Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ORALARDA KİMLƏR VAR? SEBAHETTİN ALİ Adalet.az | ORALARDA KİMLƏR VAR? SEBAHETTİN ALİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ORALARDA KİMLƏR VAR? SEBAHETTİN ALİ

15939    |   2007-11-28 03:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

SEBAHETTİN ALİ KİMDİR
   
   
   
   26 fevral 1907-ci ildə bu gün Bolqarıstanın sərhədləri içərisində qalan Gümülcə qəzası, Əyridərə kəndində doğulmuşdur.Balıkəsir və İstanbul Muallim məktəblərində bir müddət təhsil aldıqdan sonra Yozqatda müəllimlik etmişdir.Sonra imtahana girmiş və qazanmış, Almaniyaya getmiş, Potsdam və Berlində təhsil almışdır.Oralardan qayıtdıqdan sonra müxtəlif yerlərdə müəllimlik etmiş,Dövlət Konservatoriyasında dramaturuq olmuşdur.1932-ci ildə bölücülüklə məşğul olub deyə üç ay cəza almışdır.Qayıtdıqdan sonra təkrar tutulmuş,mühakimə olunmuş və cəza evinə göndərilmişdir.Cümhuriyyətin 10-cu ildönümü ərəfəsində bir əfvdən yararlanmış və buraxılmışdır.1945-ci ilə qədər müxtəlif yerlərdə çalışmışdır.İşsiz qaldığı bir dönəmdə Əziz Nesinlə birlikdə "Marko Paşa" və onun davamı olan "Mizah" dərgisini buraxmışlar.Bu dərgilərdəki yazılarında bir çox təbəqələri təhqir etdiyi iddiasıyla mühakimə olunmuş və tutulmuş. 2 aprel 1948-ci ildə yurtdan qaçmaq üçün anlaşdığı və qaçmağına yardımçı olan Ali Ertəkin tərəfindən Bolqarıstan sərhədləri yaxınlığıda Sazara kəndinin meşəlliklərində öldürülmüşdür. Şerlər,hekayələr, romanlar yazmış,tərcümanlıq eləmişdir.İlk yazıları Balıkəsir "İrmaq" dərgisində çıxdı.(1925/1926). 1930 cu illərdə hekayə janrına bir həyatilik, gerçəklik və yeni bir nəfəs gətirdi. Hekayələrindən insan duyğuları ustalıqla anladılır.İnsanın zavallılığı və gücsüzlüyünü eyni ustalıqla zaman-zaman nağılvari və dastan üslubunda təsvir etməyi bacarmışdır.
   
   
   
   Azərbaycan oxucuları arasında heç zaman birmənalı qarşılanmayan unudulmaz türk şairi SEBAHETTİN ALİnin 100 YAŞI tamam oldu.Hələ tələbəlik illərindən şeirlərinə bələd olduğum Sebahettin Alinin ölüm nədəni bəlli olsa da, amma uğrunda öldürüldüyü nədən həmişə mübahisə doğurmuşdur.Təbii ki, bizim anlamda bir az da türklüyə qarşı olan bu ölüm nədəni indinin özündə də insanların içində bir etiraz və bir çəkici yanaşma ilə çevrələnmişdir. Amma nə cür yozulursa-yozulsun onun adı türk şerinin ilk sıralarında gələn bir isimdir və 60-cı illərdən hafizəmizə necə çökmüşsə, ən tez yada düşən bir şəxsiyyətdir Sebahettin Ali.Və bu gün onun yaşının 100 olması da bir az şəxsən mənim içimin nostoljisi ilə bağlıdır. Çünki 60-lardan bu yana həmişə yaddaşımda olan bir ad və soyaddır bu.lümlər hər zaman özündə bir gizli sirr saxlamaqdadır. Ki, Sebahettin Alinin ölümü də eləcə. Əsas olan odur ki, ədəbiyyat unutmur.Xatırlanır.Sevilir.Hər yeni nəslə bir xəbərdarlıq kimi yubileyləri qeyd olunur.Klassik türk şeirinin gözəl nümunələrini yaradan bu şairin şeirləri zaman keçdikcə,insan dəyişdikcə, onun içində ilişib qalan bir qərib duyğu Sebahettin Alini ona yaxınlaşdırır və içinə bir rahatlıq gətirir.
   
   
   
   Şeir kitabları:
   
   Dağlar və Rüzgar (1934)
   
   Dəyirman Dağlar və Rüzgar (1965)
   
   Dağlar və Rüzgar,
   
   Qurbağaların sernadası,
   
   başqa əsərələri (1988), tam cilddə
   
   
   
   Roman:
   
   Quyucaqlı Yusif (1837-1988)
   
   İçimizdəki şeytan (1940-1982)
   
   Kürk geyinmiş Madonna
   
   (1943-1988)
   
   
   
   Hekayələri
   
   Dəyirman (1935)
   
   Səs (1927-1972)
   
   Yeni dünya (1943-1982)
   
   Sırça Köşk (1980)
   
   
   
   Dramı:
   
   Əsirlər (1966)
   
   
   
   Sağlığında çap olunmuş doqquz kitabına, "Varlıq" dərgisində yer alan "Əsirlər" dramı da əlavə olununca (1936),yeddi cildlik bir kitabı təkrar yayınlandı (1965/1966).Bütün əsərləri öncə "Bilgi", sonra isə "Cem" yayın evi tərəfindən yenidən çap olundu.Yazarın əsərlərini incələyən Kemal Sülkerin Sebahettin Ali dosyası (1968), Asim Bezirçinin Sebahettin Ali (həyatı, hekayələri, romanları (1974), Kamal Bayramın Sebahettin olayı (1978) kitabları çap olunmuş, daha bir çox araşdırmalar və təhlillər aparılmışdır.Yazarın əsərləri üzərinə Almaniyada da bir çox yazılar çap olunmuşdur.
   
   
   
   
   
   MEHPARƏ
   
   
   
   Nəzmim sənə ilk öncə xitab eylədi, Abla!
   
   Zənnimcə, qələm bunda savab eylədi, Abla!
   
   
   
   Möhneti-gef-i dünya ki, bir alade sədəfdir
   
   Yalnız səni xəlq dür-i nihab eylədi, Abla!
   
   
   
   Aqillərə cebretməsi adətdir anınçün
   
   Bəxtin sənə də bircə əzab eylədi, Abla!
   
   
   
   Haqq sordu bütün xilqəti mənalı üzündə
   
   Sorduqlarına o üzü laf eylədi, Abla!
   
   
   
   Hiss etdi ki, aləmdə anın qeyrisi boşdur
   
   Baxdı anını vəsf-i kitab eylədi, Abla!
   
   
   
   Bəlkə yanılıb Adəm olur zəninə düşdü
   
   Mən acizə də xeyli savab eylədi, Abla!
   
   
   
   Sən üstünə alma keçəni xetmi kelam et
   
   Mehparəsidir fəlsəfənin Ablamız elbet
   
   
   
   
   
   LEYLİM LEY
   
   
   
   Döndüm cansız qopan quru yarpağa
   
   Səhər yeli dağıt məni, qır məni.
   
   Götür tozlarımı burdan uzağa
   
   Yerin yalın ayağına sürt məni.
   
   
   
   Ayın şövqü vurur sazım üstünə
   
   Söz söyləyən varmı sözüm üstünə
   
   Gəl ey hilal, qaşlım dizim üstünə
   
   Ay bir yandan,sən bir yandan sar məni.
   
   
   
   Yeddi ildir gəlməmişəm yurduma
   
   Dərd ortağı axtarmadım dərdimə
   
   Gələcəksən bir gün düşüb ardıma
   
   Qula deyil, ürəyindən sor məni.
   
   
   
   
   
   QIZQAÇIRAN
   
   
   
   Dağlar dik, çeşmələr quru
   
   Yarımın bənizi sarı
   
   lüm var, dönülməz geri
   
   Yeri əsmər atım, yeri...
   
   
   
   Dağlar keçilməzdir qardan
   
   Aman yox jandarmalardan
   
   Ayrılmadım mən bu yardan
   
   Yeri əsmər atım, yeri...
   
   
   
   Yarım bu gecə yoruldu
   
   Qaçırdığıma darıldı
   
   Bax, daha sıxı sarıldı
   
   Yeri əsmər atım, yeri...
   
   
   
   Necə titrəyir qorxudan
   
   Qaldırdım onu yuxudan
   
   Səslər yüksəlir doğudan
   
   Yeri əsmər atım, yeri...
   
   
   
   Ardımca düşdü təqiblər
   
   Boğazıma keçər iplər
   
   Zeybəklər səni ayıblar
   
   Yeri əsmər atım, yeri...
   
   
   
   BİR DOUM GÜNÜ ÜÇÜN
   
   
   
   Göylərin üzü güldümü
   
   Dünyaya gəldiyin zaman?
   
   Azğın sular duruldumu
   
   Dünyaya gəldiyin zaman?
   
   
   
   Günəşlər kimi təkmiydin?
   
   Ay ışığından ağmıydın?
   
   Belə nazlı çiçəkmiydin
   
   Dünyaya gəldiyin zaman?
   
   
   
   Ulduzlar səni sordumu?
   
   Buludlar salama durdumu?
   
   Yerlərin qəlbi vurdumu
   
   Dünyaya gəldiyin zaman?
   
   
   
   Eşqini candan duymuşdum
   
   Canım yoluna qoymuşdum
   
   Doqquz ayda doğulmuşam
   
   Dünyaya gəldiyin zaman?
   
   
   
   Kim bilir necə gözəldin
   
   Göylərdən yerə süzüldün...
   
   Mənim alnıma yazıldın
   
   Dünyaya gəldiyin zaman?
   
   
   
   
   
   RÜZGAR
   
   
   
   Əsmə rüzgar,əsmə rüzgar
   
   Alnımı yalayıb qayıtma.
   
   Qafamda yenə yanğın var
   
   Alovlarımı dağıtma.
   
   
   
   Boşa xərcləmə nazını
   
   Çalma budaqda sazını
   
   İşıqlı ayın üzünü
   
   Qara buludla bağlama.
   
   
   
   Torpağa dəydikcə yanıb
   
   Düz obalarda fırlanıb
   
   Uca dağlarda şahlanıb
   
   Çuxur dərələrdə yatma
   
   
   
   Dağdan düşən sel kimiyəm
   
   Qoca bir budaq kimiyəm
   
   Qurumuş xəzəl kimiyəm
   
   Məni dörd bir yana atma.
   
   
   
   Sən dəli, əfkarım dəli
   
   İkimiz çaşdırıdıq yolu
   
   Viranda bayquş misalı
   
   tmə, dəli rüzgar ötmə.
   
   
   
   QARA YAZI
   
   
   
   Keçmədi yara sözümüz
   
   Yollarda qaldı gözümüz
   
   Yerə sallandı üzümüz
   
   Beləymiş qara yazımız.
   
   
   
   Bənövşələr açmaz oldu
   
   Pınarlar içilməz oldu
   
   Yar da bizə gəlməz oldu
   
   Beləymiş qara yazımız.
   
   
   
   Bu da baxtımın işidir
   
   Bu hər işlərin başıdır
   
   Yar başqasına aşiqdir
   
   Beləymiş, qara yazımız.
   
   
   
   Yalnız ona yar demişdik
   
   Onda bir şey var demişdik
   
   O bizi anlar demişdik
   
   Beləymiş qara yazımız.
   
   
   
   Aman gönül, sən bu gecə
   
   Gələn gecələrdən uca
   
   Gəl susuaq, biz bərbərcə
   
   Beləymiş, qara yazımız.
   
   
   
   ƏSKİSİ KİMİ
   
   
   
   Sənələr sürər hər günüm
   
   Yalqız getməkdən yorğunam
   
   Zənnetmə səndən küsmüşəm
   
   Mən sənə, sənə vurğunam.
   
   
   
   Başqalarına gülsəm də
   
   Səndən uzaqda qalsam da
   
   Sevmədiyini bilsəm də
   
   Mən sənə, sənə vurğunam.
   
   
   
   Dağaları aşdıqca aşdım
   
   Geri qaldı yar yoldaşım
   
   Gəl sevgilim,gəl qardaşım
   
   Mənə sənə, sənə vurğunam.
   
   
   
   Könlüm səninkinə yardı
   
   Eyni şeyləri duyuardı
   
   Ayaqlarımız yaralı
   
   Mən yenə sənə vurğunam.
   
   
   
   Unudulub döyülmüşəm
   
   Doğduğum gündə ölmüşəm
   
   Yalnız sənə güvənmişəm
   
   Mən yenə sənə vurğunam.
   
   
   
   QIYMADIIM
   
   
   
   Ey bir zaman baxıb baxıb
   
   Gözlərindən ddymadığım
   
   İndi qürbətdə buraxıb
   
   Səsini də duymadığım
   
   
   
   Evdə qapanıb qaldınmı
   
   Seyrana çıxıb güldünmü
   
   Başqalarının oldunmu
   
   Mənim deyə bilmədiyim.
   
   
   
   Axıdıb gözüm yaşını
   
   Xatırlaram gülüşünü
   
   O qıvrım-qıvrım saçını
   
   Sinəm üstə tökmədiyim
   
   
   
   Sən dik yamacın selisən
   
   Sən məndən daha dəlisən
   
   İndi kimlərin qulusan
   
   Saçlarını görmədiyim
   
   
   
   Necə vurğunam bilirdin
   
   Neyçin məndən üz çevirdin
   
   Kimlərin qoynuna girdin
   
   Ay öpməyə qıymadığım.
   
   
   
   
   
   HƏBSXANA ŞƏRQİLƏRİ
   
   
   
   3-cü şərqi
   
   
   
   Burda çiçək aça bilmir
   
   Quşlar süzüb uça bilmir
   
   Ulduzlar da işıq saçmır
   
   Keçməyir, günlər keçməyir.
   
   
   
   Ortalıqda gəzişirəm
   
   Düşünürəm büzüşürəm
   
   Əcəb yuxular görürəm
   
   Keçməyir, günlər keçməyir
   
   
   
   Könüldə əski sevdalar
   
   Gözümdə dərələr, dağlar
   
   Aynalı xəyalım ağlar
   
   Keçməyir, günlər keçməyir.
   
   
   
   O tərəfdə mövsüm bahar
   
   Dəstə-dəstə dolaşanlar
   
   Zaman orda su tək axar
   
   Keçməyir, günlər keçməyir.
   
   
   
   Yanımda yatan yabançı
   
   Hər sözü zəhərtək acı
   
   Bütün dərdlərin ən gücü
   
   Keçməyir, günlər keçməyir
   
   
   
   5-ci şərqi
   
   Başın önə əyilməsin
   
   Qəm etmə, könül, qəm etmə
   
   Ağladığın görünməsin
   
   Qəm etmə, könül, qəm etmə...
   
   
   
   O yanda dəli dalğalar
   
   Gəlib divarları yalar
   
   Səni bu səslər oyadar
   
   Qəm etmə, könül, qəm etmə...
   
   
   
   Görməsən belə dənizi
   
   Çevir göyə sən üzünü
   
   Dəniz kimdir göy üzü
   
   Qəm etmə, könül, qəm etmə...
   
   
   
   Dərdlərin qalxınca şahə
   
   Bir küfür yolla Allaha...
   
   Görəcək günlər var daha
   
   Qəm etmə, könül, qəm etmə..
   
   
   
   Güllə ata-ata bitər
   
   Yollar gedə-gedə bitər
   
   Cəza yata-yata bitər
   
   Qəm etmə, könül, qəm etmə...
   
   
   
   SON MƏKTUB
   
   
   
   Ey yar, bu məktubu aldığın dəmdə
   
   Qara torpaqlara verdim kəndimi
   
   Hər şey mənə əngəl oldu aləmdə
   
   Bir çoşğun nəhr idim, yıxdım bəndimi
   
   
   
   Mənim könlüm doğulandan dəliydi
   
   Başqa dünyaların çoşğun seliydi
   
   Bunun belə olacağı bəlliydi
   
   Hər şey bitən sel yerinə döndümü?
   
   
   
   Dünya durmaz bahar olur, qış olur
   
   Bəlkə sənin gözün dolu yaş olur
   
   Mən qəribəm, mənim könlüm xoş olur
   
   Sevdiklərim ayda, ildə andımı?
   
   
   
   Ulduz olub sənə işıq tutaram
   
   Bülbül olub pəncərəndə ötərəm
   
   Yer altında bəlkə rahat yataram
   
   Yer üstündə çəkdiklərim yandımı?
   
   
   
   İndi yaşamağı dadlı bilərsən
   
   Qoşarsan, gülərsən, tez yorularsan
   
   Bir gün olar yenə mənə gələrsən
   
   Dəli gönlün olanları qandımı?
   
   


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK