Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ORALARDA KİMLƏR VAR: HÜSEYN AVNİ CİNOZOĞLU KİLSƏ və QƏRB MƏDƏNİYYƏTİNDƏ "ACI" METAFORA ÇATIŞMIR Adalet.az | ORALARDA KİMLƏR VAR: HÜSEYN AVNİ CİNOZOĞLU KİLSƏ və QƏRB MƏDƏNİYYƏTİNDƏ "ACI" METAFORA ÇATIŞMIR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ORALARDA KİMLƏR VAR: HÜSEYN AVNİ CİNOZOĞLU KİLSƏ və QƏRB MƏDƏNİYYƏTİNDƏ "ACI" METAFORA ÇATIŞMIR

14748    |   2007-09-12 05:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şeirlərində mistik metaforalardan sıx-sıx istifadə eləyən türk şairi Hüseyn Avni Cinozoğlu psixoloji məqamlardan təmizlənmiş qərblilərin bu qədər barbarlaşmasını mədəniyyətlərindəki "böyük acıların" yaşanmamasında görür.***
   
   
   
   "SAFRANBOLUDA YALNIZ BİR DƏNİZ FƏNƏRİ" olaraq tanınan və "gurultu qoparmadan" şeirlərini yazmağa davam edən bir şair Hüseyn Avni Cinozoğlu. İstanbula bitmək-tükənmək bilməyən bir sevda ilə bağlı, amma Safranboluya da bir o qədər tutqun olan Cinozoğlu şeirlərində istifadə etdiyi mistik və mifoloji detallarla dolu azad bir şeirə imza atır. Gah Yusifi quyudan çıxaran, gah İsanın Roma qarşısındakı zəfərini anladan Cinozoğlu bu metaforalarla cağdaşlığa uzanır. Hüseyn Avni və "Möhür" nəşriyyatında çap olunan yeni şeir kitabı KOR KİTABÇI və şeirləri haqqında.
   
   
   
   -KOR KİTABÇI 16-cı şeir kitabınız. Bizə şeirə nə zaman və necə başladığınızı anlada bilərsinizmi. İlk şeiriniz harda çap olunmuşdur?
   
   -"Anadangəlmə şairlik" deyilən bir anlayış var bəzi şairləri tanıdarkən bu deyimdən istifadə olunur. Mən bu tipdən olan şair kimi tanınıram. Əslində anadangəlmə şairlik deyilən bir şeyin har hansı bir üstünlüyə malik olduğunu qəbul edən birisi deyiləm. Bu gün şairlər üçün "şairanəlik" deyilən bir tələnin olması ortada və bu bir çox zaman rahatsızlıqlar da gətirir. Zatən gerçək şeiri tanıdıqdan sonra doğuşdan şair olmaqla şeir arasında dalğa qıran təpələrin olduğu görünməkdədir. Şeiri bir əsər olaraq düşünən, uzun bir yol sonucunda quran və fəlsəfi bir problemi də şeirin ana temasına daxil edən şeirlərə və şairlərə haqlı bir heyranlıq hiss etdim. Çağdaş Türk şeirində düşündürücü axıcılığı və dərinliyi şeiriyyət qoxuyan əsərlərdə ən ustaca yaradan şair İsmət zəldir.
   
   İlk şeirim 1978-ci ildə rəhmətlik Subutay Hikmətin çap etdiyi "Saçak" şeir dərgisində yayınlandı. Eyni zamanda şair arkadaşım Abdulkadir Budakın yardımı ilə o illərin ən yaxşı şeir dərgisi olan "Hakimiyyət Sənət" dərgisində tez-tez görünməyə başladı. Daha sonra çap olunmaq çətinliyi çəkmədən "Oluşum", "Varlıq", "Mavera" dərgilərində şeirlərim yer aldı.
   
   -Şeiriniz hansı mərhələdə az-az görünməyə başladı? Şeirlə bağlı həyatınızdan bir şeylər söyləyə bilərsinizmi?
   
   -Hüquq fakültəsində oxuyarkən siyasi bir ortamın içinə düşdüm. Dönəmin ruhuna uyğun "idealist" bir niyyətdən dəstək alan, iddiaya və ideoloji düşüncələrə dayanan şeirlərdi ilk şeirlərim. Nəslimin seçkin şairlərindən Osman Sərhat Erkəkli bu şeirlərim üçün "Çap etdir bu şeirləri, bu çox yaxşı nümunələrdir" - deyərək, ilk kitabımı daha dərgilərdə şeirlərim çıxmadan çap etdirməyim bir xata oldu. Hüquq Fakültəsindən məzun olduqdan sonra siyasi ortamın da təsiri ilə həyatımda önəmli və ağır bir durğunluq oldu. Politik, siyasi şeirdən sürətlə uzaqlaşdım. Şəxsiyyətimi daha parlaq ifadə edəcək, düşüncələrimi sadə yolla anladacaq, içimin səsini eşitdirə biləcək eşq, xatirə, acı və incikliləri ortaya qoyan şeirlər yazdım. Daha sonra insan, tarix və daha başqa şeyləri incələyən insani və cəmiyyəti ifadə edə biləcək "şəhər" şeirləri ortaya çıxdı. İstanbul və Safranbolunu ifadə edən şeirlər. Bu güzərgahlardan sonra hər nə qədər fəlsəfi qavramlarla şeiriyyət ifadə edən fəlsəfi olmasa da, Doğu toplumuna xas olan düşüncələrlə "Hikmət" olaraq adlandıra biləcəyim düşünsəl bir yetkinliyi içinə alan hadisələri duydum. İnsani məsələlərdə dini motivlərlə, mifoloji hadisələrlə, ruhunu qeyb edən bir dünyanın çığırtlarına girişmək istədim. "Kor Kitabçı"dan öncə "Kölgəsiz Qəndil" kitabım 2001-ci ildə "Hera" Yayınlarınca çap olundu. Bu iki kitabım arasında tematik bir bütünlük var. Bəlkə irəlidə bu iki kitabımı tək bir kitab olaraq çap etmək imkanım olar. Bir az fasilədən sonra böyük mövzulara girişmək istədim. Zatən son on ildir Batı qaynaqlarından çox, Doğu qaynaqlarına marağım artmışdır. Doğu düşüncəsini Anadolu topraqlarında təmsil edən Hacı Bektaşi Vəli, Yunus Əmrə, Mövlanə kimi marşallar var. Son iyirmi ildir Türk mədəniyyət dünyası, daha çox Doğu qaynaqlarına əsaslanır. Bir də cəmiyyət və ayrı-ayrı fərdlər üzərində Batı modernizminin dözülməz təsiri, get-gedə şiddətləndiyi üçün bir müdafiə mexanizmi düşünmək lazımdır. Modernizmin barbar üzü və günahı üçün Auschvitz, Serblər, Xirosima kimi faciələri unutmaq gərək deyil. Hələ bunlar arta da bilər. Bəlkə də şeirimin təməl əsaslarından birinə toxunmadığımı deyəcəksiniz. Həmən onu da əlavə edirəm: bəlkə bu mənim şəxsi problemlərimlə bağlı bir izlənim. Psixo-patoloji olmasa da psixo-patolojinin "dəlilik" məqamını özündə ehtiva edən şeirlər. Çoxu "Kitablık" dərgisində yayınlanan şeirlərimdir.
   
   -"İSA QILINCSIZ MƏLUB ETDİ ROMANI" deyə başlayır kitabınız... Kitabınızın əsas qayəsi bu misradamı? Mütləq bilginin, mədəniyyətin qaba qüvvətə, zorbalığa təslim olduğuna bir işarətmi kitabınız?
   
   -Burada Roma, modernizmin yaratdığı barbar, qaba gücü təmsil edir. Keçmişdə olduğu kimi, bu gün də Roma yıxılamayacaq bir əzəmətə sahib. Təəssüf ki, dünən Hitlər də məğlubedilməz görünürdü. Mən Hitlerin yüksəlişində və məhvində İlahi bir yazının tərtəmiz ifadəsini görürəm. Sizin dəyərləndirməniz çox doğru. Bu AÇAR CÜMLƏNİN açılımı kitabdaki Roma dünyası ilə, günümüz modern arasındakı bənzərliyə tənqidi bir yanaşmada olduğumu söyləyə bilərəm. Tanrıya tapınan dünyanın mədəniyyət təcrübəsində geridə qalmış bir etap olmasına, bu düşüncənin çağımızda bəzi insanlarca dirilməsinə qarşı olan mübarizəm bu metafora ətrafında dərinləşməsinə səbəb oldu. Klassik faşizm öncəsi Roma faşizminin bir nümunəsi.
   
   -Sıx-sıx istifadə etdiyimiz mistik-metafizik və mifoloji varlıqlar şeirlərinizə nağılvari və dastanvari bir hava verir. Bu metaforaları seçmənizin səbəbi nədir?
   
   -Metafizik, mistik rəmzlər uşaqlıqdan bəri yaşadığım və içimə aldığım inancdan və bu toprağın ruhundan qaynaqlanır. Mən uşaqlıq xatirələrimin gözəlliyilə ruhən kəndimin ağacları altındakı Yörük məzarından uzaq düşmədim. Modernizm kəskin bir qılıncla həyatımızı, anılarımızı, hətta inandığımız şeyləri ikiyə böldü. Bir də mifoloji rəmzlərlə insani əhval-ruhiyyəni və məsələləri vermək istədim. Məsələn, "YAQUBUN AISI" şeirimdə: "Fironlar qanlı əlləriylə altın qəlpələri tutarkən" misrasında fironlar neft və silah tacirlərini, altın külçələrini də çirkin bir ticarətdən əldə etdikləri zənginlik olaraq anlaya bilirik". Bir də qaliba insanın var olmaq məsələsinin cavablarını, dünyəvi düşüncənin ən çox narahat etdiyi müqəddəs kitablarda tapmaq mümkündür. Məsələn, Həzrəti Yusufun hekayəsində bir möcüzəylə məhv olmuş bir insanı yenidən yaratmaq metaforunda öz ifadəsini tapmışdır. "Kitaplık" dərgisində yayınlanan bir şeirimi misal verim:
   
   
   
   YUSUFUN BAHTI şeiri
   
   
   
   Enər işıq quyulara
   
   Misirdən gəlir
   
   taxta yüksələn nərdivan.
   
   
   
   Səmimi olmaq lazımdırsa, mistik metaforaların bir az öncə bildirdiyim kimi, inamımızın əsası Quran-i Kərimdəki Bakara surəsində yer alan "Mən qullarıma onların qaldıra bilməyəcəyi yükü yükləmərəm" ayətini, yaşadığım həyatın zor mərhələlərini xatırladığımı da tam bir həqiqət olaraq dəyərləndirdim. Tənqidçi Yıldız Ecevit bir yazısında göstərdiyi qədəriylə: Qərb ədəbiyyatının əsas nümunələrinin mistikadan yaralandığına işarət edərək şair və yazarlarımızın mistikadan uzaq durmalarını təlqin edir.
   
   Bir də ortaq insanlıq metaforu olaraq Həzrəti İsanın çarmıxa çəkilməsi, Həzrəti Hüseynin şəhid edilməsi, Həzrəti Məryəmin çəkdiyi acının ortaq bir acı olaraq insanların yaddaşında yer almasını unutmamalıyıq.
   
   Məsələn, axtarışların nəticəsi olaraq Füzulinin əsərlərinin çoxunun Həzrəti Hüseynin şəhid edilməsinə dayalı böyük bir acı hissinin, şəhidlik psixologiyasının üzərində yarandığı söylənir. Bu səbəblə Füzuli Kərbəla torpağına bağlıdır. Qərbli insanın mədəniyyətində "böyük acı" metaforaları olmadığı üçün bir çox əsərlərdə gördüyümüz kimi, Batılı insan asanlıqla barbarlaşa, vəhşiləşə bilir. Batı modernizminin hədəflədiyi psixologiyadan təmizlənmiş şəxs əslində sənayeləşmiş, robotlaşmış bir insandır. Psixologiyasından təmizlənmiş şəxs son təhlildə cəmiyyətdən təcrid olunmuş varlıqdır. Dünya və həyat insana - "əşrəf-i mahlukat "a Tanrının verdiyi bir ərmağan. Dünyanı və həyatı rədd edən bir əzabkeşliyi, bir əzab çəkməni mən müdafiə etmək fikrində deyiləm.
   
   -"Kor Kitabçı" şeirinizdə: "nə dəmiri əridə bildi şeir, nə qılıncdan kəskin ola bildi"- deyirsiniz. Amma şeirin dəmiri əridə biləcəyi, qılıncdan da kəskin ola biləcəyini düşünürdüm mən. Bu barədə fikriniz?
   
   -Əslində mən də sizin kimi düşünürəm. İsanın qılınca əl atmadan Romanı məğlub etdiyini düşünürüksə, bəlkə bir arzunun hənuz gerçəkləşməməsinin yaratdığı bir ümidsizlik... Şeirin dəmiri əridəcək, qılıncdan kəskin olacaq bir gücü olduğuna inandığım, ümid etdiyim üçün israr etdim. Bir məqsədim olmasaydı, bu misraları yazmazdım. Bəlkə şəxsi düşüncəmdə bir iç mübarizənin məğlubiyyəti kimi də düşünülə bilər. Başqa bir anlamda şair dostum Mehmet Sarsmaz son şeir kitabının adını "Böyük Başarısızlıq" qoymuşdur. Bu adı çox bəyəndiyimi söyləyərək Mehmet Sarsmazı təbrik etdim. Və şairlərin "böyük başarısızlığa" düçar bir taleyə malik olduqlarını söylədim. Ən azından öz adıma böyük bir başarısızlığı yaşadığımı etiraf edə bilərəm. Bu başarısızlığı çox dəyərli şair Abdulkadir Budakın aşağıdakı misraları ilə də dəyərləndirmək mümkün:
   
   "Məğlub olunacaq qədər güclüyəm artıq".
   
   Sonuc olaraq İsa da hikmətli sözlə məğlub etdi Romanı. Mahmud Dərviş, Ahmed Dahbur kimi şairlər də silahla deyil, yaxın bir gələcəkdə sözlə, şeirlə zəfər qazanacaqlar. Sizin də təsbit etdiyiniz kimi, Cemal Süreya da "Şeir dünyanı dəyişdirmək vasitələrindən biridir" mühakiməsiylə şeirə önəmli bir üstünlük verən şəxsiyyətdir. Bu ümidinizə mən də qatılıram.
   
   


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK