Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ORALARDA KİMLƏR VAR: SUAD ALKAN: ŞERİM GÜN ÜZÜNƏ ÇIXMAQ ÜÇÜN 40 İL GÖZLƏDİ Adalet.az | ORALARDA KİMLƏR VAR: SUAD ALKAN: ŞERİM GÜN ÜZÜNƏ ÇIXMAQ ÜÇÜN 40 İL GÖZLƏDİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ORALARDA KİMLƏR VAR: SUAD ALKAN: ŞERİM GÜN ÜZÜNƏ ÇIXMAQ ÜÇÜN 40 İL GÖZLƏDİ

SUAD ALKAN KİMDİR

14349    |   2007-09-05 04:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1940-cı ildə Dənizlidə doğulub. Tələbəlik illərində Bədiüzzamanla tanış olub. Onu hələ tələbəlik illərində ziyarət edib. Bu ziyarət zamanı olan xatirəsini qələmə alıb. Bu görüşdən alınan xatirə-yazının bəzi fraqmentlərini aşağıda təqdim edirik:
   
   Şair Suad Alkan 60-cı illərdən bu yana yazıb yaradan bir şair və bu uzun illər ərzində onun şerləri çox az, lap çox az çap olunub və ya heç çap olunmayıb desək daha doğru olar. Demək bəzi şeylər bizlərdə olduğu kimi, başqa yerlərdə də eynən yaşanır. Yalnız nədənlərində bəzi fərqlər ola bilir. Bu illər ərzində yazdığı şerlər haqqında oxucularla paylaşmaq üçün nəhayət bir kitab çap etdirmək qərarına gəlib. Gözlərimizin alışdığı şer kitablarından bir az fərqli; böyük həcmdə, cildli, fotoqraf və ebru janrında çəkilmiş rəsm əsərləriylə zənginləşdirilmiş bir kitab. Alkanın şerlərinin bu qədər zaman məsafəsindən sonra işıq üzü görməsində həm səbrli, həm də həyəcanlı olması o saat diqqəti çəkir. Şairin AY SİMFONİYASI adını verdiyi şerlər toplusu başqa şer kitabları arasındakı yerini almaqda gecikdisə, buna cavabdeh şairin ürəyindəki sözlərin qələmə axması məsələsidir. Və bu zamanı gözləmək dözümüdür.
   
   ***
   
   "İçimdə bir şerin var olduğunu bilirəm; fəqət şer məni öz vaxtını gözləməyə məcbur edir"- deyən şair duyğusuna qəfil girən "Şerlərimi bir kitabda toplamadan ölürsəm..." təlaşına qapılmasaydı, hələ də gözləməyə davam edəcəkdi. Fransada yaşayan və oraya "qapandığını" hiss edən Suad Alkan böyük bir məsuliyyət hissi ilə yazdığı şerlərinin kitablaşmasından mutluluq və həzz duyduğunu söyləyir; ancaq digər yandan da kitabının hənuz bazara hesablanmadığına da inanır. Nə zaman ki ədəbiyyat tənqidçiləri şer haqqında yazılar qələmə alır və şeri sevərlər "Bu adamın şeri mənə bir şey söylərmi?"- deyə maraqlanırlar, bax o zaman AY SİMFONİYASI öz vaxtını yaşamaq üçün doğulmuş sayıla bilər. Və bundan sonra şerə həyat vermək gərəkdir. Şair "İndi şerimə bir dəyər verilməsini və şer dünyasında yaşamağa davam etməsini səbrsizliklə gözləyirəm"-deyir.
   
   Suad Alkan, "nazlı" şerlərinə həyat verməzdən öncə də bir çox sıxıntılar yaşamışdır. Nəşriyyatlar onun şer kitabını onun təklif etdiyi kimi RƏSMLİ nəşr etmək istəməmiş, bəziləri də: ŞERİN ZAMANI KEÇİB, SATILMAZ ŞER KİTABI deyərək yola verməmişlər. Bütün bunlara baxmayaraq, o heç də bədbinliyə qapılmayıb: "Təəssüflər olsun ki, əvvəllər çox gözəl gördüyüm meyvələrin bir çoxunun içinin çürük olduğunu da gördüm. Şer hər şeydən daha çox nazlıdır və yaşamaq haqqını kimsədən tələb etmək olmaz" - deyir.
   
   YAXŞI, O ZAMAN SUAD ALKAN AYRICA OLARAQ KİTABINI BƏR-BƏZƏKLƏ ÇAP ELƏMƏYƏ NECƏ BAXIR?
   
   "Rəsmli şer kitablarını ilk dəfə 1990-cı ildə Fransada gördüm. Parisin bir rəsm qalereyasında gördüyüm və sonra izini itirdiyim rəsmlər vardı. Bax, o rəsmlərin içimdə qalan həsrətini "ikinci bir şer" kimi gördüyüm ebru rəsmləri və fotoqraflarla ifadə etməyə çalışdım"-deyir.
   
   
   
   Suad Alkan 1986-cı ildən bu yana Fransada yaşayır və bu günlərdə böyük önəm və əmək verdiyi doktorluq dissertasiyasını tamamlamaq üzrədir. Bu ölkənin, xüsusilə də Parisin küçələri, kitabxanaları, rəsm qalereyaları və şer məskənləri ilə şairləri içinə alan bir məkanın var olmasını təsəvvür etmək heç də çətin deyil. Üstəlik də fransız dili əsl poeziya dili kimi tanınır, zəngin səslərə malikdir, musiqili bir dildir. Fransaya gedən şairlərin ilk illərdə yarı fransızca, yarı türkcə alababat şerlər yazdıqları təbii və bir baxımdan bu məcburi zamanı Suad Alkan da yaşamış. AY SİMFONİYASI kitabında fransızcada vur-tut bir şer var: "LE NOUVEAU OUR". Həmən yanındakı səhifədə şerin türkcəsi verilmişdir. (Bu praktikadan bizlərdə də istifadə olunur). Ancaq şairdən soruşsanız fransızca şerlər yazmaqdan bir o qədər də məmnun deyil.
   
   "Şerlərimi dil bölgüləriylə dəyərləndirmək istəmirəm. Mənim şerim mədəniyyətin yüksəlməsinə xidmət edir və bünövrədən bildiyimiz bir dili daha da inkişaf etdirməkdən başqa bir şey deyildir" - deyən Suad Alkan "kökə enmənin çiləsi" deyə tanıtdığı şerini başqa türlü izah etmək, yəni şerə bir milli don geyindirmək və başqa şerlərin davamı kimi dəyərləndirmək kimi fikirləri sevmir. Şerlərində Mövlananı, Yunus Əmrəni, Necip Fazılı, Sezai Karakoçu, Nedimi və Bakini görən şair Bədiüzzamanın özü üçün tamam başqa bir aləm olduğunu da qəbul edir. Parisin Sabroono Universitetində "BƏDİÜZZAMANDA ELM VƏ MODERN SƏNƏT FƏLSƏFƏSİ" mövzusunda bir elmi iş təklif edən Alkan "BƏDİÜZZAMANIN DÜNYA MƏDƏNİYYƏTİNƏ VERDİYİ THFƏLƏR MƏNİM ŞERİMDƏ BİR SƏNƏT İFADƏSİ OLARAQ ORTAYA ÇIXIR" - deyir.
   
   


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK