hacklink Adalet.az | GÜNDƏLİK Adalet.az | GÜNDƏLİK Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

GÜNDƏLİK

37814    |   2014-01-25 00:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deyəsən, bu insan oğlunun bütün düşüncələrinin, çabalarının başında ancaq bir şey durur: nəyin bahasına olursa-olsun, bu dünyada özünü xatırladacaq nəsə qoyub getmək. Hər şeyə hazırdı - adını, gördüyü işləri, sevgisini, balasını yaddaşlara hopduracaq hər əmələ qadirdi. Təki bu dünyanın torpağında, daşında, qayasında, ağacında onu xatırladacaq bir iz qoysun...
Bəzən özü də bilmir ki, bunlar ona nədən ötrü gərəkdi. Axı, bizdən ötrü hər şeyin mövcudluğu da elə bizim ömrümüz qədərdi. Gördüyümüz, eşitdiyimiz, anladığımız, duyduğumuz sürəcə var bu boyda Kainatın özü də. Xatırlansaq, nə olacaq, xatırlanmasaq, nə dəyişəcək?! Hamımızın ömrü bizdən sonrakılara örnək olası deyil ki... Çoxumuz adi insanlarıq. Bir gün doğulduq, bir gün də karvanımızı çəkib gedəsiyik. Bəlkə elə bu acı həqiqətdən qurtulmaq, onu yendirməkçin bu dünyada bizdən bir parça qalmasını istəyirik. Hamımıza elə gəlir ki, həyatımız başqaları üçün maraqlıdı. Yuxudan durmağımız, dərsə, ya işə getməyimiz, səyahətə çıxmağımız, sevgilərimiz, hətta qonşularla rəftarımız belə başqalarına nəsə öyrədə bilər...

***
Ömrümün ilk çağlarında mənə görə insan ömrünün bəsit bir düsturu vardı. Bu düsturu nənələrim, anam, xalam, bibim ürəkləri dolanda ağlaya-ağlaya dördcə sətrə sığışdırıb beynimə, ürəyimə yazmışdılar...

Burdan bir atlı keçdi,
Atın oynatdı, keçdi.
Ay kimi şölə verdi,
Gün kimi batdı, keçdi...

Vəssalam. Daha bundan artıq nə istəyirsiniz?! Nə deyəcəksiniz, necə deyəcəksiniz ki, bu dörd sətirdəki lövhəni yaratsın, mənanı, məzmunu, bir də... ağrını-acını verə bilsin?!
Gücünüz çatmaz...
Gücümüz çatmaz...
İnsan ömrü, doğrudan da, at belindəymiş kimi, sürətlə keçir. Arabir imkan tapıb atını oynadanlar da olur, ancaq bu hamıya müyəssər olmur. Hamımız eyni sonluğa məhkumuq...
At oynadanımız da...
Sakit ömür sürənimiz də...
Ağlım kəsəndən mən O Atlının yol getdiyini görürəm. Hardan gəldiyini, hara getdiyini anlamasam da. Bəzən sürətlə gedir bu atlı, bəzən də atının başını buraxıb fikirli-fikirli, dalğın-dalğın... O atlının dünya durduqca yol gedəcəyinə inanıram.
Yolunun uzunluğu Yer üzündə həyatın davamı qədərdi o atlının...
Bir gün dayansa, dünya dağılar...
O atlını izləyə-izləyə yol gəlirəm mən də. Gələ-gələ bəzən düşünürəm: mənim də ömrümün elə çağları var ki, unudulmamalıdı. Bunları, ən azından, özüm unutmamalıyam...
Lənətə gəlmiş dünyanın sevimlisi olacağıma inanırdım bir zamanlar. Dünya mənim gözlədiyimdən də sərt imiş. Anlamaq istədim onu. Cəhd elədim. Bir şey alınmadı. Çarəm qalmamışdı. Bir şey anlamırsansa, onda... nəsə yazmalısan. Bəlkə özünü aldada bildin. Bir şey anladığına inandıra bildin. Anlamasan da, heç olmasa, hiss elədiyini yazmalısan. Bəlkə kimlərsə oxuyub bir şey anladı...
(Bəzən başqalarının bizi özümüzdən daha yaxşı anlaması sirr deyil...)
Bilmirəm, bu fikrə nə vaxt düşdüm. Bir də gördüm ki, gündəlik yazıram. Həyəcanla, tələsə-tələsə, gizlədə-gizlədə yazırdım. Ələ düşəcəyindən, oxunacağından qorxurdum. Qəribəydi, mən elə bunu oxunmaq, yadda qalmaq üçün yazmırdımmı?! Bəs, niyə kiminsə əlinə düşəcəyindən qorxurdum?!...
Doqquzuncu sinifdə oxuyurdum. Yeniyetməliyin bitdiyi, ilk gəncliyin başlandığı nöqtədəydi ömrüm. Həmin illərdə yaşadığım o təlatümlü, sirli-sehrli duyğuların heç birini gündəliyimdə yaza bilmədim bu qorxunun üzündən. Ən bəsit şeylərdən belə söz açmışam amma.
Keşkə, qorxmayaydım. O zaman ən pis sandığım günlərimdən ötrü də burnumun ucu göynəyir indi...

***
Yazının bu yerinə çatanda hiss elədim ki, haqsızam...
Gündəlik yazmaq heç də əbədi yaşamaq, iz qoymaq, unudulmamaq istəyindən doğmurmuş...
Özünə həmsöhbət, həmdərd, onu anlayaq birisinə ürəyini boşaltmaq, bölüşmək istəyindən dolurmuş vərəqlər...
Həm də kimsəsizlik, təklik acısından...
Kimdən ötrü yazarsan, kimlərin oxumasını istərsən, özün də bilməzsən bunu. Bircə onu anlarsan ki, ürəyini deşən sözlər, kəlmələr ağ vərəqlərə düzülür, düzüldükcə uzanıb gedir...

***
Yenə başlamışam gündəlik yazmağa. Oğlumu itirən gündən qəlbimdəki boşluğu doldurmaq üçün çox yollar aradım. Ən sonda bunun üstündə dayandım. Ona müraciətlə yazıram. Onsuz nələr çəkdiyimi, necə darıxdığımı (nə zəif, aciz sözdü bu "darıxmaq" sözü), çarəsizliyimi tökürəm vərəqlərə. Elə bilirəm, başımın üstündə dayanıb yazdıqlarımı oxuyur. Gülümsəyir, kədərlənir, qəzəblənir, anasının dadına yetə bilmədiyinə görə özünü qınayır... Bu halları qıymıram ona. İstəyirəm, sadəcə məni dinləsin, hər şeyi bilsin. Onsuz nələrə dözdüyümdən, yuxuda belə əzab çəkdiyimdən xəbər tutsun...
Unudulmadığına inansın...
Bəzən günlərlə, həftələrlə əlimə almıram dəftəri. Bəzənsə... yazdıqca yazıram. Məktəb illərində yazdıqlarımla indikilərin arasındakı fərq özümü də çaşdırır. Onda üzüyuxarı dırmanırdım sanki. Hər şey irəlidə, hər şey ucalıqdaydı. Ən adi şeylərdən həyəcanlanır, kiçik bir işartıdan ümidlənir, bir xoş baxışdan, şirin kəlmədən qanadlanırdım. Qəmin-qüssənin nə olduğunu anladan heç nə girməmişdi ömrümə. Nə uğursuzluq, nə aldanış, nə də ayrılıq və ölüm fırlana bilmirdi həndəvərimdə..
Uzun illər keçdi. Bu illərin qoynunda həyat boz üzünü gördüm zaman-zaman. Məni hələ tanımırsan, dedi. Qarşında cilvələnib çox şeylərə şirnikdirdim səni. Tül pərdəynən gözlərini örtüb istədiyim yerəcən gətirdim. Qəsdən gec açdım gözlərini. Qoy yaşasın, inansın, aldansın, dedim. Bütün pislikləri uzaqda bilsin. Bir gün ayılacaq, necə olsa. Bu şirin yuxu nə qədər çox çəkərsə, ayılanda da bir o qədər şaşırar insan. Mənə də elə bu lazımdı. Qoy görsün ki, aşırı dərəcədə nikbinliyin, sevməyin və inanmağın axırı necə olur...
İndi bütün yazdıqlarım hissiz-həyəcansızdı. Ağıl, peşmançılıq, təəssüf və yanğılar güc gəlib hər şeyə. Sirli, cazibəli nə varsa, alıb öz kölgəsinə. Bütün yaşadıqlarım mənasız, dadsız görünür özümə. O qədər uca xəyalların qabağında bunlar nədir ki?!...
Ancaq O Atlı hələ yoldadı. Nə qədər ki, onun hənirini duyuram, mən də gedirəm...
Və... gündəlik yazıram...
Hissiz-həyəcansız olsa belə yazıram. Sözlər yaşanmamış duyğuların əvəzinə qəlb ovundurmaqçün ən gözəl, həm də aldadıcı çarədi...
Yaza-yaza vərəqləri çevirdikcə, elə bilirsən, ömründə də nəyisə dəyişirsən, geridə qoyursan. Ürəyin boşalır... Ancaq qismən. Heç nədən tamam qurtulmaq mümkün deyilmiş bu dünyada. Ürəyinin ağrı-acılarını bir az vərəqlərə tökə bilirsən, vəssalam...
Bir tərəfdən də gündəlik yazmağıma peşmanam. Elə bil ki, ağır bir yükün altına girmişəm, istəsəm də çiynimdən yerə qoya bilmirəm. Aparmalıyam, vəssalam. Digər tərəfdən də, elə bil kiməsə söz vermişəm. Özüm başladığım işə özüm son verə bilmirəm. Bunu eləməkdə borcluyam sanki. Məndən tələb edir, hesabat istəyirmişlər kimi hiss edirəm özümü. Elə bir qüvvə ki, qarşısında çox acizəm... Heç nəyin, heç kimin qarşısında aciz olmadığım kimi acizəm...
Bu da yazı-pozu deyilən cazibənin yazılmamış qanunlarındandı yəqin...
Ancaq gündəliyi özümə sirdaş edə bilmədim. Bu yaşımda da komplekslərdən xilas ola bilmirəm. Xüsusən də, qadın olaraq hər düşündüyümü, qəlbimin və ruhumun istəklərini qələm-kağızdan da gizli saxlayıram...
Görünür, insanın özündən də gizlətdiyi şeylər varmış...
Hətta hər şeydən agah olan Tanrısından da...

Vəsilə USUBOVA
vasila-usubova@mail.ru



İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK