Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ORALARDA KİMLƏR VAR: Adalet.az | ORALARDA KİMLƏR VAR: Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ORALARDA KİMLƏR VAR:

Müzəyyən Senar -2

16392    |   2007-10-24 06:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ATATÜRKÜN ÇOX SEVDİYİ SƏS SƏNƏTÇİSİ

Senar Kimdir
   
   
   
   Türk Sənət Musiqisinin ünlü səsi Müzəyyən Senar 1919-cu ildə Bursada dünyaya gəldi. Musiqi təhsilini Anadolu Musiqi Cəmiyyətində kamança ustadı Kemal Niyazi Ceyhun Bəy və ud ustası Hayriyə xanımdan aldı. Dinləyicilərdə heyranlıq yaradan bir səsə sahib olan bu istedadlı qızcığazın səs-sorağı yayıldıqca o zamanın Sadettin Kaynak, Selahettin Pınar, Lemi Atlı, Mustafa Nafiz İrmak kimi çox şöhrətli musiqi sənətçiləri ona dərslər verdilər. Zamanın sevilən mahnılarını təqdim edən Senar bu mahnılarla birlikdə həmin musiqiçilərin ən çox tanınan əsərlərini də proqramına aldı.
   
   Kemal Niyazi Bəy və Hayriyə xanımın dəstəyilə İstanbul Radiosunda çalışmağa başlayan Senar cümə axşamı günləri böyük maraqla izlənən bir verilişə daha çox dəvət olunur.Senarı bu proqramda dinləyənlər arasında İstanbulun ən məşhur musiqi səhnələrindən biri olan 10-cu il Belvü Kazinosunun sahibi İbrahim Dərvişzadə də olar və kazinonun 1933-cü il yaz sezonunun Ulduzlar proqramına Müzəyyən Senarı da dəvət edər. Senar sonraki illərdə İstanbulun tanınmış daha başqa konsert salonlarında çıxışlar etməyə başlar.
   
   Müzəyyən Senarın istedadı Cümhuriyyətin qurucusu və Türk sənət musiqisinin böyük heyranı Atatürkün də diqqətini çəkər və sənətçi həmin vaxtdan dəfələrlə onun hüzurunda və ona aid xüsusi məclislərdə iştirak edər.
   
   Müzəyyən Senar 1938-ci ildə Ankara Radiosunda ilk çıxışlarını etmiş və 1941-ci ildək davam edən bu çıxışlarla ölkənin ən ucqar yerlərində belə məşhurlaşmağa başlamışdır.
   
   Türkiyənin məşhur konsert salonlarındakı proqramlarıyla şöhrət qazandıqdan sonra vallar yazdırmağa başlar və musiqişünasların fikrincə, türk musiqisinə yeni bir nəfəs gələr.1983-cü ildə İstanbul Bəbək Konsert Salonunda ilk solo konsertini verər,bu tarixdən sonra yalnızca ən böyük konsertlərdə və musqili toplantılarda çox xüsusi dəvətlərlə çıxışlar edər.
   
   Türk Sənət musqisinin böyük səsi,Dövlət Sənətçisi Müzeyyen Senarın sənət həyatı, konsert və albomlarla davam edir.
   
   Keçdiyimiz günlərdə səhhətində yaranan rahatsızlıq üzündən xəstəxanaya aparılan böyük səs sənətçisi Müzəyyən Senara Allahdan şəfalar diləyirik və bizim oxucularımız üçün daha aydın olsun deyə, onu müqayisə etmədən böyük müğənnimiz Şövkət xanım Ələkbərovaya bənzədə bilərik.
   
   
   
   "KEŞKƏ MÜZƏYYƏN SENAR OLMASAYDIM DA,
   
   BİR AİLƏM OLSAYDI..."
   
   
   
   (əvvəli keçdiyimiz çərşənbə)
   
   
   
   
   
   Yaxşı bəs atanız kim olub?
   
   - Qəhvəçiydi. Doktor çantası da vardı, heç unutmuram, ilk dişimi o çəkdi. Bax, bu dişimi. Eyni zamanda cərrahlığı da vardı.Yunanlara baxardı. Onların cinsəl xəstəliklərini müalicə edərdi. O qədər qızılı vardı ki... Arvadları evini yıxdı o qızılların. Sonra səfil gününə düşdü. Anam qaçdı, mən də anamı axtarmağı başladım.
   
   Niyə qaçdı ki ananız?
   
   - Çünki atamı şəxsən özü yatağında bir başqa qadınla yaxaladı. 28 sənə babama dözüb yaşamış anam "buraya qədər" demiş və atamı tərk etmiş. Mən də təbii anamın axtarışına çıxdım. İstanbulda başladıq bu işlərə.
   
   Gənc Müzəyyən necə bir qadın idi? Dəli-dolu, çılğın, qayda-qanun tanımaz və özünə güvənli bir qadınmı?
   
   - Dəli-dolu olduğum doğru. zümə bir güvənim də vardı. Çox adam döydüm, amma çox da aldandım. Mən inanırdım insanlara. Qəbahətim bu.
   
   Arxanızca düşən kişilər çox idimi?
   
   - Belə də demək olar. Amma elə indinin özündə də mənə çevrilib baxanlar var.Qadınlığıma baxanlar var.Keçən gün çimərliydəydik. nümüzdən mənim yaşlarda bir bəyəfəndi keçdi, çevrilib bir baxdım. "Əcəba məni tanıyırmı?"-deyə. Adam mənə yaxınlaşdı : "Bir göz atdınız, məni sehrlədiz"- dedi. Guya gözlərimlə mən onu çağırmışam! İstanbul Kazinosundan,1940-cı illərdən danışdı.Bütün bunları danışarkən bir tərəfdən əlimi buraxmır.
   
   Xoşunuza gəldimi?
   
   - Bəs necə. Məndən iki yaş kiçikmiş. Ağzından bal damırdı adamın.
   
   Gəncliyinizdə hansı macəralarınız olub?
   
   - 1947-ci ildə sürücülük vəsiqəsi aldım. İstanbulda iki adamda Playmouth maşını vardı, bir məndə, bir Tatarilərdə. Bəyoğlunda vur-tut 100 maşın vardı. O illər elə illərdi ki,nə trafik, nə də bir əngəllər vardı.Və mən keyfim istədiyim kimi sürürdüm.Hələ o zaman qadınlar maşın sürmürdülər.Mən maşın sürməyi çox sevirəm.Hələ də sürürəm.
   
   Keçmişə baxanda nə düşünürsünüz? "Mən niyə bu dəlilikləri elədim" -deyə düşünürsünüzmü?
   
   - Düşünməmək olarmı? Çox dəliliklər elədim. 1933-cü ildə səhnəyə çıxdım, daha doğrusu çıxartdılar, 10 lirə verirdilər. Ailəm üçün yaşamaq yeri idim.Bu işi heç istəmədim. Amma xeyr də deyə bilmirdim.Bu gün soruşsan, "Heç peşmançılığın yoxmu?". "Var" deyərəm. Müzəyyən Senar olmaq yerinə, bir kişiylə bir ömür keçirməyi istərdim.Keşkə bir adamla birlikdə yaşlanabilsəydim. Bu gün bir dostumun 66 yaşını qeyd eləyəcəyik.66 ildir evlidirlər. Nə gözəl bir şey.
   
   Hər şeyi bir kənara qoyardınızmı, yəni eyni adamla bir ömür yaşamaq çətin olmazdımı?
   
   - Çətin olmazdı məncə. Gözəl olardı.
   
   Bunun nəyi gözəldi?
   
   - Aaa döyərəm səni! Bundan daha gözəl nə var?
   
   Sizin üç əriniz oldu, eləmi?
   
   - Təəssüf ki, təəssüf ki... Biri məni hey döydü, ayrıldım.Atatürkü sevirəm deyə döyürdü.
   
   Niyə?
   
   - Nə bilim vallah, döyürdü də.
   
   Atatürkü qısqanırdımı yəni...
   
   - Onu deyil, məni qısqandı. 1935-lərdə olub bu.Mən 17, 18 yaşındaydım.
   
   Adama demədinizmi "Başın xarab olubmu, Ata hara, mən hara...
   
   - Deyə bilərdimmi? Mən çox gənc, qucağımda da uşağım.Sonra Fərayə və mərin atasına ərə getdim Ankarada. Onunla da 9 sənə yaşadım.Sonunda bir söz üçün ayrıldıq. Uşağın məktəb pulu üzündən.Onu da tərk etdim.
   
   Demək ki, siz də 60 sənə bir adamla ömür sürəcək bir qadın deyilmişsiniz, heç güzəşt-zad yox,əsəbiləşən kimi ayrılıqdan dəm vurmusunuz.
   
   - Doğru, amma elə həmişə mən nazını çəkdim başqalarının.Heç mənim nazımı çəkən olmadı.Corab belə alan olmadı. Sizə toxunmazmı bu?
   
   Üçüncüsü, ən çox sevdiyiniz adam idi,elə deyilmi?
   
   - Ooooo. Yollarımız onunla daha tez ayrıldı.Əslində mətbuat ayırdı bizi.
   
   Necə yəni?
   
   - Ayırdı də.Rahat qoymadılar məni. Ankarada Səudiyyə Ərəbistan səfirinə aşiq olmuşdum. Necə gözəl bir adamdı, bəmbəyaz. Səhnələrdən çəkildim. Səhnəyə əlvida dedim. zü də bir ərəb üçün! Qiyamət qopdu. Qapılarımı sındırdılar,daşa basdılar evimi, çirkin karikaturalar çəkdilər, ağılalmaz xəbərlər yazdılar.Adamı rəsmən ölkədən qovdular.
   
   Nədən onunla getmədiz?
   
   - Çocuklarım kiçikdi, gedə bilmədim. Olmadı,olmadı. İndi də yanıram,yanıram,yanıram...
   
   Bəs o adam nə oldu?
   
   - Dərddən öldü.
   
   
   
   BÜLENTi də ZEKİni də MƏN SƏHNƏYƏ ÇIXARDIM
   
   
   
   Bülent Ersoyun "yaradıcısı" olaraq anılmaq sizin üçün rahatlıq gətirirmi?
   
   - Xeyr, mən yaradıcı deyiləm.1974-cü ildə gəldi yanıma. "Sizə vallarımı gətirmişəm"- dedi. "Qızım, bir otur görüm"- dedim, "Mən qız deyil, oğlanam"- dedi. "Olsun"- dedim. Valları qoydu, "İnşallah, bir gün bir şey olursan"- dedim, getdi. Altı il sonra Fahri Bəy dedi ki, "Bir oxuyan var onu dinləyək, bəyənsən "Maksim" kazinosuna çağıracağam". Haqqında danışdığı adam Dədə Əfəndidən oxudu, "Çox gözəl"- dedim və sonra Bülent "Maksim"də oxumağa başladı. Mən çıxartdım yəni Bülenti səhnəyə. Zəkini də eləcə. Zəki iki sənə yanımda kazinoda çalışdı. Səhnədən enərkən "Oğlum çıxır" deyərdim.Büləntlə də "Maksim"də çalışdım. Mən hərkəslə çalışıram. İş məndə. Nə davamız olurdu, nə hay-küyümüz. Olmazdı. Çünki mən yaxşıyam. İnsanları yola verməyi bacarıram. Bir mübahisəli şey olanda özüm bunun çarəsini qılaram.Nə istəyirlər çalışıb əlacını tapıram.
   
   Sizi təqlid etdiyi üçün deyirlər Bülent məhz Ərsoy oldu. Bu sevindirici bir şeymi, üzücümü?
   
   - Təqlidlə olmaz. Dəyişmək lazımdır,dəyişməsələr şəxsiyyət olmazlar. Amma onlar dəyişdilər. Zəki vibrasyon verdi səsinə, Zəki Mürən oldu. Bülent də çox gözəl oxuyurdu, amma eynən mənim kimi idi.Sonra baxdım, bağırır, öldürür özünü, səsini idarə edə bilmir və mən olmaqdan çıxdı. Amma təbii ki, ikisi də mənim vallarımdan çox təsirlənmişdilər.
   
   ATATÜRKÜN YANINA BEŞ DƏFƏ GETDİM.
   
   Atatürklə göz-gözə gəlmək necəydi?
   
   - Ürkütücü...
   
   Səsi?
   
   - Üzündəki sərtliyin əksinə səsi incəydi.
   
   Boyu necəydi?
   
   - Orta boylu. Kişilərə qısa boylu demirlər.
   
   Geyimi keçimi...
   
   - Çox şıx geyinirdi.Musiqini çox sevərdi. Hər axşam dinlərdi. Amma onunla sadəcə beş dəfə görüşdük.
   
   Mahnı oxuyarkən ona baxaraqmı oxuyurdunuz?
   
   - Xeyr. Çünki yanında oturdurdu məni: "Və həm də deyirdi belə oturacaqsan". Siyah bir dəftərim vardı, onu açıb "Oxu!" deyirdi. Mən şərqi oxurkən o da mənimlə birgə oxuyurdu.
   
   
   
    Ayşə ARMANdan
   
   uyğulama
   
   
   
   


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK