ANA SƏHİFƏ / YAZARLAR

BİRİNİZİN XATİRİNƏ...

Hamınıza qurban mən olum

30750    |   2014-03-08 01:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu yazını yazmaq üçün xeyli götür-qoy etmişdim. Demək olar ki, ötən şənbədən ürəyimdə bu yazını yazırdım. Amma görünür ürəyimə yazdığım yazı ya ürəiymcə deyildi, ya da ürəyimə bələd olanlara yaraşmayacaqdı. Ona görə də bir anın içində bütün hər şey alt-üst oldu. Keçirdiyim əsəb gərginliyi o yazını yuyub apardı və mən yenidən özümü o yazıya kökləyə bilmədiyim üçün sadəcə indiki anda, yəni bilgisayara bu yazını diktə etdiyim anda ağlımdan, ürəyimdən keçənləri sizlərə çatdırıram...g
Yazımı "Ədalət"dəki xanımları və onların timsalında məmləkətin bütün gözəllərini bizə dayaq olan, bizə sevinc bəxş edən, bizə sevi b-sevilməyi öyrədən bütün zərif cinsin nümayəndələrinin hamısını təbrik etməklə başlayıram. Və bu təbriklərin fonunda öncə gözlərimin önünə illərdi ki, doğma ocağına həsrət qalan, illərdi ki üzü dağlara boylanmaqdan beli bükülən, saçları çadır rənginə boyanan anamı gətirirəm. Bir fərli oğul olub, ona əl boyda bir İran xınası və yaxud özünün də xoşladığı əl boyda bir nabat ala bilməyən mən, sadəcə sözlə könlünü almaq, qəlbini oxşamaq istəyirəm anamın. İnanın ki, tam səmimi deyirəm, mən ildə cəmi bir neçə dəfə ziyarət edə bildiyim anamı hər görəndə ölüb dirilirəm. Onun gözlərindəki kədərli və bir az da incik notlara köklənimş yazıları oxuyanda, mənalara baş vuranda içimdə "bağışla" deməklə ovunmaq, təsəlli tapmaq istəyən mən, nədənsə özümdə cəsarət tapıb "bağışla" sözünü bərkdən də deyə bilmirəm. Bunun əvəzinə anam mənə təsəlli verir, elə bil günahkar odu. Yavaşca onun boynuna sarılmış oğlunun gözlərinin içinə baxıb:
- Ay bala, niyə bu gündəsən? Niyə özünə fikir vermirsən? - deyir anam. Mən də susuram. Anam da sözünün ardını demir. O da bilir, mən də bilirəm ki, niyə bu gündəyəm, niyə bu görkəmdəyəm. Vaxt var idi ki, mən əliqabarlı anama şeir ithaf eləmişdim 8 Mart hədiyyəsi olaraq. İndiki ağlımla bilirəm ki, 3-cü sinifdə oxuyan bir uşağın yazdığı o cızma-qarada heç bir şeriyyət yox idi. Amma anam bir parça dəftər vərəqini əlimdən alıb məni də öpdü, vərəqi də. Sonra həmin o vərəqi koftasının yaxasından içəri qoydu, düz ürəyinin üstünə. İlahi, nə gözəl gün idi o... İlahi, necə xoşbəxt idim mən... İlahi, anamın gözlərindəki o işıq necə oldu bəs? Mənmi o işığın öləziməsinin səbəbkarı oldum, yoxsa yurd-yuvasız qalmaq?
Eh, nə bilim. İndi Bakıda oturub o günləri xatırlayıb bilgisayara diktə etdikcə bir oğul kimi anama borcumun mində birini qaytarmadığımın ağrısını yaşayıram, ürəyimin qabığını soyuram. Bundan başqa heç nə edə bilmirəm. Təəssüf biz oğullar, təbii ki, mən özüm kimi, özüm yaşda, özüm durumda olan oğulları deyirəm. Boynumuzda ağır bir yük daşıyırıq. Yurd-yuvasız qalan anların ocaq yükünü. Hələ nə qədər də daşıyacağıq, bunu bir Allah bilir...
Allah insana hər şey verir. Həmin veriləni qiymətləndirən, dəyərləndirən, ondan səməri istifadə edən, təbii ki, həm Allah qarşısında, həm də elə öz ailəsinin, çevrəsinin qarşısında heç vaxt sıxılmır, nisgil yaşamır. Bu mənada Allah bizə yurd-yuva da vermişdi. Biz isə həmin o dağları, o kəndləri, o bulaqları, o çayları, o ormanları, bir sözlə, o gözəlliyi bütün gücümüzlə başımızın üstünə qaldırmadıq... hamımız sonuncu nəfərimizə qədər döyüşmədik, şəhid olmadıq. Ona görə də asi olmaq doğru deyil. Yəni, Allah mənə də hər şeyi vermişdi. Mən o veriləni anam üçün, analarımız üçün, bacılarımız, qızlarımız, gəlinlərimiz üçün qanım bahasına qorumadım. Bax, bu səbəbdən də 8 Mart günündə onlara deməyə söz tapa bilmirəm. Yenə öz içimdə, öz ürəyimi didə-didə duyğuları kökləməyə, duyğuların ovatına uyğunlaşmağa çalışıram. Yadıma qəmli anların birində yazdığım, amma günün ovqatına uyğun olmayan misralar düşür.

Kədər güc gələndə sən məni mənsiz
Talehin atdığı qucaqda ağla.
Gizlədib hamıdan göz yaşlarını -
Çəkil bir bucağa - bucaqda ağla...

Üstünə bir bəlli tarix yazdığın
Şəkillər, üstündən kəsib asdığın.
O şəklin hənri hopan yastığı -
Sıxıb gözlərinə qucaqla, ağla...

Özündən uzaq tut qəmi, xiffəti
Unut ayrılığa olan nifrəti!
Dəfn edib qəlbində sən Əbülfəti -
Onun yandırdığı ocaqda ağla...


***

Şəhərə çıxmışdım. Metroya minəsi oldum. Eskalatorda məndən öndəki pillədə dayanmış iki xanımın söhbətini özümdən asılı olmadan dinləməli oldum. Xanımlardan biri kövrək, həm də bir az əsəbi səslə rəfiqəsinə deyirdi:
- Özün fikirləş, düz bir ildən artıq idi ki, səbirsizliklə onun nə deyəcəyini gözləyirdim. Bu gün səhər-səhər mənə zəng vurdu, "görüşək, sənə vacib sözüm var" dedi. İnan ki, həyəcandan ürəyim az qalırdı partlasın. Gəldi, görüşdük. Gözünü zillədim ağzına. O da həyəcanlı şəkildə dedi ki, "Sən mənim bajıma yaman çox oxşuyırsan..." Daha heç nə demədi və çıxıb getdi. Başa düşə bilmədim, bunun məsələyə nə dəxli var? Mən ondan nə gözləyirəm, o maymaq mənə gəlib nə deyir...
Rəfiqəsi ona təsəlli verirmiş kimi: "Ağəz, boş ver getsin, nə çoxdu oğlan, Allah özü birini qismətivə çıxardar. Bu rayon gədələri hamısı belədi" - dedi.
Artıq eskalatordan düşürük. Qızlar başqa bir istiqamətə gedirlər. Mən onların ardınca baxa-baxa bir növü dinləyicisi olduğum mövzunu içimdə götür-qoy edirəm. Bilmirəm oğlanı günahlandırım, yoxsa qızı. Amma həqiqətən birdən hardansa yadıma düşür ki, bəzən gənc oğlanlar və yaxud qızlar öz gələcək həyatları barəsində düşünəndə ömür-gün yoldaşının anasına və yaxud da atasına, eləcə də qardaş-bacısına bənzər olmasını da ürəyindən keçirir. Həyatdı, yanaşmalar, baxışlar bəzən üst-üstə düşür, bəzən fərqli olur. Amma bütün hallarda şəhərli və yaxud rayonlu "gədələri" günahkar saymaq doğru deyil. Ümumiyyətlə isə sevgini zorla diktə etmək, sevgiyə zorla sahib olmaq özü də gələcək bir faciənin təməli deməkdi. Əslində qarşılıqlı olan, anlayışlı olan və bunun içərisində də bir-birinin iynə ucu boyda səhvini yola verən sevgilər əbədi yaşayır, uzunömürlü olur. Necə deyərlər, bir yastıqda qocalır. Çox təəssüf ki, günümüzün başqa bir reallığı da var: internetlə, mesajla, mavi ekranla, daha nə bilim nələrlə başlayan tanışlıq, üç-beş günlük yazışmalar və sonra beş-on günlük ailə və bir də məhkəmə. Bunu bilə-bilə özünü oda atmaq, özünü qurban vermək zənnimcə, yumuşaq desək, bir ağılsızlıqdı. Amma başqa bir ağılsızlıq da var. O da içimdə qurduğum dünya, o dünyanın sahibi və yaxud sahibəsi və bir də sənin o dünyada at oynadan, meydan sulayan duyğuların...
İndi xəyal qurmaq və qurduğumuz xəyalın əsirinə çevrilmək bəlkə də yanlışlıqdı. Amma neyləym ki, mən bu yanlışlıqda özümə bir naxış qazanmışam. Ona görə də bütün anları o xəyalın qoynunda keçirirəm. O xəyal mənim varlığıma elə hakim kəsilib ki, mən bəzən gerçək həyatda olduğumu da unuduram. Elə bilirəm ki, bu dünyanın gözəlliyi də, yaraşığı da, dadı-duzu da, havası, suyu da, bir sözlə, hər şeyi məhz o xəyalların sahibidi. Göy üzündən gələn xəyal sahibi də xəyallardan çıxıb gerçək olmaq istəmir. Sadəcə, kənardan öz şirin təbəssümü səpilib üstümə. Və mən də:

Qəfil yaxalandım
oğurluqda
tutulmuş uşaq kimi -
dilim dolaşdı
ifadə edə bilmədim
fikrimi...
Təlaşlı halım
pərdəsini
çəkdi gözlərimin...
və gördüm ki
xəyalın
mənimlə
görüşə çıxıb
səndən izinsiz...

* * *

Adətən bayram ovqatı mart ayının əsas atributlarından biridi. Gah çərşənbədən danışırıq, gah Novruz axşamından, gah da 8 Mart qayğılarından. İqtisadi durum insanları mart ayında bir az da çox silkələyir. Hamı çalışır ki, vəziyyətdən bir təhər çıxsın, heç olmasa bir ədəd güllə könül xoş etsin. Amma neyləyək ki, gül satanlar martda insaf deyilən hər nədisə onu ezamiyyətə göndərirlər. Və başlayırlar dünən bir manata satdıqları gülü bu gün on-on beş manata satmağa. Onları da başa düşmək olar, axı həmişə 8 Mart olmur.
Əvvəllər ailədə anama, bacılarıma, sonra xanımıma, qızlarıma hədiyyə almaq barədə düşünürdüm. İndi nəvə də buna əlavə olunub. Deməli, gülün sayı artıb. Bu artan say təkcə gül satanların qiymət qoyduğu o dibçək güllərinin bütün yer üzündəki sayından milyon dəfələrlə dəyərli və qiymətlidi. Axı övladda nəvə deyiblər. Özü də nəvə gül parçası olanda, onun özgə bir aləm olur. Məni üzürlü sayın, içimdən gəldi bu sözləri yazdım, Allah hər kəsə nəvə qismət etsin və hər kəs də heç olmasa nəvəsini təbrik etmək imkanını itirməsin. Elə həmin o istəklə də nə vaxtdan bəri sevdiyim insanlara oxumaq istədiyim şeiri bilgisayara diktə edirəm. Həmin şeir sevdiklərimə, sevənlərə, sevilənlərə, ümumiyyətlə, ürəyində sevgi olan hər kəsə ünvanlanır. 8 Mart günündə düşünürəm ki, bu, yaxşı bir hədiyyə olar. Təbii ki, yaxşı qarşılayanlar üçün, məni düyanlar üçün, şeirə dəyər verənlər üçün.

Səhərlər
bəhanələr tapıb
sənə zəng edəndə
elə bilmə
başını qatmaq
işdən ayırmaq
və yaxud da
vərdişkar kimi
hər gün
eyni simi
kökləyib
borcumdan
çıxmaq istəyirəm -
yox!
Səhərlər
hamıdan
və hər kəsdən
hətta
sökülən dan yerindən
daha öncə
səsini eşitmək
təbəssümünə bələnmək
və növbəti
səhərlərə qədər
səni ürək dolusu
doymadan sevmək
istəyirəm!..
Telefonunu açıq saxla!..


* * *

Bu gün 8 Martdı. Yazdığım yazının qəribə ovqatı sizdə hansı hisslər yaradacaq, deyə bilmərm. Amma bir onu bilirəm ki, mən hər birinizi, təbii ki, söhbət xanımlardan gedir, Allahın sevgi, sevinc payı kimi görür, duyur və hər birinizə də ancaq sevgi və sevinc arzulayıram. Çünki siz hər şeyin ən gözəlinə layiqsiniz. Axı siz zərifsiniz! Və bir də siz hamıdan, hətta biz kişilərdən də güclüsünüz. Məhz bu zərifliyiniz və o gücünüz sizə imkan verir ki, biz kişilərin bütün şıltaqlıqlarına dözəsiniz! Tanrı sizləri qorusun, əziz xanımlar!

Əbülfət MƏDƏTOĞLU
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-16
2018-06-15
2018-06-14
15:04 ACLIQ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (33.33%)
Argentina (16.67%)
İspaniya (0%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK