Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ƏZİZƏ MUSTAFA-ZADEH?(3) Adalet.az | ƏZİZƏ MUSTAFA-ZADEH?(3) Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ƏZİZƏ MUSTAFA-ZADEH?(3)

14910    |   2006-10-21 11:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

VƏTƏNDƏN UZAQLARDA KİMLƏR VAR:
   
   Mən az iş görmədim bu Vətən üçün
   
   Gərək unutmasın bu Vətən məni
   
   Boris Pasternak
   
   
   
   Qısa bir ön söz
   
   Sevimli yazar dostum Azər Abdulla görkəmli bəstəkar Cavanşir Quliyevlə bir sorğu keçirib, 525-ci qəzet həmin sorğunu çap edib.O sorğuda belə bir yer var:
   
   A.A. - Getməyinlə bağlı, ümumiyyətlə təkcə sən yox, ziyalıların məmləkətimizdən dışa - xaricə axınına necə baxırsan? Sən getdin, getməyinlə, xalqımız, yaxud sənin özün nəsə qazandımı, itirdimi? Ziyalıların hamısı sənin kimi küsüb getsəydi, bu məmləkətin halı-vəziyyəti necə olardı?
   
   C.Q. - Azərbaycana heç nə olmayacaqdı. Çünki Azərbaycan ziyalılar ölkəsi deyil. 1990-cı ildən başlayaraq istər ziyalılar, istər iş adamları kütləvi surətdə bu ölkəni tərk etməyə başladılar. Mən nə birincisiyəm, nə də axırıncısı. Məndən qat-qat ağıllı və gərəkli adamlar buradan çıxıb gedib. Ancaq bu məsələ Azərbaycan cəmiyyətinin vecinə də deyil. Respublikanın yarısı parçalanıb dağılsa da Azərbaycan cəmiyyətinin ondan da xəbəri olmayacaq. Mən inanıram dünyada hansısa bir hadisə, zəlzələ, tufan, faciə bu torpaqda gəzişən səkkiz milyonluq cəmiyyəti tərpədə, ayılda. Mən burda özümü fiziki, mənəvi baxımdan və hər mənada artıq hiss elədim, işdən qovuldum...
   
   
   
   ***
   
   
   
   ??Hürriyət? qəzeti. May 1996. ?Klassik musiqidən başqa Miles Davis, Dizzi Gillespie və Billi Holidaya heyran olduğunu da vurğulayan Əzizə Mustafa-Zadehin sənəti də, gözəlliyi də diqqəti çəkir. Musiqisinin göy qurşağının içinə aldığı bütün rəngləri əhatə elədiyini iddia edir Əzizə Mutafa ?Zadeh?.
   
   ?Radikal? qəzeti. İyun 1997. ?Birinci Uluslararası İzmir caz festivalı Şərqin Caz Prinsesi adını almış, ünlü Azəri pianoçu Əzizə Mustafa Zadehin Çeşmə Açıq Hava teatrındakı konserti ilə başa çatdı. Əzizə ?Səhnəyə çıxdığımda ALLAH VƏ ATAM üçün çaldı.
   
   ?Ortadoğu? qəzeti. 16 iyun 1997. ?Həyat fəlsəfəsini sevgi və sayqını yaşamaq kimi bir dilemma üzərində duran Əzizə 8 ildir vətəndən, Azərbaycandan uzaqlarda yaşayır. Əzizə musiqisinin tanınmasında Azərbaycandakı imkanların hələlik tam olmadığını söyləyir və əlavə eləyir: Azərbaycanda yaşasaydım, gözəl bir havada yaşardım, amma musiqimi bu qədər tanıda bilməzdim. Mənim üçün ən böyük gerçəklik Allahdır?.
   
   ?Yeni Şəfəq? qəzeti. 15 iyun 1997. ?Bakı konservatoriyasında klassik musiqidən aldığı təhsili caz və azərbaycan folklor musiqisiylə birləşdirərək ifa etdiyini söyləyən Əzizə Şərqlə Qərb arasında bir körpü ola bilməsi üçün çaldığını söyləyir.
   
   ?Yeni Yüzil? qəzeti. 12 iyun 1997. ?Şərqdən əsən caz rüzgarı? adlı məqalədən. Musiqisində özünəməxsus bir Doğu və Batı birləşməsi yaradan Əzizə ilk albomunu 1991-ci ildə buraxdı. Sonra bir-birinin ardınca daha üç albom- ?Daima? ?Danço Of Fire? və ?Yeddinci gerçək? albomlarında yeni bir ifa təqdim edir. Caz folk və Klassik musiqini birləşdirən bir stil Əzizəni dünya ifaçı kimi tanıtdı?.
   
   Not: qəzet yanlış olaraq Əzizənin atasının bir maşın qəzasında öldüyünü yazır. Belə şeylər Türk mətbuatında tez-tez rast gəlinən şeydir. Hətda onlar Tofiq Bəhramovu da ?rus hakim? deyə təqdim edirlər və mən də buna etiraz olaraq bir yazı da yazdım ?TOFİQDƏN RUS OLMAZ? deyə.
   
   ?Milliyyət? qəzeti. 24 iyun 1997. ?1991-ci ildə çıxardığı ilk solo albomu ?Aziza Mustafa ZADEH? ilə caz dünyasında ilk sıralara yerləşən ZADEH daha əvvəllərdə konsert verdiyi Türkiyədə musiqisevərlər tərəfindən çox bəyənilmişdi. Əzizə Mustafa Zadeh öncəliklə musiqini gözəl bilir. Alışqan və inadkardır. Barmaqlarına və səsinə güvənir. Səhnədə olarkən heç bir dinləyicini sıxmır. Bir baxırsınız azəricə oxuyur, bir baxırsınız ingiliscə. Monotonluqdan heç xoşu gəlməz. Əzizə Açıq Hava teatrındakı konsertində azan səsini eşidən kimi ifasını kəsdi və azanı dinlədi?.
   
   Örnəklərin sayı çox və mən bu siyahının bir yerində bunu özəlliklə vurğuladım ki, həqiqətən son illərdə Türkiyədə Əzizə haqqında yazılan yazıları toplasaq bir dissertasiya mövzusu ortaya çıxar və bunu da mən xüsusi yazım: çox təbəqəli və bəlkə də çox millətli bir ölkə olan, hələ çox dinli demirəm, Türkiyədə mən bilən Əzizə Mustafazadə yeganə ifaçıdır ki, onu bütün təbəqə sevir, sevə bilir və yaxud Əzizə özünü sevdirə bilir. Bu ağılalmaz bir şərtdir və məqalənin sonunda mən qatı dini qəzet olan ?Yeni Şəfəq? qəzetindən Əzizə ilə lap bu yaxınlarda olan br söhbətdən parçaları da daxil edirəm.
   
   Türk mətbuatında yayınlanan son reportajında Əzizə bu dəfə son dərəcə ağıllı və son dərəcə dəyişik bir planda çıxır oxucuların qarşısına.
   
   
   
    YENİ BİR ƏZİZƏ.
   
   
   
   May . 2002. Yenidən İstanbulda
   
   Mistika musiqimin Canıdır
   
   Azəri sənətçi Əzizə Mustafa Zadeh İstanbulda yenə unudulmaz konsert verdi. ( May 2002-ci il). Bəstələdiyi musiqiylə dinləyiciləri əfsunlayan sənətçi mistikanı musiqisinin bir ?rəngi? olaraq deyil ?canı, cövhəri? olaraq görür. Əzizə türk musiqisinin heyranıdır, xüsusilə də Aşıq Veysəli və Zəki Müreni sevir.
   
   Azərbaycanlı dünyaca məşhur caz pianoçu, müğənni və bəstəkar Əzizə Mustafa Zadeh İstanbulda verdiyi konsertlə türkləri özünə bir daha heyran qoydu. Klassik Azəri musiqisi və cazı birləşdirərək təqdim edən sənətçi yeni bəstələriylə yanaşı son albomu ?Shamans? (Şamanlar) dan da bəzi parçalar səsləndirdi. Konsert boyunca pianinosunun arxasında nəhəngləşən sənətçi İstanbuldakı son günündə məsum və sanki məyus bir sənətçi olaraq jurnalistlərin qarşısına çıxdı. Pianino qarşısında heyrətamiz bir insanı xatırladan Əzizə, reportaj zamanı ?ürkək? bir qızı xatırladırdı. Bizim də ?cazın məsum şahzadəsiylə? ilk sualımız onun bu halıyla bağlı oldu. Əzizə, normal yaşamında niyə belə məyus və peşman kimi görünürdü. Bu sual qarşısında bir az səssiz qalan sənətçi, bu sualın cavabını anası Eliza xanımın verməyini istədi. Anası Eliza xanımın dediyinə görə Əzizə 3-4 yaşlarında çox dəcəl imiş. O küçəyə çıxdıqda bütün uşaqlar ondan qorxar və sağa sola qaçarmış. Eliza xanım qeyd etdi ki, o vaxtlar Əzizə bu qədər utancaq deyildi. ?Bu ağıllı deyil?, ?bu qəşəng deyil?, ?o axmaqdı? deyərək başqa uşaqları bəyənməz, onlarla danışmazdı. Atasının ölümündən sonra da Əzizə durğun, utancaq və danışmaqdan, söhbətdən qaçan bir insan oldu.
   
   ?Musiqimi ən gözəl şəkildə pianino ifadə edir? - deyir böyük Azəri sənətçi Əzizə. Bu utancaq və məyusluğunun sənətinə, müvəffəqiyyətinə çox böyük təsiri olduğunu düşünür. O belə düşünür ki, pianino və musiqi onun üçün ən gözəl ifadə şəklidir. Sözlərin bir şeyləri ifadə etməkdə zəif qaldığını, duyğu və düşüncələrini ancaq musiqiylə tam ifadə edə bildiyini söyləyir.
   
   Əzizə Azəri musiqisini böyük istedadla caza ayarlayır, bunu cazla ən profesional şəkildə birləşdirərək, dünyaya yayır. Şərq musiqisinin mistikasını bütün bəstələrində hiss etdirən sənətçi caz dünyasına yeni tonallıqlar qazandırmaqla yanaşı, özünə də yer açır.
   
   Şərq musiqisi Qərbi zənginləşdirir.
   
   Əzizə hər nə qədər Bax, Pavel və Betxoven kimi məşhur bəstəkar?lardan təsirlənsə də onun sənətçiliyinin formalaşmasında Azəri cazının dahisi Vaqif Mustafazadənin böyük rolu var. Atasının Azəri musiqisini zənginləşdirməyində və inkişaf etdirməyində böyük rolu olduğunu söyləyən Əzizə bu bayrağı atasından miras aldığını söyləyir. Musiqini ?göyqurşağına? oxşadan Əzizə, türk musiqisi də daxil olmaqla bir çox mənbədən yararlandığını deyir. Atasının vasitəsilə Aşıq Veysəl və Zəki Mürenin musiqisi ilə tanış olduğunu, onların təsirində qaldığını və Bülent Ersoyun heyranı olduğunu söyləyir.
   
   Əzizə son albomu ?Şamanlar?da Aşıq Veysəlin ?Uzun incə bir yoldayam? adlı mahnısını da səsləndirir. Sənətçi bunun səbəbi olaraq türk musiqisinə olan heyranlığını göstərir. ?Çox sevdiyim türk musiqisindən vaz keçmək olmaz. Bu səbəblə Türk musiqisinə yer vermək istədim. Türklər çox təbii və təmizdirlər?.
   
   Ona albomun üstündə ozanın adının yer almadığını söylədiyimizdə, Əzizə bunun qəsdən olmadığını albomun gələcək yayımında bu səhvin düzəldiləcəyini qeyd etdi.
   
   ?Qəlbdən qəlbə yol olsun deyə Allah bizə musiqini verdi?. -Əzizə belə deyir.
   
   Dünyada bir çox musiqi tənqidçilərinin onu ?Şərqdə qalxan dünyanı ovsunlayan səs və ya bu gün sadəcə olaraq sənətçidir, ancaq gələcəkdə böyük sənətkar olacaq sözlərinə? Əzizə belə cavab verir: bunlar bir sənətçi üçün çox gözəl sözlərdir. Amma mən təbiiliyi sevirəm. Ürəyimdən nə keçirsə, ruhum necə istəyirsə, Allah mənə nə istiqamətdə, necə ilham verirsə, o şəkildə oxuyuram və çalıram. Bəyənib bəyənməmək musiqi sevənlərə qalır.?
   
   xxxx
   
   Əlimin altında və ürəyimdə hələ bitmək bilməyən nə qədər fikirlərin olduğunu düşünüb, Türklərin CAZIN PRENSESİ deyərək YERƏ-GÖYƏ sığdıra bilmədikləri, unudulmaz Vaqif Mustafazadənin balası və layiqli yadigarı Əzizə haqqındakı bu yazını sona çatdırmağın çətinliyini çəkirəm və bu yazını mən bitmiş hesab eləmirəm?
   
   ?Vida? sözündən qorxsam da, vidalaşmaq zamanıdır və bu sözün bir az yumşağını və bir az ümidvercisini söyləyirəm: ƏLVİDA, DOSTLAR!
   
   Mənə görə ?ƏLVİDA? sözündə görüşə bilmək ümidi gizlənməkdədir ?HƏLƏLİK? sözündəki kimi?


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK