Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Jurnalistika bir az nanəcib sənətdi" Adalet.az | "Jurnalistika bir az nanəcib sənətdi" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Jurnalistika bir az nanəcib sənətdi"

Professor Ramiz Əskər: “Milli mətbuatımızdakı yenidənqurmanı 1988-ci ilin sentyabrında “Odlar yurdu” qəzeti başladı”

26786    |   2014-01-21 12:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Təcrübəli jurnalist, nüfuzlu alim Ramiz Əskər haqqında çox təriflər, müsbət fikirlər səslənib. 60 illik yubileyi ilə bağlı söz demək istəyən də çoxdu, barəsində yazı yazan da.

Deyilən tərifləri təkrarlamaq fikrində deyiləm. Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı uzun illərdən bəri tanıdığı yubilyarı "Əsrimizin Dərvişi" adlandırıb. Hələlik heç bir titulu olmayan Turan Etibaroğlu təzə qonşusu ilə ilk tanışlığından sonra belə dedi: "Ata, Ramiz əmi əsl qədim türklərə oxşayır". 

Dövlət başçısının jurnalistlər üçün inşa etdirdiyi binanın sakinləri arasında "Şöhrət" ordeninə layiq görülmək də birinci Ramiz Əskərə qismət oldu. Ayağı düşərli olar yəqin...




Ramiz Əskər 1954-cü ilin yanvarında Qərbi Azərbaycanda, Amasiya rayonunun Qaraçanta kəndində doğulub. Orta məktəbi qızıl medalla bitirib, ən yüksək balla Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul edilib, əlaçı tələbə kimi 1975-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə göndərilib.

İlk iş yeri də jurnalistika ilə bağlı olub, Dövlət Televiziya və Radio Verilişləri Komitəsində xarici verilişlər şöbəsində çalışıb. 1988-91-ci illər aralığında "Vətən" Cəmiyyətinin "Odlar yurdu" qəzetinin baş redaktoru olub. Müxtəlif illərdə Türkiyənin nüfuzlu "Hürriyyət" qəzetinin Bakı təmsilçisi, "Xalq qəzeti"nin baş redaktor müavini kimi fəaliyyət göstərib. 1997-ci ildən ictimai əsaslarla Jurnalistlər Birliyinin Baş katibidi. Azərbaycandan ilk dəfə məhz o, mərkəzi ofisi Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutunun üzvlüyünə qəbul olunub. Əməkdar jurnalist fəxri adına layiq görülüb.  

Elmi-pedaqoji fəaliyyətlə də məşğul olan müsahibimiz 2012-ci ildə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə seçilib, filologiya elmləri doktoru, professordu. 

40-a yaxın tərcümə kitabının, 10 monoqrafiyanın müəllifidi. Mahmud Kaşğarinin 4 cildlik "Divanü lüğat-it-türk" əsərini, Yusif Balasağunlunun "Qutadğu biliğ" poemasını, Faruq Sümərin "Oğuzlar" və s. kitablar məhz onun tərcüməsində Azərbaycan elmi ictimaiyyətinə, oxuculara çatdırılıb.   

Ramiz Əskər elm xadimi kimi ölkəmizdən kənarda da yaxşı tanınır. 7 müxtəlif ölkənin, elmi qurumların nüfuzlu mükafatlarına layiq görülüb. 60 illik yubileyi ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə elm sahəsindəki xidmətlərinə və səmərəli bədii-publisistik fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub.




- Ramiz bəy, 60 yaşı yeni mənzildə keçirmək necə hissdir?
- Çox gözəl hissdir. Ömrümün sonuncu payızından qışına keçirəm. Bu mərhələni Prezidentin jurnalistlərə hədiyyə etdiyi binada, rahat mənzildə qarşılayıram. Şərqli olduğumuz üçün xalqımızın alqışı da, iraq-iraq qarğışı da konkret olur. "Ədalət"in yaratdığı imkandan istifadə edib dövlətimizin başçısına ailəmiz adından alqışımı çatdırmaq istəyirəm. Tanrı onun balalarını saxlasın, dövlətini güclü, bayrağını uca eləsin, xalqı qarşısında həmişə üzü ağ olsun.
Bu gün Azərbaycanı istəyənlərlə yanaşı gözü götürməyənlər də var. Belə qüvvələrin qarşısında durmaq, müstəqil xarici siyasət yürütmək, daxildə isə vətəndaşın xoşbəxt yaşaması üçün addımlar atmaq heç də asan məsələ deyil. Dövlət başçısı 156 jurnalistə mənzil hədiyyə etməklə təkcə onların ailələrini yox, yaxınlarını, dostlarını, oxucularını sevindirdi. Ən önəmli məsələlərdən biri də odur ki, İlham Əliyev bu bölgüdə heç bir fərq qoymadı, siyasi qütbləşmə aparmadı. Mənzil hədiyyə olunan jurnalistlər arasında dünən də, bu gün də dövlət başçısını tənqid edənlər var.
Sevinirəm ki, mənim də mətbuatdakı çoxillik fəaliyyətim nəzərə alındı və 60 illik yubileyimi prezidentin hədiyyə etdiyi mənzildə qeyd etmək qismət oldu.
- Bu günlərdə layiq görüldüyünüz "Şöhrət" ordeninin yeni mənzildəki yerini müəyyən eləmizismi?
- Sən də yaxşı bilirsən ki, 7 ölkənin nüfuzlu qurumlarının müxtəlif medallarını, mükafatlarını almışam. İndi bir qara kostyum alıb həmin mükafatları da yaxama taxıb şəkil çəkdirmək istəyirəm. Dövlət başçımız yubileyimlə bağlı məni ölkəmizin ən ali mükafatlarından sayılan "Şöhrət" ordeni ilə təltif olunmam haqqında sərəncam imzaladı. Orden hələ ki, təqdim olunmayıb, təbii ki, bu mükafat mənzilimizin ən gözəgəlimli yerində qoyulmalıdı. Xanımımla müzakirə aparıb "Şöhrət" üçün layiqli bir yer seçəcəyik.     
- Jurnalistlər Birliyinin Baş katibisiniz, təltiflərinizin sayına görə də keçmiş sovet lideri Leonid İliç Brejnevə çatmağa az qalıb...
- Düzdü, vəzifəmiz uyğun gəlir, o, nəhəng bir ölkənin Baş katibi idi, mən də Jurnalistlər Birliyinin. Amma Brejnev başqa aləm idi, hər orden-medaldan 5-6-nı alırdı. Tarixdə iz qoymuş İvan Kajedub və Aleksey Pokrışkin kimi qəhrəmanları ötüb keçmək üçün özünə dördüncü dəfə Sovet İttifaqı Qəhrəmanı adını verdi.
- Yaşlı oxucular, yaşıdlarım Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularını ilk dəfə "Odlar yurdu" qəzetinin səhifələrindən tanımağa başladılar. 1980-ci illərin sonlarından kiril, latın və ərəb əlifbası ilə nəşr edilən və böyük oxucu rəğbəti qazanan həmin qəzetin baş redaktoru Ramiz Əskər idi...
- 1983-cü ildən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin "Azərbaycan bu gün" jurnalının baş redaktoru idim. 1988-ci ildə görkəmli yazıçımız Elçinin rəhbərliyi ilə "Vətən" Cəmiyyəti yaradılanda kollektivimiz bütünlüklə bu qurumun tərkibinə keçdi. "Vətən" dünyanın müxtəlif ölkələrinə səpələnən soydaşlarımızla daha çox siyasi əlaqələrin yaradılmasına çalışırdı. "Odlar yurdu" qəzeti də bu qurumun orqanı kimi 3 əlifbada nəşr edilir və xaricdə yaşayan soydaşlarımıza göndərilirdi. Bir gün Elçin müəllim mənə tarixçi Möhsüm Əliyevi tapmağı tapşırdı. Mən onu çayxanalardakı söhbətlərindən tanıyırdım. Bir neçə gündən sonra onunla görüşdüm və dedim ki, sizdə "xoruz səsi" eşitməmiş materiallar var, biz onları qəzetimizdə çap etmək istəyirik. Rəhmətlik əvvəlcə dediklərimə şübhə ilə yanaşdı, amma təklifin Elçin müəllimdən gəldiyini biləndən sonra "Odlar yurdu" ilə əməkdaşlığa razı oldu. Möhsüm Əliyevin ilk yazıları azərbaycanlı generallar haqqında idi. Bu materialları çap etməkdə məqsədimiz var idi. Çünki həmin generallar Çarizmə qulluq etdikləri üçün barələrindəki yazıları senzuradan keçirmək nisbətən asan olurdu. Cümhuriyyət qurucuları ilə bağlı silsilə materialları dərc etməzdən öncə senzuranı duyuq salmaq istəmirdik.
1988-ci ilin sentyabrında Məmməd Əmin Rəsulzadə haqqında böyük bir yazı dərc etdik və bu yazı sözün əsl mənasında cəmiyyəti silkələdi. Senzura tökülüb gəldi, qəzetin nüsxələrinə həbs qoydular. Biz də dedik ki, ölkədə yenidənqurma gedir, xaricdə yaşayan soydaşlarımızı bu prosesə inandırmaq üçün belə yazılar veririk, Rəsulzadə Cümhuriyyət qurub, lakin sonda məğlub olub-filan... Uzun-uzadı söhbətlərdən sonra senzuranı razı sala bildik. Daha sonra Cümhuriyyətin üçrəngli bayrağı, gerbi, himni, ordusu, yaradıcıları, parlamenti və onun üzvləri haqqında silsilə yazılar dərc etdik. "Odlar yurdu"na qədər bunları yazan, tanıdan yox idi. Tam əminliklə deyə bilərəm ki, milli mətbuatımızda yenidənqurmanı həmin yazı ilə bizim qəzet başladı. Azərbaycanda milli şüurun oyanmasına "Odlar yurdu"nun böyük təsiri oldu. O dövrdə qəzetimiz 148 min tirajla çap edilirdi və bircə nüsxəsi belə geri qayıtmırdı. Qəzet "El bilir ki, sən mənimsən" sloqanı ilə çıxırdı, həmin sloqandan "Baş redaktor Ramiz Əskər" sözünə qədər hər cümləsi oxunurdu.     
Qəzetin populyarlığından istifadə edib "Axtarış" rubrikası yaratdıq və siyasi dəyişiklikdən, repressiyalardan, İkinci Cahan Savaşından sonra itkin düşən, xaricdə yaşayan insanları axtarmağa başladıq. Xeyli insan məhz bu rubrika vasitəsi ilə xaricdə yaşayan əzizini, qohum-əqrəbasını tapdı.
- İndi bəzi telekanallar bu işi əməlli-başlı şouya çeviriblər...
- Bizim məqsədimiz şou yaratmaq deyildi. Bir-iki quru cümlə ilə yazıb qəzet səhifəsindəki yerə də qənaət edirdik ki, daha çox adam haqqında məlumat verək, daha çox insan bir-birinə qovuşsun.
1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı əsl həqiqətlərin dünyaya çatdırılmasında "Vətən" Cəmiyyətinin və qəzetimizin böyük rolu oldu. Həmin ərəfədə "Vətən"də teleks aparatı yeni qurulduğundan dövlətin aidiyyəti qurumlarında qeydiyyatdan keçməmişdi, ona görə də hərbi komendantlıq teleksin xətti bağlamamışdı. Şeyxülislam Allahşükür Paşazadənin dünya ictimaiyyətinə müraciətini məhz bizim teleks vasitəsi ilə yaydıq. Yanvarın 22-si, ya da 23-ü idi, Elçin müəllim məni yanına çağırıb dedi ki, xaricə göndərdiyimiz müraciətlərin surətləri Qorbaçovun masası üstündədi, hərbi komendantlıq sənədlərin bizim teleksdən yayıldığını öyrənib, bu axşam evdə gecələmə. Yanvarın 26-da bizim teleksi bağladılar. Sovet ordusunun Bakıda törətdiyi vəhşiliyi əks etdirən şəkilləri, şəhidlərimizin dəfnindən fotoları "Odlar yurdu"nda qoşa səhifədə dərc etdik və mən şəkillərin altında bayatılar yazmışdım.
Biz o zaman qəhrəmanlıq göstərmədik, sadəcə, vətəndaşlıq borcumuzu yerinə yetirdik. Əslində jurnalistika da budu, cəmiyyətin istədiyini dəqiq müəyyənləşdirib verə bildinsə, qəzetin oxunacaq.  
- Baş katibimizi mətbuatın bugünkü durumunu qane edirmi?
- Yox, çünki mətbuat, jurnalistika tərəfsiz olmalıdı. Amma bizdə hələ də sırf partiya qəzetləri, özünü neytral adlandırıb tərəf tutan jurnalistlərimiz var. Bəzən onları da qınamaq olmur. Müxalifətin söz demək üçün qəzetdən başqa heç bir imkanı yoxdu. Beynəlxalq jurnalist təşkilatlarına üzv olmağımıza baxmayaraq, dünya standartlarına uyğunlaşa bilməmişik. Bu məni narahat edir.
- Adətən ədəbiyyatda poeziyadan nəsrə keçənlər şeirin meydanının dar olduğunu deyirlər. Siz jurnalistikadan elm aləminə transfer etdiniz. Jurnalistikanın meydanı sizə darlıq edirdi?
- Jurnalistika bir az nanəcib sənətdi, burda iş heç bitmir, qurtarmır. Jurnalistin əlindən həftədə bir elmi iş qədər material keçir. Sənin bütün enerjin, biliyin onun-bunun yazılarının içində əriyib gedir.
Xanımım az qala hər gün mənimlə mübarizə edirdi ki, bu savad və bacarıqla, fundamental təhsillə niyə elmi iş yazmırsan? Bu mübarizənin nəticəsində elmi iş götürdüm və 5 ilə həm namizədlik, həm də doktorluq işi yazıb müdafiə etdim. Mövzularımı da özüm seçdim, çünki hansı mövzunun daha aktual olduğunu yaxşı bilirdim.
- Bayaq jurnalistikanın tərifini bir qədər sərt ifadə etdiniz. Yəqin elə ona görə də 3 övladınızdan yalnız biri bu sənəti seçdi...
- "Jurnalistika bir az nanəcib sənətdi"- deməyə Ramiz Əskərin haqqı çatır. Atam da, əmim də jurnalistika ilə məşğul olub. Mən də daxil olmaqla qohum-əqrəbamın da bu sənətdəki stajını toplayanda az qala milli mətbuatımızın yaşı ilə eyni olur.
Övladlarıma gəlincə, qızım Leyla televiziyada çalışıb, indi də həyat yoldaşı ilə birlikdə Az.TV-nin ərəb ölkələri bürosundadı. O biri qızım Ayla Türkiyədə tibb təhsili alıb, indi Ağrı vilayətində təcrübə keçir. Oğlum Atilla balaca olanda ona şeir, bayatı öyrədirdim, amma o, böyüyəndə fərqli sahə seçdi. Atilla İstanbul Texniki Universitetini və Virciniya (ABŞ) Texniki Universitetini bitirdi. Kosmik tədqiqatlar üzrə mühəndisdi və bu sahədə xaricdə təhsil alan yeganə azərbaycanlıdı.   
- Təəssüf ki, gənc jurnalistlərin çoxu sizi tanımır. Bunu özünüzə dərd etmirsiz ki?
- Niyə dərd edim ki? Gənclər heç klassik yazıçılarımızı yaxşı tanımırlar. Bu gün media sektorunda 20 min adam çalışır, belə bir ortamda Ramiz Əskərin tanınmaması problem deyil. 


Etibar CƏBRAYILOĞLU


İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK