viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bir qəzanın sirri Adalet.az | Bir qəzanın sirri Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Bir qəzanın sirri

61847    |   2014-03-15 10:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həmid Herisçi "Yeni Müsavat" qəzetinin "Müəmma" layihəsi üçün "Ədalət" qəzetinin baş redaktoru, yazıçı İradə Tuncayla söhbət edib.

Sınaqlı seyidlərin, müqəddəs övliyaların adi danışıq dilindən savayı bir başqa öz dilləri də olur, adətən. Misal üçün, Bakının sonuncu övliyası sayılan Mir Möhsün ağanın bax bu xüsusi dilinə yalnız bacısı Səkinə xanım bələdmiş. Deyilənə görə, bu bacı-qardaş arasında qəribə, izahsız telepatik əlaqə varmış. Onlar bir-birini həm də danışıqsız, nitqsiz duyurmuşlar. Oxşar halı Astaradakı "Seyid Əhməd" ziyarətgahında ötən il mən özüm canlı şəkildə müşahidə etmişəm. Qəribəbir qadın burda ziyarətçiləri qəbul edir, dərdlərini diqqətlə dinləyir, yalnız özünə məxsus xüsusi dildə cavablarını səsləndirirdi. Digər yaşlı bir xanım, deyilənləri anında, dərhal havadaca tutaraq, dilimizə tərcümə edir, qısası, bu işə var gücünü sərf edib savab qazanırdı özünə.
Övliyalara məxsus bu cür xüsusi nitqləri ilk dəfəydi eşidirdim. Həyəcandan alnım azca tərlədi. Bütün səylərimə, cəhdlərimə baxmayaraq, mövzu bir müddət qaranlıq qaldı mənimçün. Lənkərandan Bakıya uzanan yol boyu elə bu barədə düşünsəm də, əlimdə bir ipucu yox idi ki, həmin mövzuya dərindən girişim.
İradə Tuncayla "Müəmma" layihəsi çərçivəsində görüşümüzədək, bəli boynuma alıram, həmin bu mövzu çox dumanlı görünürdü mənə. Lakin fikrimdə bir açar da vardı... Gəldim Mətbuat xiyabanındakı Azərbaycan nəşriyyatının binasına. Liftin mafraq düyməsini basdım, kabinədə silkələnə-silkələnə qalxdım altıncı mərtəbəyə. Köhnə-köşkül sovet parketini cırıldada-cırıldada gəlib yetişdim "Ədalət" qəzetinin redaksiyasına. Baş redaktora məxsus təzə qapının, öz ağırlığına, sanbalına görə digərlərindən seçilməyi gözlərimdən qaçmadı. İradə Tuncay söhbətimiz zamanı əyləşdiyi yumşaq kreslonun manevr imkanlarından geniş istifadə etdi. Söhbətin nəbzinə, istiqamətinə, hədəfinə uyğun olaraq kreslosunu gah sağa fırladı, gah sola. Susub fikrə dalarkən bir cür görkəm aldı, danışarkən bir başqa cür. Dəyişməz, hərəkətsiz qalan bircə cəhətiydi - səmimiyyəti. Bir də gözlərindəki bir bənzərsiz ifadə, hə, görürdüm, dünya dağılsa belə dəyişən deyildi.


"Bunu mənə yaşatdılar..."

- Vallah , Həmid, məncə mənim həyatımda müəmma flan olmayıb axı. Mənə görə elə bizim yaranışımız müəmmadı - yəni fikirləşirəm atamla anam görüşməsəydilər, başqa adam kimi dogula bilərdim. Həyatım başqa olardı. Bu mən MƏN olmazdı. Ayrı heç nə xatırlaya bilmirəm. Amma əlahəzrət genetika var, o öz sözünü deyir. Hərdən fikirləşirəm bu qədər ağrı daşıyıram içimdə və bu da mənə genetik olaraq ötürülüb. Fikirləşirəm görəsən nəslimdəki hansı qadına və ya kişiyə daha çox oxşayıram? 500 il əvvəl əcdadlarım necə görkəmdə olublar? Amma dəqiq bildiyim bir şey var - ata tərəfin genləri daha güclüdü. Və mən Naxçıvanda az olsam da o torpağın insanlarına daha çox oxşayıram. Naxçıvan qəribə bir yerdi, o iqlim insan xarakterinə birbaşa təsir edir. Sərt, təzadlı... Niyə belədi? Niyə oralıyam? Gülməlidi eləmi? İnadkar, tərs, ədalətin olmadığını bilə-bilə onu axtaran... Özün də yaxşı bilirsən şəhərdə doğulub böyüyən uşaqlar kosmopolit olurlar, həm də bizim evdə heç vaxt region söhbəti olmayıb... Amma iş elə gətirdi ki, bunu mənə yaşatdılar...
Oxuduğum kitabların həyatıma birbaşa təsiri olub. Bəzən özümü həmin qəhrəmanlar kimi hiss eləmişəm. Sən hər şeydə mistika axtarırsan, bilmirəm bəlkə elə mən də sənə mistik biri kimi görünürəm...
- Məmməd Araz ömrünün son iyirmi ilində bir başqa, müəmmalı dildə danışırmış... Ancaq ailə üzvlərinin anlayacağı dildə...

- Müəmma yox idi burda. Xəstəlik və onun fəsadları. Və bu başına belə işlər gəlmiş hər kəsə bəllidi, ailə üzvləri öyrənirlər bu dili. Uşaqların dilin anası bildiyi kimi...
İradə Tuncay fikirlərində yarımçıqlıq hiss edərək susmağa qərar verir. Sanki beyniylə deyil, gözləriylə, baxışlarıyla düşünməyə başlayır bir an. Axırda dilə gəlir.
- Bu, atamın öz diliydi... bu, göz diliydi, söz dili deyildi əsla. Parkinson xəstəliyi əzələ zəifliyinə gətirir. Nəticədə dil əzələləri də boşalır. Xəstə məcbur qalır bir başqa...( İradənin siması sərtləşir - H.H). - bənzərsiz bir dildə danışmağa.
- Siz bu dilə bələddiz?
Dilimin ucunda pıçıldadığım sualımı İradə eşitmədi. Üzündə təəccüb ifadəsini canlandırdı. Lal dilində, sözsüz, lakin çoxmənalı bir baxışla sualımı təkrarlamağı xahiş etdi. Aha, deyəsən istədiyimə çatmışdım - İradə xanım, atası Məmməd Arazın "öz dilində, göz dilində" mənə nəsə ötürürdü. Nadir fürsəti əldən qaçırmayıb bu mənalı "gizli nitqi" anlamağa, eşitməyə səy göstərdim. Bildim ki, Məmməd Arazın bu lal nitqini öyrənməsəm, övliyaların gizli telepatik dilini anlamaq fürsətindən birdəfəlik məhrum ola bilərəm. Şükür, bu baş vermədi. İradənin ifasında o telepatik dili söz-söz, cümlə-cümlə eşitməyə başladım.
Bu dar məqamda, fevral ayının boz rəngi pəncərədən ayrılıb İradənin fikirli simasına qondu. Mənzərə çox təsirliydi mənimçün. Mövzuya tam uyğundu.

Onun işığının yanması üçün bütün işıqlar sönməliymiş

- Amma bir dəfə qəribə bir hadisə oldu... Bu barədə romanımda da yazmışam. Gəl o cümlələri sənə indi oxuyum.
İradə Tuncay susunca, qonşu otaqdan kabinetinə televizorun, yad addımların səs-küyü soxulur. Var diqqətim söhbətimizdədir deyə, bu xırdalıqlara əsla fikir vermirəm. İradənin dodaqları xəfifcə titrəyir:
- Təxminən 10-13 il əvvəl, 2002-ci ildə birdən-birə bütün ölkənin işıqları sönür. Yadınıza gəlir? İndiyə qədər də o işıq məsələsiylə bağlı qaranlıq məqamlar çoxdu mənimçün. Hər halda səsləndirilmiş rəsmi versiya... yumşaq deyim, inandırıcı deyildi. Aradabir işıq yananda teleefiri izlədim və elə efirdən bildim ki, təkcə mən deyiləm qaranlıqda qalan.
Bütün ölkə o vaxt zülmətə qərq olmuşdu. Səbəbini indiyəcən gizləyirlər. Demirlər. Mən narahatdım. Pəncərələrə artıq qaranlıq qonmuşdu...
Söhbətimiz uzanırdı...
- Evdə şamı yandırdım.
İradənin gözləri mənə deyil, öz daxilinə tuşlanmışdı.
- Gördüm kölgələr də məni vahimələndirir. Çıxdım bayıra, pilləkənlər üstündə oturdum. Sevimli köpəklərim də quyruqlarını bulaya-bulaya hərəsi bir böyrümdə. Ulduzlar alışıb-yanır, az qala tökülürlər həyətə, lap əlini uzat götür. Bu parıltı, gözümdəki nəmin içində sınırdı, parçalanırdı göy qurşağının yeddi rənginə. Mane olurdu ulduzlu səmaya diqqətlə baxmağıma. Göz diqqətim yayınsa da, ürəyimin diqqəti ordaydı - ulduzlarda. İtlərimin biri, başını dizim üstə qoyub, sevgi dolu gözlərlə elə hey baxırdı mənə... Düşündüm daxilimdə - görəsən, bir Allah bəndəsi niyə belə baxa bilmədi mənə? Ya mən görmədim? Ürəyimin gözü ilə baxırdım üstümə yağan bu ulduz yağışına. Marağımız qarşılıqlıydı - ulduzlar da elə bil mənə baxırdı. Ürəyimin teleqraf aparatı ulduzlara telepatik mesaj göndərirdi sanki - "Bir qapı açılsın... Bir yol olsun... Bir əfv fərmanı imzalanır yuxarıda... Ulduz saatım gəlir..."
İşıqlar yandı səhəri gün... Bir neçə gün sonra isə zəng gəldi telefona, məni işə çağırırdılar.
- Belə çıxır ki, sizin "işığınızın" yanması naminə əvvəlcə ölkənin bütün işıqları sönməliymiş, hə? - yavaşcana səsimi bir pillə yuxarı qaldırıram.
- Hə, elədir.
İradə öz xatirələrindən birtəhər ayrılıb iri gözlərini nəhayət mənə zilləyir. Məmməd Arazın "öz dili, göz dili" ürəyimə sancılır elə bil. Daxilimdə pıçıldayıram: "Bu cür telepatik mesajı ulduzlar, yad planetlilər də eşidər, vallah".

***

İradə Tuncayın böyük ruh yüksəkliyi ilə təsvir etdiyi ölkəni qaranlığa qərq edən o gün indiyə qədər sual doğurur. Nəydi belə bu qəza? Niyə göydəki ay cismi olduğundan bir qədər böyük görünmüşdü o gün bəzilərinə? Düzü, bu paranormal hadisəni yadplanetlilərlə əlaqələndirənlər də var. Bəziləri israr edirlər ki, o gün Azərbaycan üzərində uçan boşqabların əsl paradı baş verib, möcüzələr biri digərini əvəzləyib. İradənin dedikləri də bu şək-şübhələri bir daha doğruldur.
Eyni mənzərəni Bakı İcra hakimiyyətinin nümayəndəsi Çingiz Cəfərli, fizika müəlliməsi Nigar Dubina, ən vacibi isə Azərbaycan Milli Aerokosmik Agentliyinin "Planetin kosmik monitorinqinin elmi əsasları" sektorunun müdiri, BMT nəzdində Beynəlxalq Enerji-İnformasiya və İnformasiologiya akademiyalarının akademiki, mərhum astrofizik-ufoloq Fuad Qasımov da təsdiqləyirdi:

- Həmin gün Azərbaycan səmasında on altı ədədə yaxın UNO (uçan nəməlum obyekt) qeydə alınıb. Uçan boşqablar, bəzən elektrik stansiyalarından gəlib enerji sovururlar. Məncə, o vaxtkı Mingəçevir qəzasını təkcə bax elə bununla izah etmək mümkündür. Oxşar hadisələr 80-ci illərdə Nyu-Yorkda da özünü göstərib, şəhərin elektrik təhcizatını pozub. Yevlaxdakı Yenikənd elektrik stansiyasında da vaxtaşırı belə "oğurluqlar" qeydə alınır.
Düzü, 2002-ci il 13 iyul hadisələrinin bir şahidi də elə mən özüməm. İndiki kimi yadımdadır - Nardaran qumsallıqlarında uzanıb göydəki parlaq ulduzlardan gözlərimi ayıra bilmirdim. Ay elə biləsən öz adi vəziyyətindən daha da böyük göründü bir an mənə. Söz yerinə çəkər deyiblər -AZTV-də "Ay işığında" verilişi gedirdi. Səriştəsiz teleaparıcı, yarıqaranlıq studiyada öz qonaqlarıyla şeir, ədəbiyyat barədə uzun-uzadı, yorucu söhbətlər aparırdı. Qonaqlar da tər içindəydi, elə aparıcı da. Bu vaxt qəfildən elektrik işığı oynadı, qısa qapanma nəticəsində bütün ölkənin gözü kor oldu. Hə... AZTV-nin "Ay işığı" verilişi sanki öz sərhədlərini böyüdüb bütün ölkəni öz əhatə dairəsinə aldı. Bir an, bəli, bu aldadıcı hiss ilə tək-tənha qaldım. Dünya bir başqa, fərqli şəkildə göründü gözlərimə. Elə bil yad planetdəydim. Elə bil yadplanetlilərlə görüşəcəkdim bax indicə.
Bağ evimizin suvaqsız divarını bəzəyən rus rəssamı Brüllovun "Pompeyin son günü" tablosu, yadımdadı, həmin gecə bütün diqqətimi təkrar-təkrar özünə cəlb etdi. Məşhər gününün əlamətlərini hiss edirdim ətrafımda. Hamı yerində donub qalmışdı. Kimsə ağzını açıb danışmağa belə cürət etmirdi.


Susuz

- Ulduzları, ayı eyni oxşar vəziyyətdə çox sonralar da müşahidə etdim. Həmin günün fenomeni bir dəfə də məni imtahana çəkib.
İradə Tuncay köksünü dərindən ötürüb, başını bulayır. Katibəsinə çay sifariş edir. Sonra redaksiya əməkdaşlarından birinin pıçıltısını xeyli dinləyir. Ucadan "Yooooxxx!!!!" deyərək məsələni tezbazar qapayır. Yenidən qayıdır söhbətimizə.
- 2011-ci ilin iyul ayında səyahətə çıxdıq. Biləsuvardan adlayıb yetişdik Araz qırağına. Sovet vaxtları qatara əyləşib Naxçıvana gedərkən mən pəncərələrdən elə hey Güneyə baxardım. İndi vəziyyət 180 dərəcə öz oxu ətrafında tərsinə çevrilmişdi. İndi biz Güneydən öz ərazilərimizə - işğalda Qarabağa baxırdıq. Sonra keçdik Türkiyəyə. Yetişdik Qarsa. Çıldır deyilən ərazidə bir yer var - adı "Susuz". Bax orda tam mistik, müəmmalı əhvalat baş verib məni də, Aqili də əməlli-başlı mat-məəttəl qoydu. "Susuz" adlanan bu yerdə qəfildən "Mercedes"imizin su çəni deşildi. "Mercedes"in mühərriki qızıb dayandı. "Susuz" adlanan bir yad ünvanda biz həqiqətən susuz qalmışdıq. Ətraf zil qaranlıq... terror, PKK bölgəsi... Yanımızdan ötənlər ayaqlarını əyləcə bircə dəfə də basmadılar. Var sürətlə böyrümüzdən elə hey ötüb keçdilər.
- Tam müəmmadır. Necə izah edərdiz bunu? - sualını səsləndirincə gözlərim önündə həmin mənzərə canlanır. Təsəvvür edirəm Aqillə İradənin ordakı təəccübünü.
- Yenə ulduzlar, yenə səma... Üzümü tutdum göylərə... Narahat deyildim amma...
- Cavab gəldimi? - səbirsizlik nümayiş etdirib İradənin sözünü yarıda kəsirəm.
- Əlbəttə. Gəldi. Aqil lap özünü itirmişdi. Əl telefonuyla Bakıdakı sürücüyə zəng edib yazığın abrını ətəyinə bükürdü. Gecə saat 2-də baş verən bu əhvalat həm də gülməliydi, vallah. Ancaq mən göydəki ulduzları tanış görürdüm. Təcrübəm deyirdi ki, yalvarışlarım, göylərə ünvanladığım "öz dilim, göz dilim" bu dəfə də cavabsız qalmayacaq. Qəfildən bir kamyonun nəhəng təkərləri asfalta sancılıb dayandı. Kamyonçu dadımıza çatıb su verdi bizə ...
- Bəlkə başqa aləmdən gəlmişdi o? Bu barədə düşünmədiz ki? Bəlkə... bütün ağırlığımı masa üzərinə töküb ehmalca İradəyə tərəf dartınıram.
- Nə bilim... bəlkə də... Hər halda "Susuz" deyilən yerdə susuz qalmağımız çox mənalıydı. Elə bil yenidən imtahana çəkilirdim.
İradə, diyircəkli qələmini masaya taqqıldadaraq bir an özünə qapılır. Gözlərini gah qıyır, gah tam açır. Axırda bir başqa səslə bitirir söhbətimizi:
- Bir daha "göz dili"min qüdrətinə inandım orda. Telepatiyaya güvənim artdı.

Qətl günü

Bakının son övliyası sayılan Mir Möhsün ağanın gizli, telepatik nitqini bacısı Səkinə xanım bildiyi kimi, Məmməd Arazın da oxşar nitqinə İradə xanım da bələdmiş. Bu telepatik nitq sonradan dəfələrlə İradənin dadına çatıb - ən çətin dar məqamlarında kömək əlini əsirgəməyib bu gözəl xanımdan. Ulduzlar aləminə, yad planetlərə, bəlkə yadplanetlilərə çatdırıb xahişlərini. Niyyət edib göylərə açdığı ovucları tez də öz arzusuna çatıb.
Lakin o qaranlıq günlə bağlı digər fikirlər də mövcuddur Bakı ufoloqları arasında. Həyatını müəmmalı şəkildə bitirmiş alim-ufoloq Fuad Qasımov isə bir az fərqli fikirlər səsləndirirdi bu barədə. Dövrü mətbuatda getmiş bu məlumatları indi təkrarlamaq lap yerinə düşür. Məlumatlarda deyilir: 2002-ci il 13 iyul tarixi. Ufoloq F.Qasımov sensasion məlumat yayır: "UNO, Bakı sahillərində qəzaya uğrayıb və dənizin 80 metr dərinliyindədir. F.Qasımovun açıqlamasına görə, bu hadisə UNO-ların Xəzərin akvatoriyasında müşahidə bazalarının olmasından xəbər verir: "Unikal hadisə Xəzəryanı ölkələrin hakimiyyət strukturlarında ajiotaja səbəb olub". Ufoloq Rusiya tərəfinin Azərbaycan rəhbərliyinə ünvanladığı müraciətin mətnindən bir neçə cümlə dilə gətirir: "Sizin aşkar etdiyiniz naməlum uçan obyekt bir ölkənin mülkiyyəti hesab oluna bilməz. Belə ki, Aşğabad konvensiyasına əsasən, Xəzəryanı ölkələrə yalnız suyun təki məxsusdur. UNO isə suyun təkindən kənardadır, ona görə də obyektdən bütün sahilyanı ölkələr birgə istifadə etməlidirlər". F.Qasımov deyir ki, Rusiya Azərbaycandan bir neçə dəfə UNO-nu almağa cəhd göstərib: "Bu məqsədlə Moskva meri Yuri Lujkov, keçmiş baş nazir Vladimir Çernomırdin Bakıya səfər ediblər. Səfərlərin gedişində UNO-la bağlı yüksək səviyyədə danışıqlar aparılıb. Məhz bu məqsədlə Bakı aeroportuna içərisində 6 MİQ qırıcısı olan "Ruslan" təyyarəsi göndərilib. Qırıcılar UNO ilə dəyişdirilmək üçün nəzərdə tutulubmuş". Ufoloq onu da deyir ki, 2002-ci il noyabrın 25-də baş verən zəlzələni də tektonik silah vasitəsiylə Rusiya təşkil edib".

Az sonra dünya şöhrətli alim-ufoloq Fuad Qasımov müəmmalı şəkildə dünyasını dəyişir.

***

Kimə inanaq bu söhbətlərdə? İradəyə, yoxsamı ufoloq Fuad Qasımova? Rusiya hökumətinə? Sabiq Moskva meri Lujkova, baş nazir Çernomırdinə? Xəzərin dibinə çökmüş uçan boşqaba? Baş verən müəmmalı ölüm hadisələrinə? Özünüz deyin, kimə inanaq, yaxşı?
Mən, babalı boynuma, İradəyə inanmaq istəyirəm. Baş vermiş müəmmanın müsbət tərəfinə güzgü tutmaq niyyətindəyəm. Bəlkə o vaxt yadplanetlilər, uçan boşqablar bu qədər əhalimiz içində ancaq elə İradənin "öz dilini, göz dilini" eşidib günahlarımızı bağışlayıblar? Əfv ediblər bizləri, hə?
Kim bilir...
Müəmma... Müəmma...
Kim bilir, bəlkə o gecə bizi labüd təhlükədən məhz bu gözəl xanım qurtarıb?


İmza:

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : DAŞ
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : İMTAHAN
2007-02-16 : TƏZADLAR
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK