Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | BUQƏLƏMUNLUQ Adalet.az | BUQƏLƏMUNLUQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BUQƏLƏMUNLUQ

16748    |   2007-04-04 02:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Altımışlardan üzü bəri, bir az da bərilərə gəlsək doxsanlardan dünyada gedən proseslər və xüsusilə də sovetlərdə gedən proseslər leksikonumuza sıx-sıx işlənən bir söz gətirdi":: DƏYİŞİM. Təbii ki, həyatımızın bütün yönlərində":: geyimimizdən tutmuş taki yeyib-içdiyimiz bütün qidalara qədər bir dəyişim içində yaşamağa başladıq və TƏFƏKKÜR DƏYİŞİMİ bunların arasında ən çətini oldu. Və bu TƏFƏKKÜR deyilən şey bir başa insanın içiylə bağlı olduğundan bu nəticəyə gəlmək mümkündür ki, ən aydın və ən bariz görünən bu":: Başlığa bax.
   
   
   
   
   
   PƏNCƏRƏDƏN DAŞ GƏLİR
   
   
   
   ?Kino+? qəzetinin baş redaktoru, şair (hərcənd ki, son vaxtlar ona Şair deyilməsindən bir az diksinir,bunu özü bilər) Şərif Ağayar öz qəzetində (?Kino+? 16 mart 2007-ci il ) ?2007-ci il Gənclər ili elan olundu? məqaləsində yazır":: ?Əksər yaradıcı təşkilatlar, və bu təşkilatlarda iş tempi bu cürdür. (Yəni ölgündür.T.A.).Ancaq burada birmənalı yaş həddi də yoxdur. Məslən, elə bizimlə üzbəüz Tofiq Abdin (?Mədəniyyət? qəzeti) işləyir. 60 yaşlı bu qələm sahibinin düşüncəsi də, iş tempi də, son texniki avadanlıqlardan istifadə bacarığı da bir çoxlarına nümunə ola bilər.Ənənəvi olsa da qeyd edirəm ki, mənim iradımın ruhən gənc olanlara aidiyəti yoxdur?.
   
   Bu xəbəri oxuyan redaksiamızın əməkdaşı mənə deyir":: Görürsənmi, Şərif Ağayar qonşuluqda sənə daş atır. Səni bir ŞAİR VƏ YAZAR və hətta HƏMKAR KİMİ yox, son texnikanı bilən bir texniksyen kimi təqdim edir.
   
   Nə deyim vallah, bunun yorumu sizlərdən!!!!
   
   
   
   Bir vaxtlar, orta məktəb illərində mənim üçün ən dəhşətli şeylərdən biri pambıq yığımına getmək idi və mən bunu bir cəhənnəm əzabı hesab eləyirdim.Baxmayaraq ki, onun özünün də bir romantikası vardı. (Sevişmə anları və duzlu şorla qarpız dadı...) İndi isə yazmaq əzaba çevrilib. SÖZ əzab çəkir,ona görə ki, SÖZƏ baxan yoxdu.Yazıya baxan yoxdu. Elə əvvəllər də beləydi.Yəni bir zamanlar o romantik ?anlarla dolu? pambığı becərdiyimiz kimi, indi də SÖZ becəririk və buna görə də, indi bir termin də peyda olub ƏDƏBİYAT TƏSƏRRÜFATIMIZ. Və elə bu təsərüfatın məhsulu kimi, içimizin ağrısından və acısından təcrid olunmuş, arınmış SÖZ əkirik ağ varaq tarlasında. Və mənə elə gəlir ki,elə həmişə belə olub. Söz həmişə yazıq olub. Və belə bir anda yazmağın da çətinləşməsini mən təbii hesab edirəm və ya yazılanın oxunmamasını da mən gözəl başa düşürəm. Ən gözəl yazıçı belə SÖZÜN əlində məhkumdu. Tez-tez Səməd Vurğunun iki misrası yadıma düşür
   
   Qılınclar toqquşub iş görən zaman
   
   Neylər dediyiniz quru bir vicdan
   
   İndi ortada qılınclar toqquşmasa da, bu məmləkətdə Dövlətlər baş-başa gəlib ki, kimin hara xidmət etdiyini əstəğfurullah, heç Allahın özü də bilmir. Bir Sovet dövləti vardı, ona xidmət etmək indi görünür ki, necə də zövqlü bir şeymiş. Çünki bir qurumu vardı və o qurum da nə istəyirdi bilinirdi və o qurumdan da nə istənirdi bu da bilinirdi.
   
   Və buna görə də indi sözün vəziyyəti məhz Səməd Vurğun dediyi kimi ağır bir gündədi. Nədən belə oldu? Təsəvvür edin ki, ilk başlanğıcda bir gecənin içində uzun illər ən samballı bir qəzet hesab olunan mətbu orqanı bir anda adını dəyişdi və yeni bir ad aldı və guya o oldu başqa bir qəzet.
   
   Biz bunu çox sakitcə qarşıladıq.
   
   Və təsəvvür edin ki, bizim gözlərimzin önündə bundan daha dəhşətli şeylər baş verdi və baş verir. Biz heç nə eləyə bilmirik.
   
   Və bir-bir tövbələr yazılır. Adam inana bilmir ki, insan necə kərə tövbə eləyə bilər və mən o adamları yaxından tanıdığımdan onların tövbəsinə artıq qətiyyən inanmıram və vaxt da bunu göstərdi...
   
   Baxın, bu gözəl Bakını sifətinə. Baxın. Nə qədər yenilik görərsiniz. Pis, yaxşı. Amma dəfələrlə jurnalistlərin yazmağına baxmayaraq gəlin görək ?gözəlim Azərbaycan türkcəsi? bizim, yeni əlifbamız- latın qrafikası, bu küçələrdə nə gündədir? Nə vəziyyətdədir?
   
   Və qəribəsi budur ki, bəzən çox maraqlı şeylərin şahidi olursan. Baxıram bir polis idarəsininn qapısında yazılıb FİLAN RAYONUN POLİS İDARƏSİ. (TƏBİİ Kİ LATINCA). Əcəb yaxşıdır.Əcəb gözəldir.Türklər demiş, pək iyi.Və elə bu anda yadıma 1964-cü il düşür.Və xatırlayram ki, tələbəlik illərində bir Azadlıq təşkilatının üzvi kimi tutulanda (bunu bir neçə dəfə xatırlatmağım hər zaman məqamına düşdüyü üçün belədi. Elə başa düşülməsin ki, bir qəhrəmanlıq etmişəm) mənə KQB-də verilən suallardan biri də bu idi":: ÖZ ŞAİRLƏRİMİZ QALA-QALA NİYƏ NAZİM HİKMƏTİ OXUYURSAN?
   
   Evimdən onun kitabı tapılmışdı.
   
   Fikirləşirəm, bax o latın qrafikasında yazılan sözlərin o tərəfində bir vaxtlar onların mənəvi ataları olan insanlar məni tutub sorğu-suala çəkdilər. Düşünürəm bax, o latın qrafikasında yazılan sözləri hər gün oxuyub otağına keçən o polis işçisi, nədən bu qrafikanın yolunda can qoyan, baş qoyan və indi də bu iş uğrunda ədalətlə mübarizə edən insanları tutub incidir? Nədən? Niyə?
   
   Söhbət burda ədalət uğrunda çarpışan insanlardan gedir.
   
   Və bütün bunlardan sonra fikirləşirəm ki, ilahi, bizim sifətimiz neçə dəfə dəyişə bilərmiş? Sifət dəyişir. İÇİMİZ dəyişmir.Və ən dəhşətlisi və qorxulusu odur ki,bəzən, bəzən yox, çox zaman İÇİN SİFƏTDƏN XƏBƏRİ olmur. Sifətin içdən də eləcə. Bax, o zaman əsil faciə başlayır.Bunun qabağını almaq üçün heç bir tərbiyə yolu yoxdu məncə. Bu insanın özüylə doğulan şeydir. Bəlkə də bunun da bir yolu var. Bəlkə də... Biz bir çox şeyləri hələ itirməmişik və bunları köklü itirməmək üçün daha diksinməyin,silklənməyin vaxtı çatıb.
   
   Qəribə bir zamanın mənzərəsində dolanarıq. Bu onu qınayır, o bunu qınayır. Alan satanı qınayır, satan alanı qınayır. Kimsə dərdini bir yerlərə deyə bilmir.
   
   Mərkəzi Komitə yox!
   
   Lenin məzarı yox!
   
   Kreml yox! (Təbi ki, bu nostalji, mazi kimi başa düşülməsin!!!!!!!).
   
   Bir doqquzuncu mərtəbənin doqquzuncu mərtəbəsində yaşayıb zibili bir başa aşağı atan, o biri doqquzuncu mərtəbənin doqquzuncu mərtəbəsində yaşayıb eyni şeyi eləyəni qınayır.
   
    O da bunu eyniylə qınayır.
   
   Jurnalist jurnalisti qınayır
   
   Siyasətçi siyasətçini.
   
   Bizə demokratiya öyrədənlər indi bizim dediklərimizə dözmür.
   
   Ən heyrətlənləndirici, canım-gözüm, ən dəhşətlisi budur.O zaman nədən məni bədbəxt edirdin, gözəlim insan? Nədən? Bir yerlərə çıxmaq üçünmü bunları elədin?
   
   Yox, bu cür davam etməz.
   
   Jurnalist yazdığına inanmır.
   
   Siyasətçi dediyinə.
   
   Ötür ötürdü. Beləcə gedir.Beləcə gedəcək.Və hətta öz ölkəsini candan AZAD görmək istəyən bir insan da, bu məmləkətin AZADLIĞI ÜÇÜN heç nə eləmək istəmir.
   
   Keyləşmişikmi bilmirəm?
   
   Yorulmuşuqmu bilmirəm?
   
   Və nəydi bu AZADLIQ! Bu azadlıq SƏNDƏN və MƏNDƏN başlamalıydı? Axı biz yenə də yalanlarla və ÖZÜ DƏ BÖYÜK-BÖYÜK YALANLARLA qulaqları doldururuq,yenə də öz İÇİMİZİN tərbiyəsini unuduruqsa, yenə də bu xalqa, bu millətə yekə-yekə yalanlar və YEKƏ-YEKƏ ÜMİDLƏR VERİRİKSƏ hansı AZADLIQDAN danışmaq olar?
   
   Mirzə Cəlili də öldürən AZADLIQ AĞRISI oldu?
   
   Ələkbər Sabiri də...
   
   Rəsul Rzanı da...
   
   Arzu edərdim":: nə bu dediklərim olaydı, nə də mən bunları yazıb üzüləydim. Vaxt itirəydim. Bu vaxtda mən balalarımın üzünə bir az da doyunca baxardım...
   
   
   
   
   
   ORALARDA KİMLƏR VAR
   
   
   
   
   
   Sebaheddin Ali-100
   
   
   
   
   
    ( MARTIN 31-DƏ BOLQARSTANIN EYRİDƏRƏ MAHALINDA ŞAİRİN 100 İLLİYİ TƏNTƏNƏLİ QEYD EDİLMİŞDİR).
   
   
   
   
   
   1907-ci ildə bu gün Bolqarıstanın sərhədləri içərisində qalan Gümülcinə qəzası, Əyridərə kəndində doğulmuşdur. Balikəsir və İstanbul Muallim məktəblərində bir müddət təhsil aldıqdan sonra, Yozqatda müəllimlik etmişdir. Sonra imtahana girmiş və qazanmış Almaniyaya getmiş, Podstam və Berlində təhsil almışdır. Oralardan qayıtdıqdan sonra müxtəlif yerlərdə müəlimlik etmiş, Dövlət Konservatoriyasında dramaturq olmuşdur.1932-ci ildə bölücülüklə məşğul olub deyə üç ay cəza almışdır.Qayıtdıqdan sonra təkrar tutulmuş, mühakimə olunmuş və cəza evinə göndərilmişdir. Cumhuriyətin 10-cu ildönümü ərəfəsində bir əfdən yararlanmış və buraxılmışdır. 1945-ci ilə qədər müxtəlif yerlərdə çalışmışdır. İşsiz qaldığı bir dönəmdə Əziz Nesinlə birlikdə ?Marko Paşa? və onun davamı olan ?Mizah? dərgisini buraxmışlar. Bu dərgilərdəki yazılarında bir çox təbəqələri təhqir etdiyi iddiasıyla mühakimə olunmuş və tutulmuş. 2 aprel 1948-ci ildə yurtdan qaçmaq üçün anlaşdığı və qaçmağına yardımçı olan Əli Ertəkin tərəfindən Bolqarıstan sərhədləri yaxınlığıda Sazara kəndinin meşəlliklərində öldürülmüşdür. Şerlər, hekayələr, romanlar yazmış,tərcümanlıq eləmişdir. İlk yazıları Balkəsir İrmaq dərgisində çıxdı. (1925/1926). 1930 cu illərdə hekayə janrına bir həyatilik, gerçəklik və yeni bir nəfəs gətirdi. Hekayələrindən insan duyğuları ustalıqla anladılır. İnsanın zavallığı və gücsüzlüyünü eyni ustalıqla zaman-zaman nağılvari və dastan üslubunda təsvir etməyi bacarmışdır.
   
   Sağlığında çap olunmuş doqquz kitabına, ?Varlıq? dərgisində yer alan ?Əsirlər? dramı da əlavə olununca (1936), yeddi cildlik bir kitabı təkrar yayınlandı (1965/1966). Bütün əsərləri öncə ?Bilgi?, sonra isə ?Cem? yayın evi tərəfindən yenidən çap olundu.Yazarın əsərlərini incələyən Kemal Sülkerin Səbahəddin Əli dosyası (1968), Asim Bezirçinin Səbahəddin Ali (Həyatı,Hekayələri, romanları (1974), Kamal Bayramın Səbahəddin olayı (1978) kitabları çap olunmuş, daha bir çox araşdırmalar və təhlillər aparılmışdır. Yazarın əsərləri üzərinə Almaniyada da bir çox yazılar çap olunmuşdur.
   
   Yazar Azərbaycanda da tanınmaqdadır. O bizim məmələktdə ilk çap olunan türk yaradıcılarınlan biridir.Amma Azərbaycan oxucusunun şair haqqında bilgisi heç də birmənalı deyil. Bunun da öz səbəbələri var. Bu isə tamamilə ayrı bir yazı mövzusudur.
   
   
   
   
   
   Şeirlərindən seçmələr
   
   (İlk dəfə çap olunur)
   
   
   
   
   
   
   
   AĞLAYA- AĞLAYA
   
   
   
   Yar səndən uzaq ellərdə
   
   Qaldım ağlaya- ağlaya
   
   Bitib tükənməz yollarda
   
   Öldüm, ağlaya-ağlaya.
   
   
   
   Bilməm sehirmi, düyünmü?
   
   Çözülməz eşqin düyünü
   
   Mən səndə istədiyimi
   
   Tapdım, ağlaya-ağlaya.
   
   
   
   Gözəl gördüm yığın-yığın
   
   Bel incə, gözləri bayqın...
   
   Onlardan gözəl olduğun
   
   Bildim, ağlaya-ağlaya.
   
   
   
   Unutma sən gəl məni bul
   
   Quş kimi sinəmə soxul
   
   Bax, mən sənin qapında qul
   
   Oldum, ağlaya-ağlaya.
   
   
   
   Yar, nədən gözlərin süzgün?
   
   Sakın sən dəmi üzüldün?
   
   Mən səndən ayrıldığım gün
   
   Güldüm, ağlaya-ağlaya.
   
   
   
   KÖPRÜDƏ SABAH
   
   
   
   Gecə, yavaşca qara geyimini sürüklər
   
   Vapurlar, suya buraxılmış kötüklər
   
   Üfiq, suda yuyulan sanki foto camıdır...
   
   
   
   Dağlar dodaqlarını boyar pəmbə rəngilə
   
   Körpüdə fərsiz gözlər açılır üzüntüylə
   
   Sabah, iztirab çəkən qəblərin axşamıdır...
   
   
   
   Qollarını gərərkən iş gözləyən bir sandal
   
   İlk işıqlar açılır əsmər sularda dal-dal
   
   Röya görür sahillər səksəkəli yuxuda...
   
   
   
   Gecənin bir mehtabı xatırladır sonları
   
   Gəmi fənərlərinin işıqlı bastonları
   
   Qeybolur ağır-ağır maviləşən o suda...
   
   
   
   Paslı mizrablar kimi uyuğlayan dirəklər
   
   Bir gün nəsə edəcək vuruşçun cəngi bəklər
   
   Uçuşur bəyaz dəniz quşları alay-alay...
   
   
   
   Buruşuq bir dəriyi xatırlardır axan su
   
   Enər nərdivanlardan ilk gəminin yolçusu
   
   Oyandırır qosqoca bir köprünü tramvay..
   
   
   
   QOŞMA
   
   
   
   Sevib-sevib yari qəfil qaptırmaq
   
   Qara baxtın mənə əski işidir
   
   Ömrümdəki illər qədər yar sevdim
   
   Hər biri bir başqasının eşidir
   
   
   
   Canlar verdim hər birinin yoluna
   
   Onlar girdi bir iyidin qoluna
   
   Bülbül belə qondu bir gül dalına
   
   Boşda gəzən bizim gönül quşudur
   
   
   
   Baxdığım yox üzüntüyə, sevincə
   
   Fəryad etməm yar başımdan gedincə
   
   Mənim kimi sevməlidir sevincə
   
   Nə göz görür, nə qulağım eşidir
   
   
   
   Qara saçım dik başımda qar oldu
   
   Ağ saçımla yar sevməsi ar oldu
   
   Mənə vuran yadlar deyil, yar oldu
   
   Bu dərd mənim dərdlərimin başıdır
   
   
   
   Kimi aşiq diləyinə ulaşır
   
   Sevdiyiylə pıçıldaşır, gülüşür
   
   Kimi mənim kimi qərib dolaşır
   
   Əsil aşiq kam almayan kişidir


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK