun iradəsindən xaric heç bir şey yoxdur. Heç bir yarpaq yerə düşməz Onsuz. Sufilər bir şey daha söyləyir: Bütün cəlali təcəllilər bağrında cəmali təcəlliləri saxlar. Baxmasını və görməsini bilənlər bunu görürlər. Bunu ən gözəl şəkildə ifadə edən şair-sufimiz Niyazi-i Mısradır: "Cəmali zahir olsa tiz cəlali yaxalar onu / Harda bir gül açılsa yanında əli var onun". Harda tikan varsa, orada gül də vardır. Başqa cür desək, bəzi hadisələrə baxaraq ümidsiz olmamaq lazımdır.Dərinlərdə və arxa planda olan cəmali gözəllikləri görmək gərəkir. Çünki ümidsizliyin insan üçün qazandırası şeyləri yüzdə sıfırdır. Allah quluna zülm etməyəcəyinə görə sıxıntılar bizi özümüzə qaytarmalı, günahkarı orda-burda deyil, içimizdə axtarmalıyıq.İçimizi təmizləmədən diqqətə layiq şeylər eləyə bilmərik: "Padşah girməz saraya hanə gözəl olmadan".
   
   Keçirdiyimiz, yaşadığımız müqəddəs günlərin, müqəddəs gecələrin, bu mübarək ayların aramızda rəhmət, mərhəmət, ədalət, səmimiyyət, mənəviyyat duyğularını yenidən yaşatmaq üçün, İslama mənsub olmanın, Peyğəmbərimizə hümmət olmanın, möminləri qardaş bilmənin qiymətini anlamaq üçün müqəddəs zamanları bir səbəb bilməmiz lazım deyilmi?
   
   -Həyatımız üçün zaman və məkan çox önəmlidir. Bu iki kəlmənin qarşısına "müqəddəs" və "mübarək" kəlmələrini gətirərək söyləyirik.Bir digər ifadə ilə dini həyatımızla mübarək zamanlar və mübarək məkanlar arasında sağlam bir bağ və rabitə vardır. Mübarək zamanları şüurlu olaraq dəyərləndirirsək "qənimətlər" əldə edərik.İçində olduğumuz mübarək məkanların fərqinə varsaq "sərvət"lər qazanarıq. Qəndil gecələri bunun üçün önəmlidir. Mübarək yerləri, şəhərləri, qəsəbələri ziyarət edənlər yaşadıqları gözəllikləri anlada-anlada bitirə bilmirlər.Anlatdıqları bərəkətdir. Könül dünyalarındakı fotoqraflardır.
   
   Həccə gedən neyçün bir daha getmək istəyir? Çünki dini həyatın coşqusunun həsrətindədir.Onu təkrar yaşamaq istəyir. Mübarək zamanın və mübarək məkanın könüllərə bəxş etdiyi eşq şərbətindən qana-qana içmək istəyir. Dinin bir hədəfi də insana bu təntənəni yaşatmaqdır. Allah və Peyğəmbər eşqini yaşamaq və bütün aləmə bu eşqi yaymaqdır. Bu duyğuları yaşamadan və şüurlu olaraq həzm etmədən "Yaradılanı Yaradandan ötrü sevərik" demək sadəcə bir ritorikadır,boş bir deyimdir.
   
   


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK