hacklink Adalet.az | VAXT Adalet.az | VAXT Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

VAXT

64359    |   2012-11-21 10:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bugünkü yazımda vaxtın mənə görə hansı mənaya gəldiyini və ya vaxtın mənim üçün nə demək olduğunu oxucularla bölüşmək istədim. Oxucular mənim fikirlərimə nə cür yanaşacaq bilmirəm..

Vaxtdan uca nə var ki?! Ulu babalarımız, o hər bir şeyin güzgüsüdür, deyib.

Mənə görə Tanrının yaratdığı ən güclü, ən qüdrətli və ölməzliyi Tanrının məhdudlaşdırdığı qədər götürmüş şey vaxtın özüdür, zamandır. Kainatdakı ən güclü silah və ən çətin riyaziyyat tənliyi odur. O hər şeyi özündə hifz edir, hər bir şeyi öz sinəsində saxlayır, çünki Tanrı ona bu xüsusiyyəti bəxş edib. Belə olduqda ona kainatın kitabxanası da deyə bilərik. Hər bir hadisə onun dəftərçəsində qeyd olunub və vaxtı gəldikdə tarixi bir hadisəyə çevrilib, sonra da başını alıb harasa çıxıb gedib, tarixdə izi qalıb. Qərinələr boyu oxunan və üstündə hər nəslin baş sındırdığı tarix elminin bir hissəsi, lap indilərdə yaranan və bizim üçün bəsit hadisələr kimi görünən olaylara oxşar hadisələrin yığcamı deyil?! Məsələn, 20 Yanvar qırğını yarandığı vaxt onun şahidi olanlar və ya Xocalı Soyqırımından Tanrının köməyi ilə xilas olanlar, başlarına gələn o hadisələrin bəşəriyyətin alnına yaxılmış bir qara ləkə olduğunu və onun əbədi olaraq insanlığın alnından silinməyəcəyini bilirdilər?!

Hər bir şey vaxta dəyib dağılır. Eynilə sahildə kökləşmiş bir qayaya var qüvvəsi ilə özünü çırpan və dəydiyi vaxt da min bir yerə parçalanıb-dağılan dalğalar kimi...g

Tarixdə neçə-neçə yıxılmaz qalalar vaxtın nəfəsi toxunan təki viranəyə çevrilib getdi. Yalnızca şəxslərə yox, xalqların ürəyinə vahimə salan, insanları lərzəyə gətirən Stalin kimi cəlladlar da zamanın dizi üstündə atılıb düşə-düşə gücdən-qüdrətdən kəsilib bu dünyadan bir anlıq qara ilğım kimi itib getdilər. Neçə-neçə azman-pəhləvan döyüşçülərin polad əzələləri əriyib şelpiyə çevrildi, qara saçlarına dən düşdü, gözlərinə pərdə endi, beli büküldü və bir parça çörəyə çevrildi. Neçə-neçə imperiyaların bəxt ulduzu qərinələrin dəyirmanında üyünüb külü göyə üfürüldü. Nə boyda şanlı ordular vaxtın əlində çəyirtkə sürülərinin payızla üzləşdiyi andakı kimi birbəbir yoxa çəkildilər. İrilənə-irilənə torpağa tapşırıldılar, qırılıb-məhv olub getdilər. Vaxtın silahını indiyə kimi dayandıran olmayıb və olmayacaqdı. Onun əlindəki hər bir canlını doğrayıb tökən siyirmə qılıncını qınına soxa biləcək bir igid tapılmayıb, indən belə də tapılmayacaqdı. Əzəl, Tanrının əmri ilə onunla başlayıb, axır da onun əmriylə qurtaracaqdı. Tanrı vaxta əmr verib ki, hər bir şey sənə dəyib dağılacaqdı, yerindəcə möhkəm dayan. O da Ulu Yaradanın buyruğuna əməl edir də...g

Heydər Baba dünya yalan dünyadı

Süleymandan Nuhdan qalan dünyadı

Oğul doğan dərdə salan dünyadı

Hər kimsəyə hər nə verib alıbdı

Əflatundan bir quru ad qalıbdı.

Məkanın cənnət olsun ey iyirminci əsrimizin Füzulisi Ustad Şəhriyarımız, dünyanı nə gözəl təsvir etmisən!..

Dünyanın inamı boş, dəftərçəsi doludur. O kimləri böyük xoşbəxtliklə, məhəbbətlə, sevgiylə qarşıladıb ağlaya-ağlaya yola saldırmadı ki!.. Bütün qurd-quşun dilini bilən Süleyman peyğəmbər kimi şəxsiyyətlər, düşmənə gözdağı, dosta həyan olan və yeriyəndə yeri yerindən oynadan ordularla cahana hökm edən Oğuzlar, Ulu Tanrının; "Sən olmasaydın, sən olmasaydın bütün bu fələkləri yaratmazdım" dediyi peyğəmbərimiz Həzrət Məhəmməd, milyonlarla insana üç saat vaxt verib sonra onları heyvan qatarlarına doldurub Sibirin buzlu cəhənnəminə yollayan qatillər, Övliya Çələbi, Marco Polo kimi səyyahlar, neçə-neçə dahilər vaxtın qoynunda o yan-bu yana vurnuxa-vurnuxa əlləşdilər, didindilər və bu aləmdə öz adlarıyla bir iz salıb getdilər.

Yeri gələndə deyirik ki, dünya fanidir, gəldi-gedərdir, boşdur, xeyri yoxdur, sonsuzdur və s. Bəzən öz-özümə fikirləşirəm, doğrudan da dünya fanidir, yoxsa ömür dediyimiz vaxt ərzində yaşayan və zamanı qurtaranda torpağa qarışan bədənimiz! Məncə dünya sadəcə olaraq müvəqqəti bir vasitədən ibarətdir. Onun üstündə dayanır, yeriyir, yatır, gülür, ağlayırıq; ancaq o öz işindədir və daimi olaraq dəyirmanının daşını döndərir, döndərə-döndərə də üyütməsini davam etdirir. Çünki göstərişi elə alıb. Əgər bədənimiz olmasaydı ruhumuz bu müşəxxəs aləmi başa düşə bilərdi? Əlbəttə yox. Deməli dünya deyilən bu müvəqqəti məkanda bizi aldadan zamanın düz özüdür, dünyanı ittiham etməklə səhvə yol veririk. Vaxtın özü dünyanın ən fəndcil ovçusudur. İnsanı elə tələyə salır ki, gəl görəsən. İnsan anadan olub çağalıq dövrünü başa vurandan sonra ilk uşaqlıq vaxtında hər şeyi yavaş-yavaş dərk etməyə başlayır. Ömür deyilən yolun pillələrindən ibarət olan illər elə gəlib keçir ki, niyə belə səssiz-səmirsiz keçdiyini özü də bilmir. Bilsə nəyləyəcək?! İnsan uşaqlıqdan xilas olub həddi-buluğa çatandan sonra sevir, sevilir, ailə həyatı qurur, uşağı olur, onu böyüdüb-ərsəyə gətirmək dalınca çırpınıb durur. Birdən gözünü açır ki, saçlarına ağ düşüb, əvvəlki gücü qurtarıb, nə əli öz sözünə baxır, nə də ayağı. Gələnin getdiyi, qonanın köçdüyü bu dünyada vaxtın bizim üçün nə qədər qiymətli bir matah olduğunu, yaşadığı ömrün hər bir vaxtında başa düşən insan tapıla bilər, bilib? Məncə yox.

Ustad şairimiz Şəhriyar:

Sənin bəhrən yiyən kimdir?

Kiminkisən, yiyən kimdir?

Sənə doğru deyən kimdir?

Yalan dünya, yalan dünya!

-deyir. Doğrudan da yalan olan, bizləri aldadan dünyadır, yoxsa fəndcil olan vaxtdı?! Mənə görə o elə füsunkar bir ovçudur ki, əlindən qurtulan bir dənə də tapılmayıb. Hər bir canlı, ya cansız onun oxunun hədəfindən bir misqal da o yana yayına bilməz. Bizi əhatə edən, istili-soyuqlu, ağrılı-acılı, sevincli-kədərli ovcunda gah o yana, gah bu yana aparan zamanın özü elə bizim yalan dediyimiz dünyanı da qocaldır.

Seyfəddin Altaylı, Ankara altaylı_s@yahoo.com


İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK