Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Dünyanın hər üzünü görmüş Əlisəmid Kürlə söhbət Adalet.az | Dünyanın hər üzünü görmüş Əlisəmid Kürlə söhbət Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Dünyanın hər üzünü görmüş Əlisəmid Kürlə söhbət

"Elə insanlar görmüşəm ki, dostunun həbsxanaya düşməsinə də həsəd aparıb"

102416    |   2014-02-08 01:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"İçərişəhərdə, Müslüm Maqomayev küçəsi 1-də anamın mülki var idi. Kürəyimi söykəyirdim divara, yazı öz-özünə gəlirdi. Yazılarımın çoxunu həmin evdə, kürəyimi əvvəli qapı olub sonradan hörülmüş divara söykəyəndən sonra yazmışam. Bakının çox yerində kirayənişin kimi qalmışam, elə ev olub ki, bircə sətir də yaza bilməmişəm. Görünür hər evdə yazı yazmaq olmur".
Bakıda şaxta adamın iliyinə işləyirdi. Ətrafdakı insanlar yıxılmamaq üçün havadan tuta-tuta gedirdilər. Əlisəmid Kürün heç vecinə də deyildi. Yaxası, başı açıq durmuşdu Fəvvarələr Meydanındakı "Araz"ın qarşısında. Dedi ki, qışda, qarlı havada doğulduğumdan çovğundan-borandan çəkinəcək yerim yoxdu. Yubiley tədbirinə çağıracağım dostların dəvətnamələrini paylamaqla məşğulam.
Dəvətnamənin birini də avtoqrafla mənə verdi, amma həmişəki kimi müsahibə verməyə razı olmadı. Dedi ki, çay içib söhbətləşək. Bu söhbətdən "Ədalət" üçün nəsə hazırlasan çalış təzə evində yaz: "Bunu səndən bir böyük qardaş kimi xahiş edirəm. Hər evdə yazmaq olmur..."


- Neçə gündü hər soruşanda deyirsən ki, yubileyin dəvətnamələrini paylayıram. Şairin toyu yadda qalan olur, yoxsa yubileyi?
- Yəqin ki, heç biri... Yubiley əslində yediyim çörəyə, içdiyim suya, udduğum havaya hesabatımdı. Zala topladığım adamlar, dostlar hamısı bir yerdə mənim sifətimdi, yəni elə mən özüməm. Oturub onlarla, həm də elə özümlə söhbət edirəm, hesabat verirəm. Deyirəm ki, bu, mənəm-Əlisəmid Kür. İllər uzunu necə görmüsüzsə 60 yaşımda da eləyəm, dəyişməmişəm. Bu 60 ildə elə ad günlərim olub ki, qatarda, yolda qeyd eləmişəm. Barmaqlıqlar arasında yubiley keçirdiyim günlərim də olub. İndi yaşımın elə çağıdı ki, üzv olduğum ocaqda-Yazıçılar Birliyində də belə bir tədbirin keçirilməsini istədim. Sağ olsun dostlar, istəyimi yerinə yetirdilər.
- Yubileyi sağ-salamat başa vurandan sonra bəlkə iki qardaş yeni bir təkliflə çıxış edək. Təklif edək ki, bundan sonra şairlərin özünə yox, şeirlərinə yubiley keçirsinlər. Məsələn, filan şairin filan şeirinin yubileyi...
- Əslində şairə, yazıçıya, qələm adamına elə yazdığı sözə görə yubiley keçirirlər də. Yaxşı deyirsən, bir şeirə də yubiley keçirmək olar.
- Bu hesabla Əlisəmid Kürün hansı şeirinə yubiley düşür?
- Mənim bütün şeirlərimə yubiley düşür. Bunu heç kimdən, heç nədən çəkinmədən deyirəm. Şeirlərimdəki hər bir misra dalağıma dəyib, ürəyimdən, beynimdən keçib gəlib. Ona görə də ölən şeirim yoxdu. Heç bir misramdan, heç bir şeirimdən imtina etməmişəm, etmərəm də. Hətta ithaf şeirlərimdə səhv etməmişəm, qardaş canı. Etibar, sən bilrsən də, mən Əbülfəz Elçibəyə də şeir yazmışam, zurnaçalan kor Əlisəmidə də. Adaşıma yazdığım şeiri deyim?
- Buyur. Belə imkan onsuz da hər gün ələ düşmür ki...

- Bir adaşım yaşayır Kürdəmirdə,
Muradxanlı kəndində
Gecəyarı ekranda gördüm
Xəzər TV-də.
Əvvəl- əvvəl danışmadı, dinmədi,
dizləri üstə gözləri yol çəkdi
barmaqlarının.
Sonra adamlar yığışıb
könlünü aldılar onun,
ovutdular.
Çıxartdı üzə balabanı.
Dedi, mənim işim balabanla, neylədi.
Adaşım, balabançı Kor Əlisəmid.

Sonra gör neylədi
adaşım, balabançı Kor Əlisəmid.
Qəfil nəfəs verdi balabana,
sığalladı asta-asta,
bala-bala.
Asta çaldı balabanı.
Hərəkəti yavaş-yavaş,
bala-bala.
Dağı arana daşıdı, aranı dağa.
Anasının balasını ağlatdı,
balasının anasını ağlatdı.
Qəribi çağırdı qürbətdən,
həsrətdən
yolu-yolağa.
Qəfil balabanı qoydu qırağa,
Ürəyinin işığı üzündə,
üzü nur,
üzü pir Əlisəmid.
Çalğı çoxdan qurtarıb,
nə baxırsan?
Əlləri üzündə,
gözləri barmaqlarının ucunda,
adaşım, balabançı Kor Əlisəmid.

- Şair, son vaxtlar məmləkətdə intihar edənlərin sayı çoxalıb. İntihar etməyə hazırlaşanlardan biri qaşına çıxsa, onu bu yoldan çəkindirmək üçün hansı sözdən istifadə edərsən?
- İnsanların hər biri yəqin ki, ömründə bir dəfə intiharla üz-üzə qalır. Lakin iradəsi güclü olanlar ona qalib gəlirlər. Həyatla gərək mübarizə aparmağı, ona qalib gəlməyi bacarasan. İntihara qalsa, gərək elə məmləkətin yarısı intihar edə.
Əgər intihar etmək istəyənlərdən qarşıma çıxan olsa, ona heç nə demərəm. İmkan tapıb düz gözlərinin içinə baxaram. Həmin anda sözə ehtiyac qalmır. Əgər sənin daxilin təmizdirsə, qarşındakı o adam bunu sənin gözlərindən oxuyacaq. Sənin daxilindəki təmizlik intihara hazırlaşanı bu addımdan daşındıra bilər.
Bizdə qəribə bir adət yaranıb, camaat bir-birinin intiharını da təkrarlayır, bundan da şou düzəltmək istəyir, intiharda da bəhsə-bəhsə girirlər. Ona görə də intiharlar bir-birinə oxşamağa başlayıb. Əslində ölümlər bir-birinə oxşamamalıdı. Etibar, çox qəribə millətik e... Dilənçi dilənçinin yanında oturur, bir tin o yanda oturmur ki, hər ikisi qazana bilsin.
- İcazə ver, sənin dilənçilərlə bağlı şeirindən bir parça deyim.
- Buyur.
- Əl açmağa qalıb əlacın

Boynunu bükmüsən yolumun üstə.
Mən səndən kasıbam, ay anam-bacım,
Özüm can verirəm qolumun üstə.
Buradan haraya baş alıb qaçım?
Dilənçi əkilib hər qarışına.
Bir gün mən özüm də əlimi açıb
Tanrım, çıxacağam
sənin qarşına.

- Qardaş, görürsən, yazmışam da...
- Bir zamanlar baş redaktoru olduğun "Yol" qəzeti çapını bu gün də davam etdirsəydi cəmiyyətə, ədəbiyyata bir yol göstərərdi...
- "Yol" sözünü dedi və getdi. Yəqin "Yol"un yolu elə ora qədər imiş... Mən də daxil olmaqla qəzetin kollektivi həmin dövrdə ədəbi mühitdəki havanı təmizlədi. Tutaq ki, bir otağa daxil olanda rütubət iyini hiss edib nəfəsliyi açırsan. "Yol"dakı cavan uşaqlar da nəfəsliyi açıb ədəbi aləmdəki havanı təmizləməklə çox vacib bir missiyanı həyata keçirdilər, qartlaşmış ədəbi oliqarxlarla mübarizə apardılar. Bu iş bizim qismətimizə düşdü. "Yol"umuz yəqin elə həmin ədəbi oliqarxların əli ilə də bağlandı.
- Bugünkü ədəbi aləmdə nəfəsliyə ehtiyac yoxdu?
- İndi həmin sən dediyin aləmdə pəncərə də çoxdu, nəfəslik də. Amma nə həmin pəncələrdən, nə də o nəfəsliklərdən təmiz hava gəlir. Bu bilirsən nəyə oxşayır? Bu gün Bakıda çoxlu təzə binalar tikilib, hamısında da ürəyin istəyən qədər pəncərə var. Lakin həmin evlərin çoxuna təmiz hava girmir.
- Şairliyin öz yerində, sənin yaxşı rəssamlığın da var. Dünyanı sözlə daha dəqiq göstərmək olur, yoxsa fırça ilə?
- Bəzən söz özü də insana şəkil kimi gəlir. O ki, qaldı daha dəqiq göstərməyə... Baxır o qələm və ya fırça kimin əlindədi, daha doğrusu, həmin əlin arxasında hansı ürək, hansı ağıl durur. Qədimdə yazı-pozu az olub də, insanın dediyi yaxşı söz ağızdan-ağıza düşüb və əsrlər boyu yaşayıb. Deməli, həmin sözün arxasında ürək, səmimiyyət, təmiz hava olub. Dünyanı elə musiqi ilə də dəqiq təsvir eləmək mümkündü. Alim Qasımovu saatlarla dinləyə bilirəm və o, hər oxuduqca tüklərim biz-biz olur. Yəni Alimin musiqisi, səsi insanın ruhuna təsir edir. Elə xalq artistləri var ki, muğam oxuyanda görürsən hər şey yerindədi, keçidlər düzdü, səsi var, qayda-qanuna əməl edir, amma ruha təsir edə bilmir.
- Dünyanı düzəltməyə neçə şair bəs edər?
- Vallah ay Etibar, bu elə məsələdi ki, say o qədər də vacib deyil. Tarixdə elə dövr olub ki, eyni əsrdə 10-15 nəhəng şair, söz adamı yaşayıb, bircə şairin də yetişmədiyi əsrlər var, bundan sonra da belə hallar ola bilər.
- Oğlun Qorqud məşhurluqda səni ötəcək. Artıq filmlərə, seriallara çəkilir...
- Allah onu yaman gözdən qorusun, Qorqud mənin ümidlərimi, yazdıqlarımı, hətta fikirlərimi də doğrultdu. İncəsənət Gimnaziyasını, sonra isə Rüstəm İbrahimbəyovun açdığı Kino Məktəbini bitirdi. Balaca vaxtından aktyor olmaq istəyirdi. Mənim arzum isə başqa idi, deyirdim ki, oğlum səhnədə özgə ömrünü yaşamasın. Yadında olar, bir şeir də yazmışdım:

Mənə qıydın, balama qıyma, Tanrım.
Sonu ölümlə bitən rollar sevdası var başında.
Qoyma Hamlet ömrü yaşaya, Kefli İsgəndər ola.
Oğlum Xan Eyvaz olsun.

Qorqud da aktyor oldu. O, mənim də, şeirlərimin də gücünü artırdı. Şeir də
mənimdi, oğul da...
- Əjdər Olla barışdın?
- Əjdərdən küsməmişdim ki... Əjdər Ol mənim yaxşı qardaşlarımdan biridi. Yubiley məsələsində birinci qabağa düşənlərdəndi. Bilirəm, sən o zaman mənim haqqımda yazdığını nəzərdə tutursan. Həmin yazını sərt yazmışdı, necə deyərlər, qələmin ipini çox boş buraxmışdı, elə şeylər var idi ki, Əjdər gərək onları yazmayaydı. Sonrakı nəşrlərdə həmin yerləri düzəltdi. Əjdər Ol olduqca istedadlı şairimiz, yazıçımızdı. Həmdə ki, mənim ən ağır günlərimin dostudu.
- Həmyerlin, dostumuz Tofiq Abdin deyir ki, yubileyin qonaqlıq hissəsinin xərclərini kim çəkəcək?
- Tofiq abi bilmir ki, bu işlərə həmişə dostlarım baxıb? 60 ildə dünyanın hər üzünü görmüşəm. Elə insanlar görmüşəm ki, dostunun həbsxanaya düşməsinə də həsəd aparıb. Amma mənim dostlarım bu illər ərzində həmişə əziyyətimi çəkiblər, arxamca haralara gəlməyiblər? Bəzən görürsən ki, kimsə dostların namərdliyindən yazır, gileylənir. Deməli, sən özün namərdlik eləmisən ki, qarşına çıxır da. Mənim namərd çıxan dostum olmayıb.

Etibar CƏBRAYILOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-12-14
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (79.8%)
"Arsenal" (20.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK